Dərslik Mirzəli Rasim Abdurazaqov Rövşən Əliyev



Yüklə 4,3 Kb.
Pdf görüntüsü
səhifə13/72
tarix30.12.2017
ölçüsü4,3 Kb.
#18856
növüDərs
1   ...   9   10   11   12   13   14   15   16   ...   72

 
 

33 
 
•   I  fəsil  •  
Müxtəlif mühitlərdə elektrik cərəyanı  

xassələri kovalent (və ya cüt-elektron) kimyәvi rabitәsi əsasında formalaşmışdır. Bu 
rabitә necә yaranır? Nümunə olaraq silisium kristalına baxaq. Silisium IV qrup ele-
mentidir.  Onun  atomunun  xarici  elektron  təbəqəsində  4  valent  elektron  yerləşir. 
Silisium bərk halda olduqda onun hər bir atomu dörd “qonşu” atomla kristal qəfəs 
yaradır. Bu zaman kristal qəfəsin hər atomunun valent elektronları qonşu atomların 
valent elektronları ilə ümumi orbit (hər orbitdə iki elektron olmaqla) əmələ gətirir. 
“Ümumilәşmiş” elektronlar kristal qәfәsdә atomları bir-biri ilә  әlaqәlәndirәrәk
onlar arasında kovalent vә ya cüt-elektron rabitәsi yaradır (
b
).  
Yarımkeçiricilәrin  mәxsusi  elektrik  keçiriciliyinin  tәbiәti.  Yarımkeçirici  – 
xassəsi xarici təsirlərə həssas olan maddədir. Yarımkeçirici təmizdirsə (tərkibində 
kənar maddə yoxdursa), o mәxsusi elektrik keçiriciliyinә malik olur. Məxsusi elek-
trik keçiriciliyinin iki növü var: 
1. Elektron vә ya n-tip keçiricilik – tәmiz yarımkeçiricidә sәrbәst elektronların 
hәrәkәti ilә yaranan elektrik keçiriciliyidir. n – neqativ (mәnfi) mәnasında işlәdilәn 
latın sözünün ilk hәrfidir. 
Adi şəraitdə (məsələn, otaq temperaturunda) yarımkeçiricinin elektrik müqavi-
məti metalların müqavimətindən böyükdür, çünki ondakı sərbəst elektronların sayı 
metallarla müqayisədə azdır. Belə yarımkeçirici elektrik sahəsinə gətirildikdə, onda-
kı sərbəst elektronlar kristal qəfəsində nizamlı hərəkət edərək elektron keçiriciliyi 
əmələ gətirir – zəif də olsa, elektrik cərəyanını keçirir. Ən yaxşı elektron keçiricilik 
metallara məxsusdur. 
2. Deşik vә ya p-tip keçiricilik  tәmiz yarımkeçiricidә deşiklәrin (onun valent 
elektronlarının) hәrәkәti ilә yaranan elektrik keçiriciliyidir. p – “pozitiv” (müsbәt) 
mәnasında işlәdilәn latın sözünün ilk hәrfidir. 
Yarımkeçirici  xarici  təsirə  məruz  qaldıqda,  məsələn,  qızdırıldıqda  onun  valent 
elektronlarının bir qismi böyük kinetik enerji alır. Nəticədə, yarımkeçirici kristalda 
eyni zamanda iki hadisə baş verir:  
1) valent elektronlar aldıqları әlavә enerji hesabına kovalent rabitәlәri qıraraq 
atomları  tәrk edir. Nәticәdә, kristalda sәrbәst elektronların miqdarı  kәskin artır, 
yarımkeçiricinin müqavimәti isә kәskin azalır;  
2) valent elektronu atomu tәrk etdikdә kovalent rabitәdә deşik adlanan boş yer 
yaranır. Nəticədə atom müsbət iona çevrilir. Lakin yaranan bu deşiyə qonşu atomun 
kovalent  rabitəsini  qırmış  digər  valent  elektronu  sıçrayaraq  onu  doldurur  –  rabitə 
bərpa olunur, müsbət ion yenidən neytral atoma çevrilir. Lakin bu elektron öz əvvəl-
ki yerində yeni deşik və müsbət ion yaradır. 
Beləliklə, valent elektronların bir-birini əvəz 
edən  belə  ardıcıl  sıçrayışları  onların  yarat-
dıqları  deşiklər  hesabına  müsbət  ionları  da 
bütün kristal boyunca “hərəkət” etdirir.  
Yarımkeçirici kristal elektrik sahəsinə gə-
tirildikdə sərbəstləşmiş valent elektronlar sa-
hənin  intensivlik  vektorunun  əksi  istiqamə-
tində,  müsbət  yüklü  deşiklər  isə  sahənin 
intensivlik vektoru istiqamətində nizamlı “hə-
rəkət” edərək elektrik cərəyanı yaradır (
c
).  
(c) 
LAYİHƏ


 
 
34 
 
Beləliklə, yarımkeçiricidə məxsusi elektrik keçiriciliyi yaranır: 
 Tәmiz yarımkeçiricilәrin mәxsusi elektrik keçiriciliyi eyni miqdar sәrbәst elek-
tronlar vә deşiklәr tәrәfindәn yaranır
 
 
 
 
 
  
 
1. Hansı maddələrə yarımkeçirici deyilir? 
2. Yarımkeçiricilər kimyəvi elementlərin dövri sistemində hansı qrup elementləridir? Bu ele-
mentlər digər qrup elementlərindən nə ilə fərqlənir? 
3. Kovalent və ya cüt-elektron rabitəsi nədir? 
4. Yarımkeçiricidə elektrik cərəyanını hansı yükdaşıyıcıların nizamlı hərəkəti yaradır?
 
 
 
 
 
 
Yaradıcı tәtbiqetmә 
 

 Cümlələri iş vərəqinə köçürün və onları tamamlayın.  
1. Yarımkeçirici maddələrə aiddir: ... 
2. Yarımkeçiricilərin məxsusi elektrik keçiriciliyi –... 
3. Yarımkeçiricilərdə elektron keçiricilik – ... 
4. Yarımkeçiricilərdə deşik keçiricilik – ... 
Nә öyrәndiniz
Öyrәndiklәrinizi yoxlayın
 
Məsələ 
Yarımkeçiricilərin  elektrik  keçiriciliyinin  təbiətini  metallarla    müqayisə  edin  və  verilən 
cədvəli tamamlayın. 
 
Elektrik keçiriciliyinin təbiəti 
Metallar 
Yarımkeçiricilər 
Daxili quruluşu 
... 
... 
Elektrik yükdaşıyıcıları 
... 
... 
Elektrik keçiriciliyinin temperaturdan 
asılılığı 
Temperatur artdıqda 
elektrik keçiriciliyi 
azalır 
... 
Mütləq sıfır temperaturunda elektrik 
keçiriciliyi 
... 
... 
Elektrik keçiriciliyində maddə daşınır-
mı? 
... 
... 
 
Nəticəni müzakirə edin:  
 Yarımkeçiricilərin və metalların elektriktrik keçiriciliyinin oxşar və fərqli xüsusiyyətləri 
nədir? 
 
 
Araşdırma
2
LAYİHƏ


 
 

35 
 
•   I  fəsil  •  
Müxtəlif mühitlərdə elektrik cərəyanı  

 Y
ARIMKEÇİRİCİLƏRİN AŞQAR KEÇİRİCİLİYİ 
 
 
 
 
 
1.8 
 Təmiz yarımkeçiricinin 
tərkibinə aşqar qatılar-
sa, onun elektrik keçi-
riciliyində qeyri-adi nə 
baş verər?  
 
Yarımkeçiricilərin xassələri ilə tanış olduqda müəyyən etdiniz 
ki, onların elektrik keçiriciliyi bütün mühitlərin – metalların, ma-
yelərin, qaz və vakuumun elektrik keçiriciliyindən tamamilə 
fərqlənir. Müəyyən etdiniz ki, yarımkeçiricilərin elektrik ke-
çiriciliyi digər mühitlərlə müqayisədə xarici təsirlərə daha həs-
saslıqla “reaksiya” göstərir: bu təsirlər nəticəsində keçiricilik 
kəskin dəyişir. Belə xarici təsirlərdən biri də təmiz yarımkeçirici-
nin tərkibinə  kənar maddə – aşqar qatılmasıdır. 
Təmiz yarımkeçiriciyə aşqar qatıldıqda onun yükdaşıyıcılarının miqdarı necə dəyi-
şər? 
Təchizat: Si-P və Si-B birləşmələrinin atomları arasında kovalent rabitələrin sxemi.  
İşin gedişi:  
1. Təmiz yarımkeçirici olan silisium kristalına (Si – IV qrup elementi) aşqar olaraq V qrup 
elementi fosfor (P) qatılır. Bu zaman kristalda baş verən dəyişikliyi araşdırın (
a
). 
2. Təmiz yarımkeçirici olan silisium kristalına (Si) aşqar olaraq III qrup elementi bor (B
qatılır. Kristalda baş verən dəyişikliyi araşdırın (
b
). 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Nəticəni müzakirə edin:  
 V qrup elementi olan fosfor (P) neçə valent elektronuna malikdir? 
 Silisium kristalına (Si) aşqar olaraq fosfor (P) qatılarsa, kristalda hansı yükdaşıyıcıların 
miqdarı artar? Nə üçün? 
 III qrup elementi olan bor (B) neçə valent elektronuna malikdir? 
 Silisium kristalına (Si) aşqar olaraq bor (B) qatılarsa, kristaldakı yükdaşıyıcıların miqdarı 
necə dəyişər? 
 
 
Araşdırma
1
(a) 
(b)
LAYİHƏ


Yüklə 4,3 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə