Dərslik layiHƏ 4 MÜNDƏRİcat



Yüklə 3,72 Kb.
Pdf görüntüsü
səhifə36/53
tarix22.05.2018
ölçüsü3,72 Kb.
#45617
növüDərs
1   ...   32   33   34   35   36   37   38   39   ...   53

134
1.  Təbii fəlakət və qəzalar barədə əhaliyə necə xəbər verilir?
2.  Düşmən hücumu təhlükəsi barədə əhaliyə necə xəbərdarlıq edilir?
3.  Köçürülmə tədbirlərinin mahiyyəti nədən ibarətdir?
4.  Köçürülmənin əsas üsullarını şərh edin.
5.  Köçürülmənin  başlanması  barədə  əhaliyə  kim  xəbər  verməlidir, 
bu zaman insanlar nə etməlidirlər?
6.  Köçürülənlər özləri ilə nələri götürməlidirlər?
Sual və tapşırıqlar
25. KOLLEKTİV MÜHAFİZƏ QURĞULARI
Əhalini düşmənin kütləvi qırğın silahlarından qorumağın əsas və etibarlı 
üsulu onların kollektiv mühafizə qurğularında daldalanmasını təşkil etməkdir.
Sizcə,  insanların  sığınacaq  və  daldalanacaqlardan  səmərəli  istifadə sini 
necə təmin etmək olar?
Sığına caqlar
Radiasiya 
daldalana ­
caqları
Sadə 
daldala­
nacaqlar
Mühafizə qurğuları xassələrinə görə
Siz 10­cu sinifdə nüvə silahının zədələyici amillərini öyrənmisiniz.
Sığınacaq
Sığınacaq – insanları nüvə silahının zərbə dal ğası, işıq şüalanması, nüfuz­
edici radiasiya və radioaktiv zəhərlənmənin təsirindən, zəhərləyici maddələr dən 
mühafizə etmək üçün nəzərdə tutulan tikilidir. 
Sığınacağın  əsas  xüsu siyyəti  –  zərbə  dalğasının  müəyyən  izafi  təzyiqinə 
davam  gətirə  bilməsi,  hermetikliyi,  içəriyə  verilən  havanı  təmizləyən  süzücü­
havalandırma qurğusuna malik olması və orada insanların bir neçə gün qala bil
 
­
məsi üçün yaradılmış şəraitdir. Bir qayda olaraq, sığınacaqlar yerin altında tikilir.
  LAYİHƏ


135
Sığınacaqlar əsas otaq lar­
dan və dəh lizlərdən, süzücü­ 
havalandırma kame rasından, 
sanitariya  qovşağından  iba­
rət olur. Böyük sığınacaq lar da 
tibb  otağı,  anbar,  əlahiddə 
elektrik  enerjisi  mənbəyi,  su 
ehtiyatı  saxlanılan  qablar, 
tul  lantı qabları ola bilər. Hər 
bir sığınacaqda iki giriş yolu, 
bina  ilə  birgə  tikilən  sığı nacaqda  isə  bunlardan  başqa,  qəza  çıxışı  yolu  dü­
zəldilir. 
Qəza çıxışı yolunun ağzı ən yaxındakı binanın hündürlüyünün yarısından 
3 metr artıq olan məsafədə yerləşdirilir.
Sığınacağın hermetikliyini təmin etmək üçün qapı tayları ilə çərçivələr ara­
sında rezin araqatlar qoyulur. Süzücü­havalandırma vasitəsilə sığınacağın daxi­
lində havanın təzyiq artıqlığı yaradılır. Bu, içəriyə hava sorulmasına imkan vermir.
Sığınacaqda  davranış  qaydaları.  Sığınacağa  ev  heyvanları,  iri  əşyalar, 
tezalışan maddələr gətirmək, burada lüzumsuz olaraq gəzmək, papiros çək mək, 
səs salmaq, elektrik lampasını yandırıb­söndürmək, aqreqat və şəbəkələri, qapı­
ları özbaşına açıb­bağlamaq, şam yandırmaq, buradakı alətləri icazə olma dan 
işlətmək, ərzaq qalıqlarını, tullantıları hara gəldi atmaq, xüsusi göstəriş veril mə­
yincə sığınacaqdan çıxmaq olmaz.
İnsanlar  sığınacaqda  növbə  ilə,  uşaqlar,  qocalar  və  əlillər  isə  ilk  növbədə 
istirahət  etməlidirlər.  Sığınacaq  zədələnərkən  dərhal  əleyhqaz  geyinmək  və 
qəza hallarının aradan qaldırılmasına kömək etmək lazımdır. İnsanların sığına­
caqda qalması müddəti yaranmış vəziyyətdən asılı olaraq mülki müdafiə qərar­
gahları  tərəfindən  müəyyən  edilir.  Bütün  hallarda  sığına caqda  olanlar  ancaq 
xidmət manqası komandirinin göstərişi ilə oranı tərk edə bilərlər.
Sığınacağın təchizatı. Sığınacaqda ərzaq və su ehtiyatları (bir nəfər üçün 
gündə  3  litr,  sanitariya­gigiyena  üçün  4  litr),  dərmanlar  və  s.  olur.  Bunlardan 
başqa, yanğınsöndürmə avadanlığı, müxtəlif alətlər, radiasiya, kimya kəşfiyyatı 
cihazları və digər lazım olan ləvazimatlar saxlanılır. Sığınacaqda elektrik, kana­
lizasiya, istilik sistemləri, radio və telefon da olur. 
Binadan  ayrı  tikilən  sığınacaqlar  tamamilə  və  ya  qismən  yerin  altında, 
möhkəm  inşaat  materiallarından  inşa  edilir.  Onların  üstü  və  yanları  torpaqla 
örtülür.  Girişdə  və  çıxış  qapısında  sığınacağın  nömrəsi,  kimə  (hansı  zavoda, 
  LAYİHƏ


136
sexə, idarəyə) mənsub olduğu, açarların harada və kimdə saxlanıldığı (məsul 
şəxsin vəzifəsi və telefon nömrəsi) gözəçarpan iri hərflərlə yazılır.
Sığınacaqlar insanlar işləyən (yaşayan) yerdən, ən uzağı, 400 m məsafədə, 
su basmayan sahələrdə tikilir. Onun yaxınlığında yanğın və partlayış qorxusu 
törədən maddələrin yerləşdirilməsinə yol verilmir.
Sığınacaqlardan  sülh  dövründə  təsərrüfat  ehtiyatları  üçün,  müharibə  döv­
ründə isə insanların daldalanıb mühafizə olunması məqsədilə istifadə edilir. 
Radiasiya əleyhinə daldalanacaq
Radiasiya əleyhinə daldalanacaq – insanları radioaktiv maddələrlə zəhər­
lənmədən,  nüvə  partlayışının  işıq  şüalanmasından,  maye  damcıları  şəklində 
olan bakterial və kimyəvi zəhərləyici maddələrdən mühafizə etmək üçündür.
Radiasiya daldalanacaqları kənd və kiçik şəhərlərdə əhalini mühafizə etmək 
üçün  nəzərdə  tutulur.  Burada  evlərin  və  digər  binaların  zirzəmiləri,  tərəvəz 
anbarları, daş evlərin birinci mərtəbələri radiasiya daldalanacağı kimi düzəldilə 
bilər. Yerin altında tikilən radiasiya daldalanacaqları daha etibarlıdır. Radiasiya 
daldalanacağı  içəriyə  radioaktiv  toz  keçməsinin  qarşısını  almalı,  onun  saçdığı 
ionlaşdırıcı şüalanmanı, ən azı, 10–50 dəfə zəiflətməli və burada insanların iki 
gün  qalmasını  təmin  etməlidir.  Belə  daldalanacaqlar  insanların  yaşayış  və  iş 
yerlərinin bilavasitə yaxınlığında düzəldilməlidir.
Radiasiya daldalanacağının daimi avadanlığı aşağıdakılardan ibarətdir:
  LAYİHƏ


Yüklə 3,72 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə