2
87
• II fəsil •
Maqnit sahəsi
•
E
LEKTROMAQNİT İNDUKSİYA HADİSƏSİ
H.Erstedin apardığı təcrübələr (1820-ci il) sübut etdi ki, elektrik cərəyanı öz ətra-
fında maqnit sahəsi yaradır. Bu təcrübələr əsasında A.Amper “molekulyar cərəyan-
lar” fərziyyəsini irəli sürdü.
Әgәr elektrik cәrәyanı maqnit sahәsi yaradırsa, maqnit sahәsi dә elektrik
cәrәyanı yarada bilәrmi?
İngilis alimi Maykl Faradey ilk dəfə olaraq 1831-ci ildə bu suala cavab verdi. O,
apardığı çoxsaylı təcrübələrin köməyi ilə müəyyən etdi ki, maqnit sahəsinin dəyiş-
məsi qapalı dolaqda (konturda) elektrik cərəyanı yaradır.
2.13
● Ersted təcrübəsinin mahiyyəti nədən ibarətdir?
● Amper fərziyyəsinə görə, maqnit sahəsinin mənşəyi nədir?
● Maqnit sahəsi elektrik cərəyanı yarada bilərmi?
Sarğacda elektrik cərəyanını yaradan nədir?
Təchizat: sarğac, düz maqnit, qalvanometr, birləşdirici naqillər.
İşin gedişi:
1. Sarğacın sıxaclarını qalvanometrə birləşdirin.
2. Düz maqniti sarğaca daxil edib – çıxarın və bu zaman qalvanometrin əqrəbinə diqqət
edin
(
a
və
b
).
3. Sarğacın içərisinə düz maqnit yerləşdirib onu sükunətdə saxlayın, sonra isə maqnitin
masanın səthindən ayırmadan yerindəcə fırladın və qalvanometrin əqrəbini izləyin
(
c
).
Nəticəni müzakirə edin:
Maqnitin sarğaca daxil edilib və sarğacdan çıxarılması zamanı qalvanometrin əqrəbinin
gah sağa, gah da sola meyil etməsindən hansı nəticəyə gəlmək olar?
Maqniti sarğacın daxilində sükunətdə saxladıqda və ya yerindəcə fırlatdıqda
qalvanometrin əqrəbinin sıfır bölgüsünün üzərində durması nə deməkdir?
Araşdırmadan hansı fərziyyəni irəli sürmək olar?
Araşdırma
1
(a)
(b)
(c)
LAYİHƏ
88
Faradeyin təcrübələrindən bəzilərini siz də araşdırmada icra etdiniz. Məlum oldu
ki, sabit maqniti sarğaca daxil etdikdə və ya sarğacdan çıxardıqda onun dolaqlarında
elektrik cərəyanı yaranır. Bu zaman maqnitin bu və ya digər istiqamətdə hərəkəti
zamanı qalvanometrin əqrəbinin əks istiqamətlərə meyil etməsi dolaqlarda yaranan
elektrik cərəyanının istiqamətinin dəyişdiyini göstərdi. Maqniti sarğacın daxilində
sükunətdə saxladıqda və ya yerindəcə fırlatdıqda isə dolaqlarda cərəyan yaranmadı.
Buradan belə bir nəticəyə gəlmək olar ki, maqnitin sarğac daxilində ixtiyari irəliləmə
hərəkəti onun qapalı dolaqlarında elektrik cərəyanı yaradır. Bu hadisə
elektromaqnit
induksiya hadisәsi, qapalı dolaqlarda yaranan cərəyan isə
induksiya cәrәyanı adlanır.
Qapalı dolaq daxilindә maqnit sahәsinin dәyişmәsi ilә bu dolaqda elektrik cә-
rәyanının yaranması elektromaqnit induksiyası hadisәsi, yaranan cәrәyan isә in-
duksiya cәrәyanı adlanır.
Maqnit sahәsinin dәyişmәsi nә demәkdir?
Sabit maqnitin qapalı dolağı kəsib keçən in-
duksiya xətlərinin sayının dəyişməsi (artması və ya
azalması) maqnit sahəsinin dəyişməsi deməkdir
(
d
).
Maqnit sahəsinin dəyişməsini yalnız sabit maq-
niti sarğac daxilində irəliləmə hərəkəti etdirməklə
deyil, digər üsullarla da həyata keçirmək olar. Mə-
sələn, əgər sabit maqnit elektromaqnitlə əvəz olu-
narsa, sarğacdakı maqnit sahəsinin dəyişməsinə
elektromaqnitdəki cərəyan şiddətini dəyişməklə də
nail olunur. Yaxud qapalı kontur sabit maqnit sahə-
sində onun induksiya xətlərini kəsib keçməklə hərə-
kət edərsə, bu konturda induksiya cərəyanı yaranar.
Lakin sarğac bircins maqnit sahəsində irəliləmə
hərəkəti etdikdə onda induksiya cərəyanı yaranmır,
çünki bircins sahədə sarğac müstəvisini kəsən in-
duksiya xətlərinin sayı dəyişmir.
•
Elektromaqnit induksiyası hadisəsini kəşf etmiş, ilk
elektrik cərəyanı generatorunun konstruksiyasını
vermiş, elektroliz qanunlarını kəşf etmişdir.
Elektrik yüklərinin saxlanması qanununu təcrübi
olaraq
sübut etmiş, işığın elektromaqnit təbiətli ol-
ması ideyasını irəli sürmüşdür. O, “katod”, “anod”,
“ion”, “elektroliz”, “elektrolit” anlayışlarını elmə
gətirmişdir.
Maykl Faradey
(1791-1867)
İngilis fiziki
(d)
LAYİHƏ
2
89
• II fəsil •
Maqnit sahəsi
•
1. Elektromaqnit induksiya hadisəsi nəyə deyilir?
2. Maqniti sarğac daxilində sükunətdə saxlayıb sarğacı
irəliləmə hərəkəti etdirsək, induksiya
cərəyanı yaranarmı? Nə üçün?
3. Qapalı kontur sabit maqnit sahəsində şəkildə təsvir edildiyi kimi hərəkət edərsə,
onda induk-
siya cərəyanı yaranarmı? Cavabınızı əsaslandırın.
Yaradıcı tәtbiqetmә
Elektromaqnitlə induksiya cərəyanının alınması.
Təchizat: sabit cərəyan
mənbəyi, reostat, sarğac (2
ədəd), uzun dəmir içlik, açar,
qalvanometr, birləşdirici
naqillər.
İşin gedişi:
1. Dəmir içliyi 1 sarğacına daxil
edib
elektromaqnit
hazırlayın. Elektromaqnitin
sıxaclarını reostat və açarla
birlikdə
sabit cərəyan mən-
bəyinə ardıcıl birləşdirin.
2. İkinci sarğacı (2) qalvano-
metrə birləşdirib elektro-
maqnitin
dəmir içliyinin kə-
nara çıxan hissəsinə daxil
edin
(
e
).
3. Əvvəlcə açarı qapayıb-açın, sonra isə açarın qapalı vəziyyətində reostatın sürgüsünü
sağa-sola hərəkət etdirməklə 1 elektromaqnitində cərəyan şiddətini dəyişin. Bütün hal-
larda 2 sarğacına qoşulan qalvanometri izləyin.
Nəticəni müzakirə edin:
● Nə üçün 1 elektromaqnitindən keçən cərəyan şiddətinin ixtiyari dəyişməsi 2 sarğacında
induksiya cərəyanının yaranması ilə nəticələndi?
● 1 elektromaqnitindən keçən cərəyan şiddətinin artıb-azalması 2 sarğacında yaranan
induksiya cərəyanının istiqamətinə necə təsir etdi?
Araşdırma
2
•
Cümlələri iş vərəqinə köçürün və onları tamamlayın.
1. Elektromaqnit induksiya hadisəsi ...
2. İnduksiya cərəyanı...
3. Maqnit sahəsinin dəyişməsi ...
Nә öyrәndiniz
Öyrәndiklәrinizi yoxlayın
(e)
LAYİHƏ