104
3. Biz Yerin maqnit sahәsinin hansı tәsiri altındayıq?
• Lehinə
– Cərəyanlı çərçivəyə maqnit sahəsinin göstərdiyi yönəldici təsirdən maq-
nitoelektrik sistemli elektrik ölçü cihazlarında, elektrik mühərriklərində
istifadə olunur. Maqnit sahəsinin hərəkətdə olan yüklü zərrəciyə təsirin-
dən tsiklotron (yüklü zərrəcikləri sürətləndirmək üçün) və kütlə spektro-
qrafında (yüklü zərrəciklərin kütləsini təyin etmək üçün) istifadə olunur.
– Yerin maqnit sahəsi insanları kosmik radiasiyanın – Günəş radiasiyasının
ölüm gətirən təhlükəli təsirindən qoruyur, səyyahlara yol göstərir, balıq-
lara, quşlara istiqamət verir. Maqnit tomoqrafiyası xəstələrə dəqiq diaq-
noz qoymaqda həkimlərə çox kömək edir.
– Biz Yerin qravitasiya sahəsinin faydalı təsiri altındayıq.
• Əleyhinə
– Maqnit sahəsi əsəb sisteminə pis təsir göstərir, onu fəaliyyətdən qoyur.
– Yerin maqnit sahəsinin qəflətən qısamüddətli dəyişməsi nəticəsində
maqnit fırtınaları baş verir. Maqnit fırtınaları Günəşin fəallığı (aktivliyi)
ilə əlaqədardır. Bu, insan səhhətinə mənfi təsir göstərir.
– İnsanlar hündürmərtəbəli evlərdə yaşamaqla Yerin maqnit sahəsinin
mənfi təsirinə daha çox məruz qalırlar. Ona görə də, həyət evlərində
yaşayan insanlar hündürmərtəbəli evlərdə yaşayanlardan daha sağlam-
dırlar. Digər tərəfdən daim Yerin maqnit sahəsinin güclü təsirində yaşa-
maq insan beyninin normal fəaliyyətinə pis təsir edir.
– Biz Yerin qravitasiya sahəsinin zərərli təsiri altındayıq.
LAYİHƏ
2
105
• II fəsil •
Maqnit sahəsi
•
1. Şәkil müstәvisinә perpendi-
kulyar olan ox әtrafında fırlana
bilәn maqnit әqrәbinә sabit
maqnit yaxınlaşdırıldı.
Bu zaman әqrәb...
A) vəziyyətini dəyişməyəcək
B) 180
dönəcək
C) saat əqrəbinin hərəkəti istiqamətində 90
dönəcək
D) öz oxu ətrafında fasiləsiz fırlanacaq
E) saat əqrəbi hərəkətinin əksi istiqamətində 90
dönə-
cək
2. Hansı sxemdә şәkil müstәvisindәn bizә doğru perpendi-
kulyar istiqamәtdә olan sabit cәrәyanın maqnit induksiya
xәtlәri düzgün göstәrilmişdir?
A) 1
B) 2
C) 3
D) 4
E) sabit cərəyan maqnit
sahəsi yaratmır
3. Şәkildә cәrәyanlı düz naqilin maqnit
induksiya xәtlәrinin sxemi tәsvir edil-
mişdir. Hansı nöqtәdә maqnit sahәsi
daha zәifdir?
A) 1
B) 2
C) 3
D) 4
E) bütün nöqtələrdə
eynidir
4. Cәrәyan mәnbәyi vә dörd düzxәtli üfüqi
naqildәn ibarәt elektrik dövrәsi bircins
maqnit sahәsindәdir. Sahәnin qüvvә xәt-
lәri şәkil müstәvisinә perpendikulyardır.
4-3 naqilinә tәsir edәn Amper qüvvәsinin
istiqamәtini tәyin edin.
A)
B)
C)
D)
E) Amper qüvvəsi
təsir etmir
5. Sabit maqnit ilk 3 san-dә qapalı kontura daxil edi-
lir, sonrakı 3 saniyәdә konturda tәrpәnmәz saxla-
nılır, növbәti 3 saniyәdә isә maqnit konturdan çı-
xarılır. Hansı zaman fasilәsindә konturda induk-
siya cәrәyanı yaranır?
A) Yalnız 0–3 san
B) Yalnız 3–6 san
C) 0–3 san və 6–9
san
D) Yalnız 6–9 san
E) 0–9 san
(1)
(2)
(3)
(4)
Ü m u m i l ә ş d i r i c i t a p ş ı r ı q l a r
LAYİHƏ
106
İ
ŞIQ MƏNBƏLƏRİ
Fizikanın işıq hadisәlәrini öyrәnәn bölmәsi optika (yunanca “optos” –“görü-
nәn”) adlanır.
İşıq həyatımızda çox mühüm rol oynayır. Belə ki, biz ətraf aləm
haqqında məlumatların təqribən 90%-ni işıq vasitəsilə alırıq.
İşıq nәdir? Qədim yunanların təsəvvürlərinə əsasən,
işıq – gözdәn çıxan xüsusi
maddәdir.
Göz hәmin maddәni ixtiyari cismә doğru yönәldir vә o, cismә toxunmaqla
görmә hissi yaradır. Bəs nə üçün insan gecə heç nə görmür? Uzun illər bu suala
3.1
Hansı cisim işıq şüalandırır?
Sinif otağınızda müşahidə olunan cisimlərin siyahısını tərtib edin və müəyyənləşdirin:
hansı cisim işıq şüalandırır, hansı yox?
Nəticəni müzakirə edin:
Sizə hansı işıq mənbələri tanışdır?
Qaranlıqda işıq şüalandıran cisimlərlə rastlaşmışsınızmı? Nümunələr göstərin.
Araşdırma
1
İŞIQ HADİSƏLƏRİ
3
Aydın,
günəşli
gündə müşa-
hidə edilən
hadisələr:
Bu müşahidə-
ləriniz hansı
hadisələrə
əsaslanır?
Nə üçün cisimləri
gündüz görmək
olur, qaranlıqda
isə görmək
mümkün deyil?
LAYİHƏ