Dərslik layiHƏ 4 MÜNDƏRİcat



Yüklə 3,72 Kb.
Pdf görüntüsü
səhifə13/53
tarix22.05.2018
ölçüsü3,72 Kb.
#45617
növüDərs
1   ...   9   10   11   12   13   14   15   16   ...   53

49
yaxud əlbəyaxa döyüşlə məhv edir (əsir tutulur), aşkar edilmiş sənədlər götü rü­
lür. Yeni silah və texnika nümunələri ələ keçirilir, qa  lanları isə məhv edilir (sıra­
dan  çıxarılır).  Basqından  sonra  manqa  əvvəlcədən  təyin  edilmiş  toplanma 
rayonuna geri çəkilir.
Axtarış və əsirtutma
 – kəşfiyyat məlumatları toplanmasının daha bir üsu lu­
dur. O, müdafiədə, yaxud hücuma hazırlaşanda təşkil edilir.
Axtarış  və  əsir tut manın  məqsədi  əsir,  sənəd,  yeni  silah  və  texnika  nümu­
nələri ələ keçirməkdir. Əsirtutmanın aparılması üçün, bir qayda olaraq, motoa­
tıcı taqım (manqa) təyin olunur, adətən, mühəndis­istehkam bölmələri ilə (mina 
təmizləmə  vasitələri  olan  istehkamçılarla)  gücləndirilir,  dəstək  üçün  isə  atəş 
vasitələri ayrılır.
Ələkeçirmə qrupu
 – düşmənin canlı qüvvəsi, yeni silah və texnika 
nümu nə lə ri, həmçinin sənədlərini ələ keçirir. Taqım komandiri, adətən, 
ələkeçirmə qrupunda olur.
Təminat qrupu
 
– ələkeçirmə qrupunun fəaliyyətini və geri çəkilməsini 
təmin edir.
Keçidaçma qrupu
 – ələkeçirmə qruplarının düşmənin 
mühəndis maneə lə rindən keçmə sini təmin edir.
Axtarış və əsir­
tutma bölmələrinin 
tərkibindən 
ələke­
çirməkeçidaçma 
və 
təminat qrup­
ları təyin olunur.
1945-ci ildə sovet məktəblilərinin Amerika səfirinə verdikləri hədiyyə 
xüsusi xidmət orqanlarına necə kömək etdi?
1945­ci ildə sovet məktəbliləri Amerika səfirinə üzərində ABŞ­ın 
gerbi əks olunmuş, qiymətli ağacdan hazırlanmış panno hədiyyə 
edirlər. Məktəblilər və səfir pannoya dinləmə qurğusunun quraş­
dırıldığından xəbərsiz idilər. “Böcək” o qədər məharətlə gizlə dil­
miş di  ki,  Amerika  xüsusi  xidmət  orqanları  onu  uzun  müddət 
aşkar edə bil məmişdilər. Bunun əvəzində isə sovet kəşfiyyatçıları 
8  il  səfirin  kabinetin dəki  danışıqları  dinləyə  bilmişdilər.  “Böcək” 
aşkar  edildikdən  sonra  SSRİ­nin  kəşfiyyat  fəaliyyətinin  maddi  sü butu  kimi  BMT­yə 
təqdim olunmuşdu. Amma onun iş prinsipinin sirri bir neçə il açılmamış qalmışdı.
  LAYİHƏ


50
Mühəndis təminatı
Mühəndis təminatı: bölmələrin vaxtında və gizli hərəkəti, manevrası, döyüş 
tapşırığını müvəffəqiyyətlə yerinə yetirməsi, onların müdafiə qabiliyyətinin yük­
səldilməsinin  təmin  edilməsi,  düşmənin  fəaliyyətini  çətinləşdirməsi  və  ona  itki 
verməsi məqsədi ilə həyata keçirilir.
MÜHƏNDİS TƏMİNATININ ƏSAS TAPŞIRIQLARI
Fortifikasiya 
təchizatı 
Mühəndis 
kəşfiyyatı
Maneələrdən və 
dağıntılardan 
keçidlərin
açılması
Mühəndis 
maneələrinin 
yaradılması
Suyun 
hasil edilməsi
Düşmən 
kəşfiyyatından 
gizlətmə
  LAYİHƏ


51
Mühəndis kəşfiyyatı:
 düşmənin yerləşmə rayonları və mövqelərinin mü ­
həndis  təchizatını;  düşmənin  mühəndis  maneələrini;  ərazinin  keçilmə 
müm kün lüyünü,  yol  və  körpülərin  vəziyyətini;  dağıntıların,  subasmaların 
və  digər  maneə lərin  yerini,  onların  dəf  edilməsi  və  yandan  keçmə  istiqa­
mətlərini; su maneələ rinin xarakterini və onlardan döyüşlə keçilmənin şərt ­
lərini; ərazinin maskalanma və qoruyucu (mühafizə) xüsusiyyətlərini təyin 
etmək üçün aparılır.
Fortifikasiya  təchizatı:
  döyüşün  gedişində  ərazinin  maskalanma  və 
qoru yucu  xüsusiyyətlərindən  istifadə  etməklə,  mühəndis  texnikalarının, 
qurğuların,  konstruksiyaların  və  yerli  materialların  istifadəsi  ilə  daim 
həyata keçirilir.
Mühəndis  maneələri:
  bütün  növ  döyüş  əməliyyatlarında  düşmənə  itki 
ver mək,  onun  hərəkətini  ləngitmək,  manevrini  məhdudlaşdırmaq,  onları 
qoşunla rı mız  üçün  əlverişli  istiqamətə  yönəltmək  və  atəş  vasitələrinin 
effektivliyini yük səltmək üçün qurulur.
Maneələrdən  və  dağıntılardan  keçidlərin  açılması:
  mühəndis  qoşun 
böl mə ləri  tərəfindən,  eləcə  də  mina  tralları  ilə  təchiz  olunmuş  döyüş 
maşınları ilə həyata keçirilir.
Düşmən  kəşfiyyatından  gizlətmə
  (maskalama)  üçün  mühəndis  silah­
lanma  vasitələrinin  tətbiqinə  aşağıdakılar  daxildir:  silah  və  hərbi  texni­
kanın  maska la yıcı  rənglənməsi,  maskalayıcı  örtüklərin  qurulması  (açıl­
ması), yerli material lar dan təqlid (imitasiya) kimi istifadə edilməsi.
Su hasil edilərək
 keyfiyyəti müəyyənləşdirilir. Ehtiyac olduqda norma gös­
təricilərinə  çatdırmaq  məqsədi  ilə  texnoloji  proseslər  həyata  keçirilir.  Su 
paylan madan əvvəl çökdürmə və süzmə yolu ilə durulaşdırılır, maye xlor, 
xlorlu əhəng və ozonla zərərsizləşdirilir.
  LAYİHƏ


52
1.  “Ərazinin kəşfi” dedikdə nə başa düşürsünüz?
2.  Sizcə,  kəşfiyyat  qrupunun  komandirinin  iş  xəritəsində  öz  qoşun­
larımız haqqında məlumatın olması nəyə görə qadağandır?
3.  Pusqunun təşkili zamanı bölmənin tərkibindən təyin olunmuş qrup­
ların fəaliyyətlərini praktiki olaraq yerinə yetirin.
4.  Basqın zamanı maşınlardan və obyektlərdən nə kimi sənədlər gö­
türmək olar?
5.  Mühəndis təminatının əsas tapşırıqları hansılardır?
6.  “Mühəndis maneələri” dedikdə nə başa düşürsünüz?
7.  Fortifikasiya  təchizatı  və  düşmən  kəşfiyyatından  gizlətməni  fərq­
ləndirin.
8.  “Axtarış və əsirtutma” niyə məhz döyüşə hazırlaşanda təşkil edilir?
Sual və tapşırıqlar
8. MOTOATICI TAQIMIN QURULUŞU
Hərbi  hissənin  yerləşdiyi  ərazidən  və  yerinə  yetirəcəyi  döyüş  tapşırığın­
dan aslı olaraq mexanikləşdirilmiş taqım piyadaların döyüş maşını üzərində, 
motoatıcı taqımlar zirehli transportiyor və yaxud avtomobil üzərində ola bilir.
Motoatıcı taqımın quruluşunun onun döyüş tapşırığını yerinə yetir məsinə 
təsirini necə başa düşürsünüz?
Əziz gənclər, keçən il sinifinizdə yaxşı və əla oxuyan intizamlı şagirdlərdən 
manqa və taqım komandirləri təyin olunub. Tədris ili ərzində, xüsusən də, hərbi 
idman bayramı zamanı onların fəaliyyəti ilə tanış oldunuz. Dərslərin gedişində 
ən kiçik bölmə olan manqanın quruluşunu və döyüş imkanını öyrəndiniz. Bu il 
isə manqadan bir pillə yuxarı bölmə olan taqımın quruluşunu öyrənəcəyik.
Motoatıcı  taqım  idarəetmə  və  atəşlə  himayə  qrupundan  və  üç  motoatıcı 
manqadan ibarətdir. Motoatıcı manqanın quruluşunu 10­cu sinifdə öyrəndiyimiz 
üçün  bu  dərsimizdə  idarəetmə  və  atəşlə  dəstək  qrupunun  quru luşunu  öyrən­
sək, artıq taqımı da öyrənmiş olacağıq.
İdarəetmə  və  atəşlə  dəstək  qrupunun  tərkibinə  taqım  komandiri,  taqım 
komandirinin  müavini,  snayper,  bilavasitə  taqım  komandirinə  tabe  olan  atəş 
vasitələri və əmrə verilmiş bölmələr daxildir. Bu qrup düşmənin canlı qüvvəsini, 
yüngül  zirehli  və  zirehsiz  texnikalarını  məhv  edir,  həmçinin  başqa  döyüş  tap-
şırıqlarını yerinə yetirir. Gəlin onların quruluşu ilə ayrı­ayrılıqda tanış olaq. 
  LAYİHƏ


Yüklə 3,72 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə