Dərslik Mirzəli Rasim Abdurazaqov Rövşən Əliyev


    Görmә necә baş verir?



Yüklə 4,3 Kb.
Pdf görüntüsü
səhifə53/72
tarix30.12.2017
ölçüsü4,3 Kb.
#18856
növüDərs
1   ...   49   50   51   52   53   54   55   56   ...   72

 
 
160 
 
Görmә necә baş verir? Cisimdən gözə 
düşən işıq şüaları onun optik sistemindən sı-
naraq keçir. Nəticədə, tor təbəqəsində cismin 
həqiqi, kiçildilmiş və tərsinə çevrilmiş xəyalı 
alınır  (
b
).  Cismin  gözdən  olan  məsafəsi 
dəyişildikdə belə, onun tor təbəqəsindəki xə-
yalı həmişə aydın görünür. Bunun səbəbi göz 
büllurunun  öz  qabarıqlığını  dəyişmək  xas-
səsidir. Qabarıqlığın dəyişməsi onun əyrilik 
radiusunun  və  fokus  məsafəsinin  –  optik 
qüvvəsinin dəyişməsi deməkdir. 
  Göz büllurunun optik qüvvәsinin 
dәyişmәsi akkomodasiya adlanır.  
Göz  akkomodasiya  nəticəsində  uzaqda 
və  yaxında  olan  cisimləri  görməyə  ani 
olaraq uyğunlaşır (latınca “akkomodasiya” 
–  “uyğunlaşma”  deməkdir).  Məsələn,  göz 
nisbətən yaxın cismə baxdıqda büllurun qabarıqlığı artır və ondan keçən işıq şüaları daha 
çox sınır (
c
). Nəticədə cismin tor təbəqəsindəki xəyalı da böyük alınır. Cisim gözdən 
uzaqlaşdıqca büllurun qabarıqlığı azalır və onun tor təbəqəsində kiçildilmiş həqiqi xəyalı 
alınır  (
d
).  Deməli,  gözün  torunda  cisimlərin  xəyalı  tərsinə  alınır,  lakin  biz  onları 
düzünə görürük. Bu ona görə baş verir ki, görmə prosesində başqa hissiyyat orqanları 
da iştirak edir. Belə ki, tor təbəqəsində alınan xəyalın təsiri ilə görmə sinirinin ucları 
qıcıqlanır.  Bu  qıcıqlanma  baş  beyninin  görmə  hissəsinə  ötürülür,  orada  isə  qəbul 
edilən vizual informasiyalar ani təhlil olunur: cismin ölçüsü, rəngi, işıqlanması, ona 
qədərki  məsafə  qiymətləndirilir.  Nəticədə,  beyin  ətraf  aləmin  görünən  real  mən-
zərəsini formalaşdırır. Deməli, göz beyinin görməsi üçün bir vasitədir. 
 
 
 
 
 
Yaradıcı tәtbiqetmә 
 
Büllurun akkomodasiyasının müəyyənləşdirilməsi.
Təchizat: ağ
 kağız vərəq (ölçüləri 7
7 sm), marker, qələm. 
İşin gedişi:  
1. Vərəqin ortasında dəlik açın və onun ətrafında, perimetr boyunca qələmlə bir neçə 
ixtiyari rəqəm, məsələn, “2 4 5 9 6”, lövhədə isə markerlə ixtiyari bir söz, məsələn, 
“linza” yazın. 
2. Vərəqi qarşınızda elə yerləşdirin ki (məsələn, 25 sm məsafədə), perimetr boyunca 
yazılan rəqəmlər aydın görünsün. Belə vəziyyətdə gözünüzün birini bağlayın, digər 
gözünüzlə vərəqdəki dəlikdən lövhədə yazılan sözə baxın. Bu zaman vərəqdəki 
rəqəmlər və lövhədəki yazının necə görünməsinə diqqət edin. 
 
Araşdırma_2_(b)__(c)_(d)'>Araşdırma
2
(b)
 
(c)
(d) 
LAYİHƏ


 
 

161 
 
•   III  fəsil  •  
İşıq hadisələri

 
 
  
 
1. Nə üçün gözə daxil olan işıq şüaları onun tor təbəqəsində fokuslanmalıdır? 
2. Tor təbəqədə cismin hansı xəyalı alınır: mövhumi, yoxsa həqiqi? 
3. Bəbəyin “vəzifəsi” nədir? 
4. Gözün optik sistemini hansı elementlər təşkil edir? 
5. Belə bir deyim var: “İnsan gözü ilə görmür, göz görmək üçün bir vasitədir”. Bu fikir doğ-
rudurmu? 
 
 
 
 
 
 
 
 
3. Açıq gözünüzün nəzərini vərəqdəki rəqəmlərə yönəldin, bu zaman, vərəqdəki 
rəqəmlər və lövhədəki yazının hansı aydınlıqla görünməsinə diqqət edin.  
Nəticəni müzakirə edin:  
 Vərəqdəki dəlikdən lövhədə yazılan sözə baxdıqda hansı yazını – rəqəmləri, yoxsa 
sözü daha dəqiq və aydın gördünüz? 
 Nəzərinizi vərəqdəki yazıya yönəltdikdə hansı yazını daha dəqiq və aydın gördünüz? 
 Uzağa və yaxına baxdıqda göz bülluru formasını necə dəyişdi?
 
 
Araşdırma
2

İnsan gözünün quruluşu təsvirini iş vərəqinə köçürün və 
nöqtələrin yerinə açar sözlərdəki uyğun sözü yazın. 
 
 
 
 
Açar sözlər: 
sklerator təbəqəsigöz bəbəyibuynuz  
təbəqə
büllurgörmə siniriəlvan təbəqəşüşəyəbənzər 
cisim
 
Nә öyrәndiniz 
Öyrәndiklәrinizi yoxlayın
 
LAYİHƏ


 
 
162 
 
  
G
ÖRMƏ QÜSURLARI. EYNƏK 
 
 
 
 
 
 
Qüsursuz gözün optik sisteminin fokusu tor təbəqəsi üzərində olur (
a
). Belə göz 
müxtəlif cisimləri gərginləşmədən və aydın görür. 
O, uzaqda olan cisimlərə baxarkən yorulmur. La-
kin  bir  çox  insanlar  görmə  qüsurundan  əziyyət 
çəkirlər.  Belə  qüsurlardan  ikisi  daha  geniş  yayıl-
mışdır. Bunlar yaxıngörmә vә uzaqgörmәdir
Yaxıngörmә.  Yaxından  görən  gözün  optik  sis-
teminin  fokusu  tor  təbəqəsində  deyil,  ondan  qa-
baqda  yerləşir.  Buna  görə  də  yaxıngörmə  qüsuru 
olan insan uzaqda ola cisimləri aydın görə bilmir. O, 
hər  hansı  bir  cismin  kiçik  hissələrini  görə  bilmək 
üçün  bu  cismi  gözünə  yaxınlaşdırmalı  olur. 
Aparılan  araşdırmalardan məlum olmuşdur ki, ya-
xından görən gözün optik qüvvəsi qüsursuz gözün 
optik qüvvəsindən böyükdür. Görmədəki bu qüsuru 
aradan qaldırmaq üçün gözün optik qüvvəsi azaldı-
lmalıdır.  Səpici  linzalı  eynəklərin  köməyi  ilə 
yaxıngörməni aradan qaldırmaq olur. Belə ki, optik 
qüvvəsi “–” olan (məsələn: –2 dptr, – 2,5 dptr və s.) 
linzalı  eynək  gözün  optik  qüvvəsini  azaldır  və 
cismin xəyalı qüsursuz gözdə olduğu kimi – gözün 
tor təbəqəsində alınır (
b
).  
 
3.16 
Yəqin ki, müşahidə etmisiniz: bəzi insanlar 
hansısa yazını oxumaq istədikdə onu göz-
lərindən uzaqda tuturlar. 
 
 Belə insanlarda hansı görmə 
qüsuru vardır? 
 
Bəzi insanlar isə əksinə, yazını oxumaq üçün 
onu gözlərinə lap yaxınlaşdırırlar. 
 
 Bu insanların görməsində hansı 
qüsur vardır? 
 
(b)
(a)
Yaxıngörmə
 
Səpici linzalı
 
eynək
 
Fokus tor təbəqəsinin 
üzərindədir
 
LAYİHƏ


Yüklə 4,3 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə