Dərslik Mirzəli Rasim Abdurazaqov Rövşən Əliyev


      Külәk  enerjisi  –



Yüklə 4,3 Kb.
Pdf görüntüsü
səhifə70/72
tarix30.12.2017
ölçüsü4,3 Kb.
#18856
növüDərs
1   ...   64   65   66   67   68   69   70   71   72

 
 
212 
 
  Külәk  enerjisi  –
  ekoloji  cəhətdən  təmiz,  həm  də 
tükənməyən enerjidir. 2009‐cu ildə Xızı rayonunun Şurabad 
kəndi yaxınlığında 2 külək enerjisi qurğusu (KEQ) quraş‐
dırılıb. Qurğular vasitəsilə bir il ərzində 7 milyon kVt‐saat 
elektrik enerjisi istehsal olunmuşdur. Bu elektrik enerjisi 
Xızı rayonunun tələbatını 50 faiz ödəməklə yanaşı, isteh‐
lakçıları “yaşıl enerji” ilə təmin edir.  
 
  Suyun  enerjisi  –
  enerji  istehsalına  görə  ikinci  yerdə 
SES-lər gəlir. Burada enerji tükənən, lakin bərpa olunan su 
axını  əsasında  istehsal  edilir.  Azərbaycanda  təkcə  Kür 
çayının üzərində üç böyük SES tikilmişdir. 
 
  Okean  vә  dәniz  enerjisi  –
  bu  enerji  okean  və  dəniz 
sularının qabarma və çəkilmələrindən, dalğalar və axınlardan 
alınır.  O,  böyük  miqdar  enerjini  kiçik  bir  sahədən  əldə  et-
məyə  imkan  verən  tükənməz  və  ən  ucuz  başa  gələn  enerji 
növüdür.  
 
 
Təqdimatın hazırlanma planı 
1
-ci slayd 
 Təqdimatın adı 
 Hazırlayan (sinif, şagirdin adı, soyadı) 
2
-ci slayd 
 Alternativ enerji dedikdə nə başa düşülür?
 
3
-cü slayd 
 
 Tükənən enerji mənbələri: nümunələr göstərin 
 Tükənən enerji mənbələrindən istifadə texnologiyaları 
4
-cü slayd 
 
 Tükənməyən enerji mənbələri: nümunələr göstərin   
 Tükənməyən enerji mənbələrindən istifadə texnologiyaları 
5
-ci slayd 
 
 Azərbaycanda tükənməyən alternativ enerji mənbələri, onlardan istifadə 
imkanları və perspektivləri 
6
-cı slayd 
 
 Azərbaycanda tükənən alternativ enerji mənbələri, onlardan istifadə 
imkanları və perspektivləri 
 
Resurslar: 
1. www.azerbaijan.az/_.../oilStrategy_02_a.html 
2. www.azerbaijan.az/portal/.../oilStrategy_a.html 
3. azens.az/menu.../42-azaerbaydzan-neftinin-tarixi 
4. www.azerbaijans.com/content_772_az.html 
5. https://ru.wikipedia.org/wiki/Энергия_волн_океана 
6. http://www.qlobalenerji.az/page.php?sh 
7. www.ecosoil.bsu.edu.az/.../alternativ_enerji_mn... 
8. anl.az/down/meqale/xalqqazeti/.../89346.htm 
9. https://az.wikipedia.org/wiki/Nüvə_energetikası 
10. irp.science.az/?l=/news,42/lang,az/. 
 
LAYİHƏ


 
 

213 
 
•   IV  fəsil  •  
Atom və atom nüvəsi 

  
İ
STİLİK NÜVƏ REAKSİYALARI  
 
 
 
 
 
Sintez  nüvә  reaksiyası.  İki  nüvənin  birləşməsi  (sintezi)  üçün  onlar  eyni  yüklü 
protonlar arasındakı Kulon itələmə qüvvələrini dəf edib nüvə qüvvələrinin təsir mə-
safəsinə  qədər  (
10
  )  yaxınlaşmalıdır.  Bunun  üçün  nüvələr  çox  böyük  kinetik 
enerjiyə malik olmalıdır. Nüvələrin həmin enerjini alması üçün sintez reaksiyası çox 
yüksək temperaturda (
10

10
 aparılmalıdır, çünki temperaturun kəskin artması 
nüvələrin sürət və kinetik enerjisinin də kəskin artmasına səbəb olur. 
 Çox yüksәk temperaturlarda gedәn yüngül nüvәlәrin birlәşmә (sintez) reaksi-
yası istilik nüvә reaksiyası adlanır
Apardığınız araşdırmada təyin etdiniz ki, istilik nüvə reaksiyası nəticəsində külli 
miqdarda enerji ayrılması baş verir. Ayrılan bu enerjinin hər nuklona düşən miqdarı 
zəncirvarı nüvə reaksiyası zamanı ayrılan enerjidən 3,5 dəfə çoxdur. Ona görə də 
istilik  nüvə  reaksiyası  bəşəriyyət  üçün  tükənməz  enerji  mənbəyi  ola  bilər.  Əsas 
problem bu reaksiyanın getməsi üçün milyard dərəcəyə qədər qızdırılan plazmanı 
saxlaya  bilən  qurğunun  hazırlanmasıdır  – idarәolunan istilik nüvә reaktorunu 
hazırlamaqdır. Problem Yer şəraitində texniki baxımdan hələ də həllini tapmayıbdır. 
Lakin  belə  şərait  Günəş  və  digər  ulduzlarda  mövcuddur  –  onların  mərkəzində 
temperatur 
 13 milyon dərəcədir. Belə temperaturda atomlar tamamilə ionlaşmışdır 
və maddə plazma halındadır – yalnız nüvələrdən ibarətdir. Nüvələr yüksək kinetik 
enerjiyə  malik  olduqlarından  digər  nüvələrlə  fasiləsiz  toqquşmalara  məruz  qalır. 
Nəticədə Günəş və digər ulduzlarda öz-özünə fasiləsiz olaraq sintez reaksiyaları və 
külli miqdarda enerji ayrılmaları baş verir.  
Araşdırmalardan müəyyən edilmişdir ki, Günəş və digər ulduzların daxilində əsas 
etibarı ilə aşağıdakı sintez nüvə reaksiyaları gedir: 
2

 və s. 
4.17 
 Nə üçün nüvə 
reaksiyalarında 
külli miqdarda 
enerji ayrılır? 
Kimyəvi elementlərin xüsusi rabitə enerjisinin qrafikini (bax:
mövzu 4.10) araşdırdıqda  məlum olur ki, nüvə enerjisini təkcə 
ağır nüvələrin bölünməsindən deyil, yüngül nüvələrin birləşmə-
sindən – sintezindən də almaq mümkündür. 
“Yüngül” nüvələrin sintezindən ayrılan enerjini hesablayın.
Məsələ. 
Deyterium (
) və tritium (
) nüvələrinin sintezindən helium nüvəsi yaranmış və 
bir neytron buraxılmışdır. Nüvələrin sintezi reaksiyasını yazın və bu reaksiyadan ayrılan 
enerjinin hər nuklona düşən miqdarını – xüsusi rabitə enerjisini hesablayın (zərrəciklərin 
a.k.v.-sini 4.3 cədvəlindən götürün). 
Nəticəni müzakirə edin: 
 Hansı reaksiya nəticəsində ayrılan enerjinin hər nuklona düşən miqdarı daha böyükdür: 
uran nüvəsinin bölünməsi, yoxsa iki yüngül nüvənin birləşməsi reaksiyasından? 
 
Araşdırma
1
LAYİHƏ


Yüklə 4,3 Kb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə