Dərslik Mirzəli Rasim Abdurazaqov Rövşən Əliyev


    Aşağıda gözün və fotoaparatın quruluş və  iş  prinsipinin  sadələşdirilmiş  müqa- yisəli sxemi təsvir edilmişdir (



Yüklə 4,3 Kb.
Pdf görüntüsü
səhifə55/72
tarix30.12.2017
ölçüsü4,3 Kb.
#18856
növüDərs
1   ...   51   52   53   54   55   56   57   58   ...   72

 
 
166 
 
Aşağıda gözün və fotoaparatın quruluş və  iş  prinsipinin  sadələşdirilmiş  müqa-
yisəli sxemi təsvir edilmişdir (
e
)
 
 
 
Fotoaparatlar, əsasən, iki qrupa bölünür: adi fotolentli və rәqәmsal fotoaparatlar
Onların quruluşları, demək olar, eynidir: işıq buraxmayan kamera, obyektiv, diaf-
raqma, işığa həssas element. Adi və rəqəmsal aparatlar işığahəssas elementinə görə 
fərqlənir:  bu  element  adi  fotoaparatda  fotolent,  rəqəmsal  fotoaparatda  matris  löv-
hədir. Matris lövhə milyonlarla işığahəssas yuvacıqlardan ibarətdir Bu yuvacıqlarda 
piksel adlanan fotoelementlər yerləşir.  
Fotoaparatın işıq buraxmayan kamerası şəkil çəkilməyən hallarda fotolenti (və ya 
matris  lövhəni)  işıq  şüalarından  qoruyur.  Kameranın  qabaq  divarında  obyektiv 
yerləşir. Obyektivin vəzifəsi fotoşəkli çəkilən cismin işığahəssas fotolentdə və ya 
matris lövhədə həqiqi xəyalını verməkdir. Adətən, cisim obyektivin ikiqat fokusun-
dan  uzaqda  (d 
 2F) yerləşdiyindən onun həqiqi xəyalı kameranın arxa divarının 
qarşısında – obyektivin fokusu ilə ikiqat fokusu arasında (F 
 f  2F) kiçildilmiş 
alınır. Buna görə də fotolent və ya matris lövhə xəyalın alındığı yerdə yerləşdirilir 
(bax: 
e
).  Fotoşəkil  çəkməyə  başlamazdan  qabaq  aparat  “kəskinlik  üçün  tuşlanır”, 
yəni  cismin  fotolent  (və  ya  matris  lövhə)  üzərində  aydın  xəyalı  alınana  qədər 
obyektiv irəli və ya geri hərəkət etdirilir (bu, gözün akkomodasiyasına uyğundur).  
Adi aparatda cisimdən gələn işıq şüalarının təsiri fotolentin kimyəvi tərkibində 
görünməz dəyişiklik yaradır. Fotolent xüsusi kimyəvi məhlullarda (“aşkarlayıcı” və 
“bərkidici”  məhlulları)  emal  edildikdən  sonra  onun  üzərində  cismin  xəyalı  aşkar-
lanır. Sonra bu xəyal fotokağıza köçürülərək cismin real fotoşəkli çap edilir. 
Rəqəmsal fotoaparatda isə işığın elektrik təsiri baş verir. Belə ki, matris lövhə 
üzərinə düşən işıq şüasının təsiri ilə milyonlarla pikselin hər bir yuvacığında elektrik 
siqnalı yaranır. Bu siqnallar düşən işığın intensivliyindən asılıdır. Elektrik siqnalları 
prosessora ötürülür, orada emal edilərək yenidən təsvirə çevrilir və yaddaş kartında 
saxlanılır (
f
).  
(e) 
LAYİHƏ


 
 

167 
 
•   III  fəsil  •  
İşıq hadisələri

 
 
 
 
 
 
  
 
1. Fotoaparatın obyektivinin verdiyi xəyal harada və necə alınır? 
2. Göz büllurunun akkomodasiyası fotoaparatda necə həyata keçirilir? 
3. Mobil telefonda hansı növ fotokamera tətbiq olunur: adi, yoxsa rəqəmsal? Cavabınızı 
əsaslandırın. 
 
 
(f) 
 
 
Yaradıcı tәtbiqetmә 
 
Məsələ. 
Şəkli çəkilən cismin fotoaparatın obyektivindən cisim məsafəsi 6 m, xəyal mə-
safəsi isə 6 sm-dir. Obyektivin fokus məsafəsini və optik qüvvəsini təyin edin. 
Nəticəni müzakirə edin:  
 Toplayıcı linzanın fokus məsafəsi hansı düsturla hesablanır? 
 Linzanın optik qüvvəsinin vahidi nədir? 
 Fotoaparatın obyektivinin fokus məsafəsi və optik qüvvəsi nəyə bərabər oldu? 
 
 
Araşdırma
2

Cədvəli iş vərəqinə köçürün. Verilən açar sözlərini göz 
elementlərinə uyğun gələn xanada yazmaqla fotoaparatı 
gözlə müqayisə edin. 
Açar sözlər: 
 obyektiv   fotolent və ya matris lövhə  şüa 
dəliyi 
 diafraqma  
 
Göz
Fotoaparat 
buynuz təbəqə, ön kamera, büllur və 
şüşəyəbənzər cisim 
 
bəbək 
 
əlvan təbəqə 
 
tor təbəqə 
 
Nә öyrәndiniz 
Öyrәndiklәrinizi yoxlayın
 
LAYİHƏ


 
 
168 
 
 
 
 
 
 
 
1. Hansı tәsvirlәr gözün eynәksiz vә eynәkli uzaqgörmәsinә uyğundur? 
 
 
 
2. Әvvәlki mәsәlәdә verilәn hansı tәsvirlәr gözün eynәksiz vә eynәkli yaxıngörmәsinә 
uyğundur? 
3. Hansı halda göz büllurunun fokus mәsafәsi böyükdür: siz kitab oxuduqda, yoxsa 
televizora baxdıqda? Nә üçün? 
4. Baba optik qüvvәsi + 6 dptr olan linzalı eynәkdәn istifadә edir. Bu linzanın fokus 
mәsafәsi nә qәdәrdir? Babanın hansı görmә qüsuru var? 
5. Pәncәrәdәn küçәyә baxdıqda yaxınlıqda vә uzaqda olan cisimlәri eyni zamanda 
dәqiq görmәk olmur: yaxınlıqdakı cisimlәr dәqiq göründüyü halda, uzaqdakı 
cisimlәr tor görünür vә ya әksinә. Nә üçün?  
6. Hündürlüyü 2m olan cismin xәyalının hündürlüyü 2 sm alınırsa, fotoaparatın 
obyektivinin böyütmәsini tәyin edin. 
A)  1    B) 0,1      C) 0,01     D) 10      E) 0,001 
  
 
 
 
 
 
Çalışma
 
3.8
LAYİHƏ


 
 

169 
 
•   III  fəsil  •  
İşıq hadisələri

 
 
1. Binanın giriş qapısının günlüyü iki küçә 
lampası ilә işıqlandırılır. Günlükdәn 
kәnarda duran oğlan... 
A) Günlüyün tam kölgəsindədir 
B) Yalnız B lampasının işıqlanmasına məruz 
qaldığından yarımkölgədədir 
C) Yalnız A lampasının işıqlanmasına məruz 
qaldığından yarımkölgədədir 
D) Hər iki lampa tərəfindən işıqlanır 
E) Hər iki lampanın yarımkölgəsindədir 
 
2. Astronomlar Yerdәn  
 
uzaqlıqda olan ulduzdan gәlәn işıq şüa-
larını tәdqiq edirlәr. 1 parsek işığın 
vakuumda bir ildә getdiyi yol olduğunu 
bilәrәk astronomların tәdqiq etdiyi 
ulduzun Yerdәn hansı uzaqlıqda olduğunu 
tәyin edin. 
A) 
8 · 10
        
B) 
16 · 10
    
C) 
7,5 · 10
  
D) 
15 · 10
    
E) 
24 · 10
 
 
3. K nöqtәsindәn müstәvi güzgüyә baxdıqda 
1, 2 vә 3 nöqtәlәrindәn hansı görünmәz? 
 
 
4. İşığın verilmiş materialda yayılma sürәtinin 
, ·
/
 olduğunu bilәrәk, bu 
mühitin mütlәq sındırma әmsalını tәyin edin 
(işığın vakuumda yayılma sürәti
: c=3·10
8
m/san) .  
A) 2        B) 1,5     C) 4,5     D) 0,5     E) 3  
 
5. İşıq şüası içәrisindә su olan şüşә stәkandan keçir. Şüa stәkanın üzәrinә müәyyәn 
bucaq altında (
  90) düşәrsә, o, neçә dәfә sınmaya mәruz qalar? 
A) 2        B) 1     C) 5     D) 3     E) 4  
 
6. Toplayıcı linzanın fokus mәsafәsi F, 
cisimdәn linzaya qәdәr olan mәsafә d-dir. 
F
d 2F şәrti ödәnildikdә cismin xәyalı necә 
alınar?  
 
 
A) Həqiqi, cismin öz ölçüsündə   
B) Mövhumi, kiçildilmiş    
C) Həqiqi, kiçildilmiş  
D) Həqiqi, böyüdülmüş   
E) Mövhumi, böyüdülmüş  
 
 
 
 
Ü m u m i l ә ş d i r i c i   t a p ş ı r ı q l a r
 
LAYİHƏ


Yüklə 4,3 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə