Dərslik layiHƏ 4 MÜNDƏRİcat



Yüklə 3,72 Kb.
Pdf görüntüsü
səhifə26/53
tarix22.05.2018
ölçüsü3,72 Kb.
#45617
növüDərs
1   ...   22   23   24   25   26   27   28   29   ...   53

99
1.  Tırtıl və dib əleyhinə minaları müqayisə edin.
2.  Sizcə, partladıcısının borucuğu əyilmiş vəziyyətdə olduqda ТМК­2 
minasının zərərsizləşdirilməsinə niyə icazə verilmir?
3.  Dib əleyhinə minaların tətbiqi üsullarını şərh edin.
4.  Bort əleyhinə minaların tətbiqi üsullarını şərh edin.
5.  Bort əleyhinə ТМ­83 və piyada əleyhinə ПОМЗ­2 М və ОЗМ­72 
minalarının oxşar və fərqli cəhətlərini sadalayın.
6.  Sizcə, ТМ­83 minasını məhv etməyə hazırlaşarkən onun tuşlandığı 
xətti keçmək nəyə görə qadağandır?
Sual və tapşırıqlar
18. TANKLAR VƏ ZİREHLİ TEXNİKALARLA MÜBARİZƏ
Tankların Birinci Dünya müharibəsində tətbiqi müharibə edənlər tərəfindən 
tez  bir  zamanda  dəyərləndirildi  və  onlar  az­çox  əhəmiyyəti  olan  bütün  ordu­
larda geniş yer almağa başladı. O vaxtdan tankların həm konstruksiyası, həm 
də  tətbiqi  taktikası  xeyli  inkişaf  etdirildi.  XX  əsrin  ikinci  yarısından  etibarən 
silahlı münaqişələrin böyük əksəriyyətində tanklardan istifadə olunur. Elə indi 
də zirehli tank qoşunları böyük orduların əsas zərbə gücü olaraq qalır.
Döyüşdə tanklarla mübarizəni necə təsəvvür edirsiniz?
Tankların  döyüşdə  tətbiqi  tak­
tikasının inkişafında iki dəfə Sovet 
İttifaqı Qəhrə manı Həzi Əhəd oğlu 
Aslanovun  böyük  rolu  olmuşdur. 
Onun  kəşf  etdiyi  “Cinah  taktikası” 
bu  gün  də  aparıcı  ölkələrin  hərbi 
məktəblərində öyrənilmək dədir. 
Tank ların konstruktiv və döyüş 
tət biqi  taktikası  ilə  yanaşı,  onlarla 
mü barizə üsulları da inkişaf etmiş­
dir. Lakin ilk mübarizə üsullarından 
  LAYİHƏ


100
olan  tank  əleyhinə  xəndək,  eskarp,  əks­eskarp,  tank  əleyhinə  kirpi,  müxtəlif 
qalaqlar və s. bugün də öz aktuallığını saxlamaqdadır.
Tanklarla müasir mübarizə prinsipləri Dünya müharibələri dövründəkindən 
əsaslı  şəkildə  fərqlənir.  Hazırda  “tankların  tək­tək  məhv  edilməsi”  əsas  üsul 
hesab olunur.
Hərbçi  döyüşdə  düşmənin  tankları  və  başqa  zirehli  maşınları  ilə  müba­
rizədə  uğur  qazanmaq  üçün  onların  güclü  və  zəif  yerlərini  yaxşı  bilməli,  öz 
silahının döyüş imkanlarını mükəmməl mənimsəyib bacarıqla tətbiq etməlidir.
Düşmən ordusunun əsas tankı T­72­dir. Onlar motoatıcı bölmələr və zirehli 
döyüş  maşınları  ilə  birgə,  yaxud  müstəqil  döyüşaparma  qabiliyyətinə,  yüksək 
manevr imkanına, yaxşı zirehə malikdir. Bu tankların bəzi modifikasiyaları ku­
mulyativ mərmidən qorumaq üçün bort qalxanları (ekranları) və asma dinamik 
qoruyucu konteynerləri ilə təchiz ediliblər.
1
2
3
6
5
4
Tankın zəif yerləri:
1  –  topun  və  pulemyotun  lüləsi;  2  –  müşahidə  cihazları  və  nişangahlar; 
3 – gövdənin bortu; 4 – gövdənin arxası; 5 – hərəkət hissəsi; 6 – qüllə ilə 
gövdənin birləşən yeri
İşğalçı  ordunun  hissə  və  bölmələrinin  silahlanmasında  piyadanın  döyüş 
maşınları  və  zirehli  transportyorlar  əhəmiyyətli  yer  tutur.  Bu  maşınların  zirehi 
heyəti güllə və qəlpədən qoruyur.
Tank nə qədər müasir, zirehi nə qədər möhkəm olsa da, onun konstruktiv 
çatışmazlıqları  və  zəif  yerləri  vardır.  Topunu  aşağıya  endirərkən  önündə  ölü 
zonanın  əmələ  gəlməsini,  məhdud  müşahidə  və  maneələri  dəfetmə  imkanını 
və s. onun çatışmazlıqlarına misal göstərmək olar. 
Bilmək lazımdır ki, müşahidə cihazlarını əlaltı vasitə ilə örtdükdə tank “kor” olur. 
  LAYİHƏ


101
Düşmənin tankları və zirehli maşınları ilə mübarizə aparmaq üçün motoatıcı 
taqımın  döyüş  maşınlarında  9M111  və  9M113  tipli  tank  əley hinə  idarəolunan 
raket kompleksi, piyadanın dö  yüş maşını topu, tank əleyhinə əl qumbaraatanı və 
tank  əleyhinə  ku mulyativ  əl  qumbaraları  vardır.  Bort  qalxanları  (ekranları)  və 
asma dinamik qoruyucu konteynerləri ilə təchiz edilmiş tanklarla mübarizə apar­
maq  üçün  motoatıcı  taqımda  40  mm­lik  tank  əleyhinə  əl  qumbaraatanlarının 
döyüş  dəstinə  ПГ­7ВР  tipli  atəş  yığımları  daxildir.  Bu  yığımın  birinci  başlığı 
həmin mühafizə qurğularını, əsas başlığı isə tankın özünü məhv edir.
Döyüş hazırlığı yüksək səviyyədə olan şəxi heyyət atıcı silahların atəşi ilə 
müşühidə və nişanalma cihazlarını  sıradan çıxarır, tankı və ya zirehli maşını 
tərk etməyə cəhd edərkən heyyəti məhv edir. 
Bu tank əleyhinə vasitələrin döyüş imkanları, hər şeydən əvvəl, onların zi ­
reh dəlmə imkanı, atış məsafəsi və dəqiqliyi, atış tempi ilə müəyyən edilir.
  LAYİHƏ


102
Motoatıcı taqımda olan tank əleyhinə raketlər, döyüş maşınları, tank əley­
hinə əl qumbaraatanları istənilən müasir tankı məhv etməyə qadirdir.
РКГ­3  kumulyativ  əl  qumbarası  hədəfə  dəydikdə  dərhal  partlayaraq  zirehi 
dəlir, tırtılı dağıdır, silah və avadanlıqları məhv edir, eləcə də yanacağı alışdırır. 
Bundan  başqa,  avtomat  və  pulemyotların  atəşi  ilə  tankların  və  zirehli  maşın­
ların müşahidə cihazlarını və nişangahlarını sıradan çıxartmaq mümkündür.
Tanklarla və zirehli maşınlarla uğurlu mübarizə əsasən şəxsi heyətin mənəvi­ 
psixoloji vəziyyətindən, professional hazırlığından, döyüşdə iştirak edən qüvvə 
və vasitələrin qarşılıqlı əlaqəsindən, ərazinin xarakterindən, hava dan, sutkanın 
və ilin vaxtından asılıdır.
2016­cı il aprel döyüşlərində Füzuli istiqamətində düşmən tanklarının məhv 
edilməsində  Azərbaycan  hərbçilərinin  yüksək  mənəvi­psixoloji  vəziyyəti,  pro­
fessional  hazırlığı,  vətənpərvərlik  hisləri,  igidlikləri  və  müasir  silahlar  həlledici 
rol oynamışdır.
Müasir  döyüşdə  düşmənin  tank  və  zirehli  maşınları  ilə  mübarizə  əsasən 
tank  əleyhinə  artilleriya,  tank  əleyhinə  raket  kompleksləri,  zirehli  maşınlar, 
tanklar, tank əleyhinə qumbaraatanlar və mühəndis maneələri vasitəsilə həyata 
keçirilir. Amma düşmənin ayrı­ayrı tanklarının və zirehli maşınlarının müdafiə­
nin ön xəttinə çıxması istisna olunmur. Onlar tank əleyhinə əl qumba raları ilə 
məhv  edilməlidir.  Yaxın  məsafədə  tank  cəsarətli  və  bacarıqlı  hərbçi  üçün 
xüsusi təhlükə kəsb etmir.
T–34
 İkinci Dünya müharibəsinin ən yaxşı tankı
T–34  tankı  Xarkov  Paravozqayırma  Zavo­
dunda  konstruktor  Mixail  Koşkinin  rəhbər liyi 
altında istehsal olunub. Konstruktor iki təcrübə 
nümunəsi  hazırlayır,  3000  km  məsafə  qət 
etməklə  onları  sınaqdan  da  keçirir.  İ.Stalin 
tankları  sürüb  Moskvaya  gətirməyi  əmr  edir. 
Tank 17 mart 1940­cı ildə Kremlin İvanov mey­
da nında  sovet  hökumətinə  təqdim  olunur. 
Moskva  ətrafında  da  sınaqdan  uğurla  keçir. 
M.Koşkin  öz  həyatını  və  sağlamlığını  tanka 
qurban verir. 
–  A.Hitler  T–34  tankının  texniki  xüsusiyyətləri  ilə  tanış  olduqdan  sonra  artıq  ölmüş 
Koşkini şəxsi düşməni elan edir.
–  1941­ci ildə alman pilotları M.Koşkinin məzarını yox etmək üçün onun dəfn olun duğu 
qəbristanlığı bombalayırlar.
  LAYİHƏ


Yüklə 3,72 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə