96
Dib əleyhinə minalar
Dib əleyhinə minaların üzərindən tankın (avto
mobilin) gövdəsi və ya tankın tırtılı (avto mobilin
təkərləri) keçdikdə partlayır və nəticədə tankın dibi
deşilir (avtomobili havaya uçurur), heyət məhv olur,
hərəkəti təmin edən hissə və mexa nizmlər sıradan
çıxır. Bu minalara
TMK2, TM72 minaları
aiddir.
TMK2 minasının tankın altında partlaması nə
ticəsində yanacaq və döyüş dəsti partlayır. Yana
cağın və döyüş dəstinin partlaması mina part layışı
nın verdiyi xətəri daha da artırır.
Partladıcısının boru cu ğu əyilmiş vəziyyətdə olduqda TMK-2 minasını
zərər sizləş dirmək qadağandır.
Belə minalar yan tə rəflərinə 1,5–2 kq trotil qoymaqla məhv edilir.
Partladıcıların iş prinsipi. Tank minanın üzərinə çıxdıqda partladıcının
borucu ğu və çarxlar yana əyilərək vurucunu azad edir. 0,3–0,45 saniyədən
sonra, yəni mina tankın gövdəsinin təxminən mərkəzində olanda partlayır.
Taktikitexniki xüsusiyyətləri
Kütləsi
12 kq
Partlayıcı atımın
kütləsi
6,5 kq
Diametri
307 mm
Gövdənin hündürlüyü
265 mm
Partladıcısı
ilə birlikdə hündürlüyü
1130 mm
İşə salınması üçün lazım olan qüvvə
8–12 kq
Minanın partlaması
üçün milin
əyilmə bucağı
24–36°
Zirehdeşmə qabiliyyəti
110 mm
1 – vint; 2 – uzadıcı; 3 – MBK2 partladıcısı; 4 – MD7M zapalı; 5 – kronşteyn;
6 – ДУМ2 detonasia ötürücüsü; 7 – aralıq detonator; 8 – partladıcı maddə
atımı; 9 – gövdə.
1
2
3
4
5
6
7
8
9
LAYİHƏ
97
TM72 minası
düşmənin tanklarını, özü ye ri yən raket
və artilleriya qurğularını, zirehli trans port yorlarını və avto
mobillərini sıradan çıxarmaq üçün nəzərdə tutul muş
dib əley hinə minadır. Mina tankın gövdəsinin altında
partladıqda tan kın heyəti məhv olur, yana caq və döyüş
sursat ları partlayır. TM72 minası gövdədən, aralıq de
tanatoru ilə birlikdə partladıcı maddə atımından və
kontaktsız MVN72 partladıcısından ibarətdir.
Partladıcısı maskalama qatı ilə örtülən, zədələnmiş minanı zərərsizləşdir-
mək (çıxartmaq) qadağandır. Minanı axtaran və onu zərərsizləşdirən isteh
kamçının üzərində silah, bel, bıçaq və s. olmamalıdır. Yayda rezin, qışda isə
keçə çəkmə geyməsi tövsiyə olunur.
Taktikitexniki xüsusiyyətləri
Minanın tipi
Kumulyativ
Diametri
Partladıcı ilə birlikdə hündürlüyü
250 mm
128 mm
Minanın partladıcı ilə birlikdə
kütləsi
6 kq
Atımın çəkisi
2,5 kq
Gövdənin materialı
Polad
Məhvetmə
qabiliyyəti
Heyətə xətər yetirir, tankın aqre qatlarını və
tırtılını sıradan çıxarır.
Zirehdeşmə qabiliyyəti
100 mm qalınlıqlı zirehi
0,25–0,5 mdək
məsafədən deşir; açdığı dəliyin
diametri 50–60 mm təşkil edir.
Qurulma üsulu
Qruntun üzərinə (qrunta) – əllə və avtomobilə
quraşdırılmış endirici lotok vasitəsilə qurulur.
Partladıcının iş prinsipi. Maqnit prinsipli kontaktsız reaksiyaverici qurğu
partladıcının tank, zirehli transportyor, yaxud avtomobil mühərriki mexa
nizmlərinin yaratdığı maq nit sahəsinin təsiri nəticəsində işə düşməsini
(partlamasını) təmin edir.
1 – gövdə; 2 – araqat; 3 – tıxac; 4 – polad
üzlük; 5 – PM atımı; 6 – linza; 7 – aralıq
detonatoru (tetril şaşkası); 8 – yivli stəkan.
LAYİHƏ
98
TM83 minası
düşmənin tırtıllı və tə kərli
texnikalarını sıradan çıxarmaq üçün təyin
olun muş bort əleyhinə minadır.
Mina partlayarkən yaranan kumul ya tiv
zərbə tankın bortunu deşir, nəticədə heyət
və ava dan lıqlar məhv olur.
İdarə olunmayan və qırılma naqili ilə qurulan minaları çıxartmaq və ya
zərər sizləşdirmək qadağandır. İdarə olunan vəziyyətdə qurulmuş minanı
çıxartmağa icazə verilir. Əgər idarə olunan variantda qurulan minanı ida
rəetmə pultu ilə təhlükəsiz vəziyyətə gətirmək mümkün olmazsa, onda hə
min mina məhv edilir. Məhvetmə 50 mdən az olmayan məsafədə yerləşən
daldalanacaqdan, yaxud zirehli maşından minanın atımına iriçaplı pulem
yotdan atəş açmaqla yerinə yetirilir.
Onu məhv etməyə hazırlaşarkən mina
nın tuşlandığı xətti keçmək qadağandır.
Taktikitexniki xüsusiyyətləri
Tipi
Bort əleyhinə zərbə nüvəsi prinsipli
Partladıcısı
Kontaktsız ikikanallı – seysmik və infraqırmızı
hədəf ötürücüsü ilə
Kütləsi
20,4 kq
Uzunluğu
455 mm
Hədəfi
məhvetmə məsafəsi
50 mdək
İstifadə variantları
İdarəolunan və idarəolunmayan (idarəetmə
naqilinin uzunluğu – 100 m)
Məhvetmə qabiliy yəti
5 mdən 50 mdək məsafədən 100 mm qalınlıqlı
zirehdə 80 mmlik diametrdə deşik açır
Qurulma üsulu
Əllə
İş prinsipi. Texnika yaxınlaşdıqda hədəf ötürücüsü minanı döyüş vəzi
yyətinə gətirir. Zapal partlayaraq minanı partladır. Hədəf optik hədəf
ötürücüsünün görmə sahəsinə düşmədikdə mina 3 dəqiqədən sonra yenidən
gözləmə rejiminə keçir. Partlayış zamanı yığcam xətəryetirici element –
zərbə kürəciyi əmələ gəlir və bu kürəcik hədəfi məhv edir.
1 – minanın gövdəsi; 2 – optik hədəf ötü
rücüsü; 3 – ; 4 – МD5М zapalı; 5, 6, 7 –
minanı ərazidə qurmaq üçün ləvazimatlar.
1
2
3
4
5
6
7
LAYİHƏ