Dərslik Mirzəli Rasim Abdurazaqov Rövşən Əliyev



Yüklə 4,3 Kb.
Pdf görüntüsü
səhifə21/72
tarix30.12.2017
ölçüsü4,3 Kb.
#18856
növüDərs
1   ...   17   18   19   20   21   22   23   24   ...   72

 
 

59 
 
•   II  fəsil  •  
Maqnit sahəsi

 
 
 
 
  
 
1. Nalşəkilli maqnitin qolları arasında kompasın əqrəbi necə səmtləşər? 
 
 
 
 
2. Yerin maqnit sahəsi yox olsaydı, nə baş verərdi?  
3. Maqnit qasırğasının yaranma səbəbi nədir? 
4. Kompas əqrəbinin qütbləri Ayın səthində hansı istiqamətə yönələr? 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Yaradıcı tәtbiqetmә 
 
Məsələ. 
Yerin şimal, yaxud cənub maqnit qütblərində 
sapdan asılan maqnit əqrəbi hansı istiqamətə 
səmtləşər? 
 
 
Araşdırma
2

 Cümlələri iş vərəqinə köçürün və onları tamamlayın.  
1. Kompas əqrəbinin şimal qütbü ona görə Yerin coğrafi 
şimalına istiqamətlənir ki, ... 
2. Kompas əqrəbinin cənub qütbü ona görə Yerin coğrafi   
cənubuna istiqamətlənir ki, ... 
3. “Van Allen qurşaqları” Yer kürəsini... 
4. “Maqnit qasırğası”...
 
Nә öyrәndiniz 
Öyrәndiklәrinizi yoxlayın
 
A)
B)
C)
D)
E)
 
?
 
LAYİHƏ


 
 
60 
 
 C
ƏRƏYANLI DÜZ NAQİLİN MAQNİT İNDUKSİYASI 
 
 
 
 
 
Cәrәyanlı düz naqilin maqnit induksiya xәtlәri. Araşdırma göstərdi ki, cərə-
yanlı  düz  naqilin  maqnit  induksiya  xətləri  ona  perpendikulyar  olan  müstəvilərdə 
qapalı konsentrik çevrələrdən ibarətdir. Naqildəki cərəyanın istiqamətini dəyişdikdə 
maqnit  əqrəblərinin  180
 döndüyü  müşahidə  olundu.  Deməli,  cərəyanın yaratdığı 
maqnit induksiya vektorunun istiqaməti naqildəki cərəyanın istiqamətindən asılıdır. 
Maqnit induksiyasının istiqamətini maqnit əqrəbindən istifadə olunmadan iki qayda 
ilə təyin etmək əlverişlidir: sağ yivli burğu qaydası  ya sağ әl qaydası. 
2.5 
 Belə cərəyanlı naqillərin maqnit 
sahələri bir-birindən nə ilə fərqlənir? 
 Cərəyanlı naqilin maqnit sahəsini 
artırmaq olarmı? 
Bilirsiniz ki, ixtiyari cərəyanlı naqil ətrafında 
maqnit sahəsi yaranır. Lakin cərəyanlı 
naqillər müxtəlif formada ola bilər, onlardakı 
cərəyan şiddətləri də fərqli ola bilər. 
 
Cərəyanlı düz naqilin maqnit induksiya xətləri.
Təchizat: “Maqnit sahəsi” laboratoriya dəsti, sabit cərəyan mənbəyi, ampermetr, reostat, 
açar, dəmir tozu, maqnit əqrəbləri (4-5 ədəd), dielektrik ştativ, birləşdirici naqillər.   
İşin gedişi:  
1. Sxemdə göstərilən dövrəni yığın (
a
).  
2.  Laboratoriya  dəstindən  naqilin  düz  hissəsinə  perpendikulyar  bərkidilmiş  müstəvi 
lövhədən ibarət qurğunu ştativə bərkidin (
b
).  
3. Qurğunun sıxaclarını dövrənin açıq uclarına birləşdirib açarı qapayın. Lövhənin səthinə 
dəmir tozu səpələyib cərəyanlı düz naqilin maqnit sahəsinin qüvvə xətlərinin formasını 
müşahidə edin.  
4.  Açarı  açın  və  dəmir  tozunun  əvəzinə  naqilin  ətrafında  maqnit  əqrəbləri  yerləşdirin. 
Dövrəni  qapayın  və  cərəyanın  maqnit  sahəsinin  müxtəlif  nöqtələrindəki  induksiya 
vektorlarının istiqamətlərini təyin edin.  
5.  Naqildəki  cərəyanın  istiqamətini  dəyişib  (qurğunun  sıxaclarına  birləşdirilən  naqillərin 
yerini dəyişməklə) təcrübəni maqnit əqrəbləri ilə təkrarlayın. Bu zaman maqnit induksiya 
vektorlarının istiqamətlərinə diqqət edin.  
 
 
 
 
 
 
 
 
 
 
 
Nəticəni müzakirə edin: 
 Cərəyanlı düz naqilin maqnit induksiya xətləri hansı formaya malikdir?  
  Naqildən  şaquli  aşağı  və  şaquli  yuxarı  istiqamətdə  elektrik  cərəyanı  keçdikdə,  onun 
maqnit sahəsinin induksiya vektorlarının istiqaməti necə dəyişdi?  
 
 
Araşdırma
1
(a) 
(b) 
LAYİHƏ


 
 

61 
 
•   II  fəsil  •  
Maqnit sahəsi

 
Cərəyanlı  düz  naqil  şəkil  müstəvisinə  perpendikulyar  olarsa,  o,  sxemlərdə  dairə 
içərisində nöqtə, yaxud dairə içərisində vurma işarəsi ilə göstərilir: cərəyan bizdən şəkil 
müstəvisinə perpendikulyardısa, dairə içərisində vurma işarəsi kimi (
d
), əgər cərəyan 
şəkil  müstəvisindən  bizə  doğru  perpendikulyardırsa,  dairə  içərisində  nöqtə  işarəsi  ilə 
göstərilir (
e
).  
Bu cərəyanlara burğu qaydası tətbiq olunarsa, bizdən şəkil müstəvisinə doğru per-
pendikulyar olan cərəyanın maqnit induksiya vektorlarının saat əqrəbinin hərəkəti istiqa-
mətində (bax: 
d
), şəkil müstəvisindən bizə doğru perpendikulyar olan cərəyanın maqnit 
induksiya vektorlarının isə saat əqrəbi hərəkətinin əksi istiqamətində olduğu asanlıqla 
müəyyən edilir (bax: 
e
). 
 
Cәrәyanlı düz naqil üçün sağ әl qaydası: әgәr fikrәn cәrәyanlı düz naqil sağ әllә elә tutularsa ki, baş 
barmaq cәrәyan istiqamәtini göstәrsin, bu halda qalan dörd barmaq cәrәyanın maqnit sahә induksiya-
sının istiqamәtindә bükülmüş olacaqdır (
f
)
 
(e) 
(d) 
Sağ yivli burğu qaydası  ya 
sağ әl qaydası: Cәrәyanlı düz 
naqil üçün sağ yivli burğu 
qaydası: burğunun irәlilәmә 
hәrәkәti naqildәki cәrәyan is-
tiqamәtindә olarsa, onun 
dәstәyinin fırlanma hәrәkәti 
bu cәrәyanın yaratdığı maqnit 
induksiyası vektorunun 
istiqamәtini göstәrәcәkdir (
c
)
 
(c) 
 
(f)


 
LAYİHƏ


Yüklə 4,3 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə