Dərslik Mirzəli Rasim Abdurazaqov Rövşən Əliyev



Yüklə 4,3 Kb.
Pdf görüntüsü
səhifə38/72
tarix30.12.2017
ölçüsü4,3 Kb.
#18856
növüDərs
1   ...   34   35   36   37   38   39   40   41   ...   72

 
 

113 
 
•  III  fəsil  •  
İşıq hadisələri

 
 
Tam kölgә – cismin arxasında yerlәşәn fәzanın elә bir sahәsidir ki, ora nöqtәvi 
mәnbәdәn işıq düşmür
Cisim eyni zamanda bir neçə nöqtəvi  mənbədən və ya nöqtəvi olmayan (böyük 
ölçülü) bir mənbədən işıqlandırılarsa, bu halda ekranda tam kölgə ilə yanaşı, sərhədləri 
dəqiq seçilməyən yarımkölgә də alınır. Yarımkölgə ekranın elə hissəsində yaranır ki, 
həmin  hissədən  işıq  mənbəyi  qismən  görünür.  Şəkildə  iki  nöqtəvi  işıq  mənbəyinin 
(şam alovunun) yaratdığı tam və yarımkölgənin sxemi təsvir edilir (
c
  
d
).  
 
 
 
 
İri ölçülü işıq mənbəyi müəyyən S
1
S
2
 ölçüsünə malik olduğundan onun hər bir 
nöqtəsi işıq mənbəyidir. Bu nöqtələrin hər birindən cismin üzərinə düşən işıq şüa-
larının yaratdığı kölgələrin üst-üstə düşən hissəsi ekranda tam kölgə (BC), üst-üstə 
düşməyən hissəsi isə qismən işıqlanan yarımkölgə (AB və CD) sahələri əmələ gətirir 
(
e
).  
 
 
Yarımkölgә – cismin arxasında yerlәşәn fәzanın elә bir sahәsidir ki, o, bir neçә 
nöqtәvi mәnbә vә ya iri ölçülü işıq mәnbәyinin hissәsi tәrәfindәn işıqlandırılır. 
 
(a) 
(b) 
(c)
 
(d)
(e)
LAYİHƏ


 
 
114 
 
 
 
 
 
 
  
 
1. Qeyri-şəffaf cismin ekranında: 
a) yalnız tam kölgəsini;  
b) yalnız yarımkölgəsini;  
c) həm tam, həm də yarımkölgəsini almaq olarmı? Cavabınızı əsaslandırın. 
2. Nə üçün əməliyyat zamanı cərrahın əllərinin kölgəsi əməliyyat hissəsinin üzərini qaranlıq-
laşdırmır? 
 
 
3. Tam və qismən Günəş tutulmalarını müqayisə edin, onların ümumi və fərqli xüsusiyyətlərini 
söyləyin. 
4.  Ay  və  Günəş  tutulmalarını  müqayisə  edin:  onlar  arasında  ümumi  və  fərqli  xüsusiyyətlər 
nədir?   
 
 
 
 
Yaradıcı tәtbiqetmә 
 
Günəş tutulmasının səbəbini izah edək.
İşin gedişi.  
Şəkildə Günəş tutulmasının sxemi təsvir 
edilmişdir (
f
). Sxemi diqqətlə təhlil edin 
və tutulmanın başvermə səbəbini 
araşdırın.  
Nəticəni müzakirə edin:  
 Günəş tutulmasında hansı göy cisminin Yer səthində tam və yarımkölgələri yaranır? 
 Yer səthində tam və qismən Günəş tutulması baş vermiş hissələr hansı rəqəmlə işarə 
edilmişdir? 
 Yer səthinin hansı sahəsindəki sakinlər tam Günəş tutulmasını müşahidə edirlər? Nə 
üçün? 
 Yer səthinin yarımkölgə (qismən Günəş tutulması) yaranan hissəsində yaşayan insanlar 
nə müşahidə edirlər? 
 Bəs Ay tutulması nə deməkdir? Bu tutulmanın sxemini çəkin və Ayın nə üçün çox vaxt 
dilim formasında görünməsini izah edin. 
 
 
Araşdırma
2
• 
Verilən açar sözlərdən istifadə etməklə iş vərəqində qısa 
esse yazın. 
Açar sözlər: 
Yarımkölgə  Günəş tutulması  Tam kölgə   
 Ay tutulması 
 
Nә öyrәndiniz
Öyrәndiklәrinizi yoxlayın
 



(f)
 
LAYİHƏ


 
 

115 
 
•  III  fəsil  •  
İşıq hadisələri

 
 
 
 
 
 
 
1. İşığı közәrmiş metal, kompüter monitoru, közәrmә lampası, işıldaböcәk, şam, 
reklam lampası şüalandırır. Bu mәnbәlәrdәn hansılar isti, hansılar soyuq şüalanma 
mәnbәlәridir? 
2. Nöqtәvi iki işıq mәnbәyi vә bir top ekran qarşısında şәkildәki kimi yerlәşdiril-
mişdir. Topun ekranda kölgә vә yarımkölgәsi necә alınar? 
 
 
 
3. Şaquli qoyulmuş cismin üzәrinә 1, 2, 3 vә 4 nöqtәlәrindәn işıq 
şüalarının verdiyi kolgәlәrin hündürlüklәri arasinda hansı 
münasibәt var?  
 
4. Ay hansı nöqtәdә olduqda tam Günәş tutulması baş verir?  
 
 
 
5. Günәşli gündә hündürlüyü 10 m olan çinarın yerdә kölgәsinin uzunluğu 25 m, 
binanın kölgәsinin uzunluğu isә 150 m-dir. Binanın hündürlüyü nә qәdәrdir?  
6. Binanın giriş qapısının günlüyü iki küçә lampası ilә işıqlandırılır. Günlüyün altında 
duran oğlan... 
A) günlüyün tam kölgəsindədir. 
B) yalnız B lampasının işıqlanmasına məruz qaldığından yarımkölgədədir. 
C) yalnız A lampasının işıqlanmasına məruz qaldığından yarımkölgədədir. 
D) hər iki lampa tərəfindən işıqlanır. 
E) hər iki lampanın yarımkölgəsindədir. 
 
 
 
Çalışma
 
3.1
A
B
LAYİHƏ


 
 
116 
 
  
 
İ
ŞIĞIN YAYILMA SÜRƏTİ VƏ ONUN TƏYİNİ ÜSULLARI 
 
 
 
İşıq Yer səthində olan obyektlər arasındakı məsafələri saniyənin çox kiçik hissə-
ləri  ərzində  qət  etdiyindən  uzun  illər  işığın  yayılma  sürəti  sonsuz  böyük  qəbul 
edilmişdir. Bu səbəbdən işıq ani yayılan hesab olunurdu. İşığın yayılma sürətini ilk 
dəfə XVII əsrin ikinci yarısında ölçmək mümkün olmuşdur. Bu zaman çox böyük, 
lakin sonlu bir rəqəm alındı. Sonralar müxtəlif üsullarla dəfələrlə aparılan ölçmələr 
nəticəsində vakuumda işığın yayılma sürətinin 
300000
 -yə bərabər olduğu aş-
karlandı. Bu üsulların bəziləri ilə tanış olaq. 
İşığın yayılma sürәtinin astronomik üsulla tәyini. İşığın yayılma sürətini ilk dəfə 
1676- cı ildə Danimarka astronomu Olaf Ryomer (1644-1710) ölçə bilmişdir. O bunu 
Yupiter  planetinin  İo  peyki  üzərində  apardığı  astronomik  müşahidələr  nəticəsində 
etmişdir.  Məlum  olmuşdur  ki,  İo peykinin  planet  ətrafında bir  tam  dövrü  42  saat  28 
dəqiqədir. Belə ki,  peyk planetin arxasındakı kölgədən çıxdıqda üzərinə düşən Günəş 
şüasının  əks  etməsi  nəticəsində  parlaq  yanan  lampa  kimi  görünür.  Sonra  o,  planetin 
qarşısından keçib yenə onun kölgəsinə daxil olur. Bu zaman peykin tutulması baş verir. 
Müşahidələrdən  müəyyən  edildi  ki,  peykin 
tutulması müntəzəm baş vermir. Yer öz orbi-
tində 1 nöqtəsində olduğu zaman hesablamalar 
aparıldıqdan  beş  ay  sonra  peykin  Yüpiterin 
kölgəsindən  22  dəqiqə  gec  çıxdığı  aşkar 
olunur.  Bu halda Yer öz orbitinin 2 nöqtəsində 
olur (
a
). Deməli, işığın İo peykindən 2 nöqtə-
sində  olan  Yerə  gəlib  çatması  üçün  onun  or-
bitinin  diametri  qədər  əlavə  yol  getməlidir. 
Yerin  orbitinin  diametri  XVII  əsrdə  aparılan 
dəqiq  olmayan  hesablamalara  görə, 
2,84 · 10
  idi.  Beləliklə,  hesablama-
lardan Ryomer işığın yayılma sürəti üçün çox böyük sonlu qiymət alır: 
, ·
  ә
, ·
215000
2,15 · 10
 . 
215000
2,15 · 10

Burada c – işığın yayılma sürətidir. 
3.4 
 Nə üçün şimşək çaxdıqda əvvəlcə 
onun işığını görürük, bir neçə saniyə-
dən sonra isə atmosferdə yaratdığı 
səsi eşidirik? 
 Görəsən, şimşəkdən gələn işığın ya-
yılma sürətini ölçə bilərikmi? Bunu 
necə etmək olar? 
Şimşək  çaxmasını  dəfələrlə  müşahidə 
etmisiniz və nə vaxtsa belə bir sual üzə-
rində düşünmüsünüz... 
 
 
(a) 
LAYİHƏ


Yüklə 4,3 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə