Dərslik Mirzəli Rasim Abdurazaqov Rövşən Əliyev



Yüklə 4,3 Kb.
Pdf görüntüsü
səhifə25/72
tarix30.12.2017
ölçüsü4,3 Kb.
#18856
növüDərs
1   ...   21   22   23   24   25   26   27   28   ...   72

 
 

71 
 
•   II  fəsil  •  
Maqnit sahəsi

 C
ƏRƏYANLARIN MAQNİT QARŞILIQLI TƏSİRİ 
 
 
 
 
 
1820-ci ildə A.Amper cərəyanlı paralel naqillər üzərində apardığı çoxsaylı təc-
rübələrdən müəyyənləşdirir ki, sabit maqnitlərdə olduğu kimi, bu naqillər arasında 
da maqnit qarşılıqlı təsirləri mövcuddur: 
2.8 
 Cərəyanlı naqilin sağ və sol tərəf-
lərində maqnit sahəsinin  hansı 
qütbləri yerləşir? 
 Əgər bu naqilin yaxınlığında ona 
paralel olaraq ikinci belə cərəyanlı 
naqil yerləşdirilərsə, onlar arasında 
hansı qarşılıqlı təsir yaranar? Nə 
üçün? 
Şəkil müstəvisində cərəyanlı naqilin mü-
əyyən hissəsi və onun maqnit induksiya 
xətlərinin istiqaməti təsvir edilmişdir.  
 
 
 
Cərəyanlı naqillər arasında maqnit qarşılıqlı təsiri.
Təchizat: iki naqil (alüminium folqadan kəsilmiş), sabit cərəyan mənbəyi, reostat, lampa, 
ampermetr, açar, dielektrik ştativ (2 ədəd), birləşdirici naqillər. 
İşin gedişi:  
1. Cərəyan mənbəyi, reostat, ampermetr, lampa və açardan ibarət ardıcıl dövrə yığın. 
Lampanın 1 və cərəyan mənbəyinin 2 sıxaclarını açıq saxlayın (
a
).   
2. Folqadan kəsilən naqilləri dielektrik ştativin sıxaclarına paralel birləşdirin və bu sıxac-
lara birləşdirici naqilləri şəkildəki kimi bağlayın (
b
).   
3. Naqillərin açıq uclarını dövrənin 1 və 2 sıxaclarına birləşdirib dövrəni qapayın. Bu za-
man cərəyanlı paralel naqillər arasında yaranan qarşılıqlı təsirin xarakterini müəyyən-
ləşdirin.   
4. Dövrədəki cərəyan şiddətini və paralel naqillər arasındakı məsafəni artırıb – azaltmaq-
la naqillər arasındakı qarşılıqlı təsirin necə dəyişdiyini araşdırın.  
5. Dövrəni açın və paralel naqilləri elə birləşdirin ki, onlardan eyni istiqamətdə cərəyan 
keçsin (
c
).  Dövrəni qapayın və cərəyanlı paralel naqillər arasında yaranan qarşılıqlı 
təsirin xarakterini müəyyənləşdirin. 
 
 
 
 
 
 
 
 
 
 
Nəticəni müzakirə edin: 
 Nə üçün paralel naqillərdəki cərəyanlar əks  istiqamətli olduqda bu naqillər bir- birindən 
itələndi, eyni istiqamətli olduqda isə cəzb olundu? 
 Cərəyanlı paralel naqillər arasındakı qarşılıqlı təsir cərəyan şiddətindən və bu naqillər 
arasındakı məsafədən necə asılıdır? 
 
 
Araşdırma
1
(a) 
(b) 
(c) 
2       1                           2   1 
LAYİHƏ


 
 
72 
 
● Cәrәyanlı naqillәr bir-birinә maqnit sahәlәri vasitәsilә qarşılıqlı tәsir göstәrir. 
Naqillərdəki cərəyanın istiqamətindən asılı olaraq maqnit qarşılıqlı təsiri ya itə-
ləmə, ya da cazibə xarakterli ola bilir. Bur-
ğu (yaxud sağ əl) qaydasına əsasən asanlıq-
la müəyyən etmək olur ki, paralel naqillər-
dəki  cərəyanlar  eyni  istiqamətli  olduqda 
onlar arasında maqnit sahələrinin əks qütb-
ləri yerləşir. Bu halda naqillər sapdan asılan 
sabit maqnitlər kimi bir-birini cəzb edir (
d
)
Paralel  naqillərdəki  cərəyanlar  əks  istiqa-
mətli olduqda isə onlar arasında maqnit sa-
hələrinin  eyni  qütbləri  yaranır  və  naqillər 
bir-birindən itələnir (
e
)
Cərəyanlı paralel naqillər arasındakı qarşılıqlı təsir kəmiyyətcə maqnit qarşılıqlı 
tәsir qüvvәsi ilə xarakterizə olunur.  
 Maqnit qarşılıqlı tәsir qüvvәsinin qiymәti qarşılıqlı tәsirdә olan cәrәyanlı pa-
ralel naqillәrdәki cәrәyan şiddәtindәn, naqillәrin uzunluğundan vә onlar arasındakı 
mәsafәdәn asılıdır.   
~
·
·

Burada 
 cərəyanlı paralel naqillər arasındakı maqnit qarşılıqlı təsir qüvvəsi-
nin modulu, 
 və    – paralel naqillərdəki cərəyan şüddəti, 
 naqillərin uzunluğu, 
 onlar arasındakı məsafədir. 
Cərəyanlı  paralel  naqillər  arasındakı  maqnit  qarşılıqlı  təsir  qüvvəsinə  əsasən 
cərəyan şiddətinin BS-də vahidi olan amper (A) təyin edilmişdir. 1A elә dәyişmәyәn 
cәrәyan  şiddәtidir ki, bu cәrәyan vakuumda yerlәşәn vә aralarındakı  mәsafә 1 m 
olan sonsuz uzun, çox nazik iki paralel düz naqildәn keçdikdә, bu naqillәrin hәr 1 m 
uzunluğundakı hissәlәri arasında qarşılıqlı tәsir qüvvәsinin modulu 2

10
–7 
N olsun
 
 
 
 
 
 
 
Yaradıcı tәtbiqetmә 
 
Məsələ. 
Verilən sxemləri iş vərəqinə
köçürün və təyin edin:  
a)
 
cərəyanlı paralel sarğacların uclarında maqnit 
sahələrinin qütblərini;   
b) bu sarğaclar arasındakı maqnit qarşılıqlı təsi-
rinin xarakterini;   
c) soldakı sarğacda cərəyanın istiqamətini dəyişdikdə onlar arasındakı maqnit təsirinin 
necə dəyişdiyini. 
 
 
 
Araşdırma
2
(e)
(d) 
LAYİHƏ


 
 

73 
 
•   II  fəsil  •  
Maqnit sahəsi

 
 
1. Paralel naqillərdən birində cərəyan olmazsa, onlar arasında maqnit qarşılıqlı təsiri yara-
narmı? Nə üçün?  
2. Cərəyanlı paralel naqillər arasında elektrik qarşılıqlı təsir qüvvəsi varmı? Cavabınızı əsas-
landırın.  
3. Hansı halda cərəyanlı sarğaclar arasında maqnit qarşılıqlı təsir qüvvəsi daha böyükdür: 
sarğacları qarşı-qarşıya, yoxsa yan-yana yerləşdirdikdə? Nə üçün? 
 
 
 M
AQNİT SAHƏSİNİN CƏRƏYANLI DÜZ NAQİLƏ TƏSİRİ.  
MAQNİT İNDUKSİYASININ MODULU 
 
 
 
 
İlk  dəfə  A.Amper  təcrübi  olaraq  müəyyən  etmişdir  ki,  cərəyanlı  naqil  bircins 
maqnit sahəsinin induksiya xətlərinə perpendikulyar və ya müəyyən bucaq altında 
yerləşdikdə maqnit sahəsi ona müəyyən qüvvə ilə 
təsir göstərir.  
Amper qüvvәsi adlandırılan bu qüvvənin isti-
qaməti sabit maqnitin induksiya xətlərinin və na-
qildəki elektrik cərəyanının istiqamətindən asılı-
dır. Amper qüvvəsinin istiqamətini sol әl qaydası 
ilə təyin etmək əlverişlidir.  
Amper  qüvvәsinin  modulu  nәyә  bәrabәr-
dir?  
Cәrәyanlı naqil bircins maqnit sahәsindә yer-
lәşәrsә, ona tәsir edәn Amper qüvvәsinin modulu 
cәrәyan  şiddәti, maqnit induksiyasının modulu, 
naqilin uzunluğu vә cәrәyanın istiqamәti ilә maq-
nit induksiya vektoru arasındakı bucağın sinusu 
hasilinә bәrabәrdir: 

Burada F – Amper qüvvəsinin modulu, I – na-
qildən keçən cərəyan şiddəti, B – maqnit induksi-
yasının  modulu,  l  –  naqilin  maqnit  sahəsindəki 

Cümlələri iş vərəqinə köçürün və onları tamamlayın.  
1. Cərəyanlı naqillər bir-birinə – ...   
2. Cərəyanlı paralel naqillər arasındakı maqnit qarşılıqlı təsir 
qüvvəsi – ...  
3. Cərəyan şiddətinin BS -də vahidi 1A – ... 
Nә öyrәndiniz 
Öyrәndiklәrinizi yoxlayın
 
2.9 
 Amper fərziyyəsinə görə, maqnit sahəsinin mənşəyi nədir?  
  Amper  fərziyyəsinə  əsaslansaq,  belə  bir  fərziyyə  irəli  sürmək  olarmı:  “Bütün 
maqnit  qarşılıqlı  təsirlərinin  əsasında  maqnit  sahəsinin  elektrik  cərəyanına 
təsiri durur”?  Nə üçün?
 
 
Amper  qüvvәsi üçün sol әl qaydası:
Sol әli maqnit sahәsindә elә yerlәşdir-
mәk lazımdır ki, maqnit induksiya 
xәtlәri ovuca daxil olsun vә uzadılmış 
dörd barmaq cәrәyanın istiqamәtindә
yönәlsin. Bu zaman 90° bucaq qәdәr 
açılan baş barmaq cәrәyanlı naqilә
tәsir edәn Amper qüvvәsinin istiqamә-
tini göstәrir. 
LAYİHƏ


Yüklə 4,3 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə