Dərslik Mirzəli Rasim Abdurazaqov Rövşən Əliyev


    7. Şәkildә verilmiş MN cisminin xәyal mәsafәsini tәyin edin



Yüklə 4,3 Kb.
Pdf görüntüsü
səhifə56/72
tarix30.12.2017
ölçüsü4,3 Kb.
#18856
növüDərs
1   ...   52   53   54   55   56   57   58   59   ...   72

 
 
170 
 
7. Şәkildә verilmiş MN cisminin xәyal mәsafәsini tәyin edin.  
A) 
F
f
F
2


, həqiqi, çevrilmiş və kiçildilmiş  
B) 
F
f

, həqiqi, çevrilmiş və böyüdülmüş  
C) 
F
f

, mövhumi, düzünə və kiçildilmiş  
D) 
F
f
2

, həqiqi, çevrilmiş və özü boyda  
E) 
F
f
2

, həqiqi, çevrilmiş və böyüdülmüş 
 
 
 
8. Baş optik oxa paralel şüalar linzada sındıqdan sonra linzadan 40 sm mәsafәdә kәsişir. 
Linzanın optik qüvvәsini tәyin edin.  
A) 4 dptr     B) 0,4 dptr     C) 0,5 dptr      D) 0,25 dptr    E) 2,5 dptr 
 
 9. Nöqtәvi S işıq mәnbәyi, radiusları r vә 2r olan iki top ekran qarşısında şәkildәki 
kimi yerlәşdirilmişdir. Toplar ekranda hansı kölgә verir (cavabınızı sxematik әsas-
landırın)?   
 
10. Uyğunluğu müәyyәn edin  
  I  - Toplayıcı linzadan həqiqi xəyala qədər olan məsafə  
  II  - Toplayıcı linzanın böyütməsi  
  III - Toplayıcı linzanın fokus məsafəsi  
  IV - Cisimdən toplayıcı linzaya qədər olan məsafə  
1
 .    2
.    3
 .    4
 . 
   
A) I – 2, II – 1, III – 4, IV - 3      
B) I – 1, II – 3, III– 2, IV - 4  
C) I – 3, II – 2, III – 4, IV - 1      
D) I – 1, II – 2, III – 4, IV - 3  
E) I – 3, II – 1, III – 2, IV - 4  
LAYİHƏ


 
 

171 
 
•   IV  fəsil  •  
Atom və atom nüvəsi 

 
 
 
 
 
 
 
 
 R
ADİOAKTİVLİK
 
 
 
 
 
 
4.1 
 Radioaktiv kimyəvi element digər elementlərdən 
nə ilə fərqlənir? 
 Nə üçün radioaktiv kimyəvi element insan üçün 
təhlükəlidir? 
 Radiasiya nə deməkdir?  
Yəqin ki, bu deyimi siz də eşit-
misiniz – “siqaret çəkmək – in-
sanlığın ən təhlükəli vərdişlərin-
dəndir”.  
Yəqin ki,  eşitməmisiniz, tütü-
nün tərkibində insan orqanizmi 
üçün öldürücü təsirə malik 
radioaktiv polonium-210 kimyə-
vi elementi var. Siqaret çəkdik-
də bu elementin hissəcikləri 
orqanizmə – ağciyərə və boğa-
za çökür. Orada toplanan hissə-
ciklərin radiasiyası nəticəsində 
insan ölümcül ağciyər və boğaz 
xərçəngi xəstəliyinə düçar olur. 
Eksperimentdənçıxan nəticə.
İşin gedişi:  
Aşağıda ingilis fiziki Rezerfordun apardığı 
eksperimentin qısa məzmunu verilir. Onu 
diqqətlə oxuyun və eksperimentin nəticəsinə 
dair fərziyyənizi formalaşdırın
Dar çıxış kanalı (1) olan qurğuşun kontey-
nerə (2) radioaktiv radium maddəsi (3) yer-
ləşdirilir.  
Çıxışın qarşısında induksiya xətləri kanala 
perpendikulyar olan güclü maqnit sahəsi 
yaradılır.  
Maqnit sahəsinin qarşısında yerləşdirilən 
fotolövhə (4) araşdırılanda orada üç qaral-
mış ləkə aşkar edilir (
a
).  
Bu ləkələrdən biri kanalın çıxışı qarşısında, 
digər iki ləkə isə kanaldan diametral əks 
nöqtələrdə alınmışdır. 
 
 
Araşdırma_1_ATOM_VƏ_ATOM_NÜVƏSİ_4_(a)__Radioaktiv_polonium_–_210_çöküntüləri'>Araşdırma
1
ATOM  
VƏ ATOM NÜVƏSİ 
4
(a) 
 Radioaktiv 
polonium – 210 
çöküntüləri 
LAYİHƏ


 
 
172 
 
 
 
1896-cı ildə fransız fiziki Anri Bekkerel radioaktivlik hadisəsini kəşf etdi. O, uran 
duzu üzərində tədqiqat apararkən müşahidə etdi ki, uran duzu fotolövhəni qaraltmaq 
və havanı ionlaşdırmaq qabiliyyətinə malik gözə görünməyən şüalar buraxır. 
1898-ci ildə Pyer Küri və onun həyat yoldaşı Mariya Küri müəyyən etdilər ki, 
urandan əlavə, bir sıra başqa elementlər (polonium, radium, torium və s.) də güclü 
şüalanma qabiliyyətinə malikdir. Onlar bu şüalanmanı radioaktivlik adlandırdılar. 
 Atomların xarici tәsirlәr olmadan öz-özünә şüalanma hadisәsi tәbii radioaktiv-
lik, baş verәn şüalanma isә radioaktiv şüalanma adlanır.  
Aparılan  çoxsaylı  təcrübələr  göstərdi  ki, radioaktivlik xassәsi yalnız elementin 
atom nüvәsinin tәrkibi vә quruluşu ilә әlaqәdardır. Xarici amillər(mexaniki təzyiq, 
temperatur,  elektrik və maqnit sahələri və s.) bu xassəyə təsir göstərmir. 
 
 
 
 
1899-cu ildə ingilis fiziki Ernest Rezerfordun rəhbərliyi ilə radioaktiv şüalanma-
nın fiziki təbiəti tədqiq edilmişdir (bu tәcrübәnin sxemi vә gedişi ilә araşdırmada 
tanış oldunuz; bax:  araşdırma-1).  Müəyyən  olundu  ki,  radiumun  radioaktiv  şüa-
lanması  mürəkkəb  tərkibə malikdir:  şüalanma  müxtəlif  yüklü  zərrəciklər  selindən 
Deməli, radioaktiv maddə öz-özünə şüalanmaya məruz qalmışdır və bu şüalanma 
mürəkkəb tərkibə malikdir. 
Nəticəni müzakirə edin:  
 Təcrübədən daha hansı nəticələr çıxır:  
a) nə üçün kanaldan çıxan şüalanma maqnit sahəsində üç müxtəlif hissəyə ayrıldı? 
b) bu hissələrin tərkibindəki zərrəciklərin elektrik yükü haqqında sol əl qaydasını tətbiq 
etməklə nə söyləmək olar? 
 
Araşdırma
1
• 
Radioaktivliyi kəşf etmişdir. Bu sahədəki işləri-
nə görə o, 1903-cü ildə Nobel mükafatına layiq 
görülmüşdür. 
Anri Antuan Bekkerel  
(1852-1908) 
Fransız fiziki  
• 
Radioaktivlik təliminin banilərindən biridir. Bu sahədəki 
uğurlarına görə o, 1903-cü ildə Nobel mükafatına layiq 
görülmüşdür. 
Pyer Küri  
(1859-1906) 
Fransız fiziki  
• 
Radioaktivlik təliminin banilərindən 
biridir. O, radioaktivliyin kəşfinə görə 
1903-cü ildə fizika, 1911-ci ildə isə 
polonium və radium kimyəvi element-
lərinin kəşfinə görə kimya sahəsində 
Nobel mükafatına layiq görülmüşdür. 
Mariya Sklodovskaya- Küri  
(1867-1934) 
Polşa əsilli Fransız fiziki
LAYİHƏ


Yüklə 4,3 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə