Dərslik layiHƏ 4 MÜNDƏRİcat


ATICI SİLAHLARA TEXNİKİ XİDMƏTİN GÖSTƏRİLMƏSİ



Yüklə 3,72 Kb.
Pdf görüntüsü
səhifə21/53
tarix22.05.2018
ölçüsü3,72 Kb.
#45617
növüDərs
1   ...   17   18   19   20   21   22   23   24   ...   53

82
14. ATICI SİLAHLARA TEXNİKİ XİDMƏTİN GÖSTƏRİLMƏSİ
Silahların  sazlığının  yoxlanılması  və  onlara  qulluğun  göstərilməsi  üçün 
texniki xidmət vaxtlı­vaxtında və keyfiyyətli aparılmalıdır. 
Sizcə, döyüş əməliyyatı zamanı silahın sıradan çıxması nə ilə nəticə lənə 
bilər?
Atıcı  silahları  daima  döyüşə  ha  zır 
və  ziyyətdə  saxlamaq,  istismar  zamanı 
əmələ  gələn  hər  hansı  bir  nasazlığı 
vaxtında  aşkar  edib  ara dan  qaldırmaq 
üçün 
texniki xidmət keçirilir.
Atıcı silahların sazlığını, təmizliyini yoxlamaq, onları yağlamaq və atışa ha­
zırlamaq məqsədilə 
nəzarət baxışı keçirilir. Bu, aşağıdakı hallarda aparılır:

  
gündəlik;

  
məşğələyə və naryada getməzdən əvvəl;

  
təmizləmə vaxtı;

  
döyüş  şəraitində  dövri  olaraq  gün  ərzində  və  döyüş  tapşırığını  yerinə 
yetirməzdən əvvəl.
Nəzarət  baxışını  keçirmə  zamanı  aşkar  olunmuş  çatışmazlıqlar  yerindəcə 
aradan qaldırılır. 
Bundan başqa, atıcı silahlara cari texniki xidmət edilir. Bu xidmət yığılmış 
və natamam sökülmüş silahların nəzarət baxışından və təmizlənib yağlan ma­
sından ibarətdir.
Cari texniki xidmət aşağıdakı hallarda aparılır:

  
atəşsiz məşğələlərdən sonra;

  
silahları atəşə hazırlama zamanı;

  
atəş məşğələlərindən sonra;

  
döyüş şəraitində fasilələr zamanı;

  
əgər silah otağında saxlanılırsa, həftədə bir dəfədən az olmayaraq.
Atıcı silahların təmizlənməsi
Silahların təmizlənməsi bunun üçün ayrılmış yerlərdə həyata keçiril mə­
lidir. Sökülmə və təmizləmə üçün istifadə olunan alət və ləvazimatlar saz, 
yağlama və təmizləmə materialları isə təmiz, keyfiyyətli olmalıdır.
Texniki xidmətdən keçməmiş silah­
ların məşğələlərdə, təlimlərdə və 
döyüş atış larında istifadə olunması 
qadağandır.
  LAYİHƏ


83
Atıcı  silahları  və  onların  hissələrini  köhnə  yağdan  və  pasdan  təmizləmək 
üçün 
ağ neftdən istifadə olunur. Hissə və mexanizmlər ağ neftlə təmizləndik­
dən sonra qurulanır və yağlanır.
Atıcı silahların silinməsi, təmizlənməsi və yağ­
lanması üçün 
pambıq parça və ya xüsusi kağız­
dan istifadə olunur. Yarıqları, oyuqları, novları, kəsik­
ləri  təmiz ləmək məqsədilə  müxtəlif  uzunluqda  və 
diametrdə möhkəm ağac növ lərindən hazırlan mış 
taxta çubuq dəstindən istifadə olunur.
Atıcı  silahların  təmizlənməsi  üçün 
əvvəlcə təmizləmə və yağlama mate­
rialları hazırlanır, sonra silah sökü lür, 
alət  və  ləvazimatı  baxışdan  keçirilir, 
hazırlanır, lülə kanalı təmizlənir.
Lülə  kanalı,  adətən,  luləsi  ayrılmayan  silahlarda  lülənin  ağız  tərəfindən, 
lüləsi ayrılan silahlarda isə lülənin xəzinə tərəfindən təmizlənir. 
Lülə  kanalının  divarlarının  sünbə  ilə  zədələnməsinə  yol  verməmək  üçün 
sünbənin üzərinə yönəldici (
penalın qapağı) keçirilir. 
Lüləni maye silah yağı ilə tə  miz­
ləmək  üçün  silginin  kəsi yin dən  yağ 
hop durulmuş  əsgi  keçi rilir.  Bu  zaman 
əsginin  ucla rının  uzunluğu  silginin  mi ­
lin dən  qısa,  qalınlığı  isə  elə  olmalıdır 
ki, silgi ilə əsgi lülə kanalına bir qə  dər 
qüvvə  tətbiq  etməklə  keçsin  (yiv lərin 
təmizlənməsi təmin olunsun).
Silahların  digər  metal  hissələri  və  mexanizmləri  də  təmizləndikdən  sonra 
yağ hopdurulmuş parça ilə yağlanır. 
Silahların taxta və plastmas hissələri yağlanmır.
Silahların hissə və mexanizmlərini yağladıqdan sonra onlar yığılır, hissə və 
mexanizmlərinin  işi  yoxlanılır,  silahların  dəstinə  daxil  olan  ləva zimatlar  tə ­
mizlənib yağlanılır. 
Şaxtadan  isti  otağa  gətirilən  silahları  10–20  dəqiqədən  sonra  (silahlar 
tərlədikdən sonra) təmizləmək lazımdır.
Atıcı silahları təmizləmək üçün 
sumbata kağızından, qumdan və s. 
istifadə etmək qəti qadağandır.
Lülə kanalını təmizləmək üçün
hazırlanmış ləvazimat (sünbə)
  LAYİHƏ


84
5,45 mm­lik AK74 tipli avtomatlara və РПК74 tipli əl pulemyotlarına 
təhkim olunmuş heyət tərəfindən nəzarət baxışı qaydası
Yoxlamanın adı
Texniki tələblər və yerinə yetirilmə metodikası
Gündəlik nəzarət baxışı
1.  Avtomatı xarici baxışdan keçir­
məli.
Avtomatın bütün hissə və mexanizmləri öz yerində 
olmalıdır və onun üzərində mexanizm lə rin iş qabi­
liyyətinə təsir edən çirkin, pasın, əziklərin, cızıq la rın, 
çatların və digər zədələrin olmasına diqqət yetirilir.
2.  Sünbənin bərkidilməsini yoxlamalı. Sünbə lülənin altında etibarlı bərkidilməlidir.
3.  Avtomatı sökmədən onun görü­
nən hissələrində yağın olub­
olmamasını yoxlamalı.
Avtomatın görünən hissə və mexanizmlərində na­
zik yağ qatı olmalıdır.
Patronlar atışdan və qarovula getməzdən əvvəl baxışdan keçirilir. Baxış 
zamanı aşağıdakılar yoxlanılır:

  
gilizlərin üzərində pas izləri, əziklər, güllənin gilizin içində yellənməsi və 
ya gilizin içinə batması halları olmamalıdır;

  
döyüş patronlarının arasında təlim patronları olmamalıdır.
Patronlar çirklənib və ya cüzi paslanıbsa, onları təmiz parça ilə silmək la­
zımdır. 
Yağlı parça ilə patronları silmək və daxili hissəsi çox yağlanmış maqa zinləri patron­
larla doldurmaq qadağandır.
1.  “Atıcı silahları təmizləmək üçün sumbata kağızından, qumdan və s. 
istifadə etmək nəyə görə qadağandır” qadağasını necə başa düşürsünüz? 
2.  Lüləsi ayrılmayan və ayrılan silah dedikdə nə başa düşürsünüz.
3.  Lülə kanalını təmizləmək üçün sünbəni hazırlayın. 
4.  Lülənin maye silah yağı ilə təmizlənməsini praktiki olaraq yerinə 
yetirin.
5.  Sizcə,  lülədə  torpaq,  zibil,  qatılaşmış  yağ  və  digər  kənar  əşyalar 
olduğu halda atəş açmaq nə ilə nəticələnə bilər?
Sual və tapşırıqlar
  LAYİHƏ


Yüklə 3,72 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə