Dərslik Mirzəli Rasim Abdurazaqov Rövşən Əliyev



Yüklə 4,3 Kb.
Pdf görüntüsü
səhifə22/72
tarix30.12.2017
ölçüsü4,3 Kb.
#18856
növüDərs
1   ...   18   19   20   21   22   23   24   25   ...   72

 
 
62 
 
Diqqət
İnduksiya  xətləri  şəkil 
müstəvisinə  perpendikulyar  olan 
maqnit  sahəsi  sxemlərdə  nöqtə  və 
vurma  işarələr  sistemi  ilə  təsvir 
edilir.  Əgər  maqnit  induksiya  vek-
toru ox formasında təsəvvür edilərsə 
(
g
), şəkil müstəvisindən bizə doğru 
perpendikulyar  yönələn  maqnit 
induksiya xətləri nöqtələr sistemi ilə 
(biz  sanki  oxun  ucunu  görürük) 
təsvir  edilir.  Bizdən  şəkil  müs-
təvisinə  perpendikulyar  yönələn 
maqnit  sahəsinin  induksiya  xətləri 
vurma işarələri ilə (biz sanki uzaqla-
şan  oxu  arxadan  görürük)  təsvir 
edilir (bax: 
g
). Məsələn, şəkil müstə-
visində yerləşən cərəyanın yaratdığı 
maqnit  sahəsinin  naqilin  sağ  və  sol 
hissələrində  induksiya  xətləri  bu 
cərəyanın istiqamətindən asılı olaraq 
nöqtə  və  vurma  işarələri  ilə  təsvir 
olunur (
h
). Bu işarələr burğu, yaxud 
sağ əl qaydasına əsasən təyin edilir. 
 
 
 
 
 
 
 
 
  
 
 
 
 
(g) 
(h) 
 
 
Yaradıcı tәtbiqetmә 
 
Məsələ. 
Verilən sxemləri iş 
vərəqinə köçürün və təyin 
edin:  
a)
 
 cərəyanının maqnit induksiya xətlərinin 
istiqamətini; 
b) 
 cərəyanının maqnit sahəsinin 1, 2 və 3 
nöqtələrində induksiya vektorunun 
istiqamətini.
 
 
Araşdırma
2
• 
 Cümlələri iş vərəqinə köçürün və onları tamamlayın.  
1. Cərəyanlı düz naqil üçün sağ əl qaydası: ...  
2. Cərəyanlı düz naqil üçün sağ yivli burğu qaydası: ...  
3. Şəkil müstəvisindən bizə doğru perpendikulyar yönələn maqnit 
induksiya xətləri ...  
4. Bizdən şəkil müstəvisinə perpendikulyar yönələn maqnit sahə-
sinin induksiya xətləri ...
 
Nә öyrәndiniz 
+




 
 
LAYİHƏ


 
 

63 
 
•   II  fəsil  •  
Maqnit sahəsi

 
 
 
 
 
1. Cərəyanın yaratdığı maqnit sahəsinin induksiya xətlərinin istiqaməti nədən asılıdır?  
2. Cərəyanlı düz naqil üçün sağ əl qaydası necə ifadə olunur?  
3.  Cərəyanlı  düz  naqil  şəkil  müstəvisinə  perpendikulyar  olduqda  o,  sxemlərdə  necə  təsvir 
edilir? 
4. Cərəyanlı düz naqil şəkil müstəvisinə perpendikulyar olduqda onun maqnit sahəsinin ixtiyari 
nöqtəsində induksiya vektoru hansı istiqamətə yönələr? 
 
 
 
 
 
1. Şәkildә dörd cәrәyanlı naqilin maqnit induksiya xәtlәrinin sxemi tәsvir edilmişdir. 
Naqillәrdәki cәrәyanların istiqamәtini tәyin edin. 
 
 
2. Şәkildә sabit maqnitlәrin induksiya xәtlәri tәsvir 
edilmişdir. İnduksiya xәtlәrinin istiqamәtlәrini 
vә namәlum maqnit qütblәrini tәyin edin. 
 
3. Şәkildә bircins maqnit sahәsinin induksiya vek-
torunun istiqamәti tәsvir edilmişdir. Sahәnin 
şimal qütbü şәkil müstәvisinin hansı hissәsindә 
yerlәşir: qarşısında, yoxsa arxasında? 
 
 
 
4. Elektron dәstәsi şәkildә tәsvir edildiyi kimi 
hәrәkәt edir. Elektron dәstәsinin yaratdığı 
maqnit sahәsinin induksiya xәtlәrinin istiqa-
mәtini tәyin edin.  
 
5. Cәrәyanlı naqil şәkil müstәvisinә perpendikulyardır. Onun maqnit 
sahәsinin induksiya xәtlәri hansı sxemdә düzgün tәsvir edilmişdir? 
 
  
A) 1 və 2    
B) 3 və 4    
C) Yalnız 3     
D) 2 və 3    
E) 1 və 4 
 
Öyrәndiklәrinizi yoxlayın
 
 
 
Çalışma
 
2.2
(1) 
(3)
(2)
(4)
(1) 
(2)
(3)
(4)
I
I
I
I
LAYİHƏ


 
 
64 
 
 
 
D
AİRƏVİ CƏRƏYANIN VƏ CƏRƏYANLI SARĞACIN  
MAQNİT SAHƏSİ 
 
 
 
 
 
 
Dairәvi cәrәyanın maqnit sahәsi. Dairəvi cərəyanın maqnit spektrinin mənzə-
rəsi sabit maqnit diskinin induksiya xətlərinə oxşardır (
b
).  
 
 
Dairəvi cərəyanın maqnit induksiyasının istiqamətini cərəyanın istiqaməti müəy-
yən edir və onu maqnit əqrəbi vasitəsilə asanlıqla təyin etmək olur. Maqnit əqrəbi 
olmadıqda isə bu məqsədlə sağ əl, yaxud sağ yivli burğu qaydasından istifadə etmək 
əlverişlidir. 
2.6 
• Əgər cərəyanlı naqil dairəvi formada olarsa, onun maqnit sahəsi düz naqildəki 
cərəyanın maqnit sahəsindən nə ilə fərqlənər?   
• Sarğac nədir? Cərəyanlı sarğacın maqnit induksiya xətlərinin mənzərəsini 
necə təsəvvür edirsiniz? 
• Cərəyanlı dairəvi naqilin və sarğacın induksiya xətlərinin istiqamətini necə 
müəyyənləşdirmək olar? 
 
 
Dairəvi cərəyanın maqnit spektri.
Təchizat: “Maqnit sahəsi” laboratoriya dəsti, sabit 
cərəyan mənbəyi, ampermetr, reostat, açar, dəmir 
tozu, birləşdirici naqillər.   
İşin gedişi:  
1. Ardıcıl sabit elektrik dövrəsi yığın (bax: səh.60) və 
dairəvi naqilin sıxaclarını bu dövrənin açıq ucları-
na birləşdirin.  
2. Dairəvi naqil müstəvisinin mərkəzindən keçməklə ona perpendikulyar bərkidilmiş löv-
hənin səthinə dəmir tozu səpələyib dövrəni qapayın. Lövhəni qələmlə astaca döyəc-
ləyin və dairəvi cərəyanın maqnit spektrinin mənzərəsini araşdırın (
a
).  
3. Dairəvi cərəyanın istiqamətini dəyişib baş verən hadisəni izləyin. 
Nəticəni müzakirə edin: 
 Dairəvi cərəyanın maqnit spektri hansı formaya malikdir?  
 Dairəvi cərəyanın istiqamətini dəyişdikdə nə müşahidə etdiniz? 
 Dairəvi cərəyanın maqnit sahəsinin induksiya xətlərinin istiqamətini necə təyin etmək 
olar?  
 
 
Araşdırma
1
(b) 
I
(a)
LAYİHƏ


Yüklə 4,3 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə