3
107
• III fəsil •
İşıq hadisələri
•
cavab vermək mümkün olmamışdır. Yalnız XVII əsrdə İ.Nyuton belə bir fərziyyə
irəli sürür:
işıq – işıqlanan cisimlәrin şüalandırdığı zәrrәciklәr (korpuskullar) seli-
dir. Korpuskulyar təsəvvürlərə əsasən, cisimlərdən şüalanan zərrəciklər gözə düş-
dükdə görmə hissi yaranır. Bu təsəvvürlər işığın bəzi xassələrini izah edə bilmədi
(bu barədə yuxarı siniflərdə ətraflı öyrənəcəksiniz).
İşıq mәnbәlәri. İşıq şüalandıran cisimlər
– işıq mәnbәlәri adlanır. Müxtəlif növ
işıq mənbələri mövcuddur:
İstilik işıq mәnbәlәri. Günəş və ulduzların səthi, şam, qaz və ya tonqal alovu,
közərmə lampasının teli, vulkan kraterindən çıxan lava və s. istilik işıq mənbələridir.
Soyuq işıq mәnbәlәri. İşıqsaçan balıqlar, böcəklər, müxtəlif bitkilər soyuq işıq
mənbələridir.
Elə cisimlər də var ki, onların səthinə işıq şüaları düşdükdə onlar işıq mənbəyinə
çevrilir. Belə cisimlər
fotolüminofor (latın sözü “lümen” – işıq d
emәkdir), onların işıq-
lanması isə
fotolüminessensiya adlanır
. Fotolüminoforlardan reklam işıqlarında geniş
istifadə olunur. Yol nişanlarında və xüsusi geyimlərdəki lüminofor maddəsi avtomobil
faralarından düşən işıq şüalarının təsiri ilə işıqlanaraq sürücülərə çox yaxşı görüntü
yaradır, hərəkətin təhlükəsizliyini təmin edir.
Müasir işıq mənbələrindən biri də
lazerdir. Televiziya və təbabətdə, maşın və
cihazqayırma sənayesində, hərbi texnikada, metrologiya və astrofiziki
tədqiqatlarda
lazer əvəzolunmaz işıq mənbəyidir.
• Püskürən vulkan kraterindən çıxan lavanın temperaturu 1100–1200°C, qaz alo-
vunda temperatur 1600-1850 °C, közərmə lampasının telində temperatur 2500–
2700°C, ulduzların səthində isə temperatur 3000 – 30 000°C intervalındadır.
Soyuq işıq
mənbələri
Lazer
Fotolü-
minessensiya
LAYİHƏ
108
Nöqtәvi işıq mәnbәyi. İşıq mənbələri müxtəlif ölçüdə olur. Məsələn, cib fənərinin
lampasındakı közərmə telinin uzunluğu bir santimetrdən kiçik, Günəş diskinin ra-
diusu isə
1500000 km-dir. Lakin işıq mənbəyinin görünən ölçüsü yalnız onun xətti
ölçüsündən deyil, müşahidəçidən bu mənbəyə qədər olan məsafədən də asılıdır. Mə-
sələn, bəzi ulduzların xətti ölçüsü Günəşdən dəfələrlə böyükdür, lakin onlar Yerdən
çox-çox uzaqda yerləşdiklərindən biz bu göy
cisimlərini nöqtə şəklində görürük.
Bizim üçün hündür elektrik dirəklərindən ası-
lan lampa, Günəş və ulduzlar nöqtəvi işıq mən-
bəyidir. İşıq hadisələrini öyrənərkən kiçik lam-
panın işıqlanan teli 2 lövhəsinə nəzərən nöq-
təvi işıq mənbəyi qəbul edilə bilər, lakin ona 1 lövhəsinə nəzərən nöqtəvi işıq mən-
bəyi kimi
baxmaq olmaz (
h
).
Verilmiş şәraitdә ölçülәri nәzәrә alınmayan işıq mәnbәyi nöqtәvi işıq mәnbәyi
adlanır. İşıq nöqtәvi mәnbәdәn bütün istiqamәtlәrә yayılır.
1. İşıq mənbələrini təsnif edin.
2. İstilik işıq mənbələrinə nümunələr göstərin.
3. Hansı şəraitdə işıq mənbəyini nöqtəvi qəbul etmək olar? Nümunələr göstərin.
4. Nə üçün gecələr şosedəki xətlər avtomobil faralarından düşən şüaların təsirindən
işıqlanır?
5. Ay işıq mənbəyi hesab oluna bilərmi?
Yaradıcı tәtbiqetmә
O hansı işıq mənbəyidir?
Təchizat: sınaq şüşəsi,
cib fənəri, fotoliminofor
maddəsi, su (100 ml), ştativ.
İşin gedişi:
1.
Sınaq şüşəsinə yarıdan yuxarı su töküb üzərinə bir qədər fotoliminofor maddəsi əlavə
edin və ağzını barmağınızla qapayıb çalxalayın. Sonra onu ştativə bərkidin (
f).
2. Fənəri işə salıb məhlulu işıqlandırın və baş verən hadisəni müşahidə edin.
Nəticəni müzakirə edin:
Fotoliminofor maddəsini suya qatdıqda hansı rəngdə məhlul alındı?
Məhlulun üzərinə ağ işıq yönəltdikdə o, hansı rənglə işıqlandı?
Araşdırmada hansı işıq mənbələri iştirak etdi?
Araşdırma
2
•
Açar sözlərdə verilən anlayışların mənasını iş vərəqində
qeyd edin.
Açar sözlər:
İşıq mənbəyi
Nöqtəvi işıq mənbəyi
Lazer
Fotolüminofor
Optika
Nә öyrәndiniz
Öyrәndiklәrinizi yoxlayın
(f)
(h)
1
2
LAYİHƏ
3
109
• III fəsil •
İşıq hadisələri
•
İ
ŞIĞIN DÜZ XƏTT BOYUNCA YAYILMASI
İşıq şüası. İşıq şüası imkan verir ki, müxtəlif istiqamətlərə yayılan işıq dəstəsini
istiqamətlənmiş düz xətlə (oxla) göstərmək mümkün olsun.
İşıq şüası – işıq dәstәsinin yayıldığı xәtdir.
İşıq şüaları paralel
(
a
), divergent (haçalanan)
(
b
) və konvergent (yaxınlaşan)
(
c
)
ola bilir.
3.2
Mənbədən çıxan
işıq hansı isti-
qamətdə və nə for-
mada yayılır?
Nə üçün qeyri-
şəffaf maneə ar-
xasındakı işıq
mənbəyini gör-
mürük?
Səhərçağı meşədə
ağacların arasından
keçən Günəş işığının
yolunu aydın
müşahidə
etmək olur. İşıq sanki
ağacların arxasında
yerləşən nöqtəvi mən-
bədən dəstə şəklində
çıxaraq
müxtəlif istiqa-
mətlərə yayılır.
Yalnız bir sancağın görünməsinə
səbəb nədir?
Təchizat: karton parçası, sancaq
(5-6 əd.), xətkeş, karandaş.
İşin gedişi:
1. Kartonu masa
üzərinə qoyun və
ona bir-birindən bir neçə santimetr
aralı olmaqla iki sancaq sancın.
2. Bu sancaqların arasına qalan sancaqları elə sancın ki, qıraqdakı iki sancaqdan birinə
baxdıqda o, digər sancaqları örtərək yalnız özü görünsün.
3. Sancaqları çıxardın və iki kənar sancağın kartondakı izi üzərinə
xətkeş qoyub düz xətt
çəkin.
Nəticəni müzakirə edin.
Qalan sancaqların izləri bu düz xəttə nisbətən necə yerləşmişdir? Nə üçün?
Araşdırma
1
(a)
(b)
(c)
(d)
LAYİHƏ