Dərslik layihəsi (sınaq nəşri) Rafiq İsmayılov Dilrüba Cəfərova



Yüklə 1,1 Mb.
Pdf görüntüsü
səhifə14/45
tarix16.11.2017
ölçüsü1,1 Mb.
#10684
növüDərs
1   ...   10   11   12   13   14   15   16   17   ...   45

11. Düzgün yazılış qaydalarına əməl etməklə mürəkkəb adları aşa ğı -
dakı kimi qruplaşdırın. 
sakit okean,  beynəlxalq qadınlar günü, 
yeddiillik müharibə, alt paleloit dövrü, Bakı şəhər icra 
hakimiyyəti, Azərbaycan respublikasının nazirlər kabineti, 
respublika günü, Kür-araz ovalığı, böyük vətən müharibəsi,
yeni il bayramı  
12. Mürəkkəb adları seçin, yazılışında yol verilmiş səhvləri düzəldin.
1. Respublika günü, Azərbaycan xal qı nın milli qurtuluş günü,
Azər bay can Respubli ka sının Silahlı qüv vələri günü, Azərbaycan Res -
pub 
li 
kasının Dövlət bayrağı günü, Dünya azərbaycan 
lı 
larının
həmrəyliyi gü nü, Novruz Bayramı, Qurban Bay ramı və Ramazan
Bayramı gün ləri qeyri-iş günü hesab edilir.
2. Rusiyada 1917-ci il fevral hadisələrindən sonra Xiyabani və
onun dostları Azərbaycan Demokrat partiyasının konfransını ça -
ğırırlar. 1917-ci il aprelin 9-dan çıxan “Təcəddüd” Qəzeti Xiyabaninin
gur səsli mübarizə tribunasına çevrildi.  
(S.Rüstəmxanlı) 
3. Mən Füzuli Rayonunda coğrafiya müəllimi idim. Orda da yazmış
olduğum “Kənddən Məktublar” adlı hekayələr məcmuəmi gətirib Ya -
zıçılar ittifaqında nəsrə baxan yazıçımız Əbülhəsənə təqdim etdim. O
mənim təhər-töhürümə, ayağımdakı uzunboğaz çəkməyə baxıb dedi:
– Əzizim, coğrafiya müəllimi hara, yazıçılıq hara?
On gündən sonra isə mənim hekayələrim onun sayəsində Azər bay -
can Dövlət nəşriyyatında “Kənddən Məktublar” adı ilə çapa verildi. 
(İ.Əfəndiyev)
*
13. “BBC” [bibisi] abreviaturasının ixtisar olunmamış formasını və
onun tər ki bindəki sözlərin mənasını araşdırın.
Bütün sözlərin ilk hərfi böyük
yazılanlar
Birinci sözün ilk hərfi böyük
yazılanlar
49
İNFORMASİYA VƏ KOMMUNİKASİYA


14. Mürəkkəb adları ixtisarlar şəklində yazın.
Azərbaycan Respublikası, Birləşmiş Millətlər Təşkilatı, 
Azərbaycan Dövlət Nəşriyyatı, Azərbaycan 
Daxili İşlər Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, 
Azərbaycan Futbol Federasiyaları Assosiasiyası,
Avropa Şurası Parlament Assambleyası,  
Azərbaycan Xalq Cümhuriyyəti
15. Mürəkkəb adları abreviatura şəklində yazmaqla cümlələri köçü rün.
1. Daxili İşlər Nazirliyi cinayətkarlığa qarşı mübari zəni   güclən di r -
mişdir.
2. Bu gün Bakı Dövlət Universitetində alimlərlə tələbələrin görüşü
ke çirildi.
3. Azərbaycan Respublikası Dövlət Neft Şirkətində yeni layihələrin
müzakirəsi keçirildi.
4. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti əməkdaşlarının
bir çoxuna fəxri adlar verilmişdir.
5. Beynəlxalq Qırmızı Xaç Komitəsinin çoxillik fəaliyyəti nəticə -
sin də yüzlərlə insan doğmalarına qovuşmuşdur.
16. İxtisarlarda şəkilçinin əlavə edilməsində yol verilmiş səhvləri dü -
zəltməklə köçürün.
1. ADA-na yeni  kadrların dəvət edilməsi gözlənilir.
2. Azərbaycan Xalq Cümhuriyyəti dövründə yaranan BDU-nin 95
yaşı tamam olur.
3. Avqustun 27-də TQDK-sında ali məktəblərə qəbul imtahanlarının
nə ti cələrinə  həsr  olunmuş  növbəti mətbuat konfransı keçirildi. 
4. KİV-lərin reklam fəaliyyətini tənzimləmək məqsədilə yeni qa nun
layihəsi hazırlanır.
5. İyunun 5-də AŞPA-sının növbəti sessiyası öz işinə başladı.
Mürəkkəb adlar bir çox hallarda ixtisar oluna bilir:  Bakı Dövlət
Universiteti – BDU, Xarici İşlər Nazirliyi – XİN, Milli Məclis –
MM. Belə ixtisarlar abreviatura adlanır. Abreviaturalara şəkilçilər
əlavə edilərkən onların tələffüz forması nəzərə alınır: MMC-yə
[ememceyə], DİN-ə [dinə].
Yadda saxla!       
ABREVİATURALAR
50
II BÖLMƏ


Ta qədim zamanlardan insanlar
bir-biri ilə əlaqə yaratmaq, vacib xə -
bərləri pay laş maq üçün müxtəlif va -
sitələrdən istifadə et 
mişlər. Uzaq
mə  safələrə məktub aparan göyər -
çinlərdən baş la yan, teleqraf və tele -
fon la davam edən bu yol hazırda
internet mərhələsinə çatıb. İKT-nin
və in  ter    netin sürətli inkişafı insan -
ların bir-biri ilə ünsiyyət qur ma sını
asan laşdırdı. So sial şəbə kə lər bu -
nun ən bariz nümu nəsidir. 
Sosial şəbəkə insanların internet məkanında yaratdığı virtual icmadır.
Əlbəttə, insanların internet vasitəsilə əlaqəsi daha öncədən var idi. Mə -
sələn, elektron ünvan (e-mail [imeil]), skayp və ya MSN kimi internet proq -
ram la rının köməyi ilə uzaqda olan tanışlarla əlaqə yaratmaq mümkün idi.
Sosial şəbəkələrin yaranması bu işi asanlaşdırdı və daha cəlbedici for-
mata saldı. 
Ən geniş yayılmış sosial şəbəkələrdən olan Feysbuk 2004-cü ildə ABŞ-ın
Harvard Universitetinin tələbəsi Mark Zukkerberq tərəfindən ya ra dıl mışdır.
Əvvəlcə tələbələrin universitet daxilində bir-biri ilə əlaqəsi üçün nəzərdə
tutulan bu sayta çox qısa zamanda Amerikanın digər univer si tet lərinin
tələbələri də qoşuldular. Cəmi bir il sonra isə feysbuk üzvlərinin sayı 5 mi-
lyonu keçdi.  
Feysbukla paralel onlarla bu tip sosial şəbəkələr yaranmağa başladı.
Mayspeys, tvitter, Rusiyada odnoklassniki, vkontakte  adlı sosial şəbə kə -
lər də xeyli populyarlaşdı. Bu şəbəkələrin hər biri müxtəlif məqsədlərə
xidmət edir. Məsələn, tvitter sosial şəbəkəsində istifadəçilər müxtəlif möv -
zular üzrə diskussiya aparır və öz fikirlərini bölüşürlər.
Bundan əlavə, instaqram, vatsap adlı proqramlar da insanların ən çox
istifadə etdiyi şəbəkələrdəndir.  Belə ki, “Bu an nə ilə məşğulsan, şəklini
çək və yüklə” prinsipi ilə yaradılmış instaqram proqramı insanların ən çox
şəkil paylaşdığı virtual aləmdir. Vatsap isə artıq hər kəsin telefonunda var
və telefonda  nömrəsi olan insanlarla daha rahat əlaqə yaratmaq – onlara
mesaj, şəkil və video göndərmək imkanları verir.  
Onu da qeyd etmək lazımdır ki, bir sıra sosial şəbəkə yaradıcıları dün -
yanın maliyyə nəhənglərinə çevrilmişlər. Məsələn, feysbukun yara dı cısı
1. Bu sosial şəbəkələrdən hansıların üzvüsünüz? Seçiminizi izah
edin.
51
İNFORMASİYA VƏ KOMMUNİKASİYA


Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə