Dərslik layiHƏ 4 MÜNDƏRİcat



Yüklə 3,72 Kb.
Pdf görüntüsü
səhifə23/53
tarix22.05.2018
ölçüsü3,72 Kb.
#45617
növüDərs
1   ...   19   20   21   22   23   24   25   26   ...   53

89
1.  Gövdələri plastmas və ya taxta olan piyada əleyhinə minaları mü­
qayisə edin. 
2.  Sizcə,  ПМД­6,  ПМН,  ПМН­2  minalarının  zərərsizləşdirilməsi 
nəyə görə qadağandır?
3.  ПФМ minasının digər piyada əleyhinə minalardan fərqini izah edin.
4.  Sizcə,  ПФМ  minası  döyüşün  hansı  növündə  daha  geniş  istifadə 
edilir? Fikrinizi əsaslandırın.
Sual və tapşırıqlar
16.  PİYADA ƏLEYHİNƏ QƏLPƏLİ MİNALAR
Mühəndis Maneələri Sistemi bütün dövrlərdə mövcud olmuşdur. Onlar düş­
mənə itki verdirmək, onun irəliləməsini ləngitmək, bütün silah növlərinin atəşi ilə 
ona zərbə vurmağa əlverişli şərait yaratmaq, manevr etməsini məhdudlaşdırmaq 
və  ya  onları  öz  qoşunlarımız  üçün  əlverişli  istiqamətə  yönəltmək  məqsədi  ilə 
ərazidə qurulan mina­partlayış vasitələri, süni şəkildə yaradılan əngəllər, tikililərin 
və obyektlərin dağıdılması mühəndis maneələri adlanır.
Piyada əleyhinə qəlpələnən və fuqaslı minaların fərqini nədə görür sünüz?
Taktiki­texniki xüsusiyyətləri
Tipi
Qəlpəli, dai  rəvi 
xətəryetirici
Gövdənin kütləsi
1,2 kq
Partlayıcı maddənin kütləsi
0,075 kq
Gövdənin diametri
60 mm
Gövdənin hündürlüyü 
107 mm
Tam xətəryetirmə radiusu 
4 m
Qurulma üsulu
Əllə
Qəlpəli 
ПOMЗ­2М  minası
  ərazini 
düşmənin canlı qüvvələrinə qarşı mina la maq 
üçündür.  Minanın  gövdəsi  çuqundan dır.  Da­
xilində  part layıcı  maddə  atımının  yerləşdiril­
məsi  və  torpağa  vurulan  qurucu  mıxçanın 
başına keçirmək üçün boşluq var.
1 – gövdə; 2 – partlayıcı 
maddə – 75 qram lıq trotil; 
3 – partladıcı; 4 – mıxça; 
5 – zapal
1
3
2
4
5
  LAYİHƏ


90
İş prinsipi. Çəkmə məftilin dartılması nəticəsində partladıcının döyüş mili çıxır. 
Partladıcı  işə  düşərək  zapalı  və  partlayıcı  maddə  atımını  partladır.  Partlayış 
nəticəsində gövdə qəlpələrə ayrılır və canlı qüvvəni məhv edir.
ПОМЗ-2М minasının zərərsizləşdirilməsi qadağandır. O, qurulduğu yerdəcə dal­
dalanacaqdan çəkmə məftilin üzərinə istehkam qarmağını atıb çəkməklə məhv edilir.
ОЗМ-72 minasını zərərsizləşdirmək qadağandır. O, əllə istehkam qarmağı, 
yaxud üzərindən tankın dəfələrlə keçirilməsi ilə məhv edilir. İstehkam qarma­
ğının atılması və onun çəkilməsi daldalanacaqdan yerinə yetirilməlidir.
Taktiki­texniki xüsusiyyətləri
Tipi
Qəlpəli, 
dairəvi 
xətəryetirici
Kütləsi
5 kq
Partlayıcı maddənin (trotil) 
kütləsi
0,66 kq
Tullayıcı (tüstülü barıt) 
atımın kütləsi
7 qr
Diametri
108 mm 
Hündürlüyü (partladıcısız)
172 mm 
Hazır qəlpələrin miqdarı
2400 ədəd
Tam xətəryetirmə radiusu
25 m
Xətəryetirici qüvvəyə malik 
qəlpələrin uçma məsafəsi
50 m­dək
Xətəryetirmə sahəsi
2124 m
2
 
Partlamanın torpaq 
səviyyəsindən hündürlüyü 0,6–0,9 m
Qurulma üsulu
Əllə
Piyada  əleyhinə 
ОЗМ­72  minası
  ərazini  düşmənin  canlı  qüvvəsinə  qarşı 
minalamaq üçün nəzərdə tutulub. Qəlpəli, dairəvi məhvetmə qa biliyyətinə malik 
sıçrayan  ОЗМ­72  minası  isti qa mətləndirici  stəkandan,  gövdədən,  partlayıcı 
mad  də atımından, tullayıcı atım və zərbə mexanizmindən ibarətdir.
İş prinsipi. Çəkmə məftilin dartılması zamanı partladıcı işə düşür. Minanın 
gövdəsi  istiqamətləndirici  stəkandan  çıxır.  Partlayıcı  maddənin  partlaması 
ilə gövdədə preslənmiş qəlpələr yüksək sürətlə ətrafa səpələnir.
Tullayıcı 
atım
İstiqamət­
lənmiş 
stəkan
Gövdə
Kamera
Tros
Vurucu 
mexa­
nizm
Partlayıcı 
maddə
  LAYİHƏ


91
МОН-50 minasının 
quruluşu:
1 – gövdə; 2 – partladıcı 
maddə.
1
2
İş  prinsipi. 
МОН­50  minası  torpağın 
üzərinə  ayaqları  üstündə  qurulur,  yaxud 
yerli  əşyalara  (ağaca,  divara)  bərkidilir. 
Mina  idarə  olunan  və  idarə  olunmayan 
variantda  qurula  bilər.  Mina  partlayarkən 
qəlpələr  54°  bucaq  altında  uçaraq  canlı 
qüvvəni məhv edir. Məhvetmə sektorunun 
uzunluğu  50  m,  hün dürlüyü  isə  mina nın 
yaxınlığında 15 sm, ən kənarda 4 m­dir. 
54
0
4 m
50
 
m
15 sm
Piyada əleyhinə 
MOH­50 minası
 ərazini 
düş mənin canlı qüvvəsinə qarşı minalamaq 
üçün nə  zərdə tutulmuş qəlpəli, istiqamətlən­
dirilmiş təsirli minadır. “50” minanın irəli xə­
təryetirmə radiusunu göstərir (yəni 50 m).
Taktiki­texniki xüsusiyyətləri
Tipi
Qəlpəli, isti-
qamət ləndirilmiş 
xətəryetirici
Kütləsi
2 kq
Partlayıcı maddənin kütləsi
0,7 kq
Uzunluğu
226 mm
Eni
66 mm
Hündürlüyü (bağlanmış ayaqlarla)
155 mm
Qəlpələrin miqdarı:
– silindrik qəlpələrlə təchiz olunduqda 
485 ədəd
– kürəcik formalı qəlpələrlə təchiz olunduqda
540 ədəd 
Tam xətəryetirmə radiusu
50/58 m
Xətəryetirmə sahəsi
1514/1910 m
2
Minik, yük maşınlarını sıradançıxarma və 
onlardakı canlı qüvvələrə xətəryetirmə 
(məhvetmə) məsafəsi
30 m­dək
Gövdədən arxaya və yan istiqamətlərə 
qəlpələrin uçma məsafəsi
40 m­dək
Qurulma üsulu
Əllə
İdarə olunan variantda qurulan МОН­50 minasını zərərsizləşdirməyə icazə ve­
rilir. İdarə olunmayan МОН-50 minasının isə zərərsizləşdirilməsi qadağan-
dır. Bu şəkildə qurulmuş mina ОЗМ­72 minası kimi istehkam qarmağı vasitə­
silə məhv edilir.
  LAYİHƏ


Yüklə 3,72 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə