Dərslik Mirzəli Rasim Abdurazaqov Rövşən Əliyev



Yüklə 4,3 Kb.
Pdf görüntüsü
səhifə72/72
tarix30.12.2017
ölçüsü4,3 Kb.
#18856
növüDərs
1   ...   64   65   66   67   68   69   70   71   72

 
 

217 
 
•   IV  fəsil  •  
Atom və atom nüvəsi 

 
1. Kimyәvi elementlәrin dövri sisteminә әsasәn volfram atomundakı proton, neytron 
vә elektronların sayını müәyyәnlәşdirin. 
 
A) 
B) 
C) 
D) 
E) 
Proton-110 
Proton-74 
Proton-74 
Proton-184 
Proton-110 
Neytron-74 
Neytron-110 
Neytron-110 
Neytron-74 
Neytron-74 
Elektron-184 
Elektron-184 
Elektron-74 
Elektron -184 
Elektron-110 
 
2. Nüvәnin 
-şüalanmasında onun kütlә 
әdәdi nә qәdәr dәyişәr? 
A) dəyişməz     
B) 1 vahid azalar     
C) 1 vahid artar     
D) 2 vahid azalar     
E) 2 vahid artar 
3. Kütlә defektini hansı düsturla 
hesablamaq olar? 
 
A)

 
B) 

 
C) 

 
D) 

      
E) 

 
 
4. Verilәn nüvә reaksiyasında yaranan 
izotopun kütlә (Y) vә yük (X) әdәdini 
tәyin edin: 
İ
 
 
 
A) Y= 98; X= 90    
B) Y= 99; X= 40     
C) Y= 98; X= 40     
D) Y= 99; X= 51     
E) Y= 51; X= 99 
5. Radioaktiv izotopun yarımçevrilmә 
periodu 2 dәq-dir. İzotopun 1500 
nüvәsindәn 2 dәqiqә müddәtindә neçә 
nüvәsi çevrilmәyә mәruz qalar? 
 
A) 1500     
B) 375     
C) 750      
D) 500     
E) 300 
 
 
 
 
 
 
Ü m u m i l ә ş d i r i c i   t a p ş ı r ı q l a r
 
LAYİHƏ


 
 
218 
 
TERMİNLӘR  LÜĞӘTİ 
 
 
 
 

Akkomodasiya 
– göz büllurunun optik qüvvəsinin dəyişməsidir. 
1 Amper 
– elə dəyişməyən cərəyan şiddətidir ki, bu cərəyan vakuumda yerləşən 
və  aralarındakı  məsafə  1m  olan  sonsuz  uzun,  çox  nazik  iki  paralel 
naqildən  keçdikdə,  bu  naqillərin  hər  1  m  uzunluğundakı  hissələri 
arasında yaranan qarşılıqlı təsir qüvvəsinin modulu 
2 · 10
 olsun.   
Amper qüvvәsi 
– cərəyanlı naqil bircins maqnit sahəsində yerləşərsə, ona təsir edən qüv-
vədir. Amper qüvvəsinin modulu cərəyan şiddəti, maqnit induksiyasının 
modulu, naqilin uzunluğu və cərəyanın istiqaməti ilə maqnit induksiya 
vektoru arasındakı bucağın sinusu hasilinə bərabərdir: 
F
IBlsinα. 
Amper qüvvәsi 
üçün sol әl 
qaydası 
– sol əli maqnit sahəsində elə yerləşdirmək lazımdır ki, maqnit induk-
siya xətləri ovuca daxil olsun və uzadılmış dörd barmaq cərəyanın 
istiqamətində yönəlsin. Bu zaman 90° bucaq qədər açılan baş barmaq 
cərəyanlı naqilə təsir edən qüvvənin istiqamətini göstərir. 
Atomun nüvәsi 
– proton və neytronlardan ibarət dayanıqlı əlaqəli sistemdir. Nüvədəki 
proton və neytronlar birlikdə nuklonlar adlanır. 
 
Ç 
Çökük sferik 
güzgü 
– işıq şüalarını sferik seqmentin daxili səthindən qaytaran  güzgüyə 
deyilir. 
Çökük (vә ya 
sәpici) linza 
– ortası kənarlarına nisbətən nazik olan linzalara deyilir. Belə linzalar iki 
tərəfi çökük, çökük-müstəvi, çökük-qabarıq səthlərlə hüdudlana bilir. 
  
D
Dielektrik 
– sәrbәst yükdaşıyıcıları olmayan, yalnız bağlı yüklәrdәn ibarәt 
maddәdir. 
Diamaqnitlәr 
– maqnit nüfuzluğu vahiddən kiçik olan maddələrdir (
 
1). Diamaq-
nitlər  (
,
,
və  bütün  təsirsiz  qazlar)  sabit  maqnit  tərəfindən 
itələnir. 
 

Elektrolitlәr 
– məhlulları (və ya ərintiləri) elektrik cərəyanı keçirən maddələrə (duz, 
turşu və qələvi) deyilir. 
Elektrolitik 
dissosiasiya 
 –  suda  neytral  molekulların  parçalanması  zamanı  müsbət  və  mənfi 
ionların yaranma prosesidir. 
Elektroliz  
– elektrolitdən cərəyan keçərkən elektrodlar üzərində maddə ayrılması 
prosesidir.  
Elektrik 
mühәrriki 
– elektrik enerjisini mexaniki enerjiyə çevirən qurğudur 
LAYİHƏ


 
 
 
219 
 
• 
Terminlər lüğəti 

Elektromaqnit 
induksiyası  
– qapalı dolaq daxilində maqnit sahəsinin dəyişməsi ilə bu dolaqda elek-
trik cərəyanının yaranması hadisəsidir. 
Elektron-volt 
–  özündə  bir  elementar  elektrik  yükü  daşıyan  zərrəciyin  gərginliyi  1V 
olan elektrik sahəsində aldığı kinetik enerjiyə bərabərdir: 
1 eV
eU
1,6022 · 10
Kl · 1V
1,6022 · 10
C, 
1 keV
10 eV
1,6022 · 10
C, 
1 MeV
10 eV
1,6022 · 10
C. 
Buradan alınır ki, 
1C
1
1,6022 · 10
MeV
6,2414 · 10 MeV. 
 
 

Ferromaqnitlәr 
–  maqnit  nüfuzluğu  vahiddən  çox  böyük  olan  maddələrdir  (
 
1). 
Ferromaqnitlər  (
,
,
,
və  onların  bəzi  xəlitələri)  sabit  maqnit 
tərəfindən böyük qüvvə ilə cəzb olunur. 
Fokal müstәvi  
– linzanın (və ya sferik güzgünün) baş fokus nöqtəsindən baş optik oxa 
perpendikulyar keçirilən müstəvidir.  
 
 

Gözün optik 
sistemini 
–  gözdə  işıq  şüasını  sındıran  şəffaf  elementlərin  –  buynuz  təbəqə,  ön 
kamera, büllur və daxili kameranın əmələ gətirdiyi sistemdir. 
 
İ 
İfratkeçiricilik 
– naqilin elektrik müqavimətinin sıfıra çevrildiyi temperaturdakı keçiri-
ciliyidir. 
İnduksiya 
cәrәyanı 
–  qapalı  dolaq  daxilində  maqnit  sahəsinin  dəyişməsi  nəticəsində  bu 
dolaqda yaranan elektrik cərəyanıdır. 
İşığın qayıtma 
qanununu 
– düşən şüa, qayıdan şüa və düşmə nöqtəsindən səthə qaldırılan perpen-
dikulyar  bir  müstəvidə  yerləşir.  Qayıtma  bucağı  düşmə  bucağına 
bərabərdir. 
İşığın sınması 
– işıq şüası bir mühitdən digər mühitə keçərkən, bu mühitlərin sərhədində öz 
istiqamətini dəyişməsidir. 
İşığın sınma 
qanunu 
– düşən şüa, sınan şüa və şüanın düşmə nöqtəsindən iki mühitin sərhədi-
nə qaldırılan perpendikulyar bir müstəvi üzərində yerləşir. Düşmə bucağı 
sinusunun  sınma  bucağı  sinusuna  olan  nisbəti  verilən  iki  mühit  üçün 
sabit kəmiyyət olub ikinci mühitin sındırma əmsalının, birinci mühitin 
sındırma əmsalına nisbətinə bərabərdir: 

Burada,   vә 
 uyğun olaraq, birinci və ikinci mühitin, n isə nisbi 
sındırma əmsalıdır. 
İstilik nüvә 
reaksiyası 
– çox yüksək temperaturlarda gedən yüngül nüvələrin birləşmə (sintez) 
reaksiyası adlanır. 
İzotop 
– (yunanca izos- eyni və topos – yer deməkdir) protonlarının sayı eyni, 
kütlə ədədləri müxtəlif olan atomlara deyilir. 
 
 
 
LAYİHƏ


 
 
220 
 

Kütlә deffekti 
–  nuklonların  kütlələri  cəmi  ilə  həmin  nuklonlardan  ibarət  nüvənin 
kütləsi arasında fərqdir: 

.         
Burada 
nüvənin kütləsi, Z və N- uyğun olaraq nüvədəki proton və 
neytronların  sayı, 
protonun  kütləsi, 
neytronun  kütləsi, 

kütlə defektidir. 
 
 

Linza 
–  sferik  səthlərlə  (bəzən,  səthindən  biri  müstəvi  də  olur)  hüdudlanmış 
şəffaf cisimdir.  
Linzanın baş 
optik oxu 
–  linzanı  hüdudlandıran  sferik  səthlərin  mərkəzlərindən  keçən  düz 
xəttdir. 
Linzanın optik 
mәrkәzi 
– linzanın mərkəzində baş optik ox üzərində yerləşən nöqtədir. 
Linzanın optik 
qüvvәsi 
– baş fokus məsafəsinin tərs qiymətinə bərabər kəmiyyətdir. BC-də optik 
qüvvənin vahidi dioptriyadır (1 dptr.). 
1  dioptriya  –  fokus  məsafəsi  1  m  olan  toplayıcı  linzanın  optik 
qüvvəsidir: 
1
1
1

 
Linzanı xәtti 
böyütmәsi 
– xəyalın xətti ölçüsünün cismin xətti ölçüsünə nisbətinə bərabər fiziki 
kəmiyyətdir. Linzanı xətti böyütməsi 
 (qamma) hərfi ilə işarə edilir: 

.  
Lorens qüvvәsi 
– maqnit sahəsinin hərəkət edən yüklü zərrəciyə təsir qüvvəsidir. Lorens 
qüvvəsinin modulu zərrəciyin elektrik yükünün miqdarı, sürəti, maqnit 
induksiya  vektorunun  modulu,  zərrəciyin  sürət  və  maqnit  induksiya 
vektorları arasındakı bucağın sinusu hasilinə bərabərdir: 

.
Lorens qüvvәsi 
üçün sol әl 
qaydası. 
–  sol  əli  maqnit  sahəsində  elə  tutmaq  lazımdır  ki,  maqnit  induksiya 
vektoru ovuca daxil olsun və açılan dörd barmaq müsbət yükün hərəkəti 
istiqamətində (mənfi yükün hərəkətinin əksinə) yönəlsin. Bu zaman 90
0
 
bucaq  altında  açılmış  baş  barmaq  yükə  təsir  edən  Lorens  qüvvəsinin 
istiqamətini göstərəcək. 
 

Maddәnin maqnit 
nüfuzluğu 
–  bircins  mühitdə 
B  maqnit  induksiya  vektorunun  modulunun, 
vakuumdakı 
B   maqnit  induksiya  vektorunun  modulundan  neçə  dəfə 
fərqləndiyini göstərir: 
µ
B
B
B
B
B
,
B
µB . 
Burada 
µ mü
maddənin  maqnit  nüfuzluğudur.  O,  vahidsiz 
kəmiyyətdir. 
Maqnit sahәsi 
– hərəkətdə olan elektrik yüklərinin yaratdığı materiya növüdür. 
Maqnit sahәsinin 
induksiyası (vә ya 
maqnit 
induksiyası) 
– maqnit sahəsinin qüvvə xarakteristikasıdır,   hərfi ilə işarə edilir və 
maqnit sahəsinin bu sahədə yerləşən maqnitə (və ya maqnit xassəli cis-
mə) təsirini xarakterizə edir. 
LAYİHƏ


 
 
 
221 
 
• 
Terminlər lüğəti 

Maqnit sahəsinin induksiya vektorunun istiqaməti – bu sahənin verilmiş 
nöqtəsində yerləşən maqnit əqrəbinin şimal qütbünün yönəldiyi istiqa-
mətdədir. 
Maqnit induksiya 
xәtlәri 
– maqnit sahəsinin elə modelidir ki, bu xətlərin hər bir nöqtəsinə çəkilən 
toxunan həmin nöqtədə 
B maqnit induksiya vektoru ilə üst-üstə düşür. 
Maqnetiklәr 
–  maqnit  sahəsini  dəyişmək  qabiliyyətinə  malik  olan  bütün  maddələr 
adlanır. 
Müqavimәtin 
temperatur 
әmsalı 
– ədədi qiymətcə  naqili 1  (1K) qızdırdıqda, onun müqavimətinin nisbi 
dəyişməsinə bərabərdir: 

 


Təmiz  metallar  üçün  (tərkibində  çox  cüzi  aşqar  olan  metallar) 
müqavimətin temperatur əmsalı həmişə 
 0 olur və aşağıdakı qiymətə 
bərabərdir: 
1
273
1
1
273
1
. 
Müstәqil boşalma 
– xarici təsir olmadan qazın elektrik cərəyanı keçirməsidir. 
Mövhumi xәyal 
– müstəvi güzgüdən qayıdan və ya linzada sınan şüaların uzantılarının 
kəsişməsindən alınan xəyaldır. 
 

Nazik linza 
– qalınlığı sferik səthlərin radiuslarına nisbətən çox kiçik olan linzadır. 
Neytronların 
artma әmsalı 
hər hansı nəsildə olan neytronlar sayının ondan əvvəlki nəsil neytronlar 
sayına nisbəti (k) adlanır: 
ә
ә

 
Nöqtәvi işıq  
mәnbәyi 
– verilmiş şəraitdə ölçüləri nəzərə alınmayan işıq mənbəyidir
Nüvә qüvvәlәri 
– zərrəcikləri (proton və neytronları) nüvədə saxlayan qüvvələrir. 
Nüvәnin kütlә vә 
yük әdәdi 
– nüvədəki nuklonların ümumi sayına bərabərdir. O, “A” hərfi ilə işarə 
edilir və elementin yuxarı indeksində yazılır. 
Kütlə ədədi = protonların sayı (Z) + neytronların sayı (N),  
A=Z+N. 
Nüvәnin yük 
әdәdi 
–  nüvədə  olan  protonların  sayıdır.  O,  “Z”  hərfi  ilə  işarə  edilir  və 
elementin aşağı indeksində yazılır: 
. 
Nüvә reaktoru 
– idarə olunan zəncirvari nüvə reaksiyası əldə etməyə və onu istənilən 
qədər saxlamağa imkan verən qurğudur. 
 

Optika 
– yunanca “optos” – “görünən” olub, fizikanın işıq və onun xassələrini 
öyrənən bölməsidir. 
 

Paramaqnitlәr 
– maqnit nüfuzluğu vahiddən azca böyük olan maddələrdir (
µ 
1). 
Paramaqnitlər (
Al, Li, O , Na və s.) sabit maqnit tərəfindən zəif cəzb 
olunur. 
 
LAYİHƏ


 
 
222 
 
 

Qabarıq sferik 
güzgü 
–  işıq  şüalarını  sferik  seqmentin  xarici  səthindən  səpələyən    güzgüyə 
deyilir 
Qabarıq (vә ya 
toplayıcı) linza 
– kənarlarına nisbətən ortası qalın olan linzalara deyilir. Belə linzalar iki 
tərəfi qabarıq, qabarıq-müstəvi, qabarıq-çökük səthlərlə hüdudlana bilir. 
Qaz boşalması 
– qazların elektrik cərəyanını keçməsidir. 
Qeyri-müstәqil 
boşalma 
– ionlaşdırıcıının təsiri altında baş verən qaz boşalmasıdır. 
 

Rabitә enerjisi 
– nüvəni sərbəst nuklonlara ayırmaq üçün lazım olan minimal enerjidir: 


    və ya    
·
. 
Radioaktivlik 
– atomların xarici təsirlər olmadan öz-özünə şüalanma hadisəsidir.  
Radioaktiv çev-
rilmә 
– bir radioaktiv nüvənin özbaçına digər nüvəyə çevrilməsidir. 
Rotor 
–  latın  sözü  “roto”  olub,  fırladıram  deməkdir.  Rotor  mühərrikin  fırlanan 
hissəsi  olub  statorun  içərisində  yerləşdirilir.  Rotor  silindrik  içlikli  çərçivə 
formasında olan elektromaqnitdən ibarətdir. O, bəzən lövbər də adlanır. 
 

Sabit maqnitlәr 
(vә ya sadәcә 
maqnitlәr) 
– maqnit xassəsini uzun müddət özündə saxlayan maddələrdir 
Sәpici (çökük) 
linzanın baş 
fokusu 
– səpici linzada baş optik oxa paralel düşən işıq şüaları sındıqdan sonra 
onların uzantılarının kəsişdiyi nöqtədir. Səpici linzanın baş fokus nöqtəsi 
mövhumidur, çünki həmin nöqtədə linzadan keçən şüaların özləri yox, 
uzantıları kəsişir. 
Sferik güzgü 
– səthi işıq şüalarını güzgü kimi əks etdirən, sferik seqment formasında 
olan cisimdir. 
Stator 
 –  latın  sözü  “sto”  olub  dayanıram  deməkdir.  O,  elektrik  mühərrikinin 
tərpənməz hissəsidir və gövdəyə bərkidilmiş sabit maqnitdən, yaxud dəmir 
içlikli sarğacdan (elektromaqnitdən) ibarətdir. Stator bəzən induktor da ad-
lanır. Onun vəzifəsi güçlü maqnit sahəsi yaratmaqdır. 
Snellen cәdvәli 
– görmə itiliyini yoxlamaq üçün istifadə olunan cədvəl. O, müxtəlif hərf-
lər yazılmış  11-12 sətirdən ibarətdir. Ən iri hərflər ilk sətirdə yerləşir, 
sətrdən-sətrə  hərflərin  ölçüləri  tədricən  kiçilir.  Qüsursuz  göz  gərgin 
baxmadan birinci sətri 60 m, 9-cu sətirdəki hərfləri isə 6 m məsafədən 
görür. 
 
Ş 
Şüalanmanın 
udulma dozası 
– cismin udduğu şüalanma enerjisinin onun kütləsinə nisbəti ilə ölçülən 
fiziki kəmiyyətdir

 
 

Termoelektron 
emissiyası 
–  elektronların  yüksək  temperatura  qədər  qızdırılan  metalı  tərk  etmə 
hadisəsidir. 
LAYİHƏ


 
 
 
223 
 
• 
Terminlər lüğəti 

1 Tesla 
– elə bircins maqnit sahəsinin induksiyasıdır ki, bu sahə maqnit induksiya 
xətlərinə perpendikulyar yerləşən cərəyanlı düz naqilə, uzunluğu 1 m və 
ondakı cərəyan şiddəti 1 A olduqda, 1N qüvvə ilə təsir etsin: 
B
1
N
A · m
1
kq
A · san
1Tl. 
 
Toplayıcı linzanın 
baş fokusu 
–  toplayıcı  linzada  baş  optik  oxa  paralel  düşən  işıq  şüaları  sındıqdan 
sonra  kəsişdikləri  nöqtəyə  deyilir.  F  hərfi  ilə  işarə  olunur.  Toplayıcı 
linzanın baş fokus nöqtəsi həqiqidir, çünki həmin nöqtədə linzadan keçən 
şüaların özləri kəsişir. 
 

Vakuum 
– havası olduqca seyrəkləndirilmiş (
10
10
ü .) mühitdir. 
Bu mühitdə qaz molekulları bir-biri ilə demək olar ki, toqquşmur. 
Vakuum diodu 
(vә ya iki-
elektrodlu elek-
tron lampası) 
–  iş  prinsipi  termoelektron  emissiyasına  əsaslanan,  katod  və  anodddan 
ibarət ikielektrodlu vakuum balonudur. 
 

Yarımkeçirici 
–sərbəst yükdaşıyıcılarının sayı xarici təsirlərdən (temperatur, işıqlanma, 
tərkibinə aşqar daxil etmək və s.) asılı olan maddədir. 
Yarımçevrilmә 
periodu 
– izotopda olan nüvələrin yarısının radioaktiv çevrilməyə məruz qaldığı 
müddətdir. 
 

Xüsusi rabitә 
enerjisi 
– nüvәnin bir nuklonuna düşәn rabitә enerjisidr:

. 
 
 
LAYİHƏ


 
 
224 
 
 
 
Fizika 
Ümumtәhsil mәktәblәrinin 9-cu sinfi üçün dәrslik 
 
Dil redaktoru: K.Abbasova 
Rəssamlar:  M.Hüseynov, E.Məmmədov 
Korrektor: A.Məsimov 
 
www.bakineshr.az 
e-mail: bn@bakineshr.az 
 
Murquzov Mirzəli İsmayıl oğlu 
Abdurazaqov Rasim Rəşid oğlu 
Əliyev Rövşən Mirzə oğlu 
Əliyeva Dilbər Zirək qızı 
 
Dil redaktoru: K.Abbasova 
Rəssamlar:  M.Hüseynov, E.Məmmədov 
Korrektor: A.Məsimov 
 
www.bakineshr.az 
e-mail: bn@bakineshr.az 
 
Kağız formatı: 70 
 100
1
/
16
.  
Fiziki çap vərəqi: 14. 
Çapa imzalanmışdır:  00.00.2016.   
Tirajı: 000 000.  
Pulsuz. 
LAYİHƏ

Yüklə 4,3 Kb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə