Dərslik layiHƏ 4 MÜNDƏRİcat



Yüklə 3,72 Kb.
Pdf görüntüsü
səhifə18/53
tarix22.05.2018
ölçüsü3,72 Kb.
#45617
növüDərs
1   ...   14   15   16   17   18   19   20   21   ...   53

70
Şəxsi heyətin qida qəbulu, istirahəti, texnikaya texniki xidmət, təmir, texni­
kanın yanacaqla doldurulması üçün dincəlmə rayonları təyin edilir. 
Marşa  hazırlıq  zamanı  maşınların,  silahın,  gecəgörmə  cihazlarının,  rabitə 
vasitələrinin sazlığı yoxlanılır.

  Marş vaxtı müəyyən edilmiş qayda lara ciddi riayət edilməlidir. Keçid lərdə
aşırım lar da, dar dərələrdə, tunellərdə və yaşayış məntəqələrində ləngi mə­
lərə yol verilməməlidir. 

  Marşrutun açıq hissələrində maşınla rın dayanması və toplanmasına yol 
veril mir, hərəkət sürəti və maşınlar arasındakı məsafə artırılır.
Taqım komandiri marşda, adətən, taqımın kolonunun başında gedir. Marşda 
taqımın idarə olunması təyin edilmiş siqnallar və komandalar vasi təsilə həyata 
keçirilir. Radiostansi ya lar yalnız qəbul rejimində işləyir.
Gecə vaxtı maşınlar gecəgörmə cihazları, yaxud işıq maskalanma qurğula­
rından istifadə etməklə hərəkət edir.
Düşmənin  hava  basqını  zamanı  taqım  hərəkət  sürətini  və  maşınlar  ara­
sındakı məsafəni artıraraq irəliləməni davam etdirir. 
Hava hədəflərinə atəş aparmaq üçün ayrılmış atəş vasitələri atəş açmağa 
hazır laşır.  Hava  düşməninin  basqını  taqım  komandirinin  komandası  ilə  və  ya 
müstəqil qaydada açılan atəşlə dəf edilir.
Piyada hərəkət edərkən motoatıcı taqım koman dirinin komandası ilə taqım 
yaxınlıqdakı  sığınacaqda  yer  tutur  və  atıcı  silahlardan  hava  hədəflərinə  atəş 
açır.
Atıcı silahdan
hava hədəfinə atəşaçma
  LAYİHƏ


71
Düşmənin  pusqudan  basqını  zamanı  döyüş  maşınlarının  heyəti  atəş  açır, 
aerozol (tüstü) pərdəsi yaradaraq digər maşınların məhvetmə zonasından çıx­
masını, şəxsi heyətin maşınlardan enməsini və basqının dəf edilməsini təmin 
edir.  Maşınların  məhvetmə  zonasından  çıxmaları  mümkün  olmadıqda  şəxsi 
heyət maşınlardan enərək atəş mövqeləri tutur, aşkar olunmuş hədəflərə atəş 
açaraq basqını dəf edir. 
Hərəkət  marşrutunda  olan  zəhər lənmə  zonaları  yandan  ötüb  keçilir.  Bu, 
mümkün  olma dıqda  belə  sahələr  şüalanma  səviyyəsi  az  olan  istiqamət lərdə 
fərdi  mühafizə  vasitəsin dən  və  maşınlarda  olan  kütləvi  qırğın  silahından  mü ­
hafizə sis temindən istifadə olunaraq yüksək sürətlə dəf edilir.
Dincəlmələrdə maşınlar yolun sağ kənarında biri o birindən 10 metrdən az 
olmayan məsafələrdə dayandırılır.
Döyüş  maşınları  mümkün  olduğu  qədər  ağacların  çətiri  altında  saxlanılır, 
açıq ərazilərdə isə maskalama vasitələri, yaxud yerli materiallarla maskalanır. 
1.  Sizcə, marş vaxtı keçidlərdə, aşırımlarda, dar dərələrdə, tunellərdə 
və yaşayış məntəqələrində ləngimələrə niyə yol verilmir? 
2.  Nəyə görə marşda radiostansiyalar yalnız qəbul rejimində işləyir, 
taqım isə siqnallarla idarə olunur? 
3.  Marşrutun açıq hissələrində maşınların dayanmasına və toplanma­
sına yol verilməməsinin, hərəkət sürəti və maşınlar arasındakı məsafənin 
isə artırılmasının səbəbini izah edin.
4.  Dincəlmələrdə  döyüş  maşınlarının  mümkün  olduğu  qədər  ağac­
ların çətiri altında saxlanılmasının səbəbini izah edin.
5.  Piyada  hərəkət  edərkən  taqım  komandirinin  komandası  ilə  atıcı 
silahlardan hava hədəflərinə atəş açmanı praktiki yerinə yetirin.
Sual və tapşırıqlar
  LAYİHƏ


72
12. MİNLİK DÜSTURU
Sadə xətti və bucaq ölçüləri yer səthində səmtləşmədə, əşyalara qə dər 
məsafələrin  təyin  edilməsində  və  atəş  üçün  məlumatların  hazır lanmasında 
geniş istifadə olunur. 
Riyazi biliklərin hərbi xidmətdə tətbiqini necə təsəvvür edirsiniz?
Bildiyiniz kimi, adi hallarda bucaqlar dərəcə ilə ölçülür. Bu bucaqölçmə sis­
temi bucaq və istiqamətlərin dəqiq ölçülməsi üçün əlverişli olsa da, hesab lama 
üçün mürəkkəbdir. Hərbidə dərəcə sistemi əvəzinə sadə və əlverişli olan artil­
leriya  sistemi  tətbiq  olunur.  Bu  sistemdə  bucaq  ölçüsü  vahidi  kimi  tam  qövs 
boyu, 1:6000­ə bərabər çevrənin mərkəzi bucağı qəbul olunub. Bu vahid 
bucaq­
ölçmə bölgüsü və ya minlik adlanır. 
Çevrənin  uzunluğunun 
R
  olduğunu  artıq  bilirsiniz. 
π  =  3,14
  olduğundan 
biz bunu 
6,28R
 (
R
 – çevrənin radiusu) kimi yaza bilərik.
Əgər  çevrənin  uzunluğunu  6000  bərabər  hissəyə  bölsək,  hər  bir  hissə 
6 28
6000
1
955
,
R
R
=
, bunu yuvarlaq yazsaq 
1
1000
R
­ə bərabər olacaq.
Bucaqölçənin bir bölgüsünə 
bərabər olan AOB bucağı:
AB qövsünün uzunluğu
AB
R
=
955
1/6000
0–01
A
B
O
R
Bu mərkəzi bucağa uyğun olan qövsün uzunluğu çevrənin radiusunun 1 : 955 
(yuvarlaqlaşdırdıqda 1 : 1000) hissəsinə bərabərdir. Məhz bu səbəbdən bucaq­
ölçənin bölgüsü, 
minlik adlandırılır. Yuvarlaqlaşdırma nəticə sində alınan nisbi 
xəta 4,5% təşkil edir. Praktikada bu xəta nəzərə alınmır. 
1  minlik  elə  bir  mərkəzi  bucağın  qiymətinə  deyilir  ki,  onun  çevrədən 
ayırdığı qövsün uzunluğu həmin çevrənin uzunluğunun 1:6000 hissəsinə 
bərabər olsun.
Atəş hazırlığı
  LAYİHƏ


73
Bucaqölçmə  bölgüsü  (minlik)  bucaq  ölçülərindən  xətti  ölçülərə  və  əksinə 
asanlıqla  keçməyə  imkan  verir.  Belə  ki,  bucaqölçmə  bölgüsünə  uyğun  olan 
qövsün  uzunluğu  bütün  məsafələrdə  atış  məsafəsinə  bərabər  olan  çevrənin 
radiusunun uzunluğunun mində bir hissəsini təşkil edir. 
Bir minliyə bərabər olan bucağın qövsü 1000 m məsafədə 1 m­ə (1000 m : 1000), 
500 m məsafədə 0,5 m­ə (500 m : 1000) və s. bərabərdir.
1000
M
AC xəttinin ölçülməsi
O
B
C
A
H
M
Bir minliyə bərabər qövsün uzunluğunun R/1000 olduğunu artıq bilirik. Ra ­
diusun  uzunluğunu  hədəfə  qədər  olan  məsafə  qəbul  edib  “M”  hərfi  ilə  işa­
rələyək. Onda bu qövsün uzunluğu M/1000 olacaq. İki eyni məsafədə yerləşən 
əşyalar  arasındakı  bucaq  B  dəfə  minlikdən  çox  olduğuna  görə  H  qövsünün 
uzunluğu da M/1000 qövsündən B dəfə çox olacaq. Beləliklə
1000
B
M
H

=
Buradan M­i tapsaq,
B
H
M
1000

=
 
alınar.
Bu düsturda 
H
 – hədəfin (əşyanın) hündürlüyü  və ya eni (metrlə ölçülür), 
M
 – hədəfə (əşyaya) qədər olan məsafə (metrlə ölçülür); 
B
 – hədəfin (əşyanın) 
hansı bucaq altında görünməsidir (minliklə ölçülür). 
Alınan bu düstur 
minlik düsturu adlanır və atıcılıqda geniş istifadə edilir. 
Gəlin minlik düsturunun köməyi ilə aşağıdakı atəş tapşırıqlarını həll edək. 
Məsələ 1. Hündürlüyü 2,8 m olan düşmən tankı 0–05 bucaq altında görü­
nür. Hədəfə qədər olan məsafəni (
M
) təyin edin. 
Həlli. Məsələnin şərtlərindən məlumdur ki
H
 = 2,8 m, 
B
 = 0 – 05. Beləliklə,
M H
B
=

=

=
1000
2 8 1000
5
560
,
 m
  LAYİHƏ


Yüklə 3,72 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə