Dərslik layihəsi (sınaq nəşri) Rafiq İsmayılov Dilrüba Cəfərova



Yüklə 1,1 Mb.
Pdf görüntüsü
səhifə32/45
tarix16.11.2017
ölçüsü1,1 Mb.
#10684
növüDərs
1   ...   28   29   30   31   32   33   34   35   ...   45


QƏDİM TÜRKLƏRDƏ
QURD TOTEMİ
Qurd obrazı bir çox xalqların mifolo gi -
ya sında var. Əsatirlərdə Roma dövlətinin
quru cu ları olan Romul və Rem qar daş -
larının körpə ikən ana qurd tərəfindən
xilas olunduğu gös tərilir. Herodotun qə -
ləmə aldığı əfsanədə isə İran-fars (Əhə -
mənilər) dövlətinin yaradıcısı II Kirin körpə
vaxtı qurd ailəsinə düşdüyü və orada
boya-başa çatdığı bildirilir. Lakin türk lər -
dən fərqli olaraq bu xalqların heç birində
qurd obrazı 
totemə –
sitayiş obyektinə
çevrilməyib. 
Qədim türk əsatirinə görə, Göytürk xaqanlığında cəmiyyətin 
elitası
sayılan Aşina nəsli Bozqurd adlanan qurddan törəmişdi. Bu əsatirlərdə
Bozqurd obrazı türk xalqlarının xilaskarı, yolgöstərəni kimi qələmə verilir.
Göytürklərin bayrağında qurd başı əks olunmuşdu. 
Türk folklorunda “qurd”, “bozqurd” sözlərinə tez-tez rast gəlmək olar:
"Qurdun üzü mübarəkdir”, “Qara başım qurban olsun, qurdum, sənə”,
“Qurddan qurd tö  rəyər” və s. Türk xal qlarından biri olan başqırdların adı
da elə “qurd” sözündən götü rül müşdür: “baş qurd”.
Tədqiqatlar göstərir ki, qədimdə hər bir xalq öz idealına uyğun totem
seçmişdir.  Bəs nəyə görə məhz qurd obrazı türk xalqlarında totem səviy -
yə sinə yüksəlmişdir?
* * *
İtlə eyni növdən olsa da, qurdu əhliləşdirmək mümkün deyil. Türklərdə
belə bir məsəl var ki, qurdu evdə saxlamaqla ev heyvanı olmaz. O, insanla
dost olar, amma it, ya da başqa heyvan kimi insana tabe olmaz. Çünki
məğrur qurd yemək üçün sahibinə yaltaqlanmaqdansa, azadlıqda acından
ölməyi üstün tutur. O özünü geniş çöllərdə, meşədə sərbəst hiss edir. Qur-
dun azadlıqsevər canlı olduğunu onun daha bir xüsusiyyəti sübut edir:
tələyə düşən qurd öz pəncəsini dişləri ilə didib-kəsərək canını tələdən
qurtarır.
Savaş zamanı qurdlar yarımçevrə şəklində sıralanaraq hücuma keçir
və bir göz qırpımında şikarı və ya düşməni mühasirəyə alırlar. Onlar dəstə
ilə düşmən üzərinə atılarkən “olum, ya ölüm” prinsipi ilə hərəkət edir, heç
vaxt geri çəkilmirlər. “Qurd ürəyi yeyib” məsəli də buradan yaranıb. 
110
V BÖLMƏ


Qurd öz ailəsinə sadiqdir və onun yolunda canını qurban verməyə hazır -
dır. O, yeganə heyvandır ki, dişi tayını dəhşətli dərəcədə qısqanır və daim
onun qayğısına qalır. Ana qurd da ovda və ya düşmənlə mübarizədə erkək
qurddan geri qalmır. Xüsusilə balalarına qarşı təhlükə hiss edəndə o,
aslanla da döyüşə çıxmaqdan çəkinmir. 
Maraqlıdır ki, qurdlar qoyun sürüsünə hücum edərkən balası yanında
olan heyvana yaxın durmurlar. Hər bir qurd sürüdən yalnız bir heyvanı
tələf edər, bunun da yarısını özü yeyər, o biri yarısını isə ailəsinə və ya
qurd dəstəsinin yaşlı və xəstə üzvlərinə aparar. 
Qurd sürüsünün öz qanunları var. Heç bir qurd bu qanunları pozmaz,
sürü başçısının əmrindən çıxmaz. Başçının özü belə sürü qanunlarına
tabe olur. Əgər hər hansı bir qurd sürünün qanun la rını pozarsa, dərhal
sürüdən qovular və tənha qalar. Tənha qurdlara yal quzaq deyilir. Onlar
qurd qanunlarına tabe olmadıqlarına görə çox təhlükəlidirlər.
Bozqurd totemi, adətən, hündür qaya üzərində üzünü göyə tutub ulayan
qurd kimi təsvir olunur. Bununla da qədim türklər qurdun Tanrı ilə bağlılığını
əks etdirmək istəmişlər. Əcdadlarımızın fikrincə, üzünü Tanrıya tutub göz -
lərini yumaraq ulayan qurd, bir növ, “daxilən saflaşır” və “Tanrıya məx sus
olduğunu” göstərir. 
Beləliklə, qədim türklərin qurdları yüksək dəyərləndirmələri əbəs deyil.
* * *
Qədim türk cəmiyyətinin özünəməxsus quruluşu var idi. Ölkə xaqan
tərəfindən idarə olunsa da, xalqı təmsil edən məclisin rolu böyük idi. Türk -
lər qanuna tu ra deyirdilər. Xaqan da daxil olmaqla hər kəs turaya riayət et -
məli idi. 
Türklərdə kişi ailə başçısı sayılsa da, qadına böyük ehtiram göstərilirdi.
Türk qadınları həm ailədə, həm də ictimai həyatda böyük rol oynayırdılar.
Onlar kişilərlə çiyin-çiyinə döyüşlərdə iştirak edirdilər.
Köçəri həyat sürən türklər üçün azadlıq hər şeydən əziz idi. Hər bir türk
cəmiyyətin azad üzvü sayılır, məclisdə öz sözünü deyə bilir, döyüşə “ya
qələbə, ya ölüm” şüarı ilə gedirdi. Qadın döyüşçünün düşmənə əsir düş -
məsi bütövlükdə türk cəmiyyəti üçün həqarət sayılırdı. 
Dünya döyüş sənəti tarixində Turan və ya aypara taktikası adlanan
hücum üsulu dəfələrlə türklərə sayca daha çox olan düşmən üzərində
qələbə qazandırmışdır. Düşmənlər türk əsgərlərini qurda bənzədirdilər.
Türklər də bu bənzətməni həvəslə qəbul edirdilər. Lakin onlar heç vaxt
1. Bu hissədəki hər abzası müvafiq əxlaqi dəyəri ifadə edən sözlə
adlandırın. 
2. Qurdla bağlı deyilənlərdən hansılar sizə inandırıcı görünmədi?
111
DƏYƏRLƏR


boş yerə qan tökməzdilər. Döyüşdən qabaq düşmənə sülh təklifi göndərər,
qalib gəldikdə ona aman verər, əsirləri öldürməzdilər. Miladdan öncə 202-ci
ildə Mete xaqanla Çin imperatorunun döyüşü də bunu sübut edir.
Qədim türklər Göy-Tanrıya səcdə edirdilər. Onların fikrincə, qurd yerdə
Tanrıya ən yaxın olan, onunla ünsiyyətə girə bilən yeganə varlıqdır.
Bütün bu kimi xüsusiyyətlərə görə türklər azadlıqlarının timsalı olaraq
Bozqurdu özlərinə simvol seçmişlər. Məhz buna görə Bozqurd türk hür -
riy yətinin, türk yenilməzliyinin rəmzidir.
İnternet materialları əsasında işləyəni: 
Rafiq Ələkbəroğlu
Söz ehtiyatı
4. “Elita” sözünün mənasını kontekstə görə izah edin.
Düşün və cavab ver
5. Mətni yazmaqda müəllifin məqsədi nə olmuşdur?
A) Qurdların təbiəti və davranışı haqqında məlumat vermək
B) “Totem” anlayışını izah etmək
C) Qurdun türklər tərəfindən totem seçilməsinin təsadüfi olma dı -
ğını əsaslandırmaq
D) Türk xalqlarını birləşdirən mental xüsusiyyətlər haqqında m ə -
lumat vermək
6. “Turan taktikası” haqqında əlavə məlumat toplayın.
7. Mətndəki məlumatlardan çıxış edərək qurd təbiəti ilə qədim türk
xarakteri arasında paralellər aparın və aşağıdakı cədvəli nümunəyə
uyğun olaraq doldurun.
3. VI sinifdə keçdiyiniz “Mete xaqan” mətnini xatırlayaraq həmin
döyüşü təsvir edin.
Xüsusiyyət
Qurd təbiətində
Türk xarakterində
Nəciblik
Balası yanında olan ev
heyvanına hücum etmir.
Əldə etdiyi şikarın bir
hissəsini sürünün xəstə
və qoca üzvlərinə aparır.
Döyüşlərdə boş yerə qan
tökmür. Qalib gəldiyi
düşmənə aman verir.
112
V BÖLMƏ


Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə