Dərslik Mirzəli Rasim Abdurazaqov Rövşən Əliyev



Yüklə 4,3 Kb.
Pdf görüntüsü
səhifə64/72
tarix30.12.2017
ölçüsü4,3 Kb.
#18856
növüDərs
1   ...   60   61   62   63   64   65   66   67   ...   72

 
 

193 
 
•   IV  fəsil  •  
Atom və atom nüvəsi 

 
 
 
 
 
 
1.  Elektronun  kütlәsi 
,
·
,  protonun  kütlәsi  isә 
,
·
-dır.  Bu 
kәmiyyәtlәri atom kütlә vahidi (a.k.v) ilә ifadә edin. 
2. Nüvәnin protonları arasındakı mәsafә 1fm - dir. İki proton arasındakı Kulon qarşılıqlı 
tәsir qüvvәsini hesablayın. 
3. Radonun yarımçevrilmә periodu 3,8 gündür. Radonun kütlәsi neçә gündәn sonra 4 dәfә 
azalar? 
4. Radiumun yarımçevrilmә periodu 1600 ildir. Bu maddәdә 3200 ildәn vә 4800 ildәn 
sonra radioaktiv nüvәlәrin hansı hissәsi çevrilmәz qalar? 
5.  Zәrrәciklәr  sisteminin  kütlәsinin  25  atom  kütlә  vahidi  qәdәr  dәyişmәsi  onun 
enerjisinin nә qәdәr dәyişmәsi demәkdir (hesablamanı 0,0001 dәqiqliklә aparın)? 
6. 
 elementi 3
 vә 2 çevrilmәlәrinә mәruz qaldı. Yeni yaranan Y elementindә yük 
vә kütlә әdәdini tәyin edin. 
 
 
 
 N
ÜVƏNİN RABİTƏ ENERJİSİ. KÜTLƏ DEFEKTİ 
 
 
 
 
 
 
Çalışma
 
4.4
4.10 
 Atom nüvəsi hansı zərrəciklərdən ibarət əlaqəli fiziki sistem-
dir? 
 Yəqin ki, nüvənin kütləsi onu təşkil edən zərrəciklərin kütlələri 
cəminə bərabərdir; bəs siz necə düşünürsünüz: bu, belədirmi? 
Bilirsiniz ki, 
atom nüvəsi 
əlaqəli fiziki 
sistemdir.
 
“Nüvənin” kütləsini təyin edək.
Təchizat: atom modeli konstruksiyasından 
kürəciklər (8 ədəd qırmızı, 10 ədəd ağ 
rəngdə), tərəzi, çəki daşları, plastik torba.  
İşin gedişi:  
1. İş vərəqinə 4.2 cədvəlini köçürün. 
Cədvəl 4.2. 
Qırmızı rəngli kürəciklərin 
kütləsi –“neytronun” kütləsi, 
(kq) 
Ağ rəngli kürəciklərin 
kütləsi –“protonun” 
kütləsi, (kq) 
Qırmızı və ağ rəngli 
kürəciklərin birlikdə kütləsi 
–“nüvənin” kütləsi, (kq) 
 
 
 
2. Qırmızı rəngli kürəcikləri tərəzidə çəkib nəticəni cədvəldə qeyd edin – bu, “neytronların” 
kütləsi olacaq.  
3.  Ağ  rəngli  kürəcikləri  tərəzidə  çəkib  nəticəni  cədvəldə  qeyd  edin  –  bu,  “protonların” 
kütləsi olacaq.  
4.  Bütün  kürəcikləri  plastik  torbaya  töküb  kütlələrini  ölçün  və  aldığınız  ifadəni  cədvəldə 
qeyd edin – bu isə “nüvənin” kütləsi olacaqdır. 
Nəticəni müzakirə edin: 
 “Nüvənin” kütləsi ilə onu təşkil edən “proton” və “neytronların” kütlələri cəmi arasında 
hansı münasibət aşkar etdiniz? 
 Ola bilərmi ki, nüvənin kütləsi onu təşkil edən proton və neytronların kütlələri cəmindən 
kiçik olsun? Nə üçün?
 
Araşdırma
1
LAYİHƏ


 
 
194 
 
Aparılan çoxsaylı eksperimentlərdən qeyri-adi fakt aşkar edilmişdir: nüvәnin küt-
lәsi onu tәşkil edәn nuklonların (proton vә neytronların) kütlәlәri cәmindәn hәmişә 
kiçikdir.  

Bu  o  deməkdir  ki, nuklonların kütlәlәri cәmi ilә  hәmin nuklonlardan ibarәt 
nüvәnin kütlәsi arasında fәrq – kütlә defekti mövcuddur: 

.        (1) 
Burada 
nüvənin kütləsi, Z və N- uyğun olaraq nüvədəki proton və neytron-
ların sayı, 
protonun kütləsi, 
neytronun kütləsi, 

kütlə defektidir. 
Nuklonlar nüvәni әmәlә gәtirdikdә nüvәnin kütlәsi nә üçün kütlә defekti qә-
dәr azalır?  
Nuklonlardan nüvə əmələ gələn zaman kütlənin azalması bu nuklonlar arasındakı 
qarşılıqlı təsir  enerjisinin rabitә enerjisi (
) qədər azalması deməkdir. 

 Rabitә enerjisi – nüvәni sәrbәst nuklonlara ayırmaq üçün lazım olan minimal 
enerjidir. 
Nüvənin rabitə enerjisini hesablamaq üçün A.Eynşteynin kütlə ilə enerji arasın-
dakı əlaqə düsturundan istifadə edilir: 


 
və ya 
·
.         (2) 
Müxtəlif  kimyəvi  elementlərin  nüvələrinin  rabitə  enerjisini  hesablamaq  üçün 
proton  və  nüvə  kütlələrinin  əvəzinə  uyğun  olaraq  hidrogen  atomunun  kütləsinin 
(
)  və  kimyəvi  elementin  atom  kütləsinin  (
)  qiymətindən  istifadə  etmək 
əlverişlidir. Bu halda (2) ifadəsini belə də yazmaq olar: 
·
.         (3) 
Əgər  hesablamalar  MeV-  lərlə  ifadə  olunursa,  (3)  ifadəsini  aşağıdakı  kimi  də 
yazmaq olar: 
· 931,5 
.   (4) 
Bəzi  zərrəciklərin  və  kimyəvi  elementlərin  atomlarının  kütlələri  cədvəl  4.3  -də 
verilmişdir. 
 
Cәdvәl 4.3. 
Zərrəcik və kimyəvi 
element 
Kütləsi 
Kimyəvi element 
Kütləsi 
a.k.v. 
a.k.v. 
Elektron (

0,0005486 
Litium  (

6,941 
Proton ( ) 
1,0072765 
Karbon (

12,0 
Neytron ( ) 
1,008665 
Karbon (

13,003354 
Hidrogen (

1,007825 
Uran (

235,04418 
Deyterium (

2,014102 
Uran (

238,05113 
Tritium (

3,016062 
Neptunium (

239,05320 
Helium (

4,002603 
Plutonium (

239,05242 
Helium (

3,016042 
 
 
 
LAYİHƏ


 
 

195 
 
•   IV  fəsil  •  
Atom və atom nüvəsi 

Nüvələrin dayanıqlığı xüsusi rabitә enerjisi adlanan kəmiyyətlə xarakterizə olu-
nur.   
Xüsusi rabitә enerjisi – nüvәnin bir nuklonuna düşәn rabitә enerjisidir. 

.
 
Burada  A  –  nüvədəki  nuklonların  sayı, 
  –  xüsu  rabitə  enerjisidir.  Xüsusi  rabitə 
enerjisinin vahidi:                       

1
.
 
Hidrogen nüvəsinin xüsusi rabitə enerjisi sıfıra bərabərdir, çünki onun nüvəsi bir 
protondan  ibarətdir.  Kütlə  ədədi 
28
138  aralığında  olan  nüvələrin  xüsusi 
rabitə  enerjisi  ən  böyük  olub  təqribən 
8,5
 -  dur.  Kütlə  ədədinin  sonrakı 
artması ilə xüsusi rabitə enerjisi azalır (
a
)
 
 
 
 
 
 
 
(a) 
 
 
Yaradıcı tәtbiqetmә 
 
Məsələ.  
 nüvəsinin kütlə defektini və rabitə enerjisini hesablayın. 
 
Araşdırma
2
• 
Verilən açar sözləri iş vərəqinə köçürün və onlara tərif verin.  
1. Kütlə defekti – ...;    2. Rabitə enerjisi – ...;    3. Xüsusi rabitə 
enerjisi – ...  
Nә öyrәndiniz 
LAYİHƏ


Yüklə 4,3 Kb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə