Dərslik layiHƏ 4 MÜNDƏRİcat



Yüklə 3,72 Kb.
Pdf görüntüsü
səhifə16/53
tarix22.05.2018
ölçüsü3,72 Kb.
#45617
növüDərs
1   ...   12   13   14   15   16   17   18   19   ...   53

63
sında hazırlana bilər. Cinahlardan həmlə təhlükəsi yarandıqda motoatıcı taqı­
mın döyüş düzülüşünün sağ və sol tinli qurulması mümkündür.
Motoatıcı taqımda 
köçəri piyadanın döyüş maşını təyin oluna bilər.
Köçəri piyadanın döyüş maşını taqımın atəş vasitələrinin sayı və onların 
yerləşməsi barədə düşməndə yanlış fikir yaratmaq məqsədi daşıyır. Kö­
çəri piyadanın döyüş  maşınının atəş mövqeyi döyüş tapşırığı və ərazini 
nəzərə almaqla seçilir.
Köçəri  piyadanın  döyüş  maşını  atəş  mövqelərini  dəyişərək  düşmənə  atəş 
açır. Döyüş tapşırığını yerinə yetirəndən sonra o, əsas atəş mövqeyini tutur və 
ya taqım komandirinin göstərişinə əsasən fəaliyyət göstərir. 
Taqımın dayaq məntəqəsi manqaların döyüş mövqeyi, taqımın komanda­
müşahidə  məntəqəsi,  bölmələrin  atəş  mövqeyindən  və  döyüş  maşınları 
qrupunun yerləşmə rayonundan ibarətdir.
Motoatıcı taqımın köçəri atəş vasitəsi ayrılmaqla döyüş düzülüşü
Düşmən
  LAYİHƏ


64
Taqımların  dayaq  məntəqələrinin  arası  300  m­ə,  manqaların  döyüş  möv­
qelə rinin  arası  isə  50  m­ə  qədər  ola  bilər.  Bu  aralar  daima  müşahidə  olunur, 
atəş  və  mühəndis  maneələri  ilə  qorunur.  Ərazinin  xüsusiyyətlərinə  və  şəraitə 
görə bu məsafələr dəyişə bilər.
Motoatıcı taqımın dayaq məntəqəsinin cəbhəsi boyu bütöv səngər qazılır. 
Bu, manqaların döyüş mövqelərinin birləşdirilməsi üçündür. Səngərlərdən döyüş 
maşınlarına  və  müdafiənin  dərinliyinə  əlaqə  yolları  qazılır,  şəxsi  heyət  üçün 
sığınacaqlar quraşdırılır. 
Düşmən artilleriyasının atəşlərindən və aviasiyasının zərbələrindən itkilərin 
azaldılması üçün səngərlər və əlaqə yollarında örtülü sahələr, blindaj lar və sığı­
nacaqlar qurulur. 
Bir  hədəfə  və  ya  düşmənin  döyüş  düzülüşünün  bir  hissəsinə  bölmənin 
bütün  atəş  vasitələri  ilə  eyni  vaxtda  aparılan  atəşə 
cəmləşdirilmiş  atəş 
deyilir. Taqıma 1–2 cəmləşdirilmiş atəş sahəsi təyin edilir.
Atəş sistemi taqımın bütün atəş vasitələrinin maneələrlə sıx əlaqədə olması 
ilə təşkil edilir. Bu zaman mühəndis və təbii maneələr hər tərəfdən müşahidə 
olunmalı, atəş altında saxlanılmalıdır.
Atəş sistemi düşmənin ön xəttin qarşı sında, manqaların ara boşluqlarında, 
dayaq məntəqəsinin cinahlarında məhv edilməsini təmin etməlidir.
Müdafiədə  atəşin  təsirli  olması  üçün  o,  sərrast  və  kütləvi  olmalı,  qəfil 
tətbiq edilməli və bacarıqla idarə olunmalıdır. 
Bütün atəş vasitələri gecə­gündüz və digər məhdud görmə şəraitində atəş 
açmağa, atəşlə manevr etməyə hazır olmalıdır.
Atəş  sisteminin  effektivliyinə  atəş  mövqelərinin  düzgün  seçilməsi  ilə  nail 
olunur. Hər bir atəş vasitəsi üçün əsas və ehtiyat atəş mövqeləri hazır lanır.
Atəş mövqeləri ərazi şərtlərinə uyğun elə seçilir ki, düşmənin müşahidəsini, 
atəş vasitələrindən maksimum uzağa atəş aparılmasını təmin etsin.
Piyadanın döyüş maşınları və zirehli transportyorlar taqımın dayaq məntə­
qəsində elə yerdə atəş mövqeləri tuturlar ki, cinahlara və ara boşluqlarına atəş 
apara bilsinlər. 
Taqımın və manqaların atəş zolaqları sağ və sol sərhədlərlə müəyyən edilir. 
Hər bir sərhəd iki nöqtə (oriyentir) ilə göstərilir. Piyadaların döyüş maşınlarına 
(zirehli  transportyora)  və  pulemyotlara  əsas  və  ehtiyat  atəş  sektorları  təyin 
olunur. Atəş zolaqları (atəş sektorları) bir­birini örtməlidir.
  LAYİHƏ


65
1 matq
DAYAQ MƏNTƏQƏSİNİN
SXEMİ
1 matq komandiri 
leytenant ________ Fərhad Məmmədli
“___”____________ 201___ il
  LAYİHƏ


66
Taqım  komandiri  piyadaların  döyüş  maşınlarının  (zirehli  transportyorların) 
atəş  mövqelərini  şəxsən  müəyyən  edir.  O,  döyüşü  komanda­müşahidə  mən­
təqəsindən idarə edir. 
Müdafiədə  taqım  düşmənin  hücumlarını  dəf  etməyə  daim  hazır  olur. 
Kəşfiyyat apar mağa, maneələrdən keçid açmağa çalışan düşmən, adətən, 
növbətçi atəş vasitələri və snayperlər tərəfindən məhv edilir.
Düşmən hücumun atəş hazırlığını keçirən zaman taqımın şəxsi heyəti örtülü 
oyuqlarda,  piyadaların  döyüş  maşınlarında  (tanklarda),  qazmalarda,  səngər­
lərin dibində gizlənir. Onlar tez bir vaxtda öz mövqelərini tutmağa və düşmən 
həmləsini dəf etməyə hazır olurlar.
Taqım  komandiri  və  müşahidəçilər  düş mənin  hücuma  keçməsini  vaxtında 
aşkar etmək üçün müşahidə aparırlar. 
İrəlidə  fəaliyyət  göstərən  bölmələr  geri  çəkiləndə  taqım  öz  atəşi  ilə  onları 
dəstəkləyir. Müdafiənin qarşısında qurulan maneələrdə hazır lanmış keçidlər dən 
onların buraxılmasını təmin edir. Bundan sonra isə keçidlər dərhal bağlanır. 
Taqımın silahlarının və əmrə verilmiş atəş vasitələrinin effektli atəş məsa­
fəsinə yaxınlaşan düşmənə atəş açılır. 
Düşmənin  komandir  maşınları  və  mina  tralı  ilə  təchiz  olunmuş  zirehli  tex­
nikası ilk növbədə məhv edilir.
Düşmən müdafiənin ön xəttinə çıxma mış taqım onun hücumunu pozmağa 
nail olmalıdır. 
Düşmənin  müdafiənin  ön  xəttinin  qarşısında  olan  maneələrdən  keçidlər 
açdığı aşkar olunduqda atəş vasitələri ilə bu istiqamətə manevr həyata keçirilir.
Taqımın dayaq məntəqəsinə soxulmuş düşmən qumbaralar, yaxından atəş 
və əlbəyaxa döyüşlə, səngəri keçmiş tanklar isə arxadan və cinahlardan tank 
əleyhinə qumbaralarla məhv edilir. 
Düşmən dayaq məntəqəsini yandan ötüb keçdikdə taqım dairəvi müdafiəyə 
keçir,  tutduqları  mövqeləri  möhkəm  saxlayaraq  əsas  və  ehtiyat  mövqelərdən 
atəş açmaqla onları məhv edir. 
İkinci eşelon motoatıcı taqımı birinci eşelon taqımı kimi dayaq məntəqəsini 
hazırlayır və müdafiə edir.
Düşmənin  döyüş  maşınlarının,  tank  əleyhinə  atəş  vasitələrinin  effektli  atəş 
məsafəsinə çatması ilə atəş açılır, onun ön xəttin qarşısına çıxmasına imkan 
verilmir.
  LAYİHƏ


Yüklə 3,72 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə