Dərslik Mirzəli Rasim Abdurazaqov Rövşən Əliyev



Yüklə 4,3 Kb.
Pdf görüntüsü
səhifə49/72
tarix30.12.2017
ölçüsü4,3 Kb.
#18856
növüDərs
1   ...   45   46   47   48   49   50   51   52   ...   72

 
 

147 
 
•   III  fəsil  •  
İşıq hadisələri

Beləliklə, toplayıcı və səpici linzaların elementləri nazik linzada müvafiq surətdə 
sxematik olaraq şəkildəki kimi göstərilir (
o
)
 
–  Linzanın optik mәrkәzi ilә fokus nöqtәsi arasındakı  mәsafәyә linzanın fokus 
mәsafәsi deyilir. Fokus məsafəsi də F hərfi ilə işarə olunur.  
Hər bir linzanın iki baş fokus nöqtəsi vardır. Bircins mühitdə bu nöqtələr linzanın hər 
iki tərəfində eyni məsafədə yerləşir (bax: 
o
). 
– Linzanın baş fokus nöqtәsindәn baş optik oxa 
perpendikulyar keçirilәn müstәvi fokal müstәvi ad-
lanır.  Bütün  optik  oxların  fokal  müstəvi  ilə  kə-
sişdiyi nöqtə həmin oxa nəzərən linzanın fokusudur 
(bax: 
f
). 
Toplayıcı linzada ixtiyari optik oxa paralel dü-
şən işıq şüaları linzada sındıqdan sonra fokal müs-
təvinin  həmin  optik  oxla  kəsişdiyi  nöqtədə,  lin-
zanın fokusunda toplanır (
p
). 
 
 
 
 
 
 
(o) 
 
 
Yaradıcı tәtbiqetmә 
 
Linzanın baş fokus nöqtəsini təyin edək.
Təchizat: optik disk, toplayıcı və səpici şüşə 
linzalar. 
İşin gedişi:  
1.  Toplayıcı  linzanı  optik  diskin  mər-
kəzinə  bərkidin,  mənbədən  çıxan 
paralel  işıq  şüasını  baş  optik  ox 
boyunca linzanın  üzərinə yönəldin 
və şüaların sındıqdan sonrakı yolu-
nu müşahidə edin (
s
).  
2.  Toplayıcı  linzanı  səpici  linza  ilə 
əvəz edib təcrübəni təkrarlayın.  
3. Toplayıcı və səpici linzalarda şüa-
ların sxemini iş vərəqinə çəkin. 
Nəticəni müzakirə edin: 
 Toplayıcı linzanın baş fokus nöqtə-
sini necə təyin etdiniz? 
 Səpici linzanın baş fokus nöqtəsini 
təyin  edə  bildinizmi?  O,  lnizadan 
hansı tərəfdə alındı? 
 
 
Araşdırma
 
(p)
(s)
LAYİHƏ


 
 
148 
 
 
 
1. Qabarıq və çökük linzanın oxşar və fərqli cəhətlərini göstərin? 
2. Linzanın neçə baş optik oxu və baş fokus nöqtəsi var? 
3. Nə üçün toplayıcı linzanın fokusu həqiqi, çökük linzanın fokusu isə mövhumidir? 
4. Hansı qabarıq linzanın fokus məsafəsi daha böyükdür: əyrilik radiusu böyük olan linzanın, 
yoxsa əyrilik radiusu kiçik olan linzanın? Nə üçün? 
 
 
 
 
 
N
AZİK LİNZADA CİSMİN XƏYALININ QURULMASI 
 
 
 
 
 
Öyrәndiklәrinizi yoxlayın
 
3.13 
 Nə üçün eyni zərrəbində cisimlər fərqli görünür?  
 Zərrəbində bu cisimlərdən hansının görüntüsü 
həqiqi, hansının mövhumidir? Nə üçün? 
Zərrəbinlə bir qədər uzaqdakı 
böyük cismə, məsələn, tikilməkdə 
olan binaya baxdıqda o, tərsinə 
çevrilmiş və kiçildilmiş görünür. 
Lakin həmin zərrəbinə kiçik cismi, 
məsələn, markanı yaxınlaşdırdıqda 
o, düzünə və böyüdülmüş görünür.  
Linzada hansı xəyal alındı?
Təchizat: fokus məsafəsi məlum olan toplayıcı linza, şam, kibrit, 
ekran. 
İşin gedişi: 1. Masa üzərində bir düz xətt boyunca ekran, toplayıcı 
linza və yanan şam yerləşdirin. Şamı linzanın ikiqat fokus 
məsafəsindən uzaqda yerləşdirin (
a
). 2. Ekranda şam alovunun dəqiq 
xəyalı alınana qədər onu linzaya yaxınlaşdırıb  uzaqlaşdırın. 3. Şamı 
linzanın fokusu ilə ikiqat fokusu arasında yerləşdirin. Ekranda şam 
alovunun dəqiq xəyalı alınana qədər onu linzadan uzaqlaşdırın. 
Nəticəni müzakirə edin:  
 Ekranda alınan xəyallarla şam alovunun özünün müqayisəsindən hansı fərqləri 
müşahidə etdiniz? 
 Ekranda alınan xəyalların həqiqi və ya mövhumi ola bilməsi haqqında nə kimi mülahizəniz var? 
 
 
Araşdırma
1
(a)

Verilən sxemi iş vərəqində çəkin və nöqtələrin yerinə açar 
sözlərdəki uyğun sözü yazın. 
 
Açar sözlər:  
Toplayıcı linza  Səpici linza  Baş optik ox 
Baş fokus nöqtəsi  Fokal müstəvi  Fokus məsafəsi  Optik 
mərkəz 
 Əyrilik radiusu  
Nә öyrәndiniz
LAYİHƏ


 
 

149 
 
•   III  fəsil  •  
İşıq hadisələri

Sferik  linzada  sınan  ixtiyari  şüanın  yolunu  bilməklə  istənilən  cismin  xəyalını 
qurmaq mümkündür. Bu məqsədlə cismin kənar nöqtələrinin xəyalı qurulur. Kənar 
nöqtələrdən  çıxan  şüalar  elə  seçilir  ki,  onların  linzada  sındıqdan  sonrakı  yollarını 
qurmaq asan olsun. Bu baxımdan cismin B kənar nöqtəsinin xəyalını qurmaq üçün 
aşağıdakı şüaların seçilməsi əlverişlidir (
b
)
1. Linzanın baş optik oxuna paralel olan 1 şüası. Toplayıcı linzada sınan şüa, 
səpici linzada isə sınan şüanın uzantısı linzanın fokusundan keçir (1
 şüası).  
2. Linzanın fokusundan keçәn 2 şüası. Bu şüa linzada sındıqdan sonra baş optik 
oxa paralel istiqamətdə yayılır (2
 şüası ). 
3. Linzanın optik mәrkәzindәn keşәn 3 şüası. Optik mərkəzdən keçən bu şüa sın-
maya məruz qalmadan yayılır (3
 şüası). Beləliklə, cismin B nöqtəsinin xəyalı 1, 2 
və 3
şüalarının kəsişdiyi B nöqtəsində alınır.  
 
 
 
 
 
Toplayıcı nazik linzada xәyalın qurulması. Cisim məsafəsi ilə toplayıcı linza-
nın fokus məsafəsi arasında münasibətin d 
 F olduğu bütün hallarda, toplayıcı linza 
cismin həqiqi xəyalını verir, çünki, xəyal sınan şüaların kəsişməsindən alınır. Həqiqi 
xəyal  həmişə  tərsinə  çevrilmiş  olur.  Cisim  məsafəsi  linzanın  fokus  məsafəsindən 
kiçik olduğu (d 
 F) halda isə, toplayıcı linzada cismin mövhumi xəyalı alınır. Xəyal 
sınan  şüaların  özlərinin  deyil,  uzantılarının  kəsişməsindən  alınır.  Mövhumi  xəyal 
həmişə düzünə olur. 
Toplayıcı linza cismin dörd halda həqiqi, bir halda mövhumi xəyalını verir və bir 
halda isə xəyal alınmır: 
1. Cisim linzadan sonsuz uzaq mәsafәdә olduqda: d

 
. Həqiqi xəyal linzanın 
fokusunda nöqtə şəklində alınır (linzada sınan şüalar onun fokusunda toplanır): f = F. 
2. Cisim linzanın ikiqat fokusundan uzaqda olduqda: d 

 2F. Cismin xəyalı hə-
qiqi, kiçildilmiş və tərsinə çevrilmiş alınır. Xəyal linzanın fokusu ilə ikiqat fokusu 
arasında  yerləşir: 2F 
 f  F. 
3. Cisim linzanın ikiqat fokusunda olduqda: d = 2F. Onun xəyalı linzanın ikiqat 
fokusunda yerləşməklə (f = 2F) həqiqi, özü boyda və tərsinə çevrilmiş alınır. 
(b)
 
Diqqət! Xəyalqurma sxeminin sadəliyi üçün yuxarıda qeyd edilən şüalardan ixtiyari iki-
sindən istifadə etmək kifayətdir. Qeyd edək ki, cismin baş optik ox üzərində olan kənar 
A nöqtəsinin xəyalı (A
 – nöqtəsi) baş optik oxun üzərində alınır. Burada – cisim mә-
safәsi (cisimdən linzaya qədər məsafə),  – xәyal mәsafәsidir (xəyaldan linzaya qədər 
məsafə) (bax: 
b
) 
LAYİHƏ


Yüklə 4,3 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə