Dərslik layiHƏ 4 MÜNDƏRİcat



Yüklə 3,72 Kb.
Pdf görüntüsü
səhifə11/53
tarix22.05.2018
ölçüsü3,72 Kb.
#45617
növüDərs
1   ...   7   8   9   10   11   12   13   14   ...   53

39
Böyrü üstündə sürünmək
 üçün 
sol böyrü üstə uzanmalı; dizdən bü­
kül müş  sol  ayağı  qabağa  çəkib  sol 
bazu önünə söykənməli, sağ ayağın 
dabanını  bədənə  mümkün  qədər 
yaxınlıqda yerə dayamalı; sağ ayağı 
açaraq  sol  ayağın  vəziyyətini  dəyiş­
mədən bədəni irəli verməli və sonra 
hərəkəti  həmin  qayda  ilə  davam  et­
dirməli. Silahı sol ayağın ombası üzə­
rinə qoymaqla sağ əldə tutmalı.
1.  Addımla hərəkətdə dönmələri yerinə yetirin.
2.  Silahla sıra duruşunu yerinə yetirin.
3.  Avtomatın “Qayışda” vəziyyətindən sinəyə alınmasını yerinə yetirin.
4.  Silahsız yerində və hərəkətdə əsgəri salamlaşmanı yerinə yetirin.
5.  Sıradan çıxma və rəisə yaxınlaşmanı yerinə yetirin.
6.  “Çök” və “Qalx” komandalarını yerinə yetirin. 
7.  Avtomatın “Sinədə” vəziyyətindən “Qayışda” vəziyyətinə alınma sını 
yerinə yetirin.
8.  Avtomatın “Qayışda” vəziyyətindən “Arxaya” vəziyyətinə alınma­
sını yerinə yetirin.
9.  Avtomatın  “Arxaya”  vəziyyətindən  “Qayışda”  vəziyyətinə  alınma­
sını yerinə yetirin.
10.  “Döyüşə” üsulunu yerinə yetirin.
11.  “Döyüşə” vəziyyətindən “Qalx” üsulunu yerinə yetirin.
Sual və tapşırıqlar
  LAYİHƏ


Taktiki hazırlıq
 6. Ümumqoşun döyüşü və onun aparılması
 7. Döyüş təminatı
 8. Motoatıcı taqımın quruluşu
 9. Motoatıcı taqım hücumda
 10. Motoatıcı taqım müdafiədə
 11.  Motoatıcı taqımın döyüşqabağı və döyüş düzülüşü. Motoatıcı taqım marşda
Atəş hazırlığı
 12. Minlik düsturu
 13. Atıcı silahlarla davranma və təhlükəsizlik qaydaları
 14. Atıcı silahlara texniki xidmətin göstərilməsi
Mühəndis hazırlığı
 15. Piyada əleyhinə fuqas minaları
 16. Piyada əleyhinə qəlpəli minalar
 17. Tank əleyhinə minalar
 18. Tanklar və zirehli texnikalarla mübarizə
Hərbi topoqrafiya
 19. Topoqrafik xəritələrin oxunması
 20. Xəritə üzərində coğrafi və düzbucaqlı koordinatların təyin edilməsi
 21. Hərəkət zamanı yer səthində xəritələrdən istifadə
HƏYAT FƏALİYYƏTİNİN
TƏHLÜKƏSİZLİYİNİN TƏMİNATI
  LAYİHƏ


41
Mülki müdafiə
 22. Mülki müdafiənin vəzifələri və təşkili
 23. Müxtəlif növ fövqəladə hadisələr zamanı əhalinin mühafizəsinin təşkili
 24.  Fövqəladə hadisələr zamanı xəbərdarlıq siqnalları və əhalinin köçürülməsi 
qaydaları
 25. Kollektiv mühafizə qurğuları
 26. Radiasiya, kimyəvi və bakterioloji kəşfiyyatın təşkili
 27.  Təbii fəlakətlər, onların ərazilərə görə xarakterikliyi və nəticələrin təqribi 
proqnozlaşdırılması
 28. Xilasetmə tədbirləri zamanı əhalinin hərəkətləri
 29. Kütləvi qırğın silahlarının törətdiyi fəsadların aradan qaldırılması
 30. Fərdi mühafizə vasitələrindən istifadə qaydaları
 31.  Kimyəvi kəşfiyyat və radiasiyaya nəzarət cihazlarından istifadə qaydaları
  LAYİHƏ


42
Taktiki hazırlıq
6. ÜMUMQOŞUN DÖYÜŞÜ VƏ ONUN APARILMASI 
Ümumqoşun bölmələrinin müharibələrdə və silahlı münaqişələrdə tətbiqi 
onların taktiki fəaliyyətlərdə iştirakı ilə həyata keçirilir.
Ümumqoşun  bölmələrinin  taktiki  fəaliyyətləri  dedikdə  nə  başa  düşür-
sünüz?
Taktiki fəaliyyətin əsas forması – 
döyüşdür
Döyüş – qısa vaxt ərzində düşməni məhv etmək, onun zərbələrini dəf etmək 
və  digər  tapşırıqları  yerinə  yetirmək  üçün  bölmələrin  tapşırıq,  yer  və  zamana 
görə razılaşdırılmış 
zərbə

atəş
 və 
manevridir
.
Zərbə
 – düşmənin qoşun qruplaşmalarına, yerüstü, hava və dəniz obyekt­
lərinə  qoşunlarla,  əldə  olan  bütün  vasitələrlə  eyni  zamanda  zərər 
vurulması dır. Tətbiq edilən güc və vasitələrdən asılı olaraq zərbə lər 
bunlardır: qoşunlarla zərbə və atəş zərbəsi. Atəş zərbələri, öz növ­
bə sində, çatdırma vasitələrinə görə raket, aviasiya və ya artil leriya 
zərbələri ola bilər. Zərbədə iştirak edən vasitə lərin və zərər vurulan 
obyektlərin sayına görə isə kütləvi zərbələr, qrup zərbələri və ya tək 
zərbələr olur.
Atəş
  –  müxtəlif  növ  silahlardan  düşmənə  zərər  vurulmasıdır.  O,  düşməni 
məhv  etmə,  susdurma,  taqətdən  salma  və  ya  obyektlərini  dağıtma 
məq sədi ilə  aparılır,  ümumqoşun  döyüşündə  düşmənin  məhv  edil­
məsinin əsas üsuludur.
Manevr
  –  taktiki  fəaliyyətlərə  hazırlıq  vaxtı  və  onun  gedişində  qoşunların 
(bölmələrin  və  ya  onların  müəyyən  hissəsinin)  mütəşəkkil  şəkildə 
yeni həddə, yaxud rayona hərəkəti (yerdəyişməsi), zərbə və atəşin 
köçürülməsi və ya yenidən istiqamətləndirilməsidir (cəmləşdirilməsi, 
bölüşdürülməsi).  İştirak  edən  güc  və  vasitələrdən  asılı  olaraq  ma­
nevrlər – qoşunlarla (bölmələrlə), zərbə və atəşlə ola bilər.
  LAYİHƏ


43
Bölmələrlə manevr – düşmənə nəzərən daha əlverişli vəziyyətin tutulması, 
lazımi  vaxtda  və  yerdə  güc  və  vasitələrin  zəruri  qruplaşmasının  yaradılması, 
bölmələrin zərbə altından çıxarılması məqsədilə həyata keçirilir. 
Bölmələrlə manevr
Dövrələmə
Mövqe dəyişmə
Yandankeçmə
Tankəleyhinə qumbaraatanlar
Motoatıcı bölmə avtomobil 
üzərində
Motoatıcı bölmə ZTR üzərində
Mexanikləşdirilmiş bölmə
Tank bölməsi
 motoatıcı taqımın 
dayaq məntəqəsi
 tank əleyhinə xəndək
eskarp, əks­eskarp
 kirpi maneə
az nəzərə çarpan 
maneələr
1­ci taqımın 
cəmləşdirilmiş atəşi
tank əleyhinə mina 
sahəsi
piyada əleyhinə mina 
sahəsi
qarışıq mina sahəsi
Atəş zolağının (sekto­
ru nun) sərhədləri:
1 – əsas zolağın
2 – ehtiyat sektorun
Köçəri tank
Hərbi şərti işarələr
(Hərbi qulluqçular öz aralarında buna “taktika əlifbası” deyirlər)
Tank
Piyadanın döyüş 
maşını
Zirehli transportyor
Avtomobil
Mexanikləşdirilmiş 
taqım marşda
Atıcı silahlar
Snayper silahları
kiçik
çaplı
orta
çaplı
iri
çaplı
Qeyd: Taktiki işarələr qırmızı rəngdə olduqda düşməni göstərir.
Əziz  şagirdlər,  sxemlərin  oxun ma sında  ilk  baxışda  anlaşılmazlıq  ola  bilər,  bu 
təbiidir. Belə olduqda “tak tika əlifbası”na bir daha nəzər salın. Əminik ki, qısa müddət 
ər zində bu işin öhdəsindən gələcəksiniz.
  LAYİHƏ


Yüklə 3,72 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə