Dərslik layiHƏ 4 MÜNDƏRİcat



Yüklə 3,72 Kb.
Pdf görüntüsü
səhifə20/53
tarix22.05.2018
ölçüsü3,72 Kb.
#45617
növüDərs
1   ...   16   17   18   19   20   21   22   23   ...   53

78
Başı azacıq irəli əymək və sağ yanağı qundağa yüngülcə söykəmək gərək­
dir. Bu vaxt sağ göz nişangah səviyyəsində ondan 25–30 sm, yaxud elə məsa­
fədə olmalıdır ki, atıcı nişangahın gəzini və arpacığını həmişə aydın görə bilsin. 
Qundağın arxa tərəfinin mərkəzi hissəsi çiyinə bərk sıxılmış vəziyyətdə olmalıdır. 
Atıcı  münasib  vəziyyət  almaq  üçün  gövdəsini  azca  irəli,  yaxud  geri  əyir. 
Düzgün tuşlama atıcının gövdəsinin, ayaqlarının, əllərinin və başının vəziyyə­
tindən  asılıdır.  Silahın  sabitliyi  isə, 
öz növbəsində, düzgün tuşlamadan 
asılıdır. Bunu yoxlamaq üçün tuşla­
madan  sonra  sağ  əli  çiyin  bərabə­
rində  kənara  qaldırmaq  lazımdır. 
Əgər qundaq çiyinə düzgün və bərk 
sıxılmayıbsa, əl qalx dıqda o, yuxarı 
və ya aşağı sürüşəcək.
Güllənin lazımi istiqamətə və müəyyən məsafəyə uçması üçün silahın lülə 
kanalına  lazımi  vəziyyətin  verilməsi  üzrə  atıcının  hərəkətləri  nişan alma 
adlanır. Bu hərəkət nişangah və arpacıq vasitəsilə aparılır. 
Bütün atış boyu silahın tuşlanmasını və atışa hazırlığını eyni cür saxlamaq 
üçün  silahın  hədəfə  tuşlanmasının  əvvəlki  vəziyyətini  əllərin  deyil,  gövdənin 
tərpədilməsi hesabına təmin etmək lazımdır. Əgər silah aşağı tuşlanıbsa, göv­
dəni arxaya, yuxarı tuşlanıbsa, irəli əymək lazımdır.
Dəqiq  nişan  almaq  üçün  sol  gözü  yummaq,  sağla  nişangahın  gəzindən 
arpa cığa elə baxmaq la  zım dır ki, o, gəzin tən orta sında, hün dürlüyü isə nişan­
gahın hün dürlüyündə olsun. Belə nişanalma 
düzgün arpacıq adlanır.
Göz
Hədəf
Gəz
Arpacıq
Düzgün arpacıq
Düzgün nişanalma və tətikçəkmə
Silahın sabitliyinin 
yoxlanması
  LAYİHƏ


79
Nişanalma üçün nəfə sin verilməsini ləngidib düzgün arpacığı hədəfin üzə­
rinə gətirmək, eyni anda sağ əlin işarət barmağının birinci oynağı ilə tətiyi sıxa­
raq onun neytral hərəkət məsafəsini müəyyən ləşdirmək lazımdır. Nəfəs çəkilib 
saxla nılmalı, tətik atəş açılana qədər mülayim tərzdə çəkilməlidir. Atəşin açıl-
ması atıcı üçün gözlənilməz olmalıdır. 
Nişanalma zamanı səhvlər
Arpacığı nişangahın gəzinin tən ortasından sağa­sola, yaxud onun kənar­
larından aşağı­yuxarı sürüşdürəndə atış dəqiq alınmır. Bu zaman arpacıq gəzə 
nisbətən  nə  qədər  sürüşdürülübsə,  bir  o  qədər  də  güllələr  nişanalma  nöqtə­
sindən yayınır. 
Bütün hallarda güllələr arpacığın sürüşdüyü tərəfə yayınır.
Kiçik arpacıq
Arpacıq sağa
tutulub
Arpacıq sola
tutulub
Böyük arpacıq
Güllələr aşağı
gedəcək
Güllələr sağa
gedəcək
Güllələr sola
gedəcək
Güllələr yuxarı
gedəcək
 
Düzgün arpacıq
Avtomatdan atışın üsul və qaydaları
atışa hazırlıq
atəşin açılması
atışın dayan­
dırılması
Avtomatdan atış aşağıdakılardan ibarətdir:
  LAYİHƏ


80
Atıcı yerindən atəş açarkən ərazinin relyefindən və düşmənin atəşindən asılı 
olaraq ayaq üstündən, dizi üstündən və uzanaraq atəş açmaq üçün vəziyyəti 
alır. O, atəşin üsullarının tələblərini  və öz fərdi xüsusiyyətlərini  nəzərə alaraq 
ən əlverişli vəziyyəti seçir. 
Atəşin açılması

  nişangahın qurulması;

  qoruyucunun lazım olan atəş növü nün üzərinə qoyulması;

  nişanalma;

  
tətiyin çəkilməsi və atış zamanı silahı düz gün tutmaqdan ibarətdir.
Nişan ga hın 
qurulması
Qoruyucunun 
lazım olan atəş 
növünün üzərinə 
qoyulması
АВ
 – автома­
тический огонь 
(avtomatik atəş)
ОД 
 одиночный 
огонь (tək­tək atəş)
Atış  müvəqqəti  və  ya  tamamilə  dayandırıla  bilər. 
“Dayan”,  yaxud  “Atəşi 
dayandır”  komandası  ilə  atıcı  barmağını  tətikdən  çəkir  və  silahı  qoruyucuya 
qoyur. Atışı tamamilə dayandırdıqda bunun ardınca 
“Boşalt” komandası verilir. 
Atıcı silahı boşaltmaq üçün maqazini ayırır, silahı qoruyucudan çıxarır, 
çax maq  çərçivəsini  geriyə  çəkib  buraxır  (patronu  patron  yuvasından 
çıxarır), tətiyi çəkir və silahı yenidən qoruyucuya qoyur.
Baxışın keçirilməsi üçün 
“Silah baxışa” komandası verilir. Bu komanda ilə 
atıcı avtomatı sol əllə lülə yatağından tutur, sağ əllə maqazini avtomatdan ayırır 
və  qabarıq  hissəsi  özünə  tərəf,  ötürücü  hissəsi  yuxarı  olmaqla  sol  əlin  bar­
maqları  ilə  lülə  yatağına  sıxıb  saxlayır,  sağ  əllə  silahı  qoruyucudan  çıxarır, 
çaxmaq çərçivəsini geri çəkir və avtomatı azca sola döndərir. 
Atışın rəhbəri patron yuvasını və maqazini nəzərdən keçirdikdən sonra o, 
çaxmağı buraxır, tətiyi çəkir, avtomatı qoruyucuya qoyur, maqazini birləşdirir və 
silahı
 “Qayışda” vəziyyətinə alır.
  LAYİHƏ


81
Silahların istismarı zamanı təhlükəsizlik qaydaları:
●  
təhlükəsizlik  qaydalarını  mənimsəməmiş  şəxslər  silahların  istismarına 
buraxılmamalı; 
●  
silahların baxışdan keçirilməsinə, sökülməsinə başlamazdan əvvəl onun 
boş olmasına əmin olmalı;
●  
atış zamanı ləngimə baş verdikdə atəşi dərhal dayandırıb silahları bo­
şaltmalı, ləngimənin səbəbini araşdırmalı və aradan qaldırmalı;
●  
atış  zamanı  silahların  hərəkətli  hissələrindən  qorunmalı  və  giliz  atılan 
istiqamətdə durmamalı; 
●  
qumbaraatanlardan  atış  zamanı  onun  arxasında  30  m­ə  qədər  məsa­
fədə adamlar olmamalıdır.
Atıcı silahların istismarı zamanı aşağıda göstərilənlərə əsla yol ver­
mək olmaz:

  
silahlar hətta qoruyucuda olduğu halda, doldurma və boşaltma za­
manı ləngiməni aradan qaldırdıqda, həmçinin doldurduqdan sonra 
onların qarşısında dayanmaq; 

  
lülədə torpaq, qatılaşmış yağ və digər kənar əşyalar olduğu halda 
silahları doldurmaq və ya atəş açmaq.
1.  Atış üçün vəziyyətin alınmasını praktiki yerinə yetirin.
2.  Atışa hazırlanmanı praktiki yerinə yetirin.
3.  Düzgün tuşlamadan sonra silahın sabitliyinin yoxlanmasını yerinə 
yetirin.
4.  Dəqiq nişanalmanı şəkildə göstərilən kimi praktiki yerinə yetirin.
5.  Silahın boşaldılmasını praktiki yerinə yetirin.
6.  Baxışın keçirilməsinı praktiki yerinə yetirin.
7.  Müxtəlif məsafədəki hədəflərə uyğun nişan ga hın qurulmasını prak­
tiki yerinə yetirin.
8.  Qoruyucunu lazım olan atəş növünün üzərinə qoyun.
Sual və tapşırıqlar
  LAYİHƏ


Yüklə 3,72 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə