Dərslik Mirzəli Rasim Abdurazaqov Rövşən Əliyev



Yüklə 4,3 Kb.
Pdf görüntüsü
səhifə44/72
tarix30.12.2017
ölçüsü4,3 Kb.
#18856
növüDərs
1   ...   40   41   42   43   44   45   46   47   ...   72

 
 
132 
 
2. Cisim güzgünün әyrilik mәrkәzindәn uzaqda olduqda: d 

 R. Xəyal güzgünün 
əyrilik mərkəzi ilə fokusu arasında (R 
 f  F), həqiqi, tərsinə çevrilmiş və kiçildilmiş 
alınır (bax: 
a
)
3. Cisim güzgünün әyrilik mәrkәzindә ol-
duqda: d=R.  Xəyal  güzgünün  əyrilik  mər-
kəzində  (f=R),  həqiqi,  tərsinə  çevrilmiş  və 
özü boyda alınır. 
4. Cisim güzgünün әyrilik mәrkәzi ilә fo-
kusu arasında olduqda: R

d

 F. Xəyal güz-
günün  əyrilik  mərkəzindən  uzaqda  (f 
  R), 
həqiqi,  tərsinə  çevrilmiş  və  böyüdülmüş 
alınır  (
b
).  Burada  B  nöqtəsindən  çıxan  iki 
şüadan istifadə edilmişdir: birincisi, baş optik 
oxa paralel düşən şüa və ikincisi, güzgünün 
qütb nöqtəsinə düşən şüa. 
5. Cisim güzgünün fokusunda olduqda: d = F. 
Xəyal alınmır, çünki paralel  qayıdan şüalar 
kəsişmir: f 
 .  
6. Cisim güzgünün fokusu ilә qütb nöqtәsi 
arasında olduqda: d 

 F.  Xəyal  güzgünün 
arxasında – mövhumi, düzünə və böyüdülmüş alınır. 
Qabarıq güzgüdә xәyalın qurulması. Qabarıq güzgü mövhumi fokusa və əy-
rilik  mərkəzinə  malik  olduğundan  cisim  məsafəsindən  asılı  olmayaraq  bütün  hal-
larda xəyal güzgünün arxasında (mövhumi), güzgünün təpə nöqtəsi ilə fokusu ara-
sında, düzünə və kiçildilmiş alınır (
c
). Burada da AB cisminin xəyalının qurulma-
sında iki şüadan istifadə edilmişdir. 
 
 
 
 
 
 
 
Yaradıcı tәtbiqetmә 
 
Cismin sferik güzgüdə xəyalını qurun
Şəkildə dörd cisim və sferik güzgülərin sxemləri təsvir edilmişdir. Sxemləri iş vərəqinə 
çəkin və bu cisimlərin xəyallarını qurun. 
 
 
 
 
 
 
 
Nəticəni müzakirə edin:  
 Hansı cismin həqiqi, hansının isə mövhumi xəyalı alındı? Nə üçün? 
 Cismin qabarıq güzgüdə xəyalı harada alındı? 
 
 
 
Araşdırma
 
(c)
 
(b)
 

F



2

3

4
LAYİHƏ


 
 

133 
 
•  III  fəsil  •  
İşıq hadisələri

  
 
1. Çökük güzgünün verdiyi həqiqi xəyal ilə mövhumi xəyalını fərqləndirin.  
2.  Nə  üçün  qabarıq  güzgüdə  cisim  məsafəsindən  asılı  olmayaraq  bütün  hallarda  mövhumi 
xəyal alınır? 
3. Sferik güzgüdə xəyal qurmaq üçün hansı şüalardan istifadə etmək əlverişlidir? Nə üçün?  
 
 
  İ
ŞIĞIN SINMASI. İŞIĞIN SINMA QANUNU 
 
 
 
• 
Verilənləri iş vərəqinə köçürün və onları çökük güzgü üçün  
tamamlayın:  
 “d 
  olduqda .....”, “d  R olduqda ....”, “d = R olduqda ....”, 
“R 
 d F olduqda....”, “d = F olduqda.....”, “d  F olduqda....” 
Nә öyrәndiniz 
Öyrәndiklәrinizi yoxlayın
 
3.9 
 Cisim nə üçün iki şəffaf mühitin sər-
hədində sınmış kimi görünür?  
Stəkandakı suya karandaşı 
maili batırdıqda o bizə hava 
ilə suyun sərhədində sın-
mış kimi görünür. 
 
İşıq iki şəffaf mühitin sərhədinə düşdükdə nə baş 
verir? 
Təchizat: müstəvi plastmas ağ lövhə, içərisində su 
olan akvarium, xətkeş, lazer fənəri, süd (50 q.), ka-
randaş.  
İşin gedişi:  
1. Südü akvariuma tökməklə suyu bir qədər 
tutqunlaşdırın.  
2. Lövhənin orta hissəsində tərəflərindən birinə 
perpendikulyar olmaqla qırıq xətt çəkin. Sonra onu  
suya elə batırın ki, bu xətt su səthinə perpendikul-
yar olsun (
a
)
3. Lazer şüasını lövhə boyunca suyun üzərinə, perpendikulyarın səthə toxunan nöqtə-
sinə yönəldin. Şüanın su daxilindəki yoluna diqqət edin. 
4. Şüanın düşmə bucağını dəyişməklə onun sudakı yolu ilə perpendikulyar arasındakı 
bucağın (sınma bucağının) necə dəyişdiyini izləyin.   
Nəticəni müzakirə edin:  
 Demək olarmı ki, hava-su sərhədinə düşən şüa, sınan  şüa və şüanın düşmə nöqtə-
sindən səthə qaldırılan perpendikulyar bir müstəvi üzərindədir? 
 Düşən şüa ilə suda sınan şüanın düşmə nöqtəsindən səthə qaldırılan perpendikulyarla 
əmələ gətirdikləri α və γ bucaqları arasında hansı münasibəti müşahidə etdiniz? 
 Beləliklə, işığın iki şəffaf mühitin sərhədində sınma hadisəsi üçün hansı ümumi nəticəyə 
gəlmək olar? 
 
 
Araşdırma
1
(a)
LAYİHƏ


 
 
134 
 
İşıq şüası iki şәffaf mühitin sәrhәdindәn keçdikdә nә üçün istiqamәtini dәyişir
İşıq şüası sıxlıqları müxtəlif olan iki şəffaf mühiti (məsələn, hava-su, hava-şüşə, şüşə-su 
və s.) ayıran səthə düşdükdə, onun bir hissəsi səthdən qayıdır, digər hissəsi isə bu iki 
mühitin sərhədindən keçərək yayılma istiqamətini dəyişir.  

 İşıq şüasının bir mühitdәn digәr mühitә keçәrkәn bu mühitlәrin sәrhәdindә öz isti-
qamәtini dәyişmәsi işığın sınması adlanır (
b
)
Burada, AO – düşən şüa, OB – sınan şüa, CD – düşmə nöq-
təsindən  (O  nöqtəsi)  iki  mühiti  ayıran  səthə  çəkilən  perpen-
dikulyar,  α  –  düşmə  bucağı,  γ  (qamma)  –  sınma  bucağıdır. 
Suyun sıxlığı havanın sıxlığından böyük olduğundan işıq şüası 
havadan suya keçərkən öz istiqamətini dəyişir və CD perpen-
dikulyarına yaxınlaşır (bax: 
b
). Əgər su daha böyük sıxlığa ma-
lik mühit ilə, məsələn, şüşə ilə əvəz olunarsa, sınan şüa per-
pendikulyara daha çox yaxınlaşar.  
İşıq  şüası  sıxlığı kiçik olan şәffaf mühitdәn sıxlığı böyük 
olan şәffaf mühitә keçdikdә sınma bucağı düşmә bucağından 
kiçik olur
Sıxlıqları müxtәlif olan iki şәffaf mühiti ayıran sәrhәdә 
perpendikulyar düşәn işıq şüası ikinci mühitә sınmadan keçir
Aparılan araşdırmadan işığın sınma hadisəsi üçün iki nəticə 
müəyyən etdiniz: birincisi, hava-su sәthinә düşәn şüa, sınan şüa vә düşmә nöqtәsindәn 
bu iki mühitin sәrhәdinә qaldırılan perpendikulyar müstәvi lövhә üzәrindә yerlәşir
ikincisi, düşmә bucağını böyütdükdә  sınma bucağı böyüyür, düşmә bucağını kiçilt-
dikdә isә  sınma bucağı da kiçilir. Әgәr transportirlә düşmә  vә  sınma bucaqlarını 
ölçsәk, mәlum olar ki, bu bucaqların sinuslarının nisbәti sabit qalır

Burada sabit kəmiyyət olan  nisbi sındırma әmsalıdır. Beləliklə, işığın sınma 
qanunu iki müddəa ilə ifadə olunur: 
 Düşәn şüa, sınan şüa vә şüanın düşmә nöqtәsindәn iki mühitin sәrhәdinә 
qaldırılan perpendikulyar bir müstәvi üzәrindә yerlәşir.  
 Düşmә bucağı sinusunun sınma bucağı sinusuna olan nisbәti verilәn iki 
mühit üçün sabit kәmiyyәtdir
Qeyd edәk ki, sındırma әmsalının qiymәti şüanın düşmә, yaxud sınma bucağından 
asılı deyil, o, verilәn iki mühitin xassәsindәn asılıdır

burada,   və 
 uyğun olaraq birinci və ikinci mühitin sındırma əmsalıdır.  
 Mühitin vakuuma nәzәrәn sındırma әmsalı hәmin mühitin mütlәq sındırma әm-
salı adlanır. Mütlәq sındırma әmsalı işığın verilәn mühitdәki sürәtinin vakuumdakı 
sürәtindәn neçә dәfә kiçik olduğunu göstәrir: 


(b) 
LAYİHƏ


Yüklə 4,3 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə