Dərslik layiHƏ 4 MÜNDƏRİcat



Yüklə 3,72 Kb.
Pdf görüntüsü
səhifə17/53
tarix22.05.2018
ölçüsü3,72 Kb.
#45617
növüDərs
1   ...   13   14   15   16   17   18   19   20   ...   53

67
Taborun ehtiyatını təşkil edən taqım müdafiəyə soxulmuş düşmə nin hücu­
munu dəf etməyə, döyüş qabiliyyətini itirmiş birinci eşelon bölmələrini güclən­
dirməyə (dəyişməyə) və həmlə edən düşməni məhv etməyə hazır olur.
Həmlə dəf ediləndən sonra:

  
taqımın döyüş və say tərkibi, döyüş sursatı, digər maddi vəsait­
lər ehti yatı və vəziyyəti yoxlanılır;

  
yaralılara kömək göstərilir, ağır yaralıların çıxarılması üçün təd­
birlər görülür;

  
mühəndis maneələri və istehkam qurğuları, atəş sistemi bərpa 
edi lir, raket, silah­sursat ehtiyatı bərpa edilir;

  
silahlar qaydaya salınır, ehtiyac olduqda atəş vasitələrinin möv­
qeləri dəyişdirilir;

  
döyüşün nəticələri haqda məruzə edilir.
1.  Sizcə, səngərlərdə və əlaqə yollarında 20–30 m­dən bir döngələrin 
olmasında məqsəd nədir?
2.  “Birinci  eşelon  bölmələrinin  gücləndirilməsi  (dəyişdirilməsi)”  de ­
dikdə nə başa düşürsünüz?
3.  Birinci və ikinci eşelon, həmçinin ehtiyat taqımlarının tapşırıqlarını 
müqayisə edin. 
4.  Ərazinin  xüsusiyyətlərinin  taqımın  dayaq  məntəqəsinin  ölçülərinə 
təsirini izah edin.
5.  Taqımın dayaq məntəqəsinin sağ (sol) tinli döyüş düzülüşünün sxe­
mini çəkin.
6.  Hər  atəş  vasitəsi  üçün  2–3  ehtiyat  atəş  mövqeyinin  seçilməsində 
məqsəd nədir?
7.  MATq­ın dayaq məntəqəsinin sxemini çəkin.
8.  “Atəş  zolaqları  (sektorları)  bir­birini  örtməlidir”  dedikdə  nə  başa 
düşürsünüz?
9.  Sizcə, düşmənin komandir maşınları və mina trallı texnikaları niyə 
ilk növbədə məhv edilməlidir?
Sual və tapşırıqlar
  LAYİHƏ


68
11.  MOTOATICI TAQIMIN DÖYÜŞQABAĞI VƏ 
DÖYÜŞ DÜZÜLÜŞÜ. MOTOATICI TAQIM MARŞDA
Taqım (manqa) müəyyən olunmuş obyektə hücum etmək və onu ələ keçir­
mək  üçün  əvvəl  bir  neçə  taktiki  tapşırıqları  ardıcıl  yerinə  yetirməlidir.  Bunlar 
çıxış  mövqeyindən  hücuma  keçmə  həddinə  irəliləmə,  döyüş  düzülüşü  ele­
ment lərinə açılma və düşmənə yaxınlaşmadır.
“Motoatıcı taqımın döyüşqabağı və döyüş düzülüşü” dedikdə nə başa dü-
şürsünüz?
Səfər düzülüşü
 – bölmələrin ardıcıl kolonlarla hərəkət etməsi üçün 
düzü lüşdür. O, marşda, təqibdə, manevr icra edəndə tətbiq olunur. Səfər 
düzülüşü yük sək hərəkət sürətini; döyüşqabağı və döyüş düzülüşünə 
tez açılmanı; düşmənin atəşlərindən daha az zərər görməni; dayanıqlı 
idarəetməni təmin edir.
Döyüş düzülüşü
 –  bölmələrin döyüş aparması üçün düzülüşdür. 
O aşağıdakıları təmin edir

  döyüş tapşırığının uğurla yerinə yetirilməsini;

  bölmələrin döyüş imkanlarından tam isti fadə olunmasını;

  səylərin seçilən istiqamətdə vaxtında cəmləşdiril mə  sini;

  düşmənə atəşlə zərərvurmanın nəticələrindən və əlverişli ərazi 
şərtlərindən cəld yararlanmanı;

  döyüşün gedişində manevrin hə  yata keçirilməsini;

  düşmənin zərbə və atəşlərindən daha az zərər görməni;

  idarə edilməsinin fasiləsiz saxlanmasını.
Döyüşqabağı düzülüş
 – bölmələrin cəbhə boyu və dərin­
liyə yayılaraq kolonlarla hərəkət etməsi üçün düzülüşdür. O, 
döyüş  düzülüşünə  tez  açılmanı;  düşmənin  atəşlərindən 
daha az zərər görməni; maneələrin dəf edilməsini və daya­
nıqlı idarəetməni təmin edir.
Tapşırıqların ye­
rinə yetirilməsi za­
manı şəraitdən 
asılı olaraq 
moto­
atıcı taqımın dö­
yüş düzülüşü:
  LAYİHƏ


69
Motoatıcı taqımın döyüş düzülüşünə motoatıcı manqalar daxildir.
Döyüş  tapşırığından,  ərazidən  və  digər  şərtlərdən  asılı  olaraq  motoatıcı 
taqımın  döyüş  düzülüşünə  döyüş  maşınları,  keçidaçma  və  ələkeçirmə 
qrupları da daxil ola bilər.
Marş
Marş motoatıcı taqımın əsas hərəkət qaydasıdır. Bundan başqa, taqım də­
mir yolu, su və hava nəqliyyatı vasitəsilə daşına bilər. Taqım istənilən şəraitdə 
marşa daim hazır olmalıdır.
Taqımın  bölük  tərkibində  marş  keçirməsi  və  ya  səfər  mühafizəsinin  tərki­
binə təyin olunması mümkündür.
Taqım düşmənin aviasiya zərbəsi, hava desantlarının və kəşfiyyat­təxribat 
qruplarının  tətbiqi,  yolların  dağıdılması  şəraitində  marşa  daim  hazır  olmalıdır. 
Bu, şəxsi heyətdən yüksək bacarıq tələb edir.
Taqım marşda
Marş – göstərilən rayona təyin olunmuş vaxtda, tam tərkibdə və verilən 
tapşırığın  icrasına  hazır  vəziyyətdə  çıxmaq  üçün  qoşunların  mütəşəkkil 
yer dəyişməsidir.
Marş, adətən, gecə və digər məhdud görmə şəraitində, döyüş əməliyyatları-
nın gedişində, qoşunların uzaq dərinliyində isə gündüz yerinə yetirilir. O, cəb-
həyə doğru, cəbhə boyu və ya cəbhədən arxaya doğru keçirilə bilər.
Motoatıcı taqım bir kalonla, maşınlar arasında 
25–50 m­lik məsafə olmaqla 
marşı yerinə yetirir. Açıq yerlərdə, düşmənin yüksək dəqiqlikli silah tətbiq etmə 
təhlükəsi olan şəraitdə, tozlu yollarda, məhdud görmə şərai tində, çox dik eniş 
və  ya  yoxuşu,  sərt  döngələri  olan  yollarda,  eləcə  də  yüksək  sürətlə  hərəkət 
zamanı döyüş maşınları arasındakı distansiya 
100–150 m­ə qədər ola bilər.
Marş  zamanı  taqımın  orta  hərəkət  sürəti  piyadanın  döyüş  maşınlarında 
20–25 km/saat, avtomobillərdə 25–30 km/saat (dağlıq ərazidə 15–20 km/saat), 
piyada 4–5 km/saat təyin olunur.
Marş zamanı orta hərəkət sürəti böyük rəis tərəfindən yol şəraiti, silah və 
texnikanın  imkanları  nəzərə  alınmaqla  müəyyən  edilir.  Bütün  hallarda  marş 
şəraitə uyğun maksimal sürətlə yerinə yetirilməlidir.
  LAYİHƏ


Yüklə 3,72 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə