Dərslik Mirzəli Rasim Abdurazaqov Rövşən Əliyev



Yüklə 4,3 Kb.
Pdf görüntüsü
səhifə14/72
tarix30.12.2017
ölçüsü4,3 Kb.
#18856
növüDərs
1   ...   10   11   12   13   14   15   16   17   ...   72

 
 
36 
 
Təmiz  yarımkeçiriciyə  cüzi  miqdarda  aşqar qatıldıqda  onun  keçiriciliyi  kəskin 
artır. Buna səbəb yarımkeçiricidə məxsusi keçiriciliklə yanaşı, aşqar keçiriciliyin də 
yaranmasıdır.  
Qatılan aşqar atomunun valent elektronlarının sayı yarımkeçiricinin atomunun 
valent elektronlarının sayından çox olarsa, o, donor aşqar (“donor” latın sözü olub
“verirәm” demәkdir) adlanır. Qatılan aşqar atomunun valent elektronlarının sayı 
yarımkeçirici atomunun valent elektronlarının sayından az olarsa, bu aşqar – 
akseptor aşqar adlanır (latın sözü “akseptor” – “qәbul edirәm” demәkdir).  
Donor aşqarlar    yarımkeçirici kristalı  әlavә elektronla tәmin edir: öz valent  
elektronunu asanlıqla verәrәk yarımkeçiricidә  sәrbәst elektronların sayını artırır. 
Məsələn, silisium kristalına aşqar kimi beşvalentli element olan fosfor qatıldıqda, 
aşqarın dörd valent elektronu qonşu silisium atomları ilə kovalent rabitə yaradır. Fos-
forun beşinci elektronu isə onun atomunun əhatəsində dövr edir. Lakin o, atomla zəif 
əlaqədə olduğundan onu asanlıqla tərk edərək sərbəstləşir (bax
a
).  
Silisium kristalında bir neçə atom fosfor atomu ilə əvəz olunarsa, qəfəsin istilik 
hərəkəti sayəsində  aşqarların  hərəsi bir elektron verəcək.  Xarici  təsirə  məruz  qal-
dıqda aşqarın verdiyi bu elektronlara kovalent rabitədən qopan digər elektronlar və 
yaranan müsbət yüklü deşiklər də əlavə olunur.  
Bu cür aşqarlı yarımkeçirici kristalında elektrik sahəsi yaradıldıqda ondan elekt-
rik cərəyanı keçir. Lakin yaranan cərəyanda əsas yükraşıyıcılar sayca böyük üstün-
lüyə  malik  elektronlar,  qeyri-əsas  yükdaşıyıcılar  isə  sayları  nisbətən  “az”  olan 
müsbət yüklü deşiklərdir.  
  Donor aşqarlı yarımkeçirici – elektron aşqar keçiriciliyә (n-tip keçiriciliyә)  
malikdir
Akseptor aşqarlar – yarımkeçirici kristalı әlavә deşiklәrlә tәmin edir: özünә әla-
vә valent elektronu birlәşdirәrәk yarımkeçiricidә deşiklәrin sayını artırır. Məsələn, 
silisium kristalına aşqar olaraq üçvalentli bor qatıldıqda, aşqarın üç valent elektronu 
qonşu silisium atomları ilə yalnız üç cüt elektron rabitəsi yaradacaq. Dördüncü cüt 
rabitənin yaranması üçün isə bir elektron çatışmadığından onun yerində deşık qalır. 
Ora qonşu silisium atomundan bir valent elektronu keçə bilər. Bu halda qonşu ato-
mun verdiyi elektron hesabına üçvalentli atom mənfi iona çevrilir, rabitə tamamlanır. 
Lakin elektronunu verən qonşu  atomda isə deşik yaranır (bax: 
b
).  
Beləliklə, üçvalentli aşqar silisium atomundan elektron alaraq kristalda əlavə de-
şik yaradır. Nəticədə, deşiklərin sayı elektronların sayından çox olur. Odur ki, ak-
septor  aşqarlı  yarımkeçiricilərdə  əsas  yükdaşıyıcılar  deşıklər,  qeyri-əsas  yükda-
şıyıcılar isə elektronlardır.  
 Akseptor aşqarlı yarımkeçirici – deşik aşqar keçiriciliyә (p-tip keçiriciliyә) ma-
likdir.  
 
 
 
LAYİHƏ


 
 

37 
 
•   I  fəsil  •  
Müxtəlif mühitlərdə elektrik cərəyanı  

 
 
 
  
 
1. Yarımkeçiricidə aşqar elektron keçiricilik necə yaranır? 
2. Yarımkeçiricidə aşqar deşik keçiricilik necə yaranır? 
3. Aşqar yarımkeçiricinin elektrik müqavimətinə necə təsir edir?  
4. Germanium hansı aşqarlı keçiriciyə çevrilər: əgər ona arsen qatılarsa; bor qatılarsa; fosfor 
qatılarsa? 
 
 
 
 
 
 
 
Yaradıcı tәtbiqetmә 
 
Verilən nümunə əsasında məsələni həll edin. 
Nümunə:  
Məlumdur ki, 
1
 germanium kristalında təqribən 
10  atom var. Otaq temperaturunda 
təmiz germaniumdakı sərbəst elektronların konsentrasiyası 
10
  təşkil edir. Ger-
manium kristalına aşqar olaraq, onun atomlarının sayının 
1%-i  qədər (0,01  hissəsi qədər) 
beşvalentli arsen atomu qatılmışdır.  
Bu o deməkdir ki, germanium kristalının atomları arasına hər 
1
-də 
10  aşqar atomu 
daxil edilmişdir. Nəzərə alsaq ki, hər bir arsen atomu bir valent elektronunu sərbəstləşdirir, 
bu  cür  elektronların  kristalda  konsentrasiyası 
10
  olar.  Bu  rəqəm  təmiz  ger-
manium kristalındakı elektronların konsentrasiyasından 
10  dəfə, yəni milyard dəfə çox-
dur.  
 
Məsələ. 
Təmiz 4 valentli germanium kristalına aşqar olaraq 0,8 %  üçvalentli indium (In) 
atomu qatılarsa, hansı tip aşqarlı yarımkeçirici yaranar? Bu yarımkeçiricidə əsas yük-
daşıyıcıların miqdarı təmiz germaniumdakı uyğun yükdaşıyıcıların miqdarından nə qədər 
fərqlənər?   
 
 
Araşdırma
2
• Cümlələri iş vərəqinə köçürün və onları tamamlayın.  
1. Donor aşqarlar  ... 
2. Akseptor aşqarlar – ... 
3. Donor aşqarlı yarımkeçirici – ... 
4. Akseptor aşqarlı yarımkeçirici – ... 
Nә öyrәndiniz 
Öyrәndiklәrinizi yoxlayın
 
LAYİHƏ


 
 
38 
 
 p-n
 KEÇİDİ. YARIMKEÇİRİCİ DİOD  
(əlavə oxu materialı) 
 
 
 
 
 
 
1.9 
 Nə üçün yarımkeçi-
rici cihazlar belə mü-
rəkkəb tətbiq sahə-
lərinə malikdir? 
 Yarımkeçiricilərin 
digər keçiricilərdən 
üstünlüyü nədədir? 
 
Mürəkkəb elektrik cihazların – cib telefonu, noutbuk, mikrodal-
ğalı soba, paltar- və qabyuyan maşınlar, özübişirən qazan, te-
levizor və s.-nin elektrik inteqral sxemlərində əsas elementlər 
yarımkeçirici cihazlardır. 
 
Müasir elm, texnika və is-
tehsal sahələri olan avto-
matika, robot sənayesi, ra-
dioelektronika və s.-də ya-
rımkeçirici cihazlar əvəzsiz 
rol oynayır. 
 
Elektrik cərəyanı nə üçün keçmədi? 
Təchizat: sabit cərəyan mənbəyi (4V), ampermetr, yarımkeçirici diod (“Yarımkeçiricilərdə 
elektrik cərəyanı” cihaz dəstindən), açar, birləşdirici naqillər.  
İşin gedişi:  
1. Yarımkeçirici diodun sıxaclarını elektrik dövrəsinə birləşdirib açarı qapayın və dövrədən 
cərəyanın keçib-keçmədiyini araşdırın (
a
).  
2. Dövrəni dəyişmədən diodun sıxaclarına birləşdirdiyiniz naqillərin yerini dəyişin və baş 
verən hadisəni izləyin. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Nəticəni müzakirə edin:  
 Yarımkeçirici diod hansı halda elektrik cərəyanını keçirdi? 
 Araşdırmadan hansı nəticəyə gəldiniz? 
 Yarımkeçirici diod hansı keçiriciliyə malikdir: məxsusi, yoxsa aşqarlı? 
 
 
Araşdırma
1
(a)
LAYİHƏ


Yüklə 4,3 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə