100
olan tank əleyhinə xəndək, eskarp, əkseskarp, tank əleyhinə kirpi, müxtəlif
qalaqlar və s. bugün də öz aktuallığını saxlamaqdadır.
Tanklarla müasir mübarizə prinsipləri Dünya müharibələri dövründəkindən
əsaslı şəkildə fərqlənir. Hazırda “tankların təktək məhv edilməsi” əsas üsul
hesab olunur.
Hərbçi döyüşdə düşmənin tankları və başqa zirehli maşınları ilə müba
rizədə uğur qazanmaq üçün onların güclü və zəif yerlərini yaxşı bilməli, öz
silahının döyüş imkanlarını mükəmməl mənimsəyib bacarıqla tətbiq etməlidir.
Düşmən ordusunun əsas tankı T72dir. Onlar motoatıcı bölmələr və zirehli
döyüş maşınları ilə birgə, yaxud müstəqil döyüşaparma qabiliyyətinə, yüksək
manevr imkanına, yaxşı zirehə malikdir. Bu tankların bəzi modifikasiyaları ku
mulyativ mərmidən qorumaq üçün bort qalxanları (ekranları) və asma dinamik
qoruyucu konteynerləri ilə təchiz ediliblər.
1
2
3
6
5
4
Tankın zəif yerləri:
1 – topun və pulemyotun lüləsi; 2 – müşahidə cihazları və nişangahlar;
3 – gövdənin bortu; 4 – gövdənin arxası; 5 – hərəkət hissəsi; 6 – qüllə ilə
gövdənin birləşən yeri
İşğalçı ordunun hissə və bölmələrinin silahlanmasında piyadanın döyüş
maşınları və zirehli transportyorlar əhəmiyyətli yer tutur. Bu maşınların zirehi
heyəti güllə və qəlpədən qoruyur.
Tank nə qədər müasir, zirehi nə qədər möhkəm olsa da, onun konstruktiv
çatışmazlıqları və zəif yerləri vardır. Topunu aşağıya endirərkən önündə ölü
zonanın əmələ gəlməsini, məhdud müşahidə və maneələri dəfetmə imkanını
və s. onun çatışmazlıqlarına misal göstərmək olar.
Bilmək lazımdır ki, müşahidə cihazlarını əlaltı vasitə ilə örtdükdə tank “kor” olur.
LAYİHƏ
101
Düşmənin tankları və zirehli maşınları ilə mübarizə aparmaq üçün motoatıcı
taqımın döyüş maşınlarında 9M111 və 9M113 tipli tank əley hinə idarəolunan
raket kompleksi, piyadanın dö yüş maşını topu, tank əleyhinə əl qumbaraatanı və
tank əleyhinə ku mulyativ əl qumbaraları vardır. Bort qalxanları (ekranları) və
asma dinamik qoruyucu konteynerləri ilə təchiz edilmiş tanklarla mübarizə apar
maq üçün motoatıcı taqımda 40 mmlik tank əleyhinə əl qumbaraatanlarının
döyüş dəstinə ПГ7ВР tipli atəş yığımları daxildir. Bu yığımın birinci başlığı
həmin mühafizə qurğularını, əsas başlığı isə tankın özünü məhv edir.
Döyüş hazırlığı yüksək səviyyədə olan şəxi heyyət atıcı silahların atəşi ilə
müşühidə və nişanalma cihazlarını sıradan çıxarır, tankı və ya zirehli maşını
tərk etməyə cəhd edərkən heyyəti məhv edir.
Bu tank əleyhinə vasitələrin döyüş imkanları, hər şeydən əvvəl, onların zi
reh dəlmə imkanı, atış
məsafəsi və dəqiqliyi, atış tempi ilə müəyyən edilir.
LAYİHƏ