Dərslik layiHƏ 4 MÜNDƏRİcat



Yüklə 3,72 Kb.
Pdf görüntüsü
səhifə12/53
tarix22.05.2018
ölçüsü3,72 Kb.
#45617
növüDərs
1   ...   8   9   10   11   12   13   14   15   ...   53

44
Dövrələmə
 –  düşmənə  zərbə  endirmək  məqsədilə  onun  cinahına  (cinah­
larına) çıx maq üçün edilən manevr dir. 
1 mam
2 mam
3 mam
Taktiki işarələri (taktiki əlifbanı) öyrəndiyimizə görə bundan sonrakı sxem­
ləri onlardan istifadə etməklə çəkəcəyik.
Yandankeçmə –
 
düşmənə arxadan 
zərbə endirmək 
üçün yerinə 
yetirilən da  ha 
dərin manevrdir.
Dövrələmə  və  yandankeçmə  cəbhədən  hücum  edən  əsas  qüvvələrlə, 
bəzən isə taktiki hava desantı ilə taktiki və atəş qarşılıqlı əlaqəsində icra edilir. 
Dövrələmə həm yerdən, həm də havadan keçirilə bilər.
  LAYİHƏ


45
Mövqe (rayon)  dəyişmə
 – daha əlverişli mövqe tutmaq və qoşunları (böl­
mələri) zərbə altından çıxarmaq üçün edilən manevrdir.
Atəşlə manevr – düşmənə eyni vaxtda və ya ardıcıl zərər vurulması məq­
sədilə atəşin vacib hədəflərə cəmləşdirilməsi, bir neçə hədəfə zərər vurmaq üçün 
vasitələrin bölüşdürülməsi, habelə yeni hədəflərə istiqamətləndiril məsi üçün tət­
biq edilir. 
Zərbə və atəşlə manevr düşmənin mühüm qruplaşma və obyektlərinə daha 
effektiv zərər vurulması məqsədilə həyata keçirilir.
Atəşin yeni obyektə köçürülməsi
Atəşin bölüşdürülməsi
  LAYİHƏ


46
Taktiki fəaliyyət üsulu – verilmiş tapşırıqları yerinə yetirərkən güc və vasi­
tələrin tətbiqinin seçilən variantı, qaydası və ardıcıllığıdır. Taktiki fəaliyyət üsu­
lunun seçimi alınan tapşırıqdan, düşmən və öz bölmələrimizin tərkibindən, tətbiq 
etdikləri silahlardan, onların döyüş imkanların dan, fəaliyyət rayonunun xüsusiy­
yətlərindən, ilin fəsli və sutkanın vaxtından, hava şəraitindən asılıdır.
ən  güclü  zərərvurma  vasitə si­
dir. Ona hər növ nüvə sursat ları 
və  onların  çatdırma  vasi tələri 
daxildir.
aviasiya, artilleriya, atıcı və mü ­
həndis  sursatları  tətbiq  edən 
zərbə  və  atəş  vasitələri,  raket­
lər,  yandırıcı  sursat  və  qarışıq­
lardır.  Adi  silahlar  arasında  ən 
dəqiq  və  effektiv  zərərvurma 
vasitəsi – 
yüksək dəqiqlikli si­
lahlar dır.  Bu  növ  silahlara  hə ­
dəfi  ilk  atəşdən  məhv  etməyə 
qadir olan və idarəolunan raket 
kompleksləri daxildir.
Nüvə silahı
Adi silahlar
Taktiki fəaliyyətlər nüvə silahı və adi silahların tətbiqi ilə aparıla bilər.
1.  Müasir  müharibələrdə  tətbiq  olunan  raket  və  aviasiya  zərbə ləri 
haqqında məruzə edin.
2.  Atış üsullarından olan “mazğaldan atış” dedikdə nə başa düşür sünüz?
3.  Bölmələrlə manevrin uğurlu olması üçün vacib amilləri sadalayın.
4.  Bölmələrlə manevrin dövrələmə növünü praktiki yerinə yetirin.
5.  Bölmələrlə manevrin yandankeçmə növünü praktiki yerinə yetirin.
6.  Bölmələrlə  manevrin  mövqe  (rayon)  dəyişmə  növünü  praktiki 
yerinə yetirin.
Sual və tapşırıqlar
  LAYİHƏ


47
7.  DÖYÜŞ TƏMİNATI
Kəşfiyyat və Mühəndis hazırlığı – döyüş təminatının ən vacib növləridir. 
Kəşfiyyat düşmən və ərazi barədə məlumatlar əldə etmək məqsədilə hər 
cür şəraitdə aparılır. 
Mühəndis hazırlığı yüksək olarsa, döyüşdə qoşunlarımızın itkiləri daha az, 
fəaliyyəti daha səmərəli olar. 
Döyüşdə kəşfiyyat təminatı və mühəndis hazırlığına nələr aiddir.?
Əziz gənclər, bu dərsimizdə quruluşunu öyrəndiyimiz taqımın kəşfiyyat və 
mühəndis təminatı üzrə fəaliyyəti ilə tanış olacağıq.
Kəşfiyyat – döyüş təminatının əsas növüdür.
dozor
pusqu
Motoatıcı taqımın kəşfiyyatda yerinə yetirdiyi tapşırıqlar
basqın
axtarış
Dozor  manqaları
  vaxtında  düşməni  aşkarlamaq  və  ərazinin  kəşfi  üçün 
çıxarılır. Dozor manqası kəşfiyyat məlumatlarını yerindən, hərəkətdə, qısa da ­
yanacaqlardan qulaqasma və yerli sakinləri sorğu­sual etməklə əldə edir. 
Dozor  manqası  onu  göndərən  bölmənin  hərəkətini  ləngitmədən  müşahidə 
üçün münasib məntəqənin birindən digərinə hərəkət edir. Hərəkət marşru tunda 
Motoatıcı taqım dozorda
  LAYİHƏ


48
əraziyə, yerli əşyalara baxış keçirilir, düşmənin gizlənməsi mümkün olan əra­
zilər diqqətlə yoxlanılır. Hərəkət istiqaməti oriyen tirlərə və yerli əşyalara, gecə 
isə azimuta əsasən saxlanılır.
Əgər düşmən aşkar edilməyibsə, dozor man qasının komandiri 
“Yol açıq­
dır”  siqnalını  verir  və  tapşırığı  yerinə  yetirməyi  davam  etdirir.  Düşmən  aşkar 
edildikdə bu haqda məlumat verir, gizli fəaliyyət göstərərək müşahidəni davam 
etdi rir. Düşmənlə qəfil qarşı laşanda dozor manqası ona atəş açır, ötüb­keçir və 
verilmiş tapşırığı yeri  nə yetirməyə davam edir.
Düşmənin  arxasında  kəşfiyyat  aparmaq  üçün  təyin  olunmuş  komandirin  iş  xəritə­
sində öz qoşunları haqqında hər hansı məlumatın, şəxsi heyətdə isə şəxsi və xid­
məti sənədlərin olması qadağandır. 
Kəşfiyyat məlumatlarının toplanması üsullarından biri də 
pusqudur
. Pusqu 
əsir, sənəd, silah və texnika nümunələrini ələ keçirmək məqsədilə xüsusi təyin 
olun muş bölmə (qrup) tərəfindən həyata keçirilir.
Pusqunun təşkili zamanı həmin bölmənin tərkibindən
 müşahidəçilərələ­
ke çirmə və təminat qrupları təyin edilir.
Müşahidəçilərin  vəzifəsi  düşməni  vaxtında  aşkarlamaq  və  komandirə  mə­
ruzə etməkdir. 
Ələkeçirmə  qrupunun  vəzifəsi  əsirləri,  sənədləri,  silah  və  texnika  nümu­
nələrini  ələ  keçirməkdir.  Taqımda  ələkeçirmə  qrupuna  təyin  edilmiş  motoatıcı 
manqa döyüş maşını olmadan da fəaliyyət göstərə bilər.
Təminat  qrupunun  vəzifəsi  isə  düşməni  dayandırmaq,  onun  yaxınlaşma­
sının (geri çəkilməsinin) qarşısını almaq və döyüş tapşırığını yerinə yetirdikdən 
sonra geri çəkilən bölmələri atəşlə dəstəkləməkdir.
Düşmənin döyüş texnikası üzərindəki şərti işarələr (emblemlər) yadda sax­
lanılır  və  ya  şəkli  çəkilir.  Əsirlər,  düşmən­
dən götürülmüş sənədlər, yeni silah nümu­
nələri və texnika, harada, nə vaxt və hansı 
şəraitdə  götürülməsi  qeyd  edilərək  böyük 
rəisə göndərilir. 
Kəşfiyyat məlumatlarının əldə olunması üsullarından biri də
 
basqındır
.
Düşmənin  mühüm  obyektinin  məhv  edilməsi  (sıradan  çıxarılması)  üçün 
basqının  icra  olunması  məqsədilə  manqanın  tərkibindən,  adətən, 
məhvetmə 
qrupu ayrılır.
Basqın zamanı manqa obyektə gizli şəkildə mümkün qədər yaxınlaşır, səs­
siz və ya qəfil atəşlə basqın edir. Sonra sürətlə həmlə edərək düşməni atəşlə, 
Götürülmüş sənədlər üzərində 
hər hansı yazı və qeydlər 
aparmaq qadağandır.
  LAYİHƏ


Yüklə 3,72 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə