Dərslik Mirzəli Rasim Abdurazaqov Rövşən Əliyev



Yüklə 4,3 Kb.
Pdf görüntüsü
səhifə10/72
tarix30.12.2017
ölçüsü4,3 Kb.
#18856
növüDərs
1   ...   6   7   8   9   10   11   12   13   ...   72

 
 
24 
 
 M
ÜSTƏQİL QAZ BOŞALMASI VƏ ONUN NÖVLƏRİ 
 
 
 
 
 
Müəyyən şəraitdə xarici ionizatorun təsiri olmadan da qazlar elektrik cərəyanını 
keçirə bilir. 
• Xarici tәsir olmadan qazın elektrik cәrәyanını keçirmәsi müstәqil boşalma 
adlanır.  
Bu necə baş verir? Normal şəraitdə qaz dielektrikdir, lakin bu şəraitdə də qazda 
çox cüzi sayda sərbəst elektronlar mövcuddur. 
Güclü elektrik sahəsinin təsiri ilə hər bir sərbəst elektron çox böyük sürət alaraq 
qarşılarına çıxan neytral atom və ya molekullarla toqquşduqda onların bir qismini 
1.5 
2011-ci ildə Parisdə qey-
ri-adi hadisə baş verir. 
Eyfel qülləsini ildırım 
vurur. Bu zaman qüllənin 
dirəkləri öz-özünə işıqla-
naraq izləyiciləri heyrət-
ləndirir.  
 Havada ildırımın yaranmasına 
səbəb nədir?  
 
Yəqin ki, bəziləriniz gecə 
vaxtı təəccüblü atmosfer 
hadisəsini müşahidə et-
misiniz: yüksək gərginlik 
xətləri yaxınlığındakı 
məftillərin iti ucluqları öz-
özünə tacabənzər 
formada işıldayır. 
 Görəsən, iti ucluqlar hansı şəraitdə 
belə işıldayır? 
Alovsuz qaz boşalması. 
Təchizat: yüksəkgərginlikli sabit 
cərəyan çeviricisi, ikielektrodlu 
şüşə boru, Komovski nasosu, 
ştativ, birləşdirici naqillər. 
İşin gedişi:  
1. Şüşə borunu (2) ştativə bərkidin 
və onun elektrodlarını çeviricinin 
qütblərinə (1), ortadakı çıxıntısını 
isə nasosa (3) birləşdirin (
a
).  
2. Çeviricini işə salıb elektrodlar 
arasında güclü elektrik sahəsi 
yaradın və şüşə borunun elek-
trodları arasındakı hava qatında nə 
baş verdiyini izləyin.  
3. Nasosu işə salıb şüşə borudakı 
havanı seyrəldin və baş verən ha-
disəni müşahidə edin. 
Nəticəni müzakirə edin: 
 Havası çıxarılmayan borunun elektrodları arasında güclü elektrik sahəsi yaratdıqda nə 
üçün orada qaz boşalması baş vermədi? 
 Borudakı hava seyrəldikcə elektrodlar arasındakı mühitdə nə müşahidə etdiniz? 
 Xarici ionizatorun təsiri olmadan boruda qaz boşalmasının yaranma səbəbi nədir? 
 
 
Araşdırma
1
(a)
1
3
2
LAYİHƏ


 
 

25 
 
•   I  fəsil  •  
Müxtəlif mühitlərdə elektrik cərəyanı  

ionlaşdırır. İonlaşma nəticəsində yaranan yeni 
nəsil elektronlar da sürətlənərək digər atom və 
molekulları  ionlaşdırır.  Beləliklə,  qazda  elek-
tron-ion sel boşalması yaranır: elektronlar ano-
da,  müsbət  ionlar  isə  katoda  doğru  sürətlənir 
(
b
). Lakin qaz boşalması bununla bitmir. Ka-
toda doğru sürətlənən müsbət ionlar da bu pro-
sesdə  mühüm  rol  oynayır.  Belə  ki,  elektrik 
sahəsinin təsiri ilə böyük kinetik enerji alan bu 
ionlar  katoda  zərbələr  endirərək  onun  səthin-
dən elektronların emissiyasına nail olur. Həmin 
elektronlar da dərhal sel boşalmasına qoşulur.  
Bu proses zәrbә ionlaşması (vә ya elektron 
zәrbәsi ilә ionlaşma) hadisәsi adlanır. 
Belәliklә, müstәqil qaz boşalması  zәrbә 
ionlaşması vә katodun sәthindәn elektronların 
emissiyası vasitәsilә baş verir.  
Müstəqil qaz boşalmasının dörd növü var: 
alovsuz boşalma, qığılcım boşalması, qövs bo-
şalması, tac boşalması. 
Alovsuz boşalma – aşağı  tәzyiqlәrdә şüşә 
boru daxilindәki anod vә katod aralığında 
işıqlanan zolaq şәklindә müşahidә olunur. 
Araşdırmada alovsuz boşalmanı müşahidə et-
diniz. Bu boşalmadan işıq mənbəyi kimi rek-
lam borularında geniş istifadə olunur. Əgər bo-
ruya  neon  qazı  vurulubsa,  o,  qırmızı  rəngdə, 
arqon qazı vurulubsa – yaşıl-mavi rəngdə işıq-
lanır (
c
).  
Qığılcım boşalması  –  havada elektrodlar 
arasında yüksәk gәrginlik olduqda baş verir vә 
nazik ziqzaq formalı  işıqlı kanallar dәstәsi 
şәklindә müşahidә edilir. Belə boşalmaya sin-
tetik geyimi çıxaran zaman və ya elektriklən-
miş  elektrofor  maşınının  konduktorlarını  bir-
birinə yaxınlaşdıran zaman qığılcımın, tufanlı  
havada şimşəyin yaranmasını misal göstərmək 
olar.  
Maraqlı  atmosfer  hadisәsi  olan  ildırım 
necә yaranır? İldırım – buludla Yer arasında vә ya iki müxtәlif yüklü bulud arasında 
yaranan müstәqil qaz boşalmasıdır. Yuxarı qalxan hava axını buludun içərisindən 
sürətlə keçdikdə sürtünmə nəticəsində buludun elektriklənməsi baş verir.  
Havanın müsbət ionları buludun yuxarı hissəsinə, mənfi su ionları isə aşağı his-
səsinə toplanır. Elektriklənmiş hissələr arasında güclü elektrik sahəsi əmələ gəlir. Bir 
buludun  müsbət  qütbü  ilə digər  buludun  mənfi  qütbü və ya Yer  səthindəki yüklü 
(b)
 
(c)
(d)
LAYİHƏ


 
 
26 
 
cisimlər arasında gərginlik müəyyən həddə çatdıqda havada deşilmә baş verir. Bu 
zaman buludda olan mənfi yüklər Yerə, Yerdə olan müsbət yüklər isə buluda tərəf 
axır – qaz boşalması baş verir. Sürətli axın zamanı güclü parıltı görünür, gurultu səsi 
eşidilir. Gurultu havanın sürətli genişlənməsi və partlayışı nəticəsində baş verir (d)
Boşalma kanalında temperatur 20 000
C, cərəyan şiddəti 10 000 A, gərginlik isə 150 
milyon voltdan artıq ola bilir. İldırımın işığı parlaq əyri xətlərlə bir neçə km uzanır, 
çoxlu qollara bölünür ki, bu da şimşәk adlanır. 
Qövs boşalması  – cәrәyan mәnbәyinә qoşulan iki kö-
mür elektrodu bir-birinә toxundurub sonra araladıqda on-
lar arasında çox parlaq qövsşәkilli işıqlanma müşahidә 
olunur (
e
). Bu boşalmada cərəyan şiddəti çox böyük qiy-
mət alır. Qövs boşalmasının səbəbi yüksək temperatura qə-
dər qızmış katodun termoelektron emissiyasıdır. Qövs bo-
şalması elektrik qaynaq işlərində, kinoprojektorlarda isti-
fadə olunur.
  
Tac boşalması – iti ucluqlu yüklü naqillәrin әtrafında yaranan güclü elektrik sa-
hәsinin tәsiri ilә havanın elektron zәrbәsi ilә ionlaşmasıdır. Havanın ionlaşması bu 
naqillərin uclarında işıldayan tac formasında müşahidə olunur. Tac boşalması yük-
sək gərginlik xətlərinin yaxınlığında daha çox yaranır
 Plazma. Qazın qismәn vә ya tamamilә ionlaşmış halı plazma adlanır. 
 Plazma ümumilikdə neytral qazdır, çünki orada  müsbət və mənfi ionların sayı, 
demək olar ki, eynidir. Plazma alçaq və ya yüksək temperaturlu ola bilir. O, yüksək 
elektrikkeçirmə xassəsinə malikdir. Plazma bu xassəsinə görə ifratkeçiricilərə daha 
yaxındır. Plazma Kainatda geniş yayılmışdır: ulduzlar, onların atmosferi, qalaktika 
dumanlıqları, ulduzlararası maddə yüksək temperaturlu plazmadan ibarətdir. 
 
 
 
 
 
 
 
Yaradıcı tәtbiqetmә 
 
Bu hansı boşalmadır?
Təchizat: elektrofor maşını. 
Təhlükəsizlik qaydası: elektrofor maşınının işlək 
vəziyyətində onun konduktorlarını yalnız plastmas 
dəstəyindən tutmaqla idarə edin.  
İşin gedişi: 1. Elektrofor maşınının konduktorlarını 
aralarındakı məsafə 3-5 sm olana qədər bir-birinə 
yaxınlaşdırın (
f
). 2. Maşını işə salıb konduktorları 
10 saniyə fasiləsiz elektrikləndirin və baş verən 
hadisəni izləyin. 
Nəticəni müzakirə edin: 
 Eksperimentdə hansı boşalmanı müşahidə 
etdiniz?  
 Bu boşalmada əsas yükdaşıyıcılar nədir? 
 
 
 
Araşdırma
2
(f)
(e)
 
LAYİHƏ


Yüklə 4,3 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə