Dərslik Mirzəli Rasim Abdurazaqov Rövşən Əliyev



Yüklə 4,3 Kb.
Pdf görüntüsü
səhifə69/72
tarix30.12.2017
ölçüsü4,3 Kb.
#18856
növüDərs
1   ...   64   65   66   67   68   69   70   71   72

 
 
208 
 
Bu məqsədlə elə etmək lazımdır ki, vahid zamanda bölünən nüvələrin sayı eyni 
olsun.  Həmin  prosesi  həyata  keçirmək  üçün  tətbiq  olunan  qurğu  nüvә reaktoru 
adlanır. 
 İdarә olunan zәncirvarı nüvә reaksiyası әldә etmәyә vә onu istәnilәn qәdәr sax-
lamağa imkan verәn qurğu nüvә reaktoru adlanır. 
Nüvə reaktorunun əsas elementləri bunlardır:  
1) nüvә yanacağı (


 və s.) – o, xüsusi ampulalara doldurularaq 
reaktorun aktiv hәcmindә yerlәşdirilir;  
2) neytron yavaşıdıcısı  (ağır vә ya adi su, qrafit vә s.) – o,sürәtli neytronları 
yavaşıdaraq onların yanacaq nüvәsi ilә qarşılıqlı tәsirini tәmin edir;  
3) istilik ötürücüsü (soyuq su vә ya maye natrium) – nüvә reaksiyasından ayrılan 
istiliyi buxar generatoruna ötürür;  
4) tәnzimlәyici qurğu  (tәrkibindә kadmium vә ya bor olan çubuqlar) – reaksiya 
prosesindә neytronların artma әmsalını idarә edir:çubuqlar tamamilә aktiv hәcmә daxil 
edildikdә neytronların artma әmsalı 

 1 olur. Әgәr çubuqlar aktiv hәcmdәn tamamilә 
çıxarılarsa, 

 1 olur (bax:  mövzu 4.13). Radiasiyanın (
-şüalanma, neytronlar seli və 
s.) qarşısını almaq üçün reaktor xaricdən hermetik qoruyucu örtüklә əhatə olunur (
a
)
 
 
 
İlk nüvə reaktoru 1942-ci ildə ABŞ-da Enriko Ferminin rəhbərliyi altında hazır-
lanmışdır. Avropada ilk reaktoru keçmiş SSRİ-də 1946-cı ildə İqor Kurçatovun rəh-
bərlik etdiyi alimlər qrupu işə salmışdır. Bu qrupun üzvlərindən biri azərbaycanlı 
görkəmli radiokimyaçı alim Abbas Abbasәli oğlu Çayxorski olmuşdur. 
 
 
 
(a) 
 
Nüvə reaktorunun 
əsas elementləri 
• 
Keçmiş  Sovet  İttifaqında  adı  gizli 
saxlanılmış, uzun illər (1961–1989) 
nüvə  reaktorlarının  təhlükəsizliyi 
üzrə  SSRİ  Dövlət  Komitəsinin  di-
rektoru  olmuşdur.  Kimyəvi  ele-
mentlərin yeni dövri sistemini yarat-
mışdır. 
Abbas Abbasәli oğlu Çayxorski  
(1917-2008) 
keçmiş SSRİ-nin EA-nın hәqiqi 
üzvü 
LAYİHƏ


 
 

209 
 
•   IV  fəsil  •  
Atom və atom nüvəsi 

 
 
 
 
 
1. Nüvə reaktoru nədir və ondan hansı məqsədlərlə istifadə olunur?  
2. Nüvə reaktorunda neytronların artma əmsalı necə tənzimlənir? 
3. Nüvə reaktorunda enerji ayrılması nəyin hesabına baş verir? 
4. AES-in istilik elektrik stansiyaları ilə nə kimi oxşar və fərqli cəhətləri var?  
 
 
 
 
 
Yaradıcı tәtbiqetmә 
 
Atom elektrik stansiyasının işi nəyə əsaslanır?
Təchizat: atom elektrik stansiyasının (AES) prinsipial sxemi.  
İşin gedişi: AES-in prinsipial sxemini diqqətlə nəzərdən keçirin (b) və onun iş prinsipini 
araşdırın. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Nəticəni müzakirə edin:  
 AES-də ardıcıl olaraq hansı enerji çevrilmələri baş verir? 
 AES-in partlamaması üçün hansı şərt ödənilməlidir? 
 AES-də elektrik enerjisinin alınma texnologiyasını izah edin. 
 Nüvə reaktoru daha haralarda tətbiq olunur?
 
 
Araşdırma
2
• 
Cümlələri iş vərəqinə köçürün və onları tamamlayın.  
1. Nüvə reaktoru – ... 
2. Nüvə yanacağı –... 
3. Tənzimləyici çubuqlar – ... 
4. İstilik ötürücüsü– ... 
5. Neytron yavaşıdıcısı – ... 
Nә öyrәndiniz 
Öyrәndiklәrinizi yoxlayın
 
(b) 
LAYİHƏ


 
 
210 
 
 
 
 
 
 
 
1. İnsanın xәstәlәnmiş daxili orqanlarının şüalandırılması nәticәsindә hәr 1 q canlı to-
xuma 
 әdәd 
-zәrrәcik udur. Bir -zәrrәcik  , ·
 enerjisinә malikdirsә, 
hәr 1q canlı toxumanın şüalanma dozası nә qәdәrdir?  
2. 
-şüalanma mәnbәyinin 1 saniyәdә şüalanma dozası 
, ·
-dir. Radiasiya 
mәnbәyi yaxınlığında duran adamın 1 saatda aldığı şüalanma dozasını tәyin edin. Bu 
doza onun üçün nә dәrәcәdә tәhlükәlidir? 
3.  Şәkildә  nüvә  reaktorunun  sxemi  tәsvir  edilmişdir.  Uyğun  rәqәmlәrlә  onun  hansı 
hissәlәri göstәrilmişdir? 
 
 
 
4.  Nüvә  reaktorunda  istilik  daşıyıcısı  hansı  rәqәmlә  işarә  edilmişdir?  Onun  vәzifәsi 
nәdir vә bu mәqsәdlә hansı maddәdәn istifadә edilir? 
5. AES-dә elektrik enerjisi hansı enerji çevrilmәlәri ardıcıllığından alınır? Enerjilәrin 
çevrilmә ardıcıllığını sıralayın. 
 
 
 
 
 
 
Çalışma
 
4.7
LAYİHƏ


 
 

211 
 
•   IV  fəsil  •  
Atom və atom nüvəsi 

 
A
LTERNATİV ENERJİ MƏNBƏLƏRİ 
(DƏRS-TƏQDİMAT) 
 
Alternativ enerji mәnbәlәrinә dair kompüter tәqdimatı hazırlayın. Tәqdimat 
hazırlayarkәn verilәn materialdan vә plandan istifadә edә bilәrsiniz. 
 
TÜKӘNӘN VӘ TÜKӘNMӘYӘN ENERJİ MӘNBӘLӘRİ 
 
Bəşəriyyət  mövcud  olandan  indiyə  kimi  insanlar  enerji  ehtiyaclarını  ödəmək  üçün 
müxtəlif mənbələrdən istifadə ediblər. Enerji mənbələri iki növ olur: tükənən və tükənməyən. 
 
TÜKӘNӘN ENERJİ MӘNBӘLӘRİ 
 Qaz – ucuz yanacaq növüdür. 
Yanar qazlar
ın sənaye və 
məişətdə  istehlakına  hələ  ötən  yüzilliklərdə  başlanılmışdır. 
İ
nsanlar  erkən  sivilizasiya  çağlarından  Yerin  təkindən  qazın 
çıxmasının  şahidi  olmuşlar.  Eramızdan  bir  neçə  yüz  il  öncə 
Abşeron  yarımadasında,  Xəzər  dənizinin  şimal-qərb  sahil-
lərində  təsadüf  olunan  “əbədi  atəşlər”,  “yanar  sular”  dənizə 
şölə saçmış, üzən gəmilərin təbii mayakına çevrilmişdir. 
 
 Daşkömür – təbii yanacaq növüdür, qara, boz və par-
laqdır. Ondan yaşayış, iş və təhsil yerlərinin qızdırılmasında, 
istilik elektrik stansiyalarında geniş istifadə olunur. 
 
  Neft  – 
Yer  kürəsind
ə  ən  mühüm  təbii  enerji  ehti-
yatlarından sayılır. O, istilik 
elektrik stansiyaları və nəqliyyat 
vasitələri üçün əvəzolunmaz xammaldır.
 Azərbaycan neftinin 
tarixi kökləri çox qədim dövrlərə gedir.
 
Ərəb səyyahları VIII 
əsrdə Bakının neftli torpağı, Abşeronun "ağ" və "qara" nefti 
haqqında  məlumat  vermişlər.  İtalyan  səyyahı  Marko  Polo 
(XIII-XIV əsrlər) Bakı neftinin İrana, Orta Asiyaya, Türkiyə-
yə və Hindistana aparılması və neftin gətirdiyi illik gəlir haqqında məlumat vermişdir.  
 
  Nüvә  yanacağı  – 
AES-də  əsas  yanacaq  kimi  istifadə 
edilən  uran  yataqlarının  zəngin  olması  istehsal  olunan  ener-
jinin ucuz başa  gəlməsini təmin edir. Dünyada ən böyük uran 
istehsalçıları Qazaxıstan, Avstraliya və Kanadadır. 
 
 
TÜKӘNMӘYӘN ENERJİ MӘNBӘLӘRİ 
  Günәş  enerjisi  –
Yer  səthinə  düşən  Günəş  enerjisinin 
miqdarı Yerdə olan neft, qaz, kömür və digər yanacaqlardan 
dəfələrlə çoxdur. Günəş enerjisindən istifadənin ən səmərəli 
texnologiyası  Günəş  batareyalarıdır.  Ölkəmizdə  günəşli 
saatların  miqdarı  il  ərzində  2400–3200  saat,  1  kvadrat‐
metr Yer səthinə düşən Günəş enerjisinin miqdarı 1500–
2000 kVt‐saatdır.  
4.16 
LAYİHƏ


Yüklə 4,3 Kb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə