Dərslik Mirzəli Rasim Abdurazaqov Rövşən Əliyev



Yüklə 4,3 Kb.
Pdf görüntüsü
səhifə7/72
tarix30.12.2017
ölçüsü4,3 Kb.
#18856
növüDərs
1   2   3   4   5   6   7   8   9   10   ...   72

 
 
14 
 
 
 
 
 
 
 
 
1. Elektron naqil boyunca 

,
 sürәtlә hәrәkәt edir. O, 24 saat müddәtindә 
cәrәyan mәnbәyindәn nә qәdәr uzaqlaşar? 
2. Mis naqilin 0
C temperaturda müqavimәti 4 Om -dur. Naqilin  –180C  tempera-
turdakı müqavimәtini tәyin edin (
, ·
). 
3. Elektrik sahәsi vakuumda 
 sürәtlә yayılır. O, Yer kürәsinin radiusuna 
bәrabәr mәsafәyә (Yerin orta radiusu
 
, ·
) vә Yerdәn Günәşә qәdәr-
ki  mәsafәyә  (Günәşә  qәdәrki  orta  mәsafә
  
, ·
)  hansı  müddәtә 
yayılar? 
4. Coul-Lens qanununu elektron nәzәriyyәsinә әsasәn necә izah etmәk olar? 
5. Naqilin müqavimәtinin temperatur әmsalı hansı ifadә ilә tәyin olunur (
 naqilin 
  temperaturundakı müqavimәti, t – temperatur dәyişmәsi, R – naqilin t tempe-
raturundakı müqavimәtidir)? 
A) 

       
B) 

  
     
C) 
      
D) 

        
E) 

 
 
 
 
 
 
 
Çalışma
 
1.1
LAYİHƏ


 
 

15 
 
•   I  fəsil  •  
Müxtəlif mühitlərdə elektrik cərəyanı  

 
 
E
LEKTROLİTLƏRDƏ ELEKTRİK CƏRƏYANI 
 
 
 
 
 
 
 
1.3 
 Qeyri metal maddələr, məsələn, adi su elek-
trik cərəyanını keçirirmi? Nə üçün? 
 Bəs distillə edilmiş su? 
 Xörək duzunda necə, elektrik cərəyanını ke-
çirən sərbəst yükdaşıyıcılar varmı? 
Öyrəndiniz ki, metallar sərbəst elekt-
ronların  hesabına  elektrik  cərəyanını 
yaxşı keçirirlər. 
İki dielektrik maddənin qarışığından yaranan məhluldan nə üçün cərəyan keçdi? 
Təchizat:  sabit  cərəyan  mənbəyi,  kömür 
elektrodlarla  təchiz  edilmiş  qab  (elektrolitik 
vanna), lampa, ampermetr, quru xörək duzu 
(
, 200-300 q), distillə edilmiş su (1 litr), 
qaşıq, açar, birləşdirici naqillər. 
İşin gedişi:  
1.  Cərəyan  mənbəyi,  lampa,  ampermetr, 
açar və iki elektrod qoşulmuş ardıcıl elek-
trik dövrəsi yığın (
a
). 
2.  Qaba  xörək  duzu  töküb  elektrodların  uc-
larını  ona  batırın.  Açarı  qapayın,  amper-
metrin göstəricisini və lampanın işıqlanıb-
işıqlanmadığını müşahidə edin (
b
). 
3.  Qabdakı  xörək  duzunu  boşaldın,  yerinə 
distillə  edilmiş  su  töküb  təcrübəni  təkrar-
layın  və  dövrədən  cərəyanın  keçib-keç-
mədiyini müəyyən edin. 
4. Distillə edilmiş suya bir qaşıq xörək duzu 
əlavə  edib  qarışdırın  və  baş  verən  hadi-
səni müşahidə edin (
c
).  
 
Nəticəni müzakirə edin: 
  Araşdırmadan  nə  müəyyən  etdiniz:  ayrı-
lıqda  götürülmüş  xörək  duzu  və  distillə 
edilmiş su keçiricidir, yoxsa dielektrik? 
 Bu iki maddəni qarışdırdıqda elektrik döv-
rəsində təəccüblü nə baş verdi? Nə üçün?
 
 
 
 
Araşdırma
1
(a)
(b)
(c)
LAYİHƏ


 
 
16 
 
Elektrolitik  dissosiasiya.  Bir  sıra  maddələrin  molekulları  müsbət  və  mənfi 
ionlardan  ibarət  möhkəm  əlaqəli  sistemdir.  Belə  sistemi  ionlar  arasındakı  güclü 
cazibə xarakterli elektrik qüvvələri yaradır. Məsələn, xörək duzu (NaCl) molekulu 
müsbət  natrium  ionu  (
)  və  mənfi  xlor  ionundan  (
),  mis  2-xlorid  (

molekulu müsbət mis ionu (Cu
+
) və mənfi xlor ionundan (
) ibarət güclü əlaqəli 
sistemdir. Ona görə də bu maddələr xarici elektrik sahəsinə gətirildikdə tərkibində 
sərbəst  yükdaşıyıcılar  olmadığı  üçün,  elektrik  cərəyanını  keçirmir  –  dielektrikdir. 
Əgər  bu  maddələr  suda  həll  edilərsə,  ionlar  arasındakı  cazibə  xarakterli  qüvvələr 
xeyli zəifləyir və maddənin molekulları müsbət və mənfi ionlara ayrılır. Məhlulda 
ionlardan ibarət sərbəst yükdaşıyıcılar yaranır və o, keçiriciyə çevrilir. 
 Mәhlulları (vә ya әrintilәri) elektrik cәrәyanını keçirәn maddәlәr (duz, turşu vә 
qәlәvi) elektrolitlәr adlanır
 Suda neytral molekulların parçalanması zamanı müsbәt vә  mәnfi ionların 
yaranma prosesi elektrolitik dissosiasiya adlanır
İon keçiriciliyinin tәbiәti. Təcrübi olaraq müəyyənləşdirilmişdir ki, elektrolit-
dən cərəyan keçdikdə, ondan maddə ayrılması baş verir. Şəkildə belə təcrübələrdən 
birinin  sxemi  təsvir  edilmişdir  (
d
):  iki  kömür  elektrod  cərəyan  mənbəyinin  qütb-
lərinə  birləşdirilir.  Cərəyan  mənbəyinin  müsbət  qütbünə  birləşdirilən  elektrod  – 
anod, mənfi qütbünə birləşdirilən elektrod isə katod adlanır. Elektrodlar elektrolit 
vannasına,  məsələn,  mis  2-xloridin  suda  məhluluna  daxil  edilir  və  dövrə  qapanır. 
Yaranan elektrik sahəsi müsbət mis ionlarına (Cu
+
) katoda doğru, mənfi iki xlor ion-
larına  (Cl
2–
)  isə  anoda  doğru  istiqamətlənmiş  hərəkət  verir  –  elektrolitdə  cərəyan 
yaranır.  
 
 Elektrolitdә elektrik cәrәyanı müsbәt vә mәnfi ionların nizamlı hәrәkәtidir. 
Katoda çatan müsbət yüklü ionlar ondan elektron alaraq neytral  atoma çevrilir 
və katod üzərində toplanaraq mis təbəqəsi yaradır. Mənfi yüklü ionlar isə artıq elekt-
ronlarını anoda verməklə neytrallaşır, onun səthində qaz qabarcıqları şəklində xlor 
ayrılır (bax: 
d
). Deməli, ion keçiriciliyinin xarakterik xüsusiyyəti elektrik yükü ilə 
bərabər kütlə (maddə) daşınmasıdır: 
 Elektrolitdәn cәrәyan keçәrkәn elektrodlar üzәrindә maddә ayrılması prosesi 
elektroliz adlanır. 
(d)  
LAYİHƏ


Yüklə 4,3 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə