Dərslik Mirzəli Rasim Abdurazaqov Rövşən Əliyev



Yüklə 4,3 Kb.
Pdf görüntüsü
səhifə31/72
tarix30.12.2017
ölçüsü4,3 Kb.
#18856
növüDərs
1   ...   27   28   29   30   31   32   33   34   ...   72

 
 
90 
 
 İ
NDUKSİYA CƏRƏYANININ İSTİQAMƏTİ  
 
 
 
 
 
 
İnduksiya cәrәyanının yaranma sәbәbi. İnduksiya cərəyanını da digər elektrik 
cərəyanları kimi elektrik sahəsi yaradır.  
İnduksiya cәrәyanını yaradan elektrik sahәsi haradan әmәlә gәldi? 
Əlbəttə, bu sahəni dəyişən maqnit sahəsi yaradır.  
Dәyişәn maqnit sahәsi hәmişә әtraf fәzada burulğanlı elektrik sahәsinin yaran-
ması ilә müşayiәt olunur.  
2.14 
● Qapalı konturda induksiya cə-
rəyanını hansı sahə yaradır: 
dəyişən maqnit sahəsi, yoxsa 
elektrik sahəsi?  
● İnduksiya cərəyanının istiqa-
mətini necə müəyyənləşdirmək 
olar? 
Məlumdur ki, naqildə elektrik cərəyanının olması 
üçün  orada  sərbəst  yükdaşıyıcılar  və  onları 
nizamlı hərəkət etdirən elektrik sahəsinin olması 
zəruridir.  Elektrik  cərəyanının  istiqamətini  də 
elektrik sahəsinin intensivliyi müəyyən edir. Belə 
ki, metal naqillərdə sərbəst elektronların hərəkəti 
elektrik sahəsinin intensivlik xətlərinin əksinədir, 
lakin  cərəyanın  istiqaməti  intensivlik  xətlərinin 
istiqaməti qəbul olunmuşdur. 
Lens təcrübəsi.
Təchizat: Lens qurğusu, sabit maqnit (düz və ya nal-
şəkilli). 
Lens qurğusunun təsviri: qurğunun əsas hissəsi kə-
narlarına  biri  qapalı,  digəri  kəsik  olmaqla  iki  alümi-
nium halqa bərkidilmiş çubuqdan ibarətdir. Çubuq iti 
ucluq üzərində yerləşdirilir (
a
)
İşin gedişi:  
1. Maqnitin qütblərindən birini yavaş-yavaş qapalı hal-
qaya daxil edin və baş verən hadisəni izləyin (
b
)
2. Maqniti halqa daxilində hərəkətsiz saxlayın və 
sonra onu halqadan yavaş-yavaş çıxararaq 
uzaqlaşdırın. Baş verən hadisəni izləyin. 
3. Təcrübəni maqnitin digər qütbü ilə təkrarlayın.  
4. Təcrübəni kəsiyi olan halqa ilə təkrarlayın: maq-
nitin qütblərini ardıcıl olaraq kəsik halqaya daxil 
edib-çıxarın (bax: 
b
). Müşahidə etdiyiniz ha-
disələri müqayisə edin. 
Nəticəni müzakirə edin: 
 Maqnitin qütblərini qapalı halqaya daxil etdikdə nə müşahidə etdiniz? 
 Maqniti qapalı halqada sükunətdə saxladıqda nə baş verdi? 
 Maqniti qapalı halqadan çıxarıb uzaqlaşdırdıqda nə müşahidə olundu?   
 Təcrübəni kəsik halqa ilə təkrarladıqda nə müşahidə etdiniz? 
 Təcrübələrdən hansı nəticəyə gəlmək olar?
 
 
 
Araşdırma
1
(a) 
(b) 
LAYİHƏ


 
 

91 
 
•   II  fəsil  •  
Maqnit sahəsi

Qapalı konturdakı (sarğacdakı) sərbəst elektronları nizamlı hərəkət etdirərək in-
duksiya cərəyanı yaradan maqnit sahəsi deyil, bu elektronlara təsir edən burulğanlı 
elektrik sahəsidir. 
Burulğanlı elektrik sahəsi elektrostatik sahədən kəskin fərqlənir: 
a) elektrostatik sahәni sükunәtdәki elektrik yükü, burulğanlı elektrik sahәsini isә 
dәyişәn maqnit sahәsi yaradır; 
b) elektrostatik sahәnin intensivlik xәtlәri müsbәt yükdәn başlayır, mәnfi yükdә 
qurtarır. Burulğanlı elektrik sahәsinin intensivlik xәtlәrinin nә başlanğıcı, nә  dә 
sonu var, o, maqnit induksiya xәtlәri kimi qapalıdır.  
İnduksiya cәrәyanının istiqamәtini necә müәyyәnlәşdirmәk olar? 
Apardığınız araşdırmada müəyyən etdiniz ki, maqniti qapalı halqaya daxil etdik-
də  halqa  maqnitdən  itələnir,  əksinə,  maqniti  halqadan  çıxarıb  uzaqlaşdırdıqda  isə 
halqa maqnitə cəzb olunur. Eyni effekt maqnitin hər iki qütbündə təkrarlanır. Lakin 
maqniti  halqa  daxilində  sükunətdə  saxladıqda  isə  maqnitlə  halqa  arasında  heç  bir 
qarşılıqlı təsir yaranmır. Maqniti kəsik halqaya daxil edib-çıxardıqda da heç bir ha-
disə baş vermir. Bu onunla izah edilir ki, qapalı konturu kəsən maqnit sahəsinin ix-
tiyari dəyişməsi nəticəsində bu konturda induksiya cərəyanı yaranır. Deməli, induk-
siya cәrәyanı yalnız qapalı konturda yaranır.  
Maqniti halqaya daxil etdikdə yaranan induksiya cərəyanı elə istiqamətə yönəlir 
ki, bu cərəyanın yaratdığı maqnit sahəsi sabit maqnitin maqnit sahəsinin güclənmə-
sinə əks təsir göstərsin. Maqniti halqadan çıxardıqda isə yaranan induksiya cərəyanı 
elə istiqamətə yönəlir ki, bu cərəyanın yaratdığı maqnit sahəsi sabit maqnitin maqnit 
sahəsinin zəifləməsinə əks təsir göstərsin. 
Bu hadisələri araşdıran rus fiziki Emil Lens 1833-cü ildə induksiya cərəyanının 
istiqamətini təyin edən ümumi qayda – Lens qaydasını müəyyənləşdirdi: 
 İnduksiya cәrәyanı elә istiqamәtә yönәlir ki, onun yaratdığı maqnit sahәsi bu 
cәrәyanı yaradan xarici maqnit sahәsinin ixtiyari dәyişmәsinә әks-tәsir göstәrir. 
Bu, o deməkdir ki, əgər xarici maqnit sahəsi güclənərsə, induksiya cərəyanının 
maqnit sahəsi onu “zəiflətməyə çalışacaqdır”. Bu zaman induksiya cərəyanının maq-
nit induksiyası xarici maqnit sahəsinin induksiyasının əksinə yönəlir (
c
). Əgər xarici 
maqnit sahəsi zəifləyərsə, induksiya cərəyanının maqnit sahəsi onu “gücləndirməyə 
çalışacaqdır”.  Bu  zaman  induksiya  cərəyanının  maqnit  induksiyası  xarici  maqnit 
sahəsinin induksiyasının istiqamətinə yönəlir (
d
)
 
 
 
 
 
 
(c) 
(d) 
LAYİHƏ


 
 
92 
 
 
 
 
 
 
 
 
 
 
 
1. Nə üçün sabit maqniti qapalı kontura daxil etdikdə o, maqnitdən itələnir? 
2. Nə üçün kəsik konturla hərəkətdə olan maqnit arasında heç bir qarşılıqlı təsir yaranmır? 
Cavabınızı əsaslandırın. 
3. İnduksiya cərəyanının istiqaməti nədən asılıdır? 
4. Lens qaydasını ifadə edin. 
 
 
 
 
Elektromaqnit induksiya hadisəsinin öyrənilməsi. 
Təchizat: qalvanometr, bir neçə dolaqdan ibarət qapalı kontur, maqnit (düz və ya nalşəkilli), 
birləşdirici naqillər. 
İşin gedişi:  
1. Konturu qalvanometrin sıxaclarına birləşdirin.  
2. Təcrübənin nəticələrini qeyd etmək üçün iş vərəqinə aşağıdakı cədvəli köçürün: 
№ 
İnduksiya cərəyanının alınma üsulu 
Qalvanometr əqrəbinin meyli 
(sağa, sola) 

Maqnitin şimal qütbünü kontura daxil etdikdə 
 

Maqnitin şimal qütbünü konturdan uzaqlaşdırdıqda 
 

Maqnitin cənub qütbünü kontura daxil etdikdə 
 

Maqnitin cənub qütbünü konturdan uzaqlaşdırdıqda 
 

Sarğacı maqnitə keçirdikdə 
 

Sarğacı maqnitdən çıxarıb uzaqlaşdırdıqda 
 
 
3. Konturu masa üzərində şaquli yerləşdirin. Maqnitin şimal qütbünü kontura daxil edin və 
çıxarın. Müşahidənin nəticələrini cədvələ yazın. 
4. Maqnitin cənub qütbünü kontura daxil edin və çıxarın. Müşahidənin nəticələrini cədvələ 
yazın.  
5. Maqniti masa üzərində şaquli yerləşdirin. Konturu maqnitə daxil edib çıxarın. Müşahidənin 
nəticələrini cədvələ yazın. 
 
 
 
 
Yaradıcı tәtbiqetmә 
 
Məsələ.
 Sabit maqnitin cənub qütbünü sarğaca daxil 
etdikdə və çıxardıqda onun A və B uclarında uyğun 
olaraq induksiya cərəyanının maqnit sahəsinin hansı 
qütbləri yaranar (
e
)
 
 
Araşdırma
2
• 
Cümlələri iş vərəqinə köçürün və onları tamamlayın.  
1. Dəyişən maqnit sahəsi həmişə ətraf fəzada... 
2. Burulğanlı elektrik sahəsi ilə elektrostatik sahə arasında fərq... 
3. İnduksiya cərəyanının istiqaməti üçün Lens qaydası ... 
 
Nә öyrәndiniz 
Öyrәndiklәrinizi yoxlayın
 
 
 
Praktik iş
 
2 
(e) 
LAYİHƏ


Yüklə 4,3 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə