3
113
• III fəsil •
İşıq hadisələri
•
Tam kölgә – cismin arxasında yerlәşәn fәzanın elә bir sahәsidir ki, ora nöqtәvi
mәnbәdәn işıq düşmür.
Cisim eyni zamanda bir neçə nöqtəvi mənbədən və ya nöqtəvi olmayan (böyük
ölçülü) bir mənbədən işıqlandırılarsa, bu halda ekranda tam kölgə ilə yanaşı, sərhədləri
dəqiq seçilməyən
yarımkölgә də alınır. Yarımkölgə ekranın elə hissəsində yaranır ki,
həmin hissədən işıq mənbəyi qismən görünür. Şəkildə iki nöqtəvi işıq mənbəyinin
(şam alovunun) yaratdığı tam və yarımkölgənin
sxemi təsvir edilir (
c
və
d
).
İri ölçülü işıq mənbəyi müəyyən S
1
S
2
ölçüsünə malik olduğundan onun hər bir
nöqtəsi işıq mənbəyidir. Bu nöqtələrin hər birindən cismin üzərinə düşən işıq şüa-
larının yaratdığı kölgələrin üst-üstə düşən hissəsi ekranda tam kölgə (BC), üst-üstə
düşməyən hissəsi isə qismən işıqlanan yarımkölgə (AB və CD) sahələri əmələ gətirir
(
e
).
Yarımkölgә –
cismin arxasında yerlәşәn fәzanın elә bir sahәsidir ki, o, bir neçә
nöqtәvi mәnbә vә ya iri ölçülü işıq mәnbәyinin hissәsi tәrәfindәn işıqlandırılır.
(a)
(b)
(c)
(d)
(e)
LAYİHƏ
114
1. Qeyri-şəffaf cismin ekranında:
a) yalnız
tam kölgəsini;
b) yalnız yarımkölgəsini;
c) həm tam, həm də yarımkölgəsini almaq olarmı? Cavabınızı əsaslandırın.
2. Nə üçün əməliyyat zamanı cərrahın əllərinin kölgəsi əməliyyat hissəsinin üzərini qaranlıq-
laşdırmır?
3. Tam və qismən Günəş tutulmalarını müqayisə edin, onların ümumi və fərqli xüsusiyyətlərini
söyləyin.
4. Ay və Günəş tutulmalarını müqayisə edin: onlar arasında ümumi və fərqli xüsusiyyətlər
nədir?
Yaradıcı tәtbiqetmә
Günəş tutulmasının səbəbini izah edək.
İşin gedişi.
Şəkildə Günəş tutulmasının sxemi təsvir
edilmişdir
(
f
).
Sxemi diqqətlə təhlil edin
və tutulmanın başvermə səbəbini
araşdırın.
Nəticəni müzakirə edin:
Günəş tutulmasında hansı göy cisminin Yer səthində tam və yarımkölgələri yaranır?
Yer səthində tam və qismən Günəş tutulması baş vermiş hissələr hansı
rəqəmlə işarə
edilmişdir?
Yer səthinin hansı sahəsindəki sakinlər tam Günəş tutulmasını müşahidə edirlər? Nə
üçün?
Yer səthinin yarımkölgə (qismən Günəş tutulması) yaranan hissəsində yaşayan insanlar
nə müşahidə edirlər?
Bəs
Ay tutulması nə deməkdir? Bu tutulmanın sxemini çəkin və Ayın nə üçün çox vaxt
dilim formasında görünməsini izah edin.
Araşdırma
2
•
Verilən açar sözlərdən istifadə etməklə iş vərəqində qısa
esse yazın.
Açar sözlər:
Yarımkölgə
Günəş tutulması
Tam kölgə
Ay tutulması
Nә öyrәndiniz
Öyrәndiklәrinizi yoxlayın
1
2
3
(f)
LAYİHƏ
3
115
• III fəsil •
İşıq hadisələri
•
1. İşığı közәrmiş metal, kompüter monitoru, közәrmә lampası, işıldaböcәk, şam,
reklam lampası şüalandırır. Bu mәnbәlәrdәn hansılar isti, hansılar soyuq şüalanma
mәnbәlәridir?
2. Nöqtәvi iki işıq mәnbәyi vә bir top ekran qarşısında şәkildәki kimi yerlәşdiril-
mişdir. Topun ekranda kölgә vә yarımkölgәsi necә alınar?
3. Şaquli qoyulmuş cismin üzәrinә 1, 2, 3 vә 4 nöqtәlәrindәn işıq
şüalarının verdiyi kolgәlәrin hündürlüklәri arasinda hansı
münasibәt var?
4. Ay hansı nöqtәdә olduqda tam Günәş tutulması baş verir?
5. Günәşli gündә hündürlüyü 10 m olan çinarın yerdә kölgәsinin uzunluğu 25 m,
binanın kölgәsinin uzunluğu isә 150 m-dir. Binanın hündürlüyü nә qәdәrdir?
6. Binanın giriş qapısının günlüyü iki küçә lampası ilә işıqlandırılır. Günlüyün altında
duran oğlan...
A) günlüyün tam kölgəsindədir.
B) yalnız B lampasının işıqlanmasına məruz qaldığından yarımkölgədədir.
C) yalnız A lampasının işıqlanmasına məruz qaldığından yarımkölgədədir.
D) hər iki lampa tərəfindən işıqlanır.
E) hər iki lampanın yarımkölgəsindədir.
Çalışma
3.1
A
B
LAYİHƏ
116
İ
ŞIĞIN YAYILMA SÜRƏTİ VƏ ONUN TƏYİNİ ÜSULLARI
İşıq Yer səthində olan obyektlər arasındakı məsafələri saniyənin çox kiçik hissə-
ləri ərzində qət etdiyindən uzun illər işığın yayılma sürəti sonsuz böyük qəbul
edilmişdir. Bu səbəbdən işıq ani yayılan hesab olunurdu. İşığın yayılma sürətini ilk
dəfə XVII əsrin ikinci yarısında ölçmək mümkün olmuşdur. Bu zaman çox böyük,
lakin sonlu bir rəqəm alındı. Sonralar müxtəlif üsullarla dəfələrlə aparılan ölçmələr
nəticəsində vakuumda işığın yayılma sürətinin
300000
-yə bərabər olduğu aş-
karlandı. Bu üsulların bəziləri ilə tanış olaq.
İşığın yayılma sürәtinin astronomik üsulla tәyini. İşığın yayılma sürətini ilk dəfə
1676- cı ildə Danimarka astronomu Olaf Ryomer (1644-1710) ölçə bilmişdir. O bunu
Yupiter planetinin İo peyki üzərində apardığı astronomik müşahidələr nəticəsində
etmişdir. Məlum olmuşdur ki, İo peykinin planet ətrafında bir tam dövrü 42 saat 28
dəqiqədir. Belə ki, peyk planetin arxasındakı kölgədən çıxdıqda üzərinə düşən Günəş
şüasının əks etməsi nəticəsində parlaq yanan lampa kimi görünür. Sonra o, planetin
qarşısından keçib yenə onun kölgəsinə daxil olur. Bu zaman peykin tutulması baş verir.
Müşahidələrdən müəyyən edildi ki, peykin
tutulması müntəzəm baş vermir. Yer öz orbi-
tində 1 nöqtəsində olduğu zaman hesablamalar
aparıldıqdan beş ay sonra peykin Yüpiterin
kölgəsindən 22 dəqiqə gec çıxdığı aşkar
olunur. Bu halda Yer öz orbitinin
2 nöqtəsində
olur
(
a
). Deməli, işığın İo peykindən
2 nöqtə-
sində olan Yerə gəlib çatması üçün onun or-
bitinin diametri qədər əlavə yol getməlidir.
Yerin orbitinin diametri XVII əsrdə aparılan
dəqiq olmayan hesablamalara görə,
2,84 · 10
idi. Beləliklə, hesablama-
lardan Ryomer işığın yayılma sürəti üçün çox böyük sonlu qiymət alır:
, ·
ә
, ·
215000
2,15 · 10
.
215000
2,15 · 10
.
Burada
c – işığın yayılma sürətidir.
3.4
Nə üçün şimşək çaxdıqda əvvəlcə
onun işığını görürük, bir neçə saniyə-
dən sonra isə atmosferdə yaratdığı
səsi eşidirik?
Görəsən, şimşəkdən gələn işığın ya-
yılma sürətini ölçə bilərikmi? Bunu
necə etmək olar?
Şimşək çaxmasını dəfələrlə müşahidə
etmisiniz və nə vaxtsa belə bir sual üzə-
rində düşünmüsünüz...
(a)
LAYİHƏ