Dərslik layiHƏ 4 MÜNDƏRİcat



Yüklə 3,72 Kb.
Pdf görüntüsü
səhifə25/53
tarix22.05.2018
ölçüsü3,72 Kb.
#45617
növüDərs
1   ...   21   22   23   24   25   26   27   28   ...   53

96
Dib əleyhinə minalar
Dib əleyhinə minaların üzərindən tankın (avto ­
mobilin)  gövdəsi  və  ya  tankın  tırtılı  (avto mobilin 
təkərləri) keçdikdə partlayır və nəticədə tankın dibi 
deşilir (avtomobili havaya uçurur), heyət məhv olur, 
hərəkəti təmin edən hissə və mexa nizmlər sıradan 
çıxır. Bu minalara 
TMK­2, TM­72 minaları
 aiddir.
TMK­2 minasının tankın altında partlaması nə­
ticəsində  yanacaq  və  döyüş  dəsti  partlayır.  Yana­
cağın və döyüş dəstinin partlaması mina part layışı­
nın verdiyi xətəri daha da artırır.
Partladıcısının  boru cu  ğu  əyilmiş  vəziyyətdə  olduqda  TMK-2  minasını 
zərər  sizləş dirmək qadağandır.
Belə minalar yan tə  rəflərinə 1,5–2 kq trotil qoymaqla məhv edilir.
Partladıcıların  iş  prinsipi.  Tank  minanın  üzərinə  çıxdıqda  partladıcının 
borucu ğu və çarxlar yana əyilərək vurucunu azad edir. 0,3–0,45 saniyədən 
sonra, yəni mina tankın gövdəsinin təxminən mərkəzində olanda partlayır. 
Taktiki­texniki xüsusiyyətləri
Kütləsi
12 kq
Partlayıcı atımın kütləsi
6,5 kq
Diametri
307 mm
Gövdənin hündürlüyü
265 mm
Partladıcısı ilə birlikdə hündürlüyü
1130 mm
İşə salınması üçün lazım olan qüvvə
8–12 kq
Minanın partlaması üçün milin 
əyilmə bucağı
24–36°
Zirehdeşmə qabiliyyəti 
110 mm 
1 – vint; 2 – uzadıcı; 3 – MBK­2 partladıcısı; 4 – MD­7M zapalı; 5 – kronşteyn; 
6 – ДУМ­2 detonasia ötürücüsü; 7 – aralıq detonator; 8 – partladıcı maddə 
atımı; 9 – gövdə.
1
2
3
4
5
6
7
8
9
  LAYİHƏ


97
TM­72 minası
 düşmənin tanklarını, özü ye ri yən raket 
və artilleriya qurğularını, zirehli trans port yorlarını və avto­
mobillərini  sıradan  çıxarmaq  üçün  nəzərdə  tutul muş 
dib  əley hinə  minadır.  Mina  tankın  gövdəsinin  altında 
partladıqda tan kın heyəti məhv olur, yana caq və döyüş 
sursat ları partlayır. TM­72 minası gövdədən, aralıq de­
tanatoru  ilə  birlikdə  partladıcı  maddə  atımından  və 
kontaktsız MVN­72 partladıcısından ibarətdir.
Partladıcısı maskalama qatı ilə örtülən, zədələnmiş minanı zərərsizləşdir-
mək (çıxartmaq) qadağandır. Minanı axtaran və onu zərərsizləşdirən isteh­
kamçının üzərində silah, bel, bıçaq və s. olmamalıdır. Yayda rezin, qışda isə 
keçə çəkmə geyməsi tövsiyə olunur.
Taktiki­texniki xüsusiyyətləri
Minanın tipi 
Kumulyativ
Diametri
Partladıcı ilə birlikdə hündürlüyü
250 mm
128 mm
Minanın partladıcı ilə birlikdə 
kütləsi 
6 kq
Atımın çəkisi 
2,5 kq
Gövdənin materialı 
Polad
Məhvetmə qabiliyyəti
Heyətə xətər yetirir, tankın aqre qatlarını və 
tırtılını sıradan çıxarır.
Zirehdeşmə qabiliyyəti
100 mm qalınlıqlı zirehi 
0,25–0,5 m­dək məsafədən deşir; açdığı dəliyin 
diametri 50–60 mm təşkil edir.
Qurulma üsulu
Qruntun üzərinə (qrunta) – əllə və avtomobilə 
quraşdırılmış endirici lotok vasitəsilə qurulur.
Partladıcının iş prinsipi. Maqnit prinsipli kontaktsız reaksiyaverici qurğu 
partladıcının  tank,  zirehli  transportyor,  yaxud  avtomobil  mühərriki  mexa­
nizmlərinin  yaratdığı  maq nit  sahəsinin  təsiri  nəticəsində  işə  düşməsini 
(partlamasını) təmin edir.
1 – gövdə; 2 – araqat; 3 – tıxac; 4 – polad 
üzlük; 5 – PM atımı; 6 – linza; 7 – aralıq 
detonatoru (tetril şaşkası); 8 – yivli stəkan.
  LAYİHƏ


98
TM­83 minası
 düşmənin tırtıllı və tə  kərli 
texnikalarını  sıradan  çıxarmaq  üçün  təyin 
olun muş bort əleyhinə minadır.
Mina  partlayarkən  yaranan  kumul ya tiv 
zərbə  tankın  bortunu  deşir,  nəticədə  heyət 
və ava dan lıqlar məhv olur. 
İdarə olunmayan və qırılma naqili ilə qurulan minaları çıxartmaq və ya 
zərər sizləşdirmək  qadağandır.  İdarə  olunan  vəziyyətdə  qurulmuş  minanı 
çıxartmağa  icazə  verilir.  Əgər  idarə  olunan  variantda  qurulan  minanı  ida­
rəetmə pultu ilə təhlükəsiz vəziyyətə gətirmək mümkün olmazsa, onda hə­
min mina məhv edilir. Məhvetmə 50 m­dən az olmayan məsafədə yerləşən 
daldalanacaqdan,  yaxud  zirehli  maşından  minanın  atımına  iriçaplı  pulem­
yotdan atəş açmaqla yerinə yetirilir. Onu məhv etməyə hazırlaşarkən mina­
nın tuşlandığı xətti keçmək qadağandır.
Taktiki­texniki xüsusiyyətləri
Tipi
Bort əleyhinə zərbə nüvəsi prinsipli
Partladıcısı
Kontaktsız ikikanallı – seysmik və infraqırmızı 
hədəf ötürücüsü ilə
Kütləsi
20,4 kq
Uzunluğu
455 mm
Hədəfi məhvetmə məsafəsi
50 m­dək
İstifadə variantları
İdarəolunan və idarəolunmayan (idarəetmə 
naqilinin uzunluğu – 100 m)
Məhvetmə qabiliy yəti
5 m­dən 50 m­dək məsafədən 100 mm qalınlıqlı 
zirehdə 80 mm­lik diametrdə deşik açır
Qurulma üsulu
Əllə
İş  prinsipi.  Texnika  yaxınlaşdıqda  hədəf  ötürücüsü  minanı  döyüş  vəzi­
yyətinə  gətirir.  Zapal  partlayaraq  minanı  partladır.  Hədəf  optik  hədəf 
ötürücüsünün görmə sahəsinə düşmədikdə mina 3 dəqiqədən sonra yenidən 
gözləmə  rejiminə  keçir.  Partlayış  zamanı  yığcam  xətəryetirici  element  – 
zərbə kürəciyi əmələ gəlir və bu kürəcik hədəfi məhv edir. 
1 – minanın gövdəsi; 2 – optik hədəf  ötü­
rücüsü; 3 – ; 4 – МD­5М zapalı; 5, 6, 7 – 
minanı ərazidə qurmaq üçün ləvazimatlar.
1
2
3
4
5
6
7
  LAYİHƏ


Yüklə 3,72 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə