Dərslik layiHƏ 4 MÜNDƏRİcat



Yüklə 3,72 Kb.
Pdf görüntüsü
səhifə10/53
tarix22.05.2018
ölçüsü3,72 Kb.
#45617
növüDərs
1   ...   6   7   8   9   10   11   12   13   ...   53

36
Hərbi qulluqçunun sıraya qayıtması üçün komanda verilir. Məsələn: 
“Əsgər 
Məmmədli. Sıraya dur”, yaxud ancaq “Sıraya dur” komandası ilə üzü sıraya 
dayanmış hərbi qulluqçu öz soyadını eşitdikdə rəisə tərəf dönərək, 
“Mən” cava­
bını verir. Hərbi qulluqçu silahsız olduqda, yaxud silahı 
“Arxada” vəziy yətində­
dirsə, 
“Sıraya  dur”  komandası  ilə  o,  əsgəri  salam  və  “Oldu”  cavabı  verir, 
geriyə dönür, birinci addımla əlini aşağı salır, səfər addımları ilə (qaçaraq) ən 
qısa yolla sırada öz yerini tutur. Sıraya qayıtdıqda rəisdən uzaqlaşarkən hərbi 
qulluqçu sıradakı yerinə qədər qısaldılmış yolla səfər addımları ilə hərəkət edir. 
Əsgərin soyadı deyilmədən 
“Sıraya dur” komandası verilərsə, üzü sıraya du­
ran hərbi qulluqçu 
“Mən” demədən və rəisə tərəf dönmədən sıraya qayıdır. 
Hərbi qulluqçu sıradan kənarda çağırış ilə rəisə yaxınlaşarkən 2–3 addım 
qalmış dayanır, ayağını saxlamaqla eyni vaxtda sağ əlin orta barmağının ucunu 
sağ  qaşın  sağ  ucuna  yaxınlaşdırır  və  məruzə  edir.  Məsələn: 
“Yoldaş  leyte­
nant, əsgər Əlibəyli əmrinizlə gəldi”. Məruzə başa çatdıqda əlini aşağı salır. 
Hərbi  qulluqçuya  rəis  icazə  verdikdə  o,  sağ  əlin  orta  barmağının  ucunu  sağ 
qaşın  sağ  ucuna  yaxınlaşdırararaq 
“Oldu”  cavabı  verir,  hərəkət  istiqa mətinə 
dönür, birinci addımla (sol ayağını yerə qoymaqla) əlini aşağı salır və hərəkəti 
səfər addımları ilə davam etdirir.
“Döyüşə”,_“Qalx”_üsulları,_sıçramalar_və_sürünmələr_Silahla_çökmək_üçün_“ÇÖK”'>“Çök”, “Döyüşə”, “Qalx” üsulları, sıçramalar və sürünmələr
Silahla çökmək üçün 
“ÇÖK” koman­
dası verilir. Bu komanda ilə silahı sağ ələ 
götürüb 
“Azad” vəziyyəti almalı, sol ayağı 
bir  addım  irəli  atmalı,  silahı  sol  ayağın 
topuğu  bərabərinə  dik  vəziyyətə  gətir­
məli,  sağ  diz  üzərində  çökməli,  sağ  əllə 
silahın lüləsini sağ çiyin boşluğuna qoyub 
qolu bədənə yapışdırmalı, sol əli sol dizin 
üstünə qoymalı (şəkil 6). 
“Çökmə” vəziyyətindən qalx maq üçün 
“QALX” komandası veri lir. Bu komanda 
ilə sol əlini sol dizinə dayayaraq qundağı 
yerdən qaldırmalı, sol ayaq üstündə irəli 
qalxıb sağ ayağı sol ayağın yanına gətir­
məli, silahı qayışa alıb 
“Azad” vəziyyətə keçməli.
“ÇÖK”  komandası  məşğələlər,  təlimlər  və  istirahət  vaxtlarında  hərbi  qul­
luqçular  silahsız  olduqda  da  verilə  bilər.  Bu  hallarda  sağ  əl  sağ  dizin  üstünə 
qoyulur. Hərəkət vaxtı 
“ÇÖK” komandası sağ ayaq yerə qoyularkən verilir. 
Şəkil 6. Silahla çökmə
  LAYİHƏ


37
“DÖYÜŞƏ” komandası ilə silahı sağ ələ götürüb sağ ayaqla irəli, bir az sağa 
tam  addım  atılmalı,  eyni  zaman  da  bədəni  qabağa  əyərək  sol  dizi  üstə  enib, 
sol əli özünün qabağında barmaq ları sağa yerə qoyulmalıdır (şəkil 7, a).
Şəkil 7. “Döyüşə” üsulunun yerinə yetirilməsi
Sonra ardıcıl surətdə sol ombasına, sol bazu önünə dayayaraq sol böyrü 
üstünə uzanmalı və tez qarnı üstü  nə çevrilməli, ayaq pəncələ rini bayıra çevir­
məklə  bir  az  aralı  uzatmalı  (şəkil  7,  b). 
“Döyüşə”  komandası  ilə,  bunlar dan 
başqa, atəş apar mağa hazırlaşmalı (şəkil 7, c). 
“QALX”  komandası  ilə  sağ  əldə  silahı  saxlamalı,  hər  iki  əli  sinəyə  qədər 
çəkib, eyni zamanda ayaqları birləşdir məli (şəkil 8, a), sonra qolları düzəldərək 
sinəni yerdən qaldırmalı və sağ (sol) ayağı qabağa verib (şəkil 8, b) cəld qalx­
malı, sol (sağ) ayağı o birinə yaxınlaşdırıb silahla sıra duruşu qəbul et məlidir. 
Şəkil 8. “Döyüşə” vəziyyətindən “Qalx” üsulunun yerinə yetirilməsi
Döyüş meydanında yerdəyişmə sürətli addımlarla, yaxud qaçaraq, sıçra ma­
larla və sürünmələrlə yerinə yetirilir. 
  LAYİHƏ


38
Sıçrama 
“Əsgər Məmmədli, səngərə, sıçrayaraq – İRƏLİ” komandası ilə 
yerinə  yetirilir.  Xəbərdarlıq  komandası  ilə  irəliləmə  yolunu,  arada  dincəlmək 
üçün örtülü yerləri nəzərdə tutmalı; icra komandasında tez sıçrayaraq keçməli. 
Ərazidən və düşmənin atəşindən asılı olaraq nəfəsi dərmək üçün dayanmalar 
arasında sıçramaların uzunluğu təqribən 20–40 addım olur. Qaçaraq dincəlmə 
yerinə  çatıb  uzanmalı  və  bir  qədər  yana  sürünməli,  göstərilən  yerə  çatdıqda 
ondan əlavə, atəş açmağa hazırlaşmalı. 
Sürünmə 
“Əsgər  Məmmədli,  ayrı  ağacın  yanına,  sürünərək  –  İRƏLİ” 
komandası ilə dirsəklər üstündə, iməkləyərək, yaxud böyrü üstündə üsulları ilə 
yerinə yetirilir.
Dirsəklər üstündə sürünmək 
üçün yerə tam uzanıb, sağ əllə silahın lülə 
yatağının yanında qayışdan tutub, onu sağ bazu önünün üstünə qoymalı. 
Sağ  (sol)  ayağı  yığıb,  eyni  zamanda  sol  (sağ)  qolu  mümkün  qədər  irəli 
uzatmalı; yığılmış ayaqla özünü itələyərək bədəni irəli verməli; o biri ayağı 
yığıb, o biri qolu irəli uzatmalı və hərəkəti həmin qayda ilə davam etdirməli. 
Sürünərkən başı çox hündürə qaldırmamalı.
İməkləyərək sürünmək
 üçün dizlər üstə durub, bazu önlərinə, yaxud 
əllərə söykənməli. Bükülmüş sağ (sol) ayağı sinənin altına çəkib eyni za­
manda sol (sağ) qolu irəli uzatmalı. Sağ (sol) ayağın tamamilə düzəl dilmə­
sinə  qədər  bədəni  irəli  verməli,  eyni  zamanda  o  biri  bükülmüş  ayağı  öz 
altına çəkib, digər qolu qabağa uzatmalı və hərəkəti həmin qayda ilə davam 
etdirməli.  Silahı,  bazu  önlərinə  söykənərək  sürünəndə  dirsəklər  üs tündə 
sürünmə kimi, əllərə söykənərkən sürünəndə sağ əldə tutmalı. Sürünərkən 
başı çox hündürə qaldırmamalı.
  LAYİHƏ


Yüklə 3,72 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə