Dərslik Mirzəli Rasim Abdurazaqov Rövşən Əliyev



Yüklə 4,3 Kb.
Pdf görüntüsü
səhifə15/72
tarix30.12.2017
ölçüsü4,3 Kb.
#18856
növüDərs
1   ...   11   12   13   14   15   16   17   18   ...   72

 
 

39 
 
•   I  fəsil  •  
Müxtəlif mühitlərdə elektrik cərəyanı  

Elektron-deşik keçidi (vә ya p-n keçidi). Əgər p-tip yarımkeçirici n-tip yarımke-
çiriciyə toxundurularsa, onların toxunma sərhədində elektron-deşik keçidi (və ya p-
n keçidi) yaranar. Bu zaman n-tip kristaldan elektronlar, p-tip kristaldan isə deşiklər 
hərəkətə gələrək toxunma sərhədindən qarşı tərəflərə diffuz edəcək. Nəticədə toxun-
ma  sərhədinin  n-hissəsində  müsbət,  p-hissəsində  isə  mənfi  yüklərin  miqdarı  arta-
caqdır – yarımkeçirici kristalın p-n keçidindә öz-özünә müxtәlif işarәli yüklәrin top-
landığı ikiqat tәbәqә yaranacaqdır (
b
)
 
 
İkiqat təbəqənin yükləri arasında yaranan elektrik sahəsi 
 kristalların to-
xunduğu ab sərhədində elektronların n-hissədən p-hissəyə, deşiklərin isə p-hissədən 
n-hissəyə sonrakı keçidlərinin qarşısını alır. P-n keçidinə malik kristal sabit cərəyan 
dövrəsinə qoşularsa, o, cərəyanı yalnız bir istiqamətdə yaxşı keçirəcəkdir. Bu istiqa-
məti təyin etmək çətin deyildir.  
Düz birlәşmә. Fərz edək ki, n-tip kristal cərəyan mənbəyinin mənfi, p-tip kristal 
isə müsbət qütbünə birləşdirilmişdir. Bu zaman cərəyan mənbəyinin yaratdığı elekt-
rik sahəsinin təsiri ilə n-tip kristaldan elektronlar, p-tip kristaldan isə deşiklər bir-
birinə qarşı ab sərhədinə doğru hərəkət edəcək. Sərhədi keçən elektronlar deşikləri 
dolduraraq  ab  sərhədinin  qalınlığını  və  deməli,  kristalın  ümumi  elektrik  müqavi-
mətini azaldacaqdır – dövrədən elektrik cərəyanı maneəsiz keçəcəkdir (
c
). Elektrik 
yükdaşıyıcılarının yarımkeçirici kristallardan belә p-n keçidi düz keçid adlanır
 
 
 
(b)
(c)
LAYİHƏ


 
 
40 
 
Tәrs birlәşmә. Fərz edək ki, n-tip kristal cərəyan mənbəyinin müsbət, p-tip kristal 
isə mənfi qütbünə birləşdirilmişdir (
d
).  
 
 
Bu  zaman  cərəyan  mənbəyinin  yaratdığı  elektrik  sahəsinin  intensivlik  vektoru 
ikiqat təbəqənin elektrik sahə intensivliyi ilə üst-üstə düşəcək. Xarici elektrik sahə-
sinin təsiri ilə n-tip kristaldan elektronlar, p-tip kristaldan deşiklər qarşılıqlı əks isti-
qamətlərə, ab sərhədindən kristalın əks uclarına doğru hərəkət edəcək.  
Nəticədə, ab sərhədindəki ikiqat təbəqənin qalınlığı və deməli, kristalın ümumi 
elektrik müqaviməti artacaq – dövrədən, demək olar, elektrik cərəyanı keçməyəcək-
dir (bax: sxem 
d
). Elektrik yükdaşıyıcılarının yarımkeçirici kristallardan belә p-n 
keçidi tәrs keçid adlanır
Yarımkeçirici diod – bir p-n keçidindәn vә elektrik dövrәsinә birlәşdirmәk üçün 
iki kontaktdan ibarәt cihazdır (
e
).  
 
 
 
Yarımkeçirici diod n-tip keçiriciliyə malik germanium və ya silisium kristalından 
hazırlanır. Kristalın səthinə indium damcısı lehimlənir. İndium atomlarının əsas kris-
talın  içərilərinə  diffuziyası  sayəsində  kristalın  həmin  hissəsində  p-tip  keçiriciliyə 
malik sahə əmələ gəlir. Kristalın n- və p-tip keçiriciliyə malik sahələrinın sərhədində 
p-n  keçidi  yaranır.  İndium  kristalına  lehimlənən  kontakt 
anod, silisium (və ya germanium) kristalına lehimlənən kon-
takt  isə  katod  olur.  Beləliklə,  p-n  keçidinə malik yarımke-
çirici diod sabit cərəyanı yalnız bir istiqamətdə keçirir. Ya-
rımkeçirici  diodun  biristiqamətli  keçiriciliyi  elektrik  dövrə-
lərində sxematik olaraq xüsusi işarə ilə göstərilir (
f
). 
(d)
(e)
(f)
LAYİHƏ


 
 

41 
 
•   I  fəsil  •  
Müxtəlif mühitlərdə elektrik cərəyanı  

Rütubətdən və xarici mexaniki təsirlərdən qorumaq üçün yarımkeçirici diodlar her-
metik metal, yaxud plastmas gövdə daxilində yerləşdirilir. O, vakuum diodu ilə müqa-
yisədə bir sıra üstünlüklərə malikdir: miniatür ölçülüdür, elektrik enerjisinə qənaət-
cildir, uzun müddət istismara yararlıdır (
g
). 
 
 
 
 
 
 
 
 
  
 
1. Elektron-deşik keçiricilik nədir? 
2. İki müxtəlif tip yarımkeçirici kristalın toxunma sərhədində ikiqat təbəqə necə yaranır? 
3. Yarımkeçirici kristalların toxunma sərhədindəki ikiqat təbəqə p-n keçidində nə kimi rola 
malikdir? 
4. p-n keçidinin başlıca xassəsi nədir? 
5. Yarımkeçirici diodun iş prinsipi nəyə əsaslanır? 
 
 
(g) 
 
 
Yaradıcı tәtbiqetmә 
 
Hansı lampa daha parlaq işıqlanar?
Şəkildə yarımkeçirici diod və iki lampadan ibarət dövrə hissəsi 
təsvir edilmişdir.  
Nəticəni müzakirə edin:  
 Hansı lampa daha parlaq (və ya daha zəif) işıqlanar? Nə üçün? 
 
 
Araşdırma
2

 Cümlələri iş vərəqinə köçürün və onları tamamlayın.  
1. Elektron-deşik keçidi (və ya p-n keçidi) –...  
2. Düz keçid – ...  
3. Tərs keçid –...  
4. Yarımkeçirici diod – ... 
Nә öyrәndiniz 
Öyrәndiklәrinizi yoxlayın
 
LAYİHƏ


 
 
42 
 
 
 
Y
ARIMKEÇİRİCİ СİHAZLAR 
 
 
 
 
 
Termorezistor vә fotorezistor. Bunlar sadə yarımkeçirici cihazlardır, çünki onlar 
məxsusi keçiriciliyə malik yalnız bir yarımkeçiricidən ibarətdir. 
Termo – vә fotorezistorlar elektrik cәrәyanı yaratmır, onlar istiliyin vә ya işıqlan-
manın tәsiri ilә müqavimәtlәrini dәyişmәklә dövrәdәn keçәn cәrәyan şiddәtini artırıb-
azalda bilir. Belə ki, istiliyin və ya işıq şüalarının təsiri ilə yarımkeçirici kristalın valent 
elektronları kovalent rabitədən qopur. Nəticədə, kristalda sərbəst elektronların və de-
şiklərin sayı artır, yarımkeçiricinin elektrik müqaviməti azalır və onun keçiriciliyi yük-
səlir. 
1.10 
 Yarımkeçiricilər 
hansı xassələ-
rinə görə belə 
möcüzələr yara-
dır? 
 Bilirsinizmi ki, Yerətrafı orbitdə və  planetlərarası fəzada uzun 
müddət hərəkət edən kosmik aparatlarda elektrik enerjisi 
yarımkeçirici cihazlar vasitəsilə əldə edilir? 
 Bilirsinizmi ki, son model cib telefonları 
elə yarımkeçirici cihazlarla təchiz 
edilmişdir ki, bu cihazlar akkumulyator 
boşaldıqca telefonu əlavə elektrik 
enerjisi ilə təmin edir? 
 
Elektrik dövrəsində cərəyan şiddətini 
dəyişən yarımkeçirici. 
Təchizat: sabit cərəyan mənbəyi (4V), ampermetr, fotorezistor (“Yarımkeçiricilərdə elekt-
rik cərəyanı” cihaz dəstindən), açar, birləşdirici naqillər.  
İşin gedişi: 1. Cihazları şəkildəki kimi ardıcıl birləşdirin (
a
). 2. Fotorezistorun səthini işıq 
düşməsin  deyə,  kitabla  örtün  və  açarı  qapayıb  dövrədən  cərəyanın  keçib-keçmədiyini 
araşdırın. 3. Dövrənin qapalı vəziyyətində kitabı fotorezistorun səthindən uzaqlaşdırın və 
baş verən hadisəni müşahidə edin. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Nəticəni müzakirə edin:  
 Yarımkeçirici fotorezistorun müqavimətinin işıqlanmadan asılılığına dair hansı nəticəyə 
gəlmək olar? 
 Fotorezistorun iş prinsipinin mexanizmini necə izah edərdiniz? 
 
Araşdırma
1
(a)
LAYİHƏ


Yüklə 4,3 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə