Dərslik Mirzəli Rasim Abdurazaqov Rövşən Əliyev



Yüklə 4,3 Kb.
Pdf görüntüsü
səhifə45/72
tarix30.12.2017
ölçüsü4,3 Kb.
#18856
növüDərs
1   ...   41   42   43   44   45   46   47   48   ...   72

 
 

135 
 
•  III  fəsil  •  
İşıq hadisələri

3.1 cədvəlində müxtəlif mühitlərin mütləq sındırma əmsallarının qiymətləri verilmişdir.  
 
Cədvəl 3.1. 
Maddә 

Maddә 

Almaz 
2,42 
Skipidar 
1,47 
Şüşə 
1,57 
Qliserin 
1,47 
Daş duz 
1,54 
Etil spirti 
1,36 
Kvars 
1,54 
Su 
1,33 
Bitki yağı 
1,52 
Buz 
1,31 
Pleksiqlas 
1,50 
Hava 
1,00029 
 
Beləliklə,  iki  mühit  sərhədində  işığın  sınma  qanununu  ümumi  şəkildə  belə  də 
yazmaq olar: 



İfadədən göründüyü kimi, mühitlərin sındırma əmsallarının nisbəti işığın bu mü-
hitlərdə yayılma sürətlərinin tərs nisbətinə bərabərdir. Bu o demәkdir ki, işığın iki 
şәffaf mühitin sәrhәdindә sınması onun müxtәlif mühitlәrdә müxtәlif sürәtlә yayıl-
masının nәticәsidir.  İşığın yayılma sürәtinin kiçik olduğu mühit sındırma  әmsalı 
böyük, yaxud optik sıx mühit, işığın yayılma sürәtinin böyük olduğu mühit isә 
sındırma әmsalı kiçik, yaxud optik seyrәk mühit adlanır
 
 
 
 
 
  
 
 
Yaradıcı tәtbiqetmә 
 
İşığın sınma qanununu yoxlayaq.
Təchizat: optik disk, yarımsilindr formalı şüşə lövhə, 
transportir, dördrəqəmli riyaziyyat cədvəli (V.A.Bradis). 
İşin gedişi:  
1.  Şüşə  lövhəni  optik  diskin  mərkəzinə  bərkidin  və  mənbədən 
çıxan işıq şüasını onun səthinə müəyyən düşmə bucağı, mə-
sələn, 42° bucaq altında yönəldin. Şüanın sınma bucağını  tə-
yin edin (
c
).   
2.  İşıq  mənbəyini  disk  boyunca  hərəkət  etdirməklə  düşmə 
bucağının 30°, 45°, 60° və s. qiymətlərinə uyğun sınma bu-
caqlarını təyin edin.  
3.  Dördrəqəmli  riyaziyyat  cədvəlindən  istifadə  etməklə  düşmə  və 
sınma bucaqlarının sinuslarının qiymətləri nisbətini hesablayın.   
 
Nəticəni müzakirə edin: 
 Araşdırmadan işığın sınması haqqında hansı qanunauyğunluğu müəyyən etdiniz? 
 
 
Araşdırma
2
• 
Verilən açar sözlər əsasında İş vərəqində qısa məlumat yazın. 
Açar  sözlər: 
işığın  sınması    işığın  sınma  qanunu    mütləq 
sındırma əmsalı 
 optik sıx mühit  optik seyrək mühit  
Nә öyrәndiniz 
(c)
LAYİHƏ


 
 
136 
 
 
 
 
 
 
1. Fincanın dibinə metal pul qoyun və ona elə yerdən baxın ki, fincanın kənarı pulu örtmüş 
olsun (o görünməsin). Fincana su tökülərsə, pul görünər. Nə üçün? Cavabınızı sxem çək-
məklə əsaslandırın. 
2. Mühitin mütləq sındırma əmsalının fiziki mənası nədir? 
3. Hansı halda sınma bucağı düşmə bucağından böyük ola bilər? 
4. Şəkildə təsvir edilən mühitlərin optik sıxlıqlarını və sındırma əmsallarını müqayisə edin.    
 
 
 
 
1. İşıq şüası havadan şüşәyә keçir. 
Düşmә bucağı 60° olarsa, işığın 
sınma bucağını vә şüşәdә yayılma  
sürәtini tәyin edin.  
 
2. İşıq şüalarını almazda, suda vә 
şüşәdә hansı istiqamәtdә yönәlt-
mәk lazımdır ki, onlardan havaya 
çıxan bu şüalar şәkildәki kimi pa-
ralel olsun? 
 
 
 
3. İşıq şüası sındırma әmsalları  
    olan mühitlәrdә şәkildә 
göstәrilәn yolu gedir. Sındırma 
әmsalları arasında hansı 
münasibәt var? 
 
 
4. Şәkildә sferik güzgüdә cismin xәyalının 
qurulma sxemi tәsvir edilir. Sferik güz-
günün fokus, cisim vә xәyal mәsafәlәrini 
müәyyәn edin.  
 
 
 
5. Qabarıq güzgünün üzәrinә düşәn 
şüaların sonrakı yolunu sxematik göstәrin. 
 
 
6. İşıq şüası sındırma әmsalı 
 olan mühit-
dәn sındırma әmsalı   olan mühitә ke-
çir. İşığın mühitlәrdә yayılma sürәtlәri  
ilә sındırma әmsalları arasında hansı 
münasibәt var? 
A) 

    
B) 

              
C) 
         
D) 
             
E) 

 –      
 
Öyrәndiklәrinizi yoxlayın
 
1
2
3
 
 
Çalışma
 
3.4
LAYİHƏ


 
 

137 
 
•  III  fəsil  •  
İşıq hadisələri

  
İ
ŞIĞIN PARALEL ÜZLÜ ŞÜŞƏ LÖVHƏDƏN VƏ ÜÇÜZLÜ 
PRİZMADAN KEÇMƏSİ 
 
 
 
 
 
 
3.10 
 İşıq şüası şüşə lövhədən 
keçdikdə neçə sınmaya məruz 
qalır? Bu zaman şüanın yayılma 
istiqamətində dəyişiklik baş 
verirmi? 
Karandaşa qalın şüşə 
lövhədən baxdıqda onun 
şüşənin altında qalan 
hissəsi sınaraq, bir qədər 
yuxarı qabarmış görünür. 
(a)
İşığın paralel üzlü şüşə lövhədən keçməsi.
Təchizat: trapesiya formalı şüşə lövhə, sancaq 
(4 ədəd), qalın kağız vərəq, karandaş, transportir, 
xətkeş.  
İşin gedişi:  
1. Şüşə lövhəni vərəqin üzərinə qoyub konturunu 
karandaşla  xətlədikdən  sonra  onu  kənarlaş-
dırın.  
2. Trapesiyanın kiçik paralel üzünə, onun mərkə-
zinə  yaxın  nöqtəyə  mail  AO  vektorunu  çəkin. 
Bu vektor düşən şüanın sxemi olacaqdır (
a
)
3. Şüşə lövhəni yerinə qaytarın və 1 və 2 sancaq-
larını  düşən  şüa  üzərinə,  aralarında  müəyyən 
məsafə olmaqla kağıza sancın (bax: 
a
)
4. Gözünüzü masa səviyyəsində elə yerləşdirin ki, lövhənin böyük paralel üzündən şüşə-
nin  digər tərəfinə baxdıqda  lövhəyə  yaxın batırılan  2 sancağı sancağının  qarşısını 
tamamilə örtsün.  
5.  Şüşə  lövhənin  böyük  paralel  üzü  tərəfində  (gözünüzün  yerləşdiyi  tərəfdə)  3  və  4 
sancağını kağıza elə sancın ki, 4 sancağına baxanda o, arxasındakı digər üç sancağı 
“gizlətsin” – sanki bütün sancaqlar bir düz xətt üzrə düzülmüşdür. 
6.  Şüşə  lövhəni  və  sancaqları  kənarlaşdırın, 3  və  4  sancağının  kağızdakı  dəliklərindən 
keçməklə şüşə lövhənin böyük üzündən çıxan BC şüasını qurun.  
7.  Şüanın  lövhənin  səthinə  düşdüyü  və  şüşədən  çıxdığı  nöqtələri  OB  düz  xətti  ilə  bir-
ləşdirin, bu xətt şüanın şüşədəki yolu olacaqdır. Bütün şüaları oxla işarələyin. 
8. Sxemi səthə qaldırılan perpendikulyarı çəkməklə tamamlayın,  transportirlə hava-şüşə və 
şüşə-hava  sərhədində  şüanın  düşmə  (
ә
   )  və  sınma  (
ә
  )  bucaqlarını  ölçün. 
Ölçmələrinizin nəticəsini 3.2 cədvəlinə yazın və bu bucaqların qiymətlərini müqayisə edin. 
 
Cədvəl 3.2 
Ayrılma sərhədi 
Düşmə bucağı (α) 
Sınma bucağı (
) 
Hava - şüşə 
 
 
Şüşə - hava 
 
 
 
Nəticəni müzakirə edin:  
 Hava-şüşə və şüşə-hava mühitlərinin sərhədində şüanın düşmə və sınma bucaqlarının 
müqayisəsindən hansı nəticəyə gəlmək olar? 
 Paralel üzlü şüşəyə daxil olan və ondan çıxan şüa haqqında nə demək olar? 
 
 
Araşdırma
1
LAYİHƏ


Yüklə 4,3 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə