Dərslik layiHƏ 4 MÜNDƏRİcat



Yüklə 3,72 Kb.
Pdf görüntüsü
səhifə15/53
tarix22.05.2018
ölçüsü3,72 Kb.
#45617
növüDərs
1   ...   11   12   13   14   15   16   17   18   ...   53

58
9. MOTOATICI TAQIM HÜCUMDA
Motoatıcı taqım bölüyün tərkibində hücuma keçir. Taborun və ya bö  lüyün 
ehtiyatını təşkil edə, döyüş kəşfiyyatı dozorunda fəaliyyət göstərə bilər. 
Motoatıcı taqımın hücumda fəaliyyətini necə təsəvvür edirsiniz?
Hücumun atəş hazırlığının gedişində taqımın döyüş maşınları düşmənin gö ­
rünən atəş nöqtələrini məhv etmək üçün ayrıla bilər.
Şəraitdən  və  döyüş  tapşırığından  asılı  olaraq  motoatıcı  taqıma  qumba ra­
atan, tank əleyhinə bölmə və digər atəş vasitələri verilir. Müstəqil tapşırıq yerinə 
yetirdikdə  isə  mühəndis  bölməsi  də  ayrılır.  Bu  bölmə  mühəndis  kəşfiyyatının 
aparılması, maneələrdə keçidlərin açılması və s. üçün istifadə olunur.
Taqımın  hücumuna  aşağıdakı  taktiki  tapşırıqların  ardıcıl  yerinə  yetirilməsi 
daxildir: 

  
hücum üçün çıxış mövqeyinin tutulması; 

  
hücuma keçmə həddinə irəliləmə

  
mühəndis və təbii maneələrin dəf edilməsi; 

  
müəyyən olunmuş həmlə obyektinə hücum və onun ələ keçirilməsi;

  
müdafiənin dərinliyində düşmənin təqib edilməsi.
Dərinlikdən irəliləməklə hərəkətdən hücuma keçmə düşmənin hazırlıq­
sız müdafiəsinə bölmələrin hərəkətdən həmlə üçün açılması ilə başlayır.
Bölmələrin  mütəşəkkil  irəliləməsi  və  düşmən  üzərinə  eyni  vaxtda  həmlə 
etməsinə nail olmaq üçün aşağıdakılar təyin edilir:

  
irəliləmə marşrutu,

  
çıxış məntəqəsi, açılma hədləri, 

  
hücuma keçmə həddi.
Motoatıcı taqıma hücumda həmlə obyekti və hücumun sonrakı istiqaməti 
təyin edilir.
Taqım 
300 m­ə qədər cəbhədə hücuma keçir. Taborun və ya bölüyün ehti­
yatı  olan  taqıma  hücumun  gedişində  hərəkətin  istiqaməti  və  hərəkət  qaydası 
göstərilir.
  LAYİHƏ


59
Motoatıcı taqımın hücumda döyüş tapşırığı (variant)
Motoatıcı taqımın həmlə obyekti, adətən, düşmənin səngərlərdə və ya digər 
mühəndis  qurğularında  müşahidə  olunan  canlı  qüvvəsi,  tanklar,  toplar,  tank 
əleyhinə raket kompleksləri, pulemyotlar, digər atəş vasitələridir.
Taqımın hücumunun sonrakı istiqaməti elə hesabla təyin olunur ki, bölüyün 
yaxın tapşırığının yerinə yetirilməsi təmin edilsin.
Motoatıcı taqımın döyüş düzülüşü, adətən, motoatıcı manqalardan, ida­
rəetmə və atəşlə himayə qrupundan ibarət olur.
Tapşırıqdan və şəraitdən asılı olaraq motoatıcı taqım düz xətlə, geri (irəli) 
bucaqla və ya tinli (sağa və ya sola) düzülüşdə hücuma keçir.
Manqalar ara sında cəbhə üzrə və dərinliyə interval 50 m­ə qədər ola bilər.
  LAYİHƏ


60
Motoatıcı taqımın düz xətt boyu döyüş düzülüşü
İrəli bucaq döyüş düzülüşü
50 m­ə
qədər
300 m­ə qədər
300 m­ə qədər
50 m­ə
qədər
50 m
­ə
qədər
  LAYİHƏ


61
50 m­ə qədər
50 m­ə qədər
300 m­ə qədər
Sağ tinli döyüş düzülüşü
Motoatıcı taqımın hücumda döyüş düzülüşü
İdarəetmə və atəş dəstəyi qrupu hücumun gedişində bölmələrin (atəş vasitə­
lərinin) idarə edilməsi və atəşlə dəstəklənməsi üçün təyin edilir. O, manqaların döyüş 
düzülüşündən 50 m­ə qədər arxada və ya bilavasitə onların döyüş düzü lüşündə 
fəaliyyət göstərir. Döyüş maşınları (tanklar) arasında məsafə 100 m­ə qədər ola bilər.
1.  Düşmən üzərinə eyni vaxtda həmlə etməyin vacibliyini necə başa 
düşürsünüz?
2.  Sizcə, düşmənin hazırlıqsız müdafiəsinə nə üçün dərinlikdə irəlilə­
yərək hərəkətdən hücuma keçilir?
3.  Taborun (bölüyün) ehtiyatı olan taqımın döyüş tapşırığını necə başa 
düşürsünüz?
4.  Həmlə obyektindəki müşahidə olunan canlı qüvvəni, tankları, top ları 
və s. necə məhv edərdiniz?
5.  Sizcə,  motoatıcı  taqıma  mühəndis  bölməsi  niyə  məhz  müstəqil 
fəaliyyət zamanı verilir?
6.  Motoatıcı taqımın sol tinli döyüş düzülüşünün sxemini çəkin.
7.  Motoatıcı taqımın geriyə bucaq döyüş düzülüşünün sxemini çəkin.
Sual və tapşırıqlar
  LAYİHƏ


62
10. MOTOATICI TAQIM MÜDAFİƏDƏ
Motoatıcı  taqım  bölüyün  birinci,  yaxud  ikinci  eşelonunda  müdafiə  tuta, 
taborun ehtiyatında ola, döyüş mühafizəsinə, döyüş kəşfiyyat dozoruna və atəş 
pusqusuna daxil ola bilər.
Müdafiədə motoatıcı taqımın döyüş tapşırıqlarını necə təsəvvür edirsiniz?
Birinci  eşelon  taqımı  düşmən  həmləyə  keçəndə  ona  zərər  vurmaq,  həm­
ləsini dəf etmək və dayaq məntəqəsini əldə saxlamaq üçün təyin olunur.
İkinci eşelon taqımı birinci eşelon taqımlarını atəşlə himayə edir, düşmənə 
itkilər verir, onun müdafiənin dərinliyinə və cinahlara yayılmasının qarşısını alır, 
müdafiənin dərinliyinə soxulmuş düşməni məhv edir. 
Taborun (bölüyün) ehtiyatını təşkil edən motoatıcı taqım müdafiənin dərinli­
yinə soxulmuş düşmənin həmləsini dəf edir, birinci eşelon bölmələrini güclən­
dirir (dəyişdirir) və qəflətən ortaya çıxan tapşırıqları həll edir. 
Motoatıcı taqıma dayaq məntəqəsi, atəş zolağı, əlavə atəş sektoru, bir­iki 
cəmləşmiş atəş sahəsi təyin olunur. Ehtiyat taqımına bundan başqa, bir­iki atəş 
həddi və hərəkət marşrutu göstərilə bilər.
Motoatıcı taqımın dayaq məntəqəsi cəbhə boyu 300 m­ə qədər (avtomobil 
üzərində  taqım  200  m­ə  qədər),  dərinliyi  isə  200  m­ə  qədər  ola  bilər.  Onun 
ölçülərinin ərazinin xüsusiyyətlərindən asılı olaraq artıb­azalması mümkündür.
taqımın döyüş 
düzülüşü
dayaq 
məntəqəsi
atəş sistemi
Motoatıcı taqımın müdafiədə düzülüşü
Müdafiənin düzülüşü düşmənin həmləsinin dəf olunmasını, canlı qüvvə­
sinin və tanklarının məhv edilməsini təmin etməlidir.
Döyüş  tapşırığından  və  ərazidən  asılı  olaraq  taqımın  manqalarının  birinin 
döyüş mövqeyi dayaq məntəqəsinin dərinliyində 1­ci səngərin 100–200 m arxa­
  LAYİHƏ


Yüklə 3,72 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə