Dərslik Mirzəli Rasim Abdurazaqov Rövşən Əliyev



Yüklə 4,3 Kb.
Pdf görüntüsü
səhifə48/72
tarix30.12.2017
ölçüsü4,3 Kb.
#18856
növüDərs
1   ...   44   45   46   47   48   49   50   51   ...   72

 
 
144 
 
  
 
1. Tam daxili qayıtmanın limit bucağı nədir? Bu bucağın qiyməti nədən asılıdır? 
2. İşıq şüası havadan almaza keçərkən tam daxili qayıtma baş verə bilərmi? Nə üçün? 
3. Tam daxili qayıtma hadisəsinin tətbiqlərinə aid misallar göstərin. 
 
 
 
 
 

 İş vərəqində verilən açar sözlərin izahını yazın. 
Açar sözlər:  
“Limit bucağı ...”   
“Tam daxili qayıtma ...”   
“İşıqötürən ...”   
Nә öyrәndiniz
Öyrәndiklәrinizi yoxlayın
 
 
 
 
1. İşıq şüasının şüşә prizmada sonrakı yolunu çәkin (
a
). 
Prizmanın sındırma әmsalı onun yerlәşdiyi mühitin 
sındırma әmsalından kiçikdir (
  ). 
2. Almazda işıq 
,
·
/
 sürәtlә yayılır. 
İşığın almazdan havaya çıxması zamanı tam 
daxili qayıtmanın limit bucağını tәyin edin. 
3. Şәkildә sındırma әmsalları 
,
 vә   olan 
paralel üzlü üç mühitdә işıq süasının yolu 
göstәrilmişdir. Sındırma әmsalları arasındakı 
münasibәti tәyin edin (
b
). 
4. Kristal üçün tam daxili qayıtmanın limit bucağı 
34°-dir. Onun sındırma әmsalını tәyin edin. 
5. İşıq şüası havada olan paralel üzlü şüşә lövhә 
üzәrinә düşür. Onun sonrakı yolunu çәkin (
c
).  
6.  Havaya nәzәrәn su, şüşә vә almazın sındırma 
әmsalları uyğun olaraq 
1,33, 
 vә 
2,42-dir. Hansı maddә üçün tam daxili 
qayıtmanın limit bucağı әn kiçikdir? 
A) Su üçün      
B) Almaz üçün       
C) Şüşə üçün       
D) Bütün maddələr üçün eynidir     
E) Şüşə və su üçün eyni olub almazdan kiçikdir 
 
 
 
 
Çalışma
 
 
3.5
(a)
(b)
(c)
LAYİHƏ


 
 

145 
 
•   III  fəsil  •  
İşıq hadisələri

 
 
L
İNZALAR
 
 
 
 
 
 
 
 
Optik cihazların əsas hissələrindən biri linzadır. Linza latın sözü “lens” olub mər-
cimək mənasını verir.  
 Sferik sәthlәrlә (bәzәn sәthdәn biri müstәvi dә olur) hüdudlanmış şәffaf cisim 
linza adlanır. Linzalar formasına görə iki yerə ayrılır: qabarıq və çökük. 
 Qabarıq linzalar – kәnarlarına nisbәtәn ortası qalın olan linzalara deyilir. Belə 
linzalar iki tәrәfi qabarıqqabarıq-müstәviqabarıq-çökük səthlərlə hüdudlana bilir 
(
a
).  Havada  qabarıq  şüşə  linzanın  üzərinə  düşən  işıq  şüaları  sındıqdan  sonra  bir 
nöqtədə  toplandığına  görə  o,  toplayıcı linzadır.  Belə  linzalara  “böyüdücü”  kimi 
tanıdığınız zәrrәbini (lupanı) misal göstərmək olar (
b
)
 
 
 
 Çökük linzalar – ortası kәnarlarına nisbәtәn nazik olan linzalara deyilir. Belə 
linzalar iki tәrәfi çökükçökük-müstәviçökük-qabarıq səthlərlə hüdudlana bilir (
c
). 
3.12 
 Şüşə butulka 
meşəni necə 
yandıra bilər?  
 
Bəzən isti yay günlərində baş 
verən böyük meşə yanğınına 
turistlərin qoyub getdikləri adi 
şüşə butulkalar və ya onların 
qırıqları səbəb olur.  
 
 
 Bu optik cihazlarda (mikroskop, 
teleskop və s.) cismi yaxınlaşdıran və 
böyüdən nədir? 
 Daha hansı böyüdücü optik cihazları 
tanıyırsınız? 
Bəzən cismi gözümüzə yaxınlaşdırdıqda 
belə onun hissəciklərini, məsələn, çiçək 
tozcuqlarını müşahidə etmək çətin olur. 
Belə halda mikroskopdan (
1
) istifadə 
edərək, hissəcik gözə həm yaxınlaşdırılır, 
həm də böyüdülür. Bəzən isə cisim bizdən 
elə uzaq məsafədə olur ki, onu müşahidə 
etmək üçün gözümüzə yaxınlaşdıra 
bilmirik, məsələn, göy cisimlərini. Belə 
halda teleskopdan (
2
) istifadə etməklə göy 
cismi gözə həm yaxınlaşdırılır, həm də 
böyüdülür. 
 
1. İki tərəfi qabarıq linza.  
2. Qabarıq-müstəvi linza.  
3. Qabarıq-çökük linza. 
4. Qabarıq-nazik linzanın 
şərti işarəsi 
(b)
(a) 
(1)
(2)
LAYİHƏ


 
 
146 
 
Havada çökük şüşə linzanın üzərinə düşən işıq şüaları sındıqdan sonra səpələndiyinə 
görə o, sәpici linzadır. Belə linzalar cismi kiçildilmiş göstərir (
d
). 
 
 
 
Sferik linzanın (iki tәrәfdәn sferik sәthlә hüdudlanan linza) әsas elementlәri
–  Qalınlığı sferik sәthlәrin 
  vә 
 radius-
larına nisbәtәn çox kiçik olan linza nazik linza 
adlanır.  
Biz nazik linzalara baxacağıq (bax: 


 c
)
– Linzanı hüdudlandıran sferik sәthlәrin   vә 
  mәrkәzlәrindәn keçәn düz xәtt linzanın baş 
optik oxu adlanır.  
– Linzanın mәrkәzindә baş optik ox üzәrindәki 
O nöqtәsi linzanın optik mәrkәzi adlanır (
e
). İşıq 
şüaları optik mərkəzdən keçdikdə sınmaya məruz 
qalmır. 
–  Linzanın optik mәrkәzindәn keçәn ixtiyari 
düz xәtt linzanın optik oxudur (
f
)
– Toplayıcı linzada baş optik oxa paralel dü-
şәn işıq şüaları sındıqdan sonra kәsişdiklәri nöq-
tәyә linzanın baş fokusu deyilir vә F hәrfi ilә işarә 
edilir. Toplayıcı linzanın baş fokus nöqtәsi hәqi-
qidir, çünki hәmin nöqtәdә linzada sınan şüaların 
özlәri kәsişir (
h
). Havada qabarıq linzanın topla-
yıcı xassəsinə malik olmasını anlamaq üçün içıq 
şüalarının  bu  linzadakı  yolunu  iki  şüşə  prizma-
dakı yolu ilə müqayisə etmək kifayətdir (
k
).  
– Sәpici linzada baş optik oxuna paralel düşәn 
işıq şüaları sındıqdan sonra onların uzantılarının 
kәsişdiyi nöqtә sәpici linzanın baş fokusu adlanır
Sәpici linzanın baş fokus nöqtәsi mövhumidur, 
çünki hәmin nöqtәdә linzada sınan  şüaların öz-
lәri yox, uzantıları  kәsişir  (
m
).  Havada  çökük 
şüşə linzanın səpici xassəsinə malik olmasını an-
lamaq üçün işıq şüalarının bu linzadakı yolunu iki 
şüşə  prizmadakı  yolu  ilə  müqayisə  etmək  kifa-
yətdir (
n
).  
1. İki tərəfi çökük linza.  
2. Çökük-müstəvi linza.  
3. Çökük-qabarıq linza.  
4. Çökük-nazik linzanın şərti-işarəsi. 
(c) 
(d)
(h) 
(k) 
(e) 
(f) 
(m) 
(n) 
LAYİHƏ


Yüklə 4,3 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə