Dərslik Mirzəli Rasim Abdurazaqov Rövşən Əliyev



Yüklə 4,3 Kb.
Pdf görüntüsü
səhifə54/72
tarix30.12.2017
ölçüsü4,3 Kb.
#18856
növüDərs
1   ...   50   51   52   53   54   55   56   57   ...   72

 
 

163 
 
•   III  fəsil  •  
İşıq hadisələri

 
Çin məktəblərində şagirdlərdə ən yaxşı görmə mə-
safəsində oxuyub-yazmaq bacarığı formalaşdırmaq 
üçün sinif partalarına xüsusi metal sədlər bərkidilir 
ki, uşaqlar  başlarını çox aşağı əyməsinlər (
c
).  
Uzaqgörmә. Uzaqdan görən gözün optik sis-
teminin fokusu tor təbəqəsində deyil, ondan ar-
xada yerləşir. Ona görə də, uzaqgörən göz gərgin 
baxmadan  (büllurun  qabarıqlığını  dəyişmədən) 
yaxındakı  cisimləri  aydın  görə  bilmir.  Belə 
gözün optik qüvvəsi qüsursuz gözün optik qüv-
vəsindən kiçikdir. Görmədəki bu qüsuru aradan 
qaldırmaq  üçün  gözün  optik  qüvvəsi  artırılma-
lıdır.  Toplayıcı  linzalı  eynəklərin  köməyi  ilə 
uzaqgörməni  aradan  qaldırmaq  olur.  Belə  ki, 
optik qüvvəsi “+” olan (məsələn, +2 dptr, + 2,5 
dptr  və s.) linzalı eynək gözün  optik qüvvəsini 
artırır və cismin xəyalı gözün tor təbəqəsində alı-
nır (
d
). Uzaqgörmənin səbəblərindən biri büllu-
run  elastikliyini  itirməsidir.  Belə  halda  göz 
əzələlərinin səyinə baxmayaraq, büllur qalınlığı-
nı dəyişə bilmir.  
Tibb məntəqələrində insanlarda görmə itiliyi 
Snellen cәdvәli vasitəsilə yoxlanılır. O, müxtəlif 
hərflər yazılmış 11–12 sətirdən ibarətdir. Ən iri 
hərflər ilk sətirdə yerləşir, sətirdən-sətrə hərflərin 
ölçüləri tədricən kiçilir (
e
). Qüsursuz göz gərgin 
baxmadan birinci sətri 60 m, 9-cu sətirdəki hərf-
ləri isə 6 m məsafədən görür. Hərflərin sətirlərdə 
müxtəlif  qaydada  düzüldüyü  cədvəllər də  möv-
cuddur. 
Snellen cәdvәlinin sağındakı rәqәmlәr nәyi 
göstәrir?  
Birinci sütundakı rəqəmlər sətirlərin sıra sa-
yıdır.  İkinci  sütundakı  rəqəmlər  test  olunan 
gözün cədvəldən yerləşdiyi məsafədir (bu, 6 m-dir), çarpaz xətdən sonrakı sütundakı 
rəqəmlər isə  qüsursuz gözün uyğun sətirdəki hərfləri görə bildiyi məsafələrdir. 
 
 
Diqqət! Qüsursuz gözün cismi ən yaxşı gördüyü məsafə 
 25 sm-dir. Bu məsafə – әn yaxşı 
görmә  mәsafәsi  adlanır.  Uzun  müddət  çox  yaxın  məsafədən  cismə  baxan  qüsursuz  göz 
yaxıngörməyə  tutula  bilər.  Xüsusilə  məktəb  yaşlarında  kifayət  qədər  işıqlanmayan  yerdə 
mətni gözə çox yaxın tutaraq oxumaq, yazmaq, şəkil və çertyoj çəkmək, televizor və kompü-
terə baxmaq çox zərərlidir. Belə yaşda gözün sklerası hələ möhkəmlənmədiyi üçün göz alması 
və onun optik sistemi deformasiya edib asanlıqla yaxından görən gözə çevrilir.  
(c) 
(d) 
Uzaqgörmə
Toplayıcı linzalı
eynək
 
(e) 
LAYİHƏ


 
 
164 
 
 
 
 
 
  
 
1. Yaxıngörmənin mahiyyəti nədən ibarətdir? 
2. Uzaqgörmədə yaxındakı və uzaqdakı cisimlərin xəyalları gözün hansı hissəsində alınır? 
3. Reseptdə yazılmışdır: “Eynək: sol göz +2 dptr, sağ göz –1,5 dptr ”. Bu, nə deməkdir: gözlər 
hansı qüsura malikdir? Bu eynəyin linzaları hansı fokus məsafəsinə malikdir? 
 
 
 
Yaradıcı tәtbiqetmә 
 
Görmənizi onlayn yoxlayın.
Təchizat: kompüter, internetdən EyeExamOnline.com (və ya http://www.eye 
examonline.com/ru/exam-right-eye_what-letters-are-clear.html) saytı. 
İşin gedişi:  
1. Göstərilən internet saytına daxil olun və monitordan 1m məsafədə əyləşin.  
2. Əvvəlcə sağ gözünüzü yoxlayın.  Bunun üçün sol gözünüzü örtün və sağ gözünüzü 
gərginləşdirmədən ekranda rahat görə bildiyiniz sətiri tıklayınız, həmin sətir cədvəlin 
altında ayrıca yazılacaq (
f
)
3. İndi isə sol gözünüzü yoxlayın. Bunun üçün sağ gözünüzü örtün və təcrübəni 
təkrarlayın.    
Nəticəni müzakirə edin:  
 Hansı gözünüz daha yaxşı görür? 
 Göz yaxından görəndirsə, o, cədvəldən hansı sətirdəki hərfləri aydın görər? 
 Göz uzaqdan görəndirsə, o, cədvəldən hansı sətirdəki hərfləri aydın görər?   
 
 
 
Araşdırma
 

 İş vərəqində verilən açar sözlərin qısa izahını yazın. 
Açar sözlər: 
Qüsursuz gözən yaxşı görmə məsafəsi 
uzaqgörməyaxıngörməsnellen cədvəli 
Nә öyrәndiniz 
Öyrәndiklәrinizi yoxlayın
 
(f)
LAYİHƏ


 
 

165 
 
•   III  fəsil  •  
İşıq hadisələri

 
F
OTOAPARAT
 
 
 
 
 
 
 
İnsanlar  gözü  ətraflı  öyrəndikdən  sonra  onun  quruluş  və  iş  prinsipi  əsasında 
cisimlərin xəyallarını alıb saxlayan optik qurğu  – fotoaparat düzəltdilər. 
Fotoaparat – cismin həqiqi xəyalını çəkib sənədləşdirən (yadda saxlayan) optik 
qurğudur.  
3.17 
 Bu aparatların optik sistemində 
ümumi olan nədir? 
 Fotoaparatın iş prinsipi sizə 
nəyin işini xatırladır? 
Hər biriniz istirahətdə olduğunuz yerlərin mən-
zərələrini və rastlaşdığınız maraqlı hadisələrin 
fotoşəkillərini çəkməyi xoşlayırsınız. Bəziləriniz 
bunu fotoaparatla, bəziləriniz isə mobil 
telefonun fotokamerası ilə edirsiniz. 
 
“Fotoaparat” hazırlayaq.
Təchizat: bir tərəfi açıq kvadrat 
qutu (tünd rəngdə. Qutunu şirə 
qutusundan da hazırlaya 
bilərsiniz), karton boru, lupa, 
qayçı, yapışqan, kalka kağızı, 
yapışqanlı lent. 
İşin gedişi:  
1. Qayçıyla qutunun dibində 
dəlik açın. Onun ölçüsünü 
elə tənzimləyin ki, karton 
boru orada rahat fırlana 
bilsin (
a
).  
2. Qutunun açıq tərəfinə kalka 
kağız yapışdırın (
b
). 
3. Lupanı borunun açıq ağzına 
yapışqanlı lentlə bərkitməklə 
obyektiv hazırlayın (
c
).  
4. Aparatın obyektivini yaxşı 
işıqlandırılan hər hansı 
cismə, kalkalı tərəfini isə 
(okulyarı) gözünüzə doğru 
yönəldin (
d
)
Nəticəni müzakirə edin:  
 Fotoaparatınızda nə üçün 
cismin xəyalı tərsinə çevrilmiş 
alındı? 
 İş vərəqində bu cismin 
xəyalının alınma sxemini 
çəkin. 
 
 
Araşdırma
1
(b) 
(c)
(d) 
(a) 
Kalka 
 
kağızı
 
LAYİHƏ


Yüklə 4,3 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə