2
101
• II fəsil •
Maqnit sahəsi
•
Qravitasiya sahəsinin intensivliyi ilə sərbəstdüşmə təcilinin fiziki mahiyyətləri
arasında nə fərq var?
Yerin səthində qravitasiya sahəsinin intensivliyinin və sərbəstdüşmə təcilinin
ədədi qiymətləri nəyə bərabərdir?
Cismin kütləsi və çəkisi arasında fərq nədir?
Sərbəstdüşmə nədir və cisim nə vaxt
sərbəstdüşmə halında ola bilər?
Elektrik sahәsinin mənbəyi elektrik
yüküdür. Elektrik
sahəsinin qüvvə xarak-
teristikası elektrik sahəsinin intensivliyi-
dir. Elektrik sahəsinin intensivliyi vekto-
rial kəmiyyətdir ( ). O, sahənin ixtiyari
nöqtəsində müsbət sınaq yükünə təsir
edən qüvvənin istiqamətində olur
(
c
).
Nöqtəvi yükün verilmiş nöqtədə yarat-
dığı elektrik sahəsinin intensivliyinin modulu bu yükün miqdarı ( ) ilə düz, sahə
mərkəzindən verilən nöqtə arasındakı məsafənin (r) kvadratı ilə tərs mütənasibdir:
| |
.
Yüklər arasındakı elektrik qarşılıqlı təsiri Kulon qanunu ilə müəyyən olunur:
| || |
.
Yüklər arasındakı elektrik qarşılıqlı təsirləri bu yüklərin işarələrindən asılı olaraq
ya cazibə, ya da itələmə xarakterli ola bilir.
Elektrik sahəsinə gətirilən sınaq q yükünə elektrik qüvvəsi təsir edir:
| | .
Elektrik sahəsinin intensivliyi bu sahəyə gətirilən sınaq yükündən necə asılıdır?
Elektrostatik induksiya nədir?
Elektrik yükünə malik zərrəciklər arasında qravitasiya qarşılıqlı təsir mövcud-
durmu? Cavabınızı əsaslandırın.
Elektrik sahəsi ilə qravitasiya sahələri arasında ümumi və fərqli cəhətlər nədir?
Maqnit sahәsini hərəkətdə olan elektrik yükləri yaradır. Maqnit
sahəsinin qüvvə xarakteristikası maqnit sahəsinin induksiyasıdır.
Maqnit induksiyası vektorial kəmiyyətdir ( ). Maqnit sahəsi burul-
ğanlı sahə olduğundan maqnit sahəsinin induksiya xətləri qapalıdır:
qüvvə xətləri sahənin şimal qütbündən çıxır, cənub qütbünə daxil
olur. Bu səbəbdən deyilir ki, maqnit sahəsi burulğanlıdır
(
d
). İn-
duksiya xətlərinin istiqaməti sağ yivli burğu və ya sağ əl qaydası ilə
təyin edilə bilir.
Maqnit sahəsi induksiyasının modulu maqnit sahəsinin cərəyanlı
naqilə göstərdiyi maksimal təsir qüvvəsi (
) modulunun naqildəki cərəyan şiddəti
ilə onun bu sahədəki uzunluğu (ℓ) hasilinə nisbətinə bərabərdir:
· ℓ
.
(b)
(c)
S
N
(d)
LAYİHƏ
102
Cərəyanlı paralel naqillər arasında qarşılıqlı təsir maqnit qarşılıqlı təsir qüvvəsi
ilə müəyyən olunur:
~
·
·
.
Maqnit qarşılıqlı
təsiri həm cazibə, həm də itələmə xarakterlidir.
Cərəyanlı naqil bircins maqnit sahəsində yerləşərsə, ona təsir edən Amper qüv-
vəsinin modulu cərəyan şiddəti, maqnit induksiyasının modulu, naqilin uzunluğu və
cərəyanın istiqaməti ilə maqnit induksiya vektoru arasındakı bucağın sinusu hasilinə
bərabərdir:
.
Maqnit sahəsinin mənşəyi nədir: maqnit yükü varmı?
Elektromaqnit nədir?
Elektromaqnit induksiya hadisəsi nədir? İnduksiya cərəyanı adi elektrik cərə-
yanından nə ilə fərqlənir?
Maqnit sahəsi ilə bu sahəyə daxil olan elektrik yükü arasında hansı münasibət
vardır? Lorens qüvvəsi nədir?
1. Biz Yerin qravitasiya sahәsinin hansı tәsiri altındayıq?
• Lehinə
– Yerin qravitasiya sahəsi Ay peykini özündən uzaqlaşmağa qoymur. Ay
üzərinə düşən Günəş şüalarını əks edərək Yer səthinin qaranlıq hissəsini
işıqlandırır.
– Ay ilə Yer arasında yaranan qravitasiya qarşılıqlı təsiri bir çox ölkələrin
(Kanada, İngiltərə, Fransa, ABŞ, Rusiya və s.) dəniz və okean sahil-
lərində qabarmalar yaradır. Həmin ərazilərdə qabarma elektrik stansi-
yaları fəaliyyət göstərir. Onlar ekoloji təmiz enerji almağa imkan verir.
– Sıxlığı böyük olan süxurların yerləşdiyi rayonlarda sərbəstdüşmə
təcili-
nin qiyməti böyük olur. Bu da geoloqlara faydalı qazıntı yataqlarını aş-
karlamağa imkan verir. Deməli, biz Yerin qravitasiya sahəsinin faydalı
təsiri altındayıq.
D e b a t
• Mətni oxuduqdan sonra iki qrupa ayrılın. Mövzular ətrafında
müzakirə aparın, dərslikdə verilmiş dəlillərə əlavələr edin.
LAYİHƏ
2
103
• II fəsil •
Maqnit sahəsi
•
• Əleyhinə
– Ay və Yer bir-birini cəzb edir. Bu cazibə qüvvəsi Dünya okeanında qa-
barma və çəkilməyə səbəb olur. Qabarma zamanı
okeanda suyun səviy-
yəsi qalxır və su sahilyanı əraziləri basır. İnsanlar tələfat verir və böyük
maddi ziyana düşür.
– Yer kürəsi Günəş ətrafında asqısız və dayaqsız dövr edir. Deməli, o Kai-
natda həmişə sərbəstdüşmə halındadır. Biz də Yer səthində yaşadığımıza
görə Yerlə birlikdə sərbəstdüşmə halındayıq. Daim sərbəstdüşmə halın-
da olmaq insanın daxili orqanlarına, qan dövranına mənfi təsir göstərir,
ürək və qan təzyiqini artırır.
– Biz Yerin qravitasiya sahəsinin zərərli təsiri altındayıq.
2. Biz Yerin elektrik sahәsinin hansı tәsiri altındayıq?
• Lehinə
– Elektrik sahəsinin qüvvə xətləri müsbət yükdə başlayır, mənfi yükdə
qurtarır. Yer kürəsi mənfi yüklüdür. Atmosferin yuxarı təbəqələri isə
müsbət elektrik yükünə malikdir. Bu səbəbdən Yerin elektrik sahəsinin
qüvvə xətləri şaquli aşağı istiqamətdə yönəlir.
– Buludlarla Yer səthindəki obyektlər (binalar, ağac və su hövzələri
və s.) arasında yaranan elektrik sahəsi şimşək çaxmasına səbəb olur.
Şimşəyi idarə etmək olsaydı onun enerjisindən faydalanmaq olardı.
Sinifdə elektrofor maşını ilə süni şimşək almaq olur.
– Elektrik sahəsi bizim həyatımızdır. Məsələn, insanın bütün duyğu üzvləri,
demək olar ki, yalnız elektrik sahəsini hiss edir: göz fəzada elektrik və
maqnit sahələrinin periodik dəyişməsi olan işığı görür, lamisə duyğusu
cisimlərin əlimizə sürtünməsi və deformasiyası prosesidir – bu da elektrik
sahəsi vasitəsilə baş verir; eşitmə havanın təzyiqinin dəyişməsinin qulaq
pərdəsinə təsiridir. Təzyiqin dəyişməsi hava molekullarının qulaq pərdə-
sini döyəcləməsinə səbəb olur. Molekulların qarşılıqlı təsirləri isə elektrik
təbiətlidir; qoxu və iybilmə kimyəvi prosesdir. İxtiyari kimyəvi proses
molekulların çevrilməsi və qarşılıqlı təsirindən ibarətdir. Hər iki prosesdə
elektrik qüvvələri iştirak edir.
• Əleyhinə
– Yerin elektrik sahəsi canlı orqanizmlərə, o cümlədən, insanlara mənfi
təsi göstərə bilir. Əgər insan rezin altlıqlı ayaqqabı geyinibsə, onun
bədəni Yerin elektrik sahəsinin təsiri ilə yüklənir və o elektrik yükü
toplayıb ötürən canlı kondensatora çevrilir. İnsanın elektriklənib-boşal-
masının fasiləsiz baş verməsi bəzi daxili orqanların, məsələn, ürək, qan-
damar sistemi və s. normal funksiyasına mənfi təsir göstərir.
– Şimşək çaxması hər birimizdə həyəcan hisləri doğurur. O, təhlükəli
hadisədir. Şimşək çaxması evləri yandırır, elektrik dirəklərini, zavod
borularını dağıdır.
– Biz Yerin elektrik sahəsinin zərərli təsirinə məruz qalırıq.
LAYİHƏ