Dərslik Mirzəli Rasim Abdurazaqov Rövşən Əliyev



Yüklə 4,3 Kb.
Pdf görüntüsü
səhifə9/72
tarix30.12.2017
ölçüsü4,3 Kb.
#18856
növüDərs
1   ...   5   6   7   8   9   10   11   12   ...   72

 
 

21 
 
•   I  fəsil  •  
Müxtəlif mühitlərdə elektrik cərəyanı  

 Q
AZLARDA ELEKTRİK CƏRƏYANI.  
QEYRİ-MÜSTƏQİL BOŞALMA 
 
 
 
 
 
Qaz adi şəraitdə dielektrikdir: qazı təşkil edən atom və molekullar neytraldır. Qaz 
o zaman elektrik cərəyanını keçirən naqilə çevrilir ki, onda sərbəst yükdaşıyıcılar 
yaransın.  
1.4 
 Belə olan halda qazlarda hansı elek-
trik keçiriciliyindən danışmaq olar? 
 Qazlar hansı şəraitdə elektrik cərəya-
nını keçirə bilər? 
Dərsin adını oxuduqda təəccüblənəcəksi-
niz: axı qazlar dielektrikdir. Dielektriklərdə 
isə sərbəst yükdaşıyıcılar olmadığından 
onlar elektrik cərəyanını keçirmir (bax: 
səh.9). 
 
Qazlar dielektrikdir!
Təchizat: elektrofor maşını, müstəvi nümayiş kondensatoru, elektrometr, birləşdirici 
naqillər. 
İşin gedişi:  
1. Müstəvi kondensatorun lövhələrindən birini elektrometrin çubuğuna, digərini isə elek-
trometrin gövdəsindəki sıxaca birləşdirin (
a
).  
2. Elektrofor maşını ilə lövhələri əksişarəli elektrik yükü ilə elektrikləndirin. Bu zaman 
elektrometr lövhələr arasında elektrik sahəsinin yarandığını göstərir. 
3. Lövhələri yaxınlaşdıraraq bir-birinə toxundurun və baş verən hadisəni izləyin. 
4. Lövhələri aralayıb onlar arasında hava qatı saxlayın (hava kondensatoru yaradın) və 
lövhələri yenə əksişarəli elektrik yükü ilə yükləndirin. Bu zaman elektrometr yenə 
lövhələr arasında elektrik sahəsinin yarandığını göstərir. Cihazlara toxunmadan bir 
neçə dəqiqə elektrometr əqrəbinin vəziyyətini müşahidə edin.   
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Nəticəni müzakirə edin: 
 Elektriklənmiş lövhələri bir-birinə toxundurduqda nə üçün elektrometrin əqrəbi sıfır 
bölgüsünə düşdü? 
 Hava kondensatorunun lövhələri uzun müddət yüklü olsa da, nə üçün boşalmadı – 
elektrometr əqrəbinin vəziyyətində dəyişiklik baş vermədi?
 
 
 
Araşdırma
1
(a) 
LAYİHƏ


 
 
22 
 
Qazda iki üsulla sərbəst yükdaşıyıcılar yaratmaq olar:  
1. Qaz molekullarını xarici tәsirlә ionlaşdırmaqla.  
Qazın neytral atom vә molekullarını ionlaşdıran xarici tәsirlәr ionizator adlanır. Xarici 
tәsirlәr olan yüksәk temperatur, şüalandırmaq, yüksәksürәtli zәrrәciklәrlә “bombar-
dman” etmәk vә s. ionizatordur.  
2. Qaz mühitinә xaricdәn yüklü zәrrәciklәr (elektron, ion) daxil etmәklә.  
Mәsәlәn, şamı yandırdıqda onun alovu havanı sәrbәst yükdaşıyıcılar olan müsbәt vә 
mәnfi ionlarla tәchiz edir. 
Xarici tәsirlә qaz necә ionlaşdırılır?  Yüksək temperatura qədər qızdırılan qazın 
atomları (və ya molekulları) elə böyük sürətə malik olur ki, onlar bir-biri ilə toqquş-
duqda elektrona və müsbət iona parçalanır (
b
).  
 
 
 
Bu  prosesdə  qazda  mənfi  ionlar  da  yaranır:  neytral qaz  atomları  sərbəstləşmiş 
elektronları özünə birləşdirərək mənfi iona çevrilir (
c
). Beləliklə qazın ionlaşması 
baş verir. İonlaşmış qaz xarici elektrik sahəsinə gətirildikdə sərbəstləşmiş elektron-
lar, müsbət və mənfi ionlar nizamlı hərəkət alaraq qazın elektrik keçiriciliyini təmin 
edir.  
 
 
 Qazlardan elektrik cәrәyanının keçmәsi qaz boşalması adlanır. Qazlarda elektrik 
cәrәyanı elektrik sahәsinin tәsiri altında elektronların, müsbәt vә mәnfi ionların nizamlı 
hәrәkәtidir. 
İonlaşdırıcının təsiri kəsildikdə elektronlar və müsbət ionlar bir-birinə yaxınlaşaraq 
yenidən neytral atoma çevrilir. Bu proses rekombinasiya adlanır. Zərrəciklərinin rekom-
binasiyası nəticəsində qaz yenidən dielektrikə  çevrilir  və xarici  elektrik  sahəsinin  ol-
masına baxmayaraq, qaz boşalması kəsilir. 
 İonlaşdırıcının tәsiri altında baş verәn qaz boşalması qeyri-müstәqil boşalma 
adlanır. 
 
 
(b)
(c) 
LAYİHƏ


 
 

23 
 
•   I  fəsil  •  
Müxtəlif mühitlərdə elektrik cərəyanı  

 
 
 
  
 
1. Qazlar adi şəraitdə nə üçün dielektrikdir? 
2. Qazın ionlaşması nə deməkdir? 
3. Qaz boşalması nədir? 
4. Spirt lampası qazın elektrik keçiriciliyini necə təmin edir?  
5. Qeyri-müstəqil qaz boşalması nəyə deyilir? 
 
 
 
 
 
Yaradıcı tәtbiqetmә 
 
Alovla qaz boşalması.
Təchizat: elektrofor maşını, müstəvi nümayiş kondensatoru, spirt lampası (və ya şam), 
elektrometr, birləşdirici naqillər. 
İşin gedişi:  
1. Kondensatorun lövhələrini elektrometrə birləşdirin və onları elektrofor maşını ilə yük-
ləndirin.  
2. Lövhələr arasındakı hava qatına spirt lampasının yanan alovunu daxil edin və dərhal 
oradan kənarlaşdırın. Hava qatının elektrik keçiriciliyinin necə dəyişdiyini izləyin (d). 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Nəticəni müzakirə edin: 
 Elektriklənmiş kondensator lövhələri arasındakı hava qatına lampa alovunu daxil etdikdə 
nə müşahidə etdiniz? 
 Alovu mühitdən kənarlaşdırdıqda nə baş verdi? Nə üçün? 
 
Araşdırma
2

 Cümlələri iş vərəqinə köçürün və onları tamamlayın.  
1. Qazlar adi halda ona görə dielektrikdir ki, ... 
2. İonlaşmış qazda sərbəst yükdaşıyıcılar ... 
3. Qaz boşalması – ... 
4. Qeyri-müstəqil qaz boşalması – ... 
Nә öyrәndiniz 
Öyrәndiklәrinizi yoxlayın
 
(d)
LAYİHƏ


Yüklə 4,3 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə