Dərslik Mirzəli Rasim Abdurazaqov Rövşən Əliyev



Yüklə 4,3 Kb.
Pdf görüntüsü
səhifə28/72
tarix30.12.2017
ölçüsü4,3 Kb.
#18856
növüDərs
1   ...   24   25   26   27   28   29   30   31   ...   72

 
 

81 
 
•   II  fəsil  •  
Maqnit sahəsi

 
 
Elektrik ölçü cihazları. Elektrik ölçü cihazlarının müxtəlif sistemləri mövcud-
dur:  maqnitoelektrik, elektromaqnit  elektrodinamik.  Bu  cihazların  hamısının  iş 
prinsipi maqnit sahəsinin cərəyanlı naqilə təsirinə əsaslanır. Onlardan ən çox istifadə 
olunan maqnitoelektrik sistemli cihazlardır.   
Maqnitoelektrik  sistemli  ölçü  cihazları.  Sizə  yaxşı  tanış 
olan ampermetr, qalvanometr vә voltmetr – maqnitoelektrik sis-
temli ölçü cihazlarıdır (
e
).  
Nalşəkilli maqnitin (1) qütbləri arasında dolaqlardan ibarət 
çərçivə  (2)  yerləşir.  Çərçivənin  daxilində  tərpənməz  silindrik 
polad içlik (3) var. Cərəyan olmadıqda çərçivənin oxuna (4) bər-
kidilmiş  spiralvarı  yaylar  (5)  onu  elə  vəziyyətdə  saxlayır  ki, 
oxun ucuna lehimlənmiş əqrəb (6) şkalanın (7) sıfır bölgüsünün 
üzərində dayansın.  
Cihazı dövrəyə qoşduqda çərçivədən elektrik cərəyanı keçir, 
ona maqnit sahəsi tərəfindən Amper qüvvəsi təsir edir. Nəticədə 
çərçivə əqrəblə birlikdə polad içlik ətrafında dönür. Bu zaman 
spiral  yaylar  burularaq  əlavə  elastiklik  qüvvəsi  yaradır.  Bu 
qüvvənin  çərçivənin  oxuna  verdiyi  fırlanma  momenti  Amper 
qüvvəsinin  fırlanma  momentinə  bərabər  olduqda,  çərçivənin 
dönməsi  dayanır,  əqrəb  müəyyən  bölgünü  göstərir.  Dövrədə 
cərəyan şiddəti artdıqda cərəyanlı çərçivəyə təsir edən Amper 
qüvvəsi də artır. O daha çox dönərək əqrəbi daha da çox meyil 
etdirir.  
Voltmetrin də ölçü mexanizmi belədir. Lakin onun elektrik müqaviməti amper-
metrin elektrik müqavimətindən daha çoxdur.  
Elektrik mühərrikinin hissələri və iş 
prinsipi.
  
Təchizat: sabit cərəyan mənbəyi, sabit 
cərəyan elektrik mühərrikinin modeli, reostat, 
açar, birləşdirici naqillər. 
İşin  gedişi:  1.  Elektrik  mühərrikinin  modelini 
nəzərdən keçirib onun əsas hissələrini müəy-
yənləşdirin  (
d
).  2.  Cərəyan  mənbəyi,  elektrik 
mühərrikinin modeli, reostat və açardan ibarət 
ardıcıl elektrik dövrəsi yığın. 3. Dövrəni qapa-
yın. Reostatla dövrədəki cərəyan şiddətini ar-
tırıb-azaltmaqla  rotorun  fırlanma  sürətinin  cə-
rəyan şiddətindən necə  asılı olduğunu müəy-
yənləşdirin. 
Nəticəni müzakirə edin: 
● Elektrik mühərrikinin iş prinsipi hansı fiziki 
hadisəyə əsaslanır? 
● Elektrik mühərrikində rotorun fırlanma sürəti 
ondan keçən cərəyan şiddətindən necə asılıdır?
 
 
 
Araşdırma
1
(d)
(e)
Ampermetr və onun 
quruluş sxemi
 
LAYİHƏ


 
 
82 
 
Nә üçün voltmetrin elektrik müqavimәti ampermetrin elektrik müqavimә-
tindәn daha böyükdür
Ampermetr elektrik dövrəsindəki cərəyan şiddətini ölçmək üçün ona ardıcıl qo-
şulur. Bu səbəbdən ampermetrin müqaviməti çox kiçik olmalıdır ki, dövrədəki ümu-
mi cərəyan şiddətinə təsir etməsin: onun müqaviməti böyük olarsa, dövrədəki ümu-
mi cərəyan şiddətini kəskin azaldar. 
Voltmetr  dövrənin  və  ya  işlədicilərin  uclarındakı  gərginliyi  ölçdüyünə  görə  o, 
dövrəyə paralel qoşulur. Dövrədəki cərəyan şiddəti dəyişməsin deyə, voltmetrin mü-
qaviməti  çox böyük olmalıdır  ki, ondan keçən cərəyan  nəzərə  alınmayacaq  qədər 
zəif olsun. 
Elektromaqnit sistemli cihazın iş prinsipi cərəyanlı sarğacın maqnit sahəsinin təsiri 
ilə fırlanma oxuna bərkidilmiş polad içliyin sarğaca cəzb olunmasına əsaslanır (
f
)
 
 
 
 
  
 
1. İstilik və elektrik mühərriklərində hansı enerji çevrilmələri baş verir? 
2. Ekoloji baxımdan hansı mühərrik daha faydalıdır: istilik, yoxsa elektrik? Cavabınızı əsaslandırın. 
3. Hansı mühərrikin FİƏ-si daha böyükdür: istilik, yoxsa elektrik? Nə üçün? 
4. Elektrik ölçü cihazlarının iş prinsipi hansı fiziki hadisəyə əsaslanır? 
5. Maqnitoelektrik və elektromaqnit sistemli cihazların ölçü mexanizmi nə ilə fərqlənir?  
6. Nə üçün voltmetrin elektrik müqaviməti amperpetrin müqavimətindən çox-çox böyük olur? 
 
 
Yaradıcı tәtbiqetmә 
 
Elektromaqnit sistemli cihazın iş 
prinsipi.  
Təchizat: elektromaqnit sistemli cihazın ölçü 
mexanizminin sxemi. 
İşin gedişi. 
Şəkildə elektromaqnit sistemli cihazın ölçü mexa-
nizminin sxemi təsvir edilmişdir (bax: 
f
). Sxemi diq-
qətlə araşdırın və cihazın iş prinsipini izah etməyə ça-
lışın. 
Nəticəni müzakirə edin: 
● Elektromaqnit və maqnitoelektrik sistemli ölçü 
cihazlarının iş prinsipində oxşar və fərqli  cəhətlər 
hansılardır? 
 
 
Araşdırma
2
• 
Cümlələri iş vərəqinə köçürün və onları tamamlayın.  
1. Elektrik mühərriki ... 
2. Elektrik mühərrikinin əsas hissələri... 
3. Elektrik ölçü cihazlarının iş prinsipi ... 
4. Maqnitoelektrik sistemli cihazın ölçü mexanizminin iş prinsipi ... 
5. Elektromaqnit sistemli cihazın ölçü mexanizminin iş prinsipi ...
 
Nә öyrәndiniz
Öyrәndiklәrinizi yoxlayın
 
(f)
LAYİHƏ


 
 

83 
 
•   II  fəsil  •  
Maqnit sahəsi

 
 
1. Şәkildә elektrik mühәr-
rikinin quruluşunun 
sadәlәşdirilmiş sxemi 
tәsvir edilmişdir.  
 
 
Sxemә әsasәn... 
a) rəqəmlərin uyğun olaraq hansı 
hissələri göstərdiyini təyin 
edin.  
b) mühərrikin iş prinsipini izah 
edin. 
 
2. Şәkildә dolaqlarından cәrәyan keçәn 
elektrik mühәrrikinin en kәsiyi gös-
tәrilir. Rotor hansı istiqamәtdә fırla-
nır: saat әqrәbinin hәrәkәti istiqamә-
tindә, yoxsa onun әksinә? 
3. Voltmetr dövrәyә ardıcıl qoşularsa, nә 
baş verәr? Ampermetr dövrәyә paralel 
qoşularsa, nә baş verәr? Nә üçün?  
 
4. Nә üçün maqnitoelektrik sistemli 
ampermetrin “
+
” sıxacını cәrәyan 
mәnbәyinin “

” qütbünә birlәşdirmәk 
olmaz? 
5. Şәkildә elektrik mühәrrikinin en kәsiyi göstәrilir. Elek-
tromaqnitin (statorun) qütblәrini vә rotorun fırlanma 
istiqamәtini tәyin edin. 
 
 
 
 
 
 M
AQNİT SAHƏSİNİN HƏRƏKƏTDƏ OLAN YÜKLÜ 
ZƏRRƏCİKLƏRƏ TƏSİRİ. LORENS QÜVVƏSİ
 
 
 
 
 
 
 
Çalışma
 
2.5
2.12 
• Nə üçün maqnit sahəsi cərəyanlı naqilə təsir edir, lakin ondan cərəyan keçmə-
dikdə təsir etmir? 
• Maqnit sahəsi naqilə təsir edir, yoxsa bu naqildə hərəkətdə olan yüklü zərrə-
ciklərə? 
 
 
Hərəkətdə olan yüklü zərrəciklər selinə maqnit 
sahəsinin təsiri. 
Təchizat: havası seyrəldilmiş ikielektrodlu şüşə boru, 
yüksək gərginlikli düzləndirici, sabit düz maqnit, birləş-
dirici naqillər, qara rəngli ekran, dielektrik ştativ. 
İşin gedişi:  
1.  Şüşə  borunu  dielektrik  ştativə  bərkidib  arxasında 
ekran yerləşdirin. 
2.  Borunun  elektrodlarını  düzləndiriciyə  birləşdirib 
dövrəni qapayın və boruda yüklü zərrəciklər selinin 
işıqlı düz zolağı görünənə qədər  (
a
onun ucların-
dakı gərginliyi yavaş-yavaş artırın.  
 
Araşdırma
1
(a) 
(b) 
LAYİHƏ


Yüklə 4,3 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə