Dərslik Mirzəli Rasim Abdurazaqov Rövşən Əliyev


    Nöqtəvi S mənbəyindən yayılan işıq dəstəsini SA və SC şüaları və ya mərkəzi  SB şüası ilə göstərmək olar (



Yüklə 4,3 Kb.
Pdf görüntüsü
səhifə37/72
tarix30.12.2017
ölçüsü4,3 Kb.
#18856
növüDərs
1   ...   33   34   35   36   37   38   39   40   ...   72

 
 
110 
 
Nöqtəvi S mənbəyindən yayılan işıq dəstəsini SA və SC şüaları və ya mərkəzi 
SB şüası ilə göstərmək olar (
d
). İşıq hadisələrini öyrənən zaman əgər işıq dəstəsinin 
istiqamətini  göstərmək  lazımdırsa,  onu  mərkəzi  şüa  ilə  təsvir  etmək  əlverişlidir. 
Əgər, işığın yayılma forması mühümdürsə, bu halda o, işıq dəstəsini məhdudlaşdıran 
iki şüa ilə təsvir olunur. Bir çox işıq hadisələrini öyrənərkən paralel işıq şüalarından 
istifadə edilir. Çox böyük uzaqlıqda yerləşən mənbələrdən, məsələn, Günəş və ul-
duzlardan yayılan işıq paralel işıq şüalarıdır. 
İşıq şüası necә yayılır? Ağacların arasından keçən Günəş şüalarının, alüminium 
folqanın  dəliklərindən  çıxan  işıq  şüalarının  müşahidəsindən  asanlıqla  müəyyən 
etmək olar ki, işıq şüası düz xәtt boyunca yayılır. İşığın düz xətt boyunca yayılması 
insanlara çox qədimdən məlumdur. Belə ki, işığın bu xassəsindən Qədim Mesopota-
miyada  (eramızdan  5000  il  əvvəl)  ehramların,  Qədim  Misirdə  piramidaların  (era-
mızdan 3000 il əvvəl) tikintisində istifadə olunmuşdur.  
İşıq hansı mühitdә düzxәtli yayılır? 
İşıq bir neçә mühitdәn keçdikdә düzxәtli yayılma xassәsini saxlayırmı?
 
 
 
 
Araşdırmadan məlum oldu ki, işıq şüası suda düz xətt boyunca yayılır. Su (və ya 
hava) bütün həcmi boyu eyni fiziki xassəyə malikdir, bu səbəbdən o, bircins mü-
hitdir.  Deməli,  işıq  bircins  mühitdə  düz  xətt  boyunca  yayılır.  Aparılan  çoxsaylı 
təcrübələr işığın düzxәtli yayılma qanununu müəyyənləşdirdi: 
 İşıq vakuumda vә bircins mühitdә düz xәtt boyunca yayılır. 
 
İşıq bütün mühitlərdəmi düzxətli yayılır?
Təchizat: lazer fənəri, içərisində su olan şüşə akvarium, süd (50 ml). 
İşin gedişi:  
1. Akvariumdakı suya süd əlavə edib rəngini bir qədər tutqunlaşdırın. Lazer fənərini yandırıb 
qabın divarına yapışdırın və lazer şüasının sudakı yolunu izləyin (
e
)
2. Lazer fənərini akvariumun üzərində elə yerləşdirin ki, işıq şüası iki mühitdən, hava və 
sudan, şaqulu istiqamətdə keçsin (
f
). İşığın bu mühitlərdəki yolunu izləyin. 
3. Lazer şüasını havadan suya maili istiqamətdə yönəldin və onun yolunu izləyin (
g
).   
 
 
 
 
 
 
 
 
 
 
 
 
Nəticəni müzakirə edin: 
 Hansı mühitdə işıq şüasının düz xətt boyunca yayılma xassəsini müşahidə etdiniz? 
 
 
Araşdırma
2
(f) 
(e)
(
g
)
LAYİHƏ


 
 

111 
 
•  III  fəsil  •  
İşıq hadisələri

Mühit bircins olmadıqda işığın düzxәtli yayılma qanunu ödәnilirmi?  
Mühit qeyri bircins olduqda (bir neçə bircins mühitdən ibarət olduqda) işığın düz 
xətt boyunca yayılma qanunu o vaxt ödənilir ki, şüa qeyri-bircins mühitin səthinə 
perpendikulyar  istiqamətdə  düşsün  (bax: 
f
),  bütün  qalan  hallarda  işıq  şüası 
istiqamətini dəyişir (bax: 
g
). 
 
 
 
 
 
 
  
 
1. İşıq dəstəsi işıq şüasından nə ilə fərqlənir? 
2. İşığın düzxətli yayılma qanununun mahiyyəti nədən ibarətdir? 
3. İşığın düzxətli yayılma qanunundan istifadə etməklə üç dayağı bir düz xətt boyunca necə 
yerləşdirmək olar? 
 
 
 
Yaradıcı tәtbiqetmә 
 
İşıq şüasının havada düz xətt boyunca yayılmasını yoxlayaq.
Təchizat: şam, altlığı olan karton lövhə (3 əd.), metal mil (diametri 
4 mm). 
İşin gedişi:  
1. Lövhələrdə eyni yerdə və eyni ölçüdə (
5 mm) dəlik açın.   
2. Şamı yandırın və onu lövhələrlə birlikdə ardıcıl yerləşdirin.   
3. Lövhələri elə tənzimləyin ki, dəliklərdən keçən işıq şüasını görmək mümkün olsun (
k
). 
4. Lövhələrin vəziyyətini dəyişmədən metal milin hər üç dəlikdən keçib- keçmədiyini 
yoxlayın. 
5. Təcrübəni lövhələrdən birini yana sürüşdürməklə təkrarlayın. 
 
 
Nəticəni müzakirə edin. 
 Metal milin işıq şüasının göründüyü hər üç dəlikdən keçməsi nə deməkdir? 
 Nə üçün lövhələrdən birini yana sürüşdürdükdə alovun işığı görünməz oldu? 
 Araşdırmadan işığın havada yayılması haqqında hansı nəticəyə gəldiniz? 
 
 
Araşdırma
3
• 
İş vərəqində verilən açar sözlərdən istifadə etməklə qısa 
esse yazın. 
Açar sözlər: 
 İşıq şüası  Bircins mühit  İşığın düzxətli 
yayılma qanunu 
 Vakuum  
Nә öyrәndiniz 
Öyrәndiklәrinizi yoxlayın
 
LAYİHƏ


 
 
112 
 
  İ
ŞIĞIN DÜZXƏTLİ YAYILMA QANUNUNUN İZAH ETDİYİ 
HADİSƏLƏR 
 
 
 
 
 
 
 
 
İşığın düzxətli yayılma qanunu əsasında bəzi işıq hadisələrini izah etmək mümkün 
olmuşdur. Müəyyən edilmişdir ki, üzərinə işıq şüaları düşən bütün qeyri şəffaf cisimlər 
kölgə yaradır. Əgər bu cisimlər nöqtəvi mənbə tərəfindən işıqlandırılırsa, ekranda onun 
tam kölgәsi alınır. Bu ona görə baş verir ki, cismi nöqtəvi işıq mənbəyindən işıqlandır-
dıqda şüalar onun arxasına keçmir, qaranlıq sahə yaranır (

 
b
)
3.3 
Müəllim sinfə belə bir tapşırıq verdi: Sizə yalnız 1m uzunluğunda xətkeş verilmişdir. Kim 
bu xətkeşdən istifadə etməklə məktəbin həyətindəki uca çinar ağacına çıxmadan onun 
hündürlüyünü ölçə bilər?  
–  Mən,  –  deyə  Aqil  cavab  verdi  və  dərhal  ağacın  hündürlüyünü  onun  kölgəsinin  uzun-
luğuna əsasən ölçməyin əlverişli üsulunu izah etdi...  
...Həm  müəllim,  həm  də  sinif  yoldaşları  bu  izahdan  razı  qaldılar.  Tənəffüsdə  şagirdlər 
həyətə çıxıb çinarın hündürlüyünü Aqilin təklif etdiyi üsulla təyin etdilər. 
 
 Çinarın hündürlüyünü onun köl-
gəsinin uzunluğuna əsasən siz 
necə təyin edərdiniz? 
 Cisimlərin kölgəsinin yaranması 
işığın hansı xassəsinə 
əsaslanır? Hansı cisimlər kölgə 
verir, hansılar yox? 
 
 
 
Araşdırma
1
İşıq dirəyinin hündürlüyünü təyin edək. 
Məsələ. İşıq dirəyinin kölgəsinin uzunluğu 6,5 m, qızın kölgə-
sinin uzunluğu isə 2 m-dir.  
Qızın boyunun 1,5 m olduğunu bilərək dirəyin hündürlüyünü 
təyin edin.  
Nəticəni müzakirə edin:  
 üçün cisimlərin kölgəsi 
yaranır? 
 Dirəyin hündürlüyünü üçbucaq-
ların hansı xassəsinə əsasən 
təyin etmək olar?
 
LAYİHƏ


Yüklə 4,3 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə