Dərslik Mirzəli Rasim Abdurazaqov Rövşən Əliyev



Yüklə 4,3 Kb.
Pdf görüntüsü
səhifə19/72
tarix30.12.2017
ölçüsü4,3 Kb.
#18856
növüDərs
1   ...   15   16   17   18   19   20   21   22   ...   72

 
 

53 
 
•   II  fəsil  •  
Maqnit sahəsi

təsiri ilə maqnitlənən dəmir, polad və s. cisimlər. Ele-
mentar cərəyan müstəviləri nizamsız yerləşdikdə on-
ların yaratdığı elementar maqnit sahələri bir-birinin 
təsirini  kompensasiya  edib  neytrallaşdırır  (
c
).  Belə 
maddələr maqnit xassəsinə malik olmurlar, məsələn, 
şüşə, rezin, taxta, plastmas və s. Beləliklə, sükunətdə 
olan  elektrik  yükləri  öz  ətraflarında  elektrik  sahəsi 
yaratdıqları  halda,  bu  yüklər  istiqamətlənmiş  hərə-
kətə gəldikdə həm elektrik, həm də maqnit sahəsi yaradır.  
Maqnit sahәsi – hәrәkәtdә olan elektrik yüklәrinin yaratdığı materiya növüdür
Elektrik  sahəsi  kimi,  maqnit  sahəsi  də  görünmür,  onu  maqnit  xassəli  cisimlərə 
göstərdiyi təsirə əsasən aşkar etmək olur. Qeyd edək ki, elektrik sahəsini istənilən yük 
yarada  bilir  və  bu  sahəyə  gətirilən  yükə  təsiri  ilə  də  aşkarlanır.  Maqnit  isə  iki  qütbə 
malikdir və o, digər maqnitin eyni zamanda hər iki qütbü ilə qarşılıqlı təsirdə olur. 
 
 
 
 
  
 
 
 
1. Naqildən cərəyan keçdikdə hansı fiziki sahə yaranır? 
2. Amper fərziyyəsinin mahiyyəti nədən ibarətdir? Bu fərziyyəyə görə, maqnitlər qeyri-maq-
nitlərdən nə ilə fərqlənir? 
3. Maqnit sahəsinin mənşəyi nədir? O, elektrik sahəsinin mənşəyindən nə ilə fərqlənir? 
 
 
 
 
Yaradıcı tәtbiqetmә 
 
Maqnit sahəsinin təsiri.
Təchizat: düz maqnit, maqnit əqrəb, şüşə çubuq, ipək parça.   
İşin gedişi:  
1. Şüşə çubuğu ipək parçaya sürtməklə elektrikləndirib maqnit 
əqrəbinə yaxınlaşdırın. Müşahidə etdiyiniz hadisənin səbəbi 
üzərində düşünün (
d
).  
2. Düz maqnitin qütblərindən birini, məsələn, şimal qütbünü müəy-
yən məsafədən maqnit əqrəbinə yaxınlaşdırın və baş verən ha-
disəni diqqətlə izləyin (
e
)
Nəticəni müzakirə edin: 
 Elektriklənmiş çubuğu maqnit əqrəbinə yaxınlaşdırdıqda onlar ara-
sında qarşılıqlı təsir baş verdimi? Nə üçün?  
 Hansı maqnitin maqnit sahəsi digər maqnitə təsir göstərir: düz 
maqnitin, yoxsa maqnit əqrəbin?  
 Maqnit sahəsinin maqnit cismə təsiri, elektrik sahəsinin elektrik 
yükünə təsirindən nə ilə fərqlənir? 
 
 
Araşdırma
2

 İş vərəqində verilən açar sözlərinin mənasını şərh edin. 
Nә öyrәndiniz 
• maqnit sahəsi • dairəvi molekulyar cərəyanlar •  Ersted təcrübəsi •  
maqnit sahəsinin mənşəyi • 
Açar sözlәr
 
Öyrәndiklәrinizi yoxlayın
 
(b) 
(c) 
(d)
(e)
LAYİHƏ


 
 
54 
 
 
 
 
 
 
 
1. Şәkildә tәsvir olunan maqnit “dövrәsin-
dә” namәlum maqnitin qütblәrini tәyin 
edin. 
 
 
4. Maqnitlәnmiş mismarların 1, 2, 3 vә 4 
hissәlәrindә maqnit qütblәrini tәyin 
edin. 
 
 
2. Dәmir çubuğun maqnitlәndiyini necә 
tәyin etmәk olar: ipәk sapla, kompasla, 
şüşә çubuqla, yoxsa dәmir tozu ilә? 
3. Maqnit әqrәb düz maqnit yaxınlığına gәti-
rildikdә o, şәkildәki vәziyyәti alır. Düz 
maqnitin qütblәrini tәyin edin. 
 
 
 
5. İki iynә sapdan asılmışdır. Onlara maqnit 
yaxınlışdırıb-uzaqlaşdırdıqda bir-birindәn 
itәlәndilәr. Nә üçün? 
 
6. Maqnitlәrin müxtәlifadlı vә eyniadlı 
qütblәri bir-biri ilә hansı qarşılıqlı 
tәsirdәdir? 
A) Eyniadlı qütblər bir-birini cəzb edir, 
müxtəlifadlı qütblər itələnir. 
B) Həm eyniadlı, həm də müxtəlifadlı 
qütblər itələnir. 
C) Həm eyniadlı, həm də müxtəlifadlı 
qütblər cəzb olunur.  
D) Eyniadlı qütblər bir-birini itələyir, 
müxtəlifadlı qütblər cəzb olunur. 
E) Eyniadlı qütblər bir-birinə təsir etmir
müxtəlifadlı qütblər cəzb olunur. 
 
 
 
 M
AQNİT SAHƏSİNİN İNDUKSİYASI 
 
 
 
 
Çalışma
 
2.1
2.3 
 Maqnit sahəsinin qüvvə 
xarakteristikası elektrik 
sahəsinin intensivliyindən 
nə ilə fərqlənir? 
 O, hansı istiqamətə yönəlir, 
bu istiqaməti necə 
müəyyənləşdirmək olar?
 
Məlumdur ki, elektrik sahəsinin bu sahəyə gətirilən yükə 
təsiri  elektrik  sahəsinin  intensivliyi  ilə  müəyyən  edilir. 
Elektrik sahəsinin intensivliyi vektorial kəmiyyət olub, bu 
sahədəki  müsbət  yükə  təsir  edən  elektrik  qüvvəsinin 
istiqamətində  yönəlir.  Maqnit  sahəsi  də  bu  sahəyə 
gətirilən  maqnitə  təsir  göstərir,  deməli,  onun  da  qüvvə 
xarakteristikası var. 
 
LAYİHƏ


 
 

55 
 
•   II  fəsil  •  
Maqnit sahəsi

 
 
Maqnit sahəsinin qüvvə xarakteristikası. Maqnit sahәsinin qüvvә xarakteristikası 
şәrti olaraq, maqnit sahәsinin induksiyası (vә ya maqnit induksiyası) qəbul edilmiş-
dir. O,   hərfi ilə işarə edilir və maqnit sahəsinin bu sahədə yerləşən maqnitə (və ya 
maqnit xassəli cismə) təsirini xarakterizə edir. Maqnit induksiyası vektorial fiziki 
kəmiyyətdir. 
 
Maqnit sahәsinin induksiya vektorunun istiqamәti – bu sahәnin verilmiş nöq-
tәsindә yerlәşәn maqnit әqrәbinin şimal qütbünün yönәldiyi istiqamәtdәdir. 
Maqnit induksiya xətləri. Bilirsiniz ki, maqnit sahəsi görünmür, lakin onun mənzə-
rəsini maqnit induksiya xәtlәri (və ya maqnit qüvvə xətləri) ilə modelləşdirmək olur: 
 
Maqnit induksiya xәtlәri maqnit sahәsinin elә xәtlәridir ki, bu xәtlәrin hәr bir 
nöqtәsinә  çәkilәn toxunan hәmin nöqtәdә   maqnit induksiya vektoru ilә üst-üstә 
düşür (
b
)
 
Maqnit sahəsində maqnit əqrəblərinin əmələ gətirdikləri “zəncirlər” maqnit in-
duksiya xətlərinin formasını verir. Maqnit induksiya xətləri maqnitin şimal qütbün-
dən  çıxır  və  cənub  qütbünə  daxil  olur.  Maqnitin  daxilində  isə  maqnit  induksiya 
xətləri davam edir və qapanır. Şəkildə düz və nalşəkilli maqnitlərin maqnit induksiya 
xətlərinin sxemi təsvir edilmişdir (
c
)
 
Maqnit sahəsinin təsir qüvvəsinin istiqamətini 
müəyyənləşdirək. 
Təchizat: düz maqnit, kiçik maqnit 
əqrəbi (6-8 ədəd), taxta dayaq.   
İşin gedişi:  
1. Düz maqniti dayaq üzərində yerləşdirin 
(diqqət edin ki, yaxınlıqda dəmir əşyalar 
olmasın). Maqnit əqrəblərini düz maq-
nitin sahəsində müxtəlif nöqtələrdə yer-
ləşdirin.  
2. İş vərəqində əqrəblərin maqnit sahəsinin təsiri ilə aldıqları vəziyyəti (
a
qırıq xətlərlə təsvir 
edin. 
Nəticəni müzakirə edin: 
 Düz maqnitin sahəsində maqnit əqrəblərinin aldıqları vəziyyətdə hansı qanunauyğun-
luq müşahidə etdiniz?  
 Maqnit sahəsinin təsir qüvvəsinin istiqaməti haqqında nə kimi fərziyyəniz var? 
 
 
Araşdırma
1
(b)
(c) 
 
 
(a)
LAYİHƏ


Yüklə 4,3 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə