Dərslik layiHƏ 4 MÜNDƏRİcat



Yüklə 3,72 Kb.
Pdf görüntüsü
səhifə2/53
tarix22.05.2018
ölçüsü3,72 Kb.
#45617
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   53

6
GİRİŞ
Vətəni müdafiə hər bir vətəndaşın borcudur!
Vətənin müdafiəsində sizin borcunuz nədən ibarətdir?
Vətəni  qorumaq  xalqın  ən  müqəddəs  borcu  və  vəzifəsidir.  Amma  Vətənin 
müdafiəsinə  görə  əsas  məsuliyyət  Azərbaycan  Respublikası  Silahlı  Qüvvələrinin 
üzərinə  düşür.  Vətənimizin  suverenliyinin,  ərazi  bütövlüyünün,  toxunulmazlığının 
qorunması, mənafeyinin silahlı müdafiəsi, dövlətə silahlı hücumun qarşısının alın­
ması, təcavüz olarsa, onun dəf edilməsi sadiq əsgərlərimizin Vətənimiz və dövlətçi­
liyimiz  qarşısında  borcu  olduğu  “Azərbaycan  Respublikası  Silahlı  Qüvvələri  haq­
qında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilib.
Çağırışaqədərki  hazırlıq  fənninin  məqsəd  və  vəzifələrini  artıq  10­cu  sinfin 
proqramından bilirsiniz. Bu il isə sizə onun vəzifələri haqqında daha ətraflı bilgilər 
təqdim olunacaqdır. 
Dövlətimizin apardığı uğurlu iqtisadi siyasət nəticəsində ordumuz gün­gündən 
daha  müasir  silah  və  texnika  ilə  təchiz  olunur,  hərbi  qulluqçuların  rifahı  daha  da 
yüksəlir.  Aparılan  uğurlu  islahatların  məntiqi  davamı  olaraq  2016­cı  ilin  aprelində 
təmas  xəttində  düşmən  təxribatlarının  qarşısı  mətinliklə  alındı  və  ona  əks­zərbə 
endirildi. 
Müasir döyüşdə xalqına, dövlətinə sonsuz məhəbbət bəsləyən, döyüş hazırlığı 
və mənəvi­psixoloji vəziyyəti yüksək olan, xalqının haqq işinə dərindən inanan, fiziki 
cəhətdən  sağlam,  silah  və  texnikadan  ustalıqla  istifadə  etməyi  bacaran  hərbçilər 
qalib gəlir. 
  LAYİHƏ


7
Ordumuzun  müasir  döyüş  texnikası  və  silahlarla  təchiz  edilməsi  ilə  əlaqədar 
gənc  əsgərlərin  təlimi  xeyli  mürəkkəbləşib.  Qısa  müddət  ərzində  müasir  silah  və 
texnikanı mükəmməl öyrənmək o qədər də asan deyil. Ona görə də hər bir gənc 
əvvəlcədən özünü hərbi xidmətə hazırlamalı, xalqı və vətəni qarşısında vətəndaşlıq 
məsuliyyətini dərindən dərk etməlidir. Çağırışaqədərki hazırlıq kursu hərbi xidmətə 
hazırlaşmaqda sizə kömək edəcək.
Çağırışaqədərki  hazırlıq  Azərbaycan  Respublikasının  Konstitusiyasına,  Azər­
baycan  Respublikası  Prezidentinin  fərmanlarına,  “Təhsil  haqqında”,  “Hərbi  vəzifə 
və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarına, Nazirlər Kabi­
netinin  qərarlarına,  “Gənclərin  ibtidai  hərbi  hazırlıq  Əsasnaməsi”nə  və  digər  nor­
mativ hüquqi aktlara uyğun həyata keçirilir. Burada gənc əsgərin hazır lıq proqramı 
həcmində hərb işini öyrənməsi nəzərdə tutulur.
Bu proqramı mənimsədikdən sonra siz hərbi xidmətə çağırıldıqda müasir silah 
və  döyüş  texnikasından  istifadə  etməyi  qısa  müddətdə  və  asanlıqla  mənimsəyə 
biləcəksiniz.
10­cu sinifdə olduğu kimi, 11­ci sinifdə də bu fənni dövlət təhlükəsizliyinin tarixi 
və hüquqi əsasları, həyat və fəaliyyətin təhlükəsizliyinin təminatı, tibbi biliklər və ilk 
tibbi yardım qaydaları olmaqla üç istiqamət üzrə öyrənəcəksiniz.
Dövlət müdafiəsinin tarixi və hüquqi əsasları istiqamətində Azərbaycan Silahlı 
Qüvvələrinin yaranması, tarixi, inkişafı, strukturu, qoşun növlərinin döyüş imkanları, 
hərbi  nizamnamələrin  ümumi  müddəalarının  (daxili  xidmət,  intizam,  qarnizon  və 
qarovul  xidməti  və  sıra  nizamnamələri)  tələblərinin  tətbiqi  və  icrası  üzrə  bilik  və 
bacarıqlara yiyələnəcəksiniz. 
Həyat  fəaliyyətinin  təhlükəsizliyinin  təminatı  istiqamətində  aşağıdakı  bilik  və 
bacarıqları əldə edəcəksiniz: 

  
müasir ümumqoşun döyüşü, döyüş təminatı, motoatıcı taqımın təşkili, hü­
cumda və müdafiədə tapşırıqlar, döyüşqabağı və döyüş düzülüşləri, yürüş; 

 
atıcı silahlardan istifadə qaydaları və onlara texniki xidmət; 

  
mühəndis maneələri, mina­partlayış qurğularının ümumi quruluşu və tətbiqi 
üsulları, müasir mühəndis texnikaları; 

 
zirehli döyüş texnikaları ilə mübarizə üsulları;

 
topoqrafik xəritələr və onlardan istifadə

 
fövqəladə hadisələr zamanı mülki müdafiənin təşkili; 

  
müxtəlif fərdi mühafizə vasitələrindən, radiasiyaya nəzarət və kimyəvi kəş­
fiyyat cihazlarından istifadə.
Tibbi biliklər və ilk tibbi yardım qaydaları istiqamətində isə bunları öyrə nəcək siniz:

 
sağlamlığın mühafizəsi və ilk tibbi yardım; 

 
radiasiya şüalanmaları və kimyəvi zədələnmələr zamanı ilk tibbi yardım; 

 
yolxucu xəstəliklərin profilaktikası və onlarla mübarizə.
  LAYİHƏ


Azərbaycan Respublikası Silahlı Qüvvələri
 1. Azərbaycan Respublikasının Ordu quruculuğu
 2.  Azərbaycan Respublikası Silahlı Qüvvələrinin qoşun 
növləri
 3.  Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 
Ümumqoşun Nizamnamələrinin ümumi müddəaları
 4.  Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili 
Xidmət Nizamnaməsi
 5.  Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Sıra 
Nizamnaməsi
DÖVLƏT TƏHLÜKƏSİZLİYİNİN
TARİXİ VƏ HÜQUQİ ƏSASLARI
  LAYİHƏ


9
  LAYİHƏ


10
Azərbaycan Respublikası Silahlı Qüvvələri
1. AZƏRBAYCAN RESPUBLİKASININ ORDU QURUCULUĞU
Millətin,  xalqın  böyüklüyü  onun  sayının  çoxluğunda  deyil.  Dünya  əhali si nin 
sayı 7 milyarddan artıqdır. Bu qədər insan 6900 dildə danışır, 200­dək ölkədə 
yaşayır.  Tarix  boyu  yalnız  böyük  və  mübariz  millətlər,  xalqlar  öz  ölkəsində 
yaşamaq, öz ana dilində danışmaq şərəfinə nail olublar. Se  vindirici haldır ki, 
biz də onların sırasındayıq.
Dövlətlərin uzunömürlü və qüdrətli olmasında ordunun rolu nədən ibarətdir?
Azərbaycan dünyanın ən qədim mədəniyyət mərkəzlərindən biridir. Xalqı mız 
tarixi  torpaqlarımızda  zəngin  mədəniyyət,  dövlətçilik  və  hərb  ənənələri  yarat­
mışdır.  Bu  ərazilərdə  Manna,  Midiya,  Atropatena,  Albaniya  və  digər  qüdrətli 
dövlətlər mövcud olmuşdur. Onlar Azərbaycanın dövlət idarəçiliyi ənənələrinin 
formalaşmasında,  iqtisadi­mədəni  inkişafında  və  xalqımızın  təşəkkülü  prose­
sində mühüm rol oynamışdır.
Herodot  “Tarix”  əsərində  Midiya  hökmdarı  Kiaksarın  (e.ə.  625–585)  hərbi 
islahatlar həyata keçirərək ordunu nizəçi, oxçu dəstələrinə böldüyünü, süvarilər 
dəstəsini piyadalardan ayırdığını, bununla da ordunu yenidən qurduğunu yazırdı. 
Görkəmli  tarixçi,  etnoqraf,  professor  Qiyasəddin  Qeybullayev  “Azər baycanın 
toponimiyası” əsərində Kiaksarı “İlk böyük türk” adlandırmışdır.
Orta  əsrlərdə  Şirvanşahlar,  Atabəylər,  Qaraqoyunlu,  Ağqoyunlu  dövlətlə­
rində dövlətçilik ənənələri və ordu quruculuğu inkişaf etdirilir.
XV  əsrin  sonu  –  XVI  əsrin  əvvəllərində  isə  Azərbaycanın  bütün  tarixi  tor­
paqları  birləşdirilərək  qüdrətli  Səfəvilər  dövləti  yaradılır.  Beləliklə,  ana  dilimiz 
dövlət dili səviyyəsinə qaldırılır, dövlət işlərində və orduda, qismən də diplo ma­
tik yazışmalarda işlənməyə başlayır. 
Səfəvilər dövlətinin süqutundan sonra hakimiyyətə gələn görkəmli sərkərdə 
Nadir  şah  1739­cu  ildə  həmin  imperatorluğun  sərhədlərini,  Dehli  də  daxil  ol­
maqla, Şimali Hindistana qədər genişləndirir.

  Döyüşlərdə  sərgilədiyi  şücaətlərinə  görə  bəzi  tarixçilər  Nadir  şahı  “Şərqin  Napo­
leonu” və “İkinci Makedoniyalı İsgəndər” adlandırmışlar. 

  Hakimiyyəti  dövründə  Nadir  şah  Əfşar  ilk  dəfə  Xəzər  dənizində  Hərbi  Donanma 
yaratmaq təşəbbüsünü irəli sürmüş və bu yolda əməli nəticələr əldə etmişdi. İngil­
tərədən mütəxəssislər dəvət etmiş və iki hərbi kreyser də inşa etdirmişdir.
  LAYİHƏ


Yüklə 3,72 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə